Xəstənin “GeoHospital”-dan köçürülməsi qalmaqala səbəb oldu
Ötən gecə 21 fevral tarixində 24:00 radələrində Marneuli sakini 41 yaşlı Elduz Çıldırlının evidə halı pisləşdiyindən ona təcili yardım çağırılıb. Lakin təcili tibbi yardım maşını gecikdiyindən onu yaxınları Marneulidə yerləşən “GeoHospital” klinikasına aparıblar. Qohumlarının verdiyi məlumata görə xəstəni xəstəxanaya yerləşdirəndə yüksək təzyiqinin olduğunu deyiblər. Onlar bildirirlər ki, həkimlər onlara məlumat veriblər ki xəstənin vəziyyəti yaxşıdır. Amma sonra məlum olub ki, xəstə komaya düşüb. Xəstənin yaxınları bildirirlər ki, onlar xəstələrini Tbilisi xəstəxanalarının birinə aparmaq istəyirlər.
Marneuli “Geo-Hospital”ın direktoru Tata Şengelia deyir ki, xəstənin vəziyyəti stabil imiş və onu xəstəxənada idarə etmək tam mümkün idi. Tbilisiyə aparmaq isə onların öz istəyi ilə olub.
“Baş tomoqrafiyası elə ciddi bir şey aşkarlamadı və ona görə də qərar verdik 24 saatlıq yoxlayış edək. Özləri başqa yerə keçirməyə qərar verdilər. Bizim bu xəstəyə baxmaq imkanımız var idi. Belə xəsətələrimiz çox olub və problemsiz idarə edirik. Özləri Tbilisiyə apardılar. Mən o həkimlə də danışdım dedi qəbul edəcəm”.
Xəstəni stabil durumda Marneulidən İnqoroğva klinikasına aparıblar.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments