Sakrebulo aparatı iclasın birbaşa yayımlanmasına qadağa qoydu
20 noyabr tarixində Marneuli sakrebulosunun altıncı çağırış iclasının iştirakçılarına, iclasın gedişatı zamanı sosial şəbəkə ilə birbaşa yayım qadağan edildi.
Sakrebulo aparatının sədri, Nino Beridze sakrebulonun daxili qərarı əsasında iştirakçılara iclasın sosial şəəkədə birbaşa yayımı qadağan edib.
Marneuli Bələdiyyəsininin sakrebulosunun 2014-cü ilin 14 iyulun 11-ci qərarının onuncu maddəsinə əsasən “Sakrebulo qərarı ilə sakrebulonun açıq iclaslarının radio və tele, eləcə də internet vasitəsi ilə yayımını etmək olar, sakrebulo iclasının yayımlanmasını və onun ictimailiyini sakrebulo aparatı təmin edir”.
Bugünkü sakrebulo iclasında sakrebulo aparatı altıncı çağırış iclasının birbaşa yayımlanmasını qadağan etdi, ancaq video çəkilişə icazə verdi.
2017-ci ilin 14 noyabr tarixində “Marneuli” Radiosu beşinci çağırış sakrebulo iclasını birbaşa yayımladı və sakrebulo aparatı o zaman bunu qanun pozuntusu hesab etmədi.
marneulifm1106 Posts
0 Comments