“Ailə zorakılığı mövzusu yenə də tabulaşdırılmış olaraq qalmaqdadır” – Marneulidə qadın hüquqları mövzusunda məlumat xarakterli görüş keçirildi

DEMOKRATIULI CHARTULOBIS CENTRI

Bu gün mart ayının 7-də Mülki Məşğulluq Mərkəzində gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi mövzusunda məlumat xarakterli görüş keçirildi. Görüşü Gürcüstan Baş Nazirinin insan hüquqları və gender bərabərliyi məsələləri üzrə köməkçisi  Sopo Caparidze və xalq müdafiəçisinin müavini Ekaterine Sxiladze aparırdılar.

Caparidzenin dediyinə görə, qadın və ailə zorakılığı ilə mübarizə dövlət üçün prioritet məsələlərdən biridir və son vaxtlar ərzində əhəmiyyətli addımlar atılıb, qanunvericiliyə zorla evləndirmənin qadağan olunması, məcburi sterilizasiyanın qadağan olunmsı, təzyiq göstərmənin qadağan olunması və s. barədə dəyişikliklər edilib. Xidmət baxımından da inkişaf var.

Hal-hazırda Gürcüstanda 5 sığınacaq və 3 böhran mərkəzi var. Burada isə isə ortaya sığınacaqlarda sonrakı mərhələlərdə xidmətin inkişaf etməməsi problemi var ki, bunun nəticəsində də qurbanlar tez-tez qaçdıqları mühitə geri qayıtmağa məcbur olur.

“Bu həll edilməsi barəsində düşündüyümüz məsələdir və maksimal şəkildə çalışırıq ki, yalnız zorakılıq olduqda reaksiya göstərmək deyil, eyni zamanda zorakılıq qurbanları üçün zorakılıqdan kənar mühit təmin olunsun və onlara yenidən sosial həyata qayıtmaları üçün yardım olunsun”.

Ekaterine Sxiladze hesab edir ki, ailə zorakılığı Gürcüstanda müəyyən dərəcədə barəsində söhbət açılmayan mövzudur və problemdir. Sakinlərlə belə görüşlər mühümdür ki, problemlər aşkara çıxarılsın və aktual mövzular müzakirə edilsin.

“Ailə zorakılığının miqyasını nəzərə alsaq, yerli sakinlərlə görüş, oları maarifləndirmək, həmçinin onlarla birgə aktual məsələlərin müzakirəsi çox əhəmiyyətlidir. Bölgədə mövcud olan problemlərdən, ailə zorakılığının qurbanlarına dövlətin təklif etdiyi xidmətlərdən danışdıq və maraqlı müzakirə çərçivəsində gələcək həll yollarını vəbu məsələ ilə bağlı əhalini narahat edən məsələləri müzakirə etdik”.

Yerli gender mütəxəssisi Nona Samxaradze deyir ki, hakimiyyət tərəfindən yerli hüquq müdafiəsi idarələri, sosial xidmət, səhiyyə xidməti inkişaf etdirilməlidir ki, belə məsələlərin qarşısı birdəfəlik alınsın.

“Ailə zorakılığı və erkən evlilik Marneulidə problem olaraq qalır. Sox sayda belə hadisələrlə qarşılaşmışam. Mənim üçün də qurbana necə yardım edəcəyimiz barədə çıxış yolu tapmaq çətindir. Bu gün qurbanlar üçün böyük riskdir, bununla belə hər kəsi ailə zorakılığı və ya erkən evliliyə səbir göstərməməyə və azadlıqlarını çağırıram”.

Görüşdə Qeyri hökumət təşkilatlarının nümayəndələri, insan hüquqlarının müdafiəsi fəalları və digər maraqlanan şəxslər iştirak edirdilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register