Marneuli sakinləri seçkilərə hazırdımı və gedəcəklərmi
Yerli özünüidarəetmə seçkilərinə cəmi iki gün qalır. Radio Marneuli sakinlərin seçkiyə gedib getməyəcəkləri ilə maraqlandı və bunun üçün küçə sorğusu apardıq. Seçicilərdən müsahibə almaqda çətinlik çəkdik. Çoxları bizimlə söhbətdən qaçırdı. Bir hissəsi isə qeyd etdi ki, hələ seçkiyə gedib getməyəcəklərinə qərar verməyiblər. Çoxluq isə deyir ki seçkilərdə iştirak edəcik və öz namizədmizə səs verəcik.
Yerli özüneidarəetmə seçkilərin 21 oktyabrda keçiriləcək. Seçicilər üç bülleten dairələməli olacaqlar: merliyə, majoritarları və proporsional. Marneulidə merlik uğrunda 8 namizəd mübarizə aparacaq.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments