Bu gün Marneulinin 2 saylı ictimai məktəbi matəm günü elan edib

glovis dge 1

Bu gün, 23 yanvar tarixində Marneulinin 2 saylı ictimi məktəbi yeddinci sinif şagirdinin dünyasını dəyişməsinə görə matəm günü elan ediblər. Qeyd olunan məlumatı məktəbin direktoru Şorena Xuxua da təsdiqlədi. Xatırladaq ki, Marneuli sakini 12 yaşlı yeniyetməni məktəbdən evə gedərkən yolda qatar vurub.

Hadisənin şahidlərinin dediyinə görə, oğlan yerindəcə dünyasını dəyişib. Onlar həmçinin qeyd edirlər ki, yeniyetmə qatar yolu ilə evə doğru gedirmiş.

“Marneuli” Radiosu ilə söhbət zamanı hadisə yerinə yaxın yaşayanlar bildirdilər ki, evlərindən səs-küyü eşidib çıxıblar. Qatarın xəbərdarlıq siqnalını isə eşitməyiblər. Onlar həmçinin deyirlər ki, uşaq qulaqcıq taxdığına görə qatarın səsini eşitməyib.

Dünyasını dəyişənin uşağın qohumları bildirirlər ki, uşağın telefon və qulaqcıqları ümumiyyətlə yox imiş. İki vaqonlu qatarın sürücüsünün xəbərdarlıq siqnalından istifadə etməməsi barədə məlumatı onlar da təsdiqləyirlər.

Hadisə ilə bağlı CM-nin 275-ci maddəsinin üçüncü hissəsi üzrə istintaq gedir. Həmin maddə insan həyatının itirilməsinə səbəb olan dəmiryolu nəqliyyatı hərəkətinin təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register