Akaki Zoidze – bəzi klinikalar ümum səhiyyə proqramından çıxmalıdır və yalnız yüksək kvalifikasiyalı işçilərdən ibarət heyəti olan klinikalar qalmalıdır
Gələn ildən ümum səhiyyə proqramı çərçivəsində seçilmiş müqavilələrin qüvvəyə minməsi planlaşdırılır. Buna əsasən yüksək kvalifikasiyalı tibbi klinikalar seçiləcək.
“İnterpressnews”a Səhiyyə Komitəsinin sədri Akaki Zoidzenin bildirdiyinə görə, bu tibbi xidmətin keyfiyyətinin artması üçün çıxış yoludur.
Zoidzenin sözlərinə görə, seçici müqavilələrlə ümum səhiyyə proqramında yalnız yüksək kvalifikasiyalı klinikalar qalacaq, onlar daha çox həcmdə iş yerinə yetirməli olacaqlar, həkimlərin daha çox yükü olacaq, müvafiq olaraq isə onların maaşı artacaq və “şəhərin bir başından o biri başına qaçmalı olmayacaqlar”.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments