Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Sosial mediada böyük bəyənmə toplayan ancaq tapılması üçün bir xeyli axtarış edilən GIF-lər üçün artıq yeni bir mənbə var. Internet Archive, milyonlarla köhnə GIF-i bir araya gətirdi. İnterneti arxivləyən vacib bir xidmət olan Internet Archive, 20-ci ilinin şərəfinə, yeni bir GIF arxivini təqdim etdi. 4,5 milyon GIF-dən ibarət olan arxivdə, çox köhnə və klassik GIF-lər yer alır. Geocities-də yer alan milyonlarla GIF ilə yaradılan və GIFcities adını alan arxiv eyni zamanda GIF-in yer aldığı orijinal saytın Wayback Machine üzərindəki arxiv görüntülərinə də keçid linkini əlavə edir. Beləcə o GIF haqqında olan xəbər və şərhləri də oxumaq imkanınız olacaq. 90-cı illərdən qalma 4,5 milyon GIF ilə tam mənası ilə rəqəmsal bir arxeoloji dəyərə də sahib olan yeni arxiv vasitəsi ilə, sosial mediada artıq 90-cı illərə aid çox daha artıq GIF görmək mümkün olacaq. Maraqlananlar yeni GIF arxivinə bu linkdən baxa bilərlər.

kompyuter

Elektronik ticarət sayəsində dünyada liderliyi ələ alan “Amazon” şirkəti, saxta rəylərlə məhsullarına qarşı tələbi artırmaq istəyən satıcıları məhkəməyə verməyə hazırlaşır. “Amazon” hər bir öndə gedən nəhəng şirkətlər kimi müştəri məmnuniyyətinə xüsusi qiymət verir. Müştərilərin şikayətlərini, geri qaytarma tələblərini hər zaman nəzərə alan şirkət bu sayədə satışları artırır. Amma təəssüf ki, bəzi satış işi həyata keçirən şəxslər alcıları paylaşdıqları saxta rəylərlə aldadırlar. Buna görə də şirkət ABŞ-da 2, İngiltərədə isə 1 satıcını məhkəməyə verməyə hazırlaşır. Bu satıcılar məhsulları haqda yalan və ya saxta incələmələr yayımlayırlar. Belə olduqda isə təbii ki, bütün alıcılar ən keyfiyyətli olan məhsulları almaq üçün bu rəyləri incələyirlər və bu onların yekun qərarına təsir edir. Bu isə yeni bir iş növü ortaya çıxmasına səbəb olur: Məhsullar haqda yalancı və ya saxta rəy yazmaq. Şirkət keçən il 1000 qədər istifadəçinin bununla bağlı şikayət ünvanladığını bildirib. Belə ki, bu istifadəçilər şirkətlərdən və ya satıcılardan məhsulları haqda müsbət rəylər yazması üçün pul təklifləri edirmiş. Maraqlı məqamlardan bir digəri isə freelancer iş təklifi edən veb saytlarında saxta rəy yazmaq üçün vakansiyalar mövcuddur və hər rəy və ya məhsul incələməsi üçün 1-2$ ödəmə edilir. “Amazon” məhkəməni qazandığı halda şirkətin nüfuzuna zərər verməsi ittihamı ilə satıcılardan milyonlarca dollar təzminat tələb edə bilər.

amazon

Bu gün müxtəlif messencerlər və çat-botlar internetdə o qədər geniş yayılıb ki, sosial şəbəkələri geridə qoyub. Son beynəlxalq tədqiqata əsasən, messencerlər populyarlığına görə sosial şəbəkələri ötüb keçib. Əgər sosial şəbəkələrin istifadəçilərinin sayı təxminən 2,5 milyard insandırsa, mobil əlavələrlə ani məlumat mübadiləsindən artıq 3 milyarddan çox insan istifadə edir. “Facebook”, “Skype” və “Telegram” kimi iri şirkətlər müştərilərin rahatlığı və lazımi məlumata tez çatmanı təmin etmək üçün özünün şəxsi bot platformalarını işə salıblar. Biznes də həmçinin istifadəçilərin nəyi bəyəndiklərini yaxından izləyir və müasir texnoloji proseslərin ritmi ilə ayaqlaşmağa çalışır. Onlar da alıcılarla ünsiyyət qurmaq üçün daha çox messencerlərdən istifadə etməyə başlayırlar. Artıq bankın və ya digər şirkətin ayrıca proqramını yükləməyə ehtiyac qalmır. Sevimli əlavənin köməyi ilə lazımi botu yazmaq kifayətdir ki, bütün lazımi məlumatlar öz əlinizdə olsun. Botlar suallara cavab verə bilir, qarşılıqlı suallar cavab verir, məhsulların kartlarını, bank kartlarının balanslarını və bir çox digər işləri göstərə bilir. Korporasiya sahibləri də qazancdadırlar. Çünki “qaynar xətt”lərə olan bir çox müraciətlər demək olar ki, eyni məzmunludur. Deməli, onlara da avtomatik cavablar vermək mümkündür.

messenger

Avropa Birliyi dünyanın ən populyar mobil messenceri WhatsApp-ın Facebook-la məlumat mübadiləsini dayandırmasını tələb edib. Bu mübadilə istifadəçilərin konfidensial və fərdi məlumatlarının oğurluğu kimi dəyərləndirilib. Marneulifm  The Wall Street Joutnal-a istinadən bildirir ki, Avropa Birliyində məlumatların müdafiəsi məsələləri ilə məşğul olan “29-cu maddənin işçi qrupu” məktub yayaraq WhatsApp və Facebook arasındakı anlaşmadan dolayı ciddi narahatlıq keçirdiyini bildirib. Mobil messenceri satın almış Facebook bu minvalla WhatsApp-ın bütün istifadəçilərinin telefon nömrələri və digər məlumatlarına yiyələnib. “WhatsApp istifadəçiləri servisdən istifadəyə başlayanda belə “mübadilə”yə icarə verməmişdilər. İstifadəçilərin hüquqlarının tam müdafiəsi təmin edilməyincə WhatsApp və Facebook arasında mübadilə dayandırılmalıdır”, – açıqlamada deyilir.

watsapp

İstifadəçiləri video portalda uzun müddətə saxlamaq üçün YouTube servisə video yükləyənlərə yeni funksiya təqdim edir. End Screens adlı yeni funksiya videonun sonuncu 5-20 saniyəsinə mobile-friendly iikonlarını əlavə etməyə imkan verəcək. Həmin ikonlar isə istifadəçini müəllifin digər videolarına, kanalına və ya tərəfdaşın videolarına yönəldəcək. Həmçinin reklam məqsədli müəyyən mənbələrin linklərini də əlavə etmək imkanı olacaq. Daha əvvəllər videolara linklər əlavə etmək üçün müəlliflər Annotations adlı tətbiqdən istifadə edirdilər. Artıq buna ehtiyac yoxdur. “Buna artıq ehtiyac yoxdur. Belə ki, yeni End Screens-ləri yaratmaq həm çox asandır, həm də onların köməkliyi ilə müəlliflər mobil və web versiyalarda daha çox baxış sayı yığa biləcəklər”, – deyə bildirilib. Özündə sayca 4 element daşıya biləcək ikonu videonun son 5-20 saniyəsi ərzində istənilən yerdə yerləşdirmək olacaq. Oxu ikona yaxınlaşdıran zaman o genişlənərək daxilində olan linklər barəsində daha ətraflı məlumatları əks etdirəcək.

youtube

İtalyan velosiped markası Agnelli Bikes keçmiş ilə bu günümüzün texnologiyasını birləşdirərək qeyri-adi dizayna sahib elektrikli velosipedini yaradıb. Elektrikli avtomobillər ilə birlikdə, elektrikli velosiped də sürətlə inkişaf edən nəqliyyat vasitələri arasındadır. Yeni velosiped italyan dizayneri Luca Agnelli tərəfindən yaradılıb. Luca Agnelli, ilk növbədə, hər kəsin ehtiyac duyacağı komponentləri bir araya gətirib. Yeni istehsal olunana velosipeddə iki təkər, pedallar və elektrik bir velosiped olduğu üçün elektrik mühərriki yerləşdirilib. Mühərrik qismində 250 watt gücündə bir modula yer verən dizayner, batareya qisimində isə Panasonic-in istehsal etdiyi modula yer verib. Luca Agnelli Citroenin əfsanə modelləri arasında iştirak edən 2CV modelinin ön qisimini tamamilə velosipedə inteqrasiya edib. 1948 ilə 1990-cı illər arasında istehsal edilən Citroen 2CV, 42 il kimi rekord səviyyədə istehsal müddətinə sahibdir. Agnelli Bikes markası adı altında istehsal edilən modelin adı isə 2CV Paris olaraq təyin olunmuşdur. 2CV Parisin işıqlandırma sisteminin ön və arxa qisimində LED texnologiyasına sahib faralar yerləşdirilib. Sərbəst dizaynı və tarixi ənənələri bir yerdə toplayan 2CV Paris, tam fərqli bir istifadəçi təcrübəsini kolleksiyalıq bir model olaraq istifadəçilərinə təqdim edib.

velosiped

Niderlanddan olan mühəndislər maraqlı və bir o qədər faydalı işə imza atıblar. Belə ki, onlar hər gün çoxlu sayda toksik maddələrlə zəhərlənən havanı təmizləmək üçün yeni cihaz icad ediblər. Bu cihazın işləmə prinsipi isə evlərimizdə gündəlik istifadə olunan tozsoranlarla eyni funksiya daşıyır. Yəni havada olan zərərli maddələri udaraq havanın daha təmiz olmasına şərait yaradır. Cihaz 0.3 km radiusda yerləşən çirkli havanı çirkabdan təmizləyir. Bildiyiniz kimi, böyük meqapolislərdə havanın çirklənməsi əsas qlobal problemlərdən biridir. Havada olan balaca bərk hissəciklər insanlarda onkoloji, respirator, ürək-damar xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Hətta rəsmi məlumatlarda 2012-ci ildə 3.7 milyon insanın bu səbəbdən həyatını itirdiyi haqda məlumat verilir. Hal-hazırda ərazinin, xüsusən də bağlı məkanların havasını təmiz saxlamaq üçün müxtəlif vasitələr mövcuddur. Bunlara elektron filtrlər, siklonlar və s. aiddir. Amma bu mənada holland alimlərin etdiyi daha vacib xarakter daşıyır. Bu cihazı hətta evlərin damlarında da quraşdırmaq mümkün olacaq. İxtiraçılar öz cihazlarını “nəhəng xarici tozsoran” adlandırırlar. Xarici quruluşuna görə 8 metrlik polad borudan ibarət cihaz, saatda təqribən 800.000 m3 havanı təmizləyə bilir. Burada həmçinin diametri 2.5-10 mkm (mikrometr) olan hissəciklər 100%, diametri 2.5-100 nm (nanometr) olan hissəciklər 95% ultradispenserlərin köməyilə təmizlənə bilir.

toz soaran

Bristol Universitetinin tədqiqatçıları canlı orqanizmləri udmaqla enerji alan yumşaq robotun prototipini yaradıblar. Bu barədə Soft Robotics jurnalında elmi məqalə dərc olunub. Qeyri-adi robot yumşaq polimer membran vasitəsilə suyu udmaq qabiliyyətinə malikdir. Bundan sonra su olan biokütlə “bağırsağ”a düşür, burada bakteriyalar onu emal edərək, kimyəvi enerjini elektrik enerjisinə çevirirlər, tullantılar isə arxa açılışdan xaric olunur.

soft

ABŞ-da istifadəsi gələn ilin əvvəlinə planlaşdırılan sistemin köməyilə istifadəçilər barmaq izi vasitəsilə autentifikasiyanın köməyilə alış-veriş və xidmətlərin haqqını ödəmək imkanı əldə edəcəklər. Kanadanın “BMO Financial Group” bankı “MasterCard” şirkətinin sözügedən texnologiyasından istifadəyə dair razılaşıb. Ekspertlərin fikrincə, belə autentifikasiya zamanı təhlükəsizlik səviyyəsi loqin və parolun daxil edilməsini tələb edən sistemlərdən dəfələrlə yüksək olacaq. Maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün istifadəçilərə xüsusi terminallardan istifadə etmək təklif ediləcək, ilk öncə isə bankın hər hansı şöbəsində barmaq izini təqdim etmək lazımdır. Həmçinin xüsusi tətbiq və barmaq izinin keyfiyyətli şəklinin köməyilə autentifikasiya mümkün olacaq. “Identity Check Mobile” adlı sistem artıq Avropanın bir sıra ölkələrində əlçatandır.

barmaq izi

Finlandiyalı alimlər tərəfindən hazırlanmış mobil proqramın köməyi ilə infarktın ilk  əlamətlərini anında müəyyənləşdirmək mümkündür. Sözügedən proqramın özəlliyi ondadır ki, insanın nəbzi haqda informasiya ötürən xüsusi “ağıllı saat” və ya “ağıllı bilərzik”dən istifadəni tələb etmir. Mobil proqram insanın sağlamlığı haqda məlumatların təhlili üçün smartfona qurulmuş sensorlardan istifadə edir. Mütəxəssislərin məlumatına görə, “iOS” və “Android” əsaslı müasir telefonlar qiroskopla təchiz edilib. Proqram qiroskopun köməyi ilə ürək döyüntüsü sayəsində hərəkətə gələn döş qəfəsinin minimal tərpənişini qeydə alır. Beləliklə, qan dövranının pozulması və ritmin azalması halında proqram bunu dərhal qeydə alaraq istifadəçini xəbərdar edir. Mütəxəssislər bildiriblər ki, belə proqram 70% halda infarktı müəyyənləşdirməyə imkan verir və insanların həyatını xilas etməyə kömək edir. Bir dəqiqəlik test insana lazım olan köməyi anında müəyyən etməyə kömək edir.

infarkt

İnternetdən istifadə indiki qədər aktiv olmayıb. Şəbəkəyə qoşulmaların sayının artması internetə müxtəlif üsullarla daxilolma ilə izah edilir. Gələcəkdə bu göstərici “Əşyalar interneti”nə qoşulan qurğuların sayəsində daha da artacaq. Bu gün ən çox smartfonlar üzərindən internetə daxil olunur. “Zenith” resursunun statistikasına əsasən, 2012-ci ildə internetdən istifadənin 40%-i mobil qurğuların payına düşüb və 2016-cı ilə bu göstərici 68%-dək artıb. Analitiklərin proqnozuna görə, 2017-ci ilə internet trafikin 75%-i mobil qurğuların payına düşəcək. Beləliklə, internetə 4 qoşulmadan 3-ü yığcam qurğulardan həyata keçiriləcək. 2018-ci ildə bu göstərici 79%-dək artacaq və 2012-ci il üzrə məlumatları iki dəfə üstələyəcək. Analitiklər, həmçinin regiondan asılı olaraq internetin populyarlığını təhlil ediblər. Ən çox internet istifadəçisi İspaniyada (85%) qeydə alınıb. Reytinqə, həmçinin Honkonq (79%), Çin (76%), ABŞ (74%) daxil edilib. “Zenith” resursunun proqnozuna görə, 2018-ci ildə Honkonq (89%) birinci, Çin (87%) ikinci, İspaniya (86%) isə üçüncü pillədə qərarlaşacaq.

mobil_telefon

Bu ilin üçüncü rübündə “Amazon” internet riteylinin xalis mənfəəti ötən 2015-ci ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox artıb və 252 milyon dollara çatıb. Şirkətin gəlirləri 29 faiz artaraq 32,7 milyard dollar olub. Şirkətin “Amazon Web Services” bulud bölməsinin gəliri 3,2 milyard dollar təşkil edib.  Şirkətdə proqnozlaşdırırlar ki, bayram şoppinqinin də daxil olduğu dördüncü rübdə şirkətin gəlirləri 42-45,5 milyard dollara çatacaq.  Bundan öncə isə bildirilib ki, “Amazon” musiqili striminq xidmətini işə salıb. Xidmət analoji “Apple” və “Spotify” layihələri ilə rəqabət aparmalı olacaq.

amazon

Bu ilin üçüncü rübündə dünya smartfon bazarı 1 faiz artıb. Bu məlumatı İDC agentliyinin analitikləri aparılan tədqiqat zamanı əldə ediblər.  Mütəxəssislər bildirir ki, iyul, avqust və sentyabr ayları ərzində smartfonların satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1 faiz artıb. Əvvəl olduğu kimi, “Samsung”, “Apple”, “Huawei”, “Oppo” və “Vivo” kimi texnologiya nəhəngləri dünya bazarının liderləri olaraq qalır. Ancaq son iki istehsalçıya xüsusi diqqət yetirmək lazımdır. Çünki bu ilin üçüncü rübündə onlar öz məhsullarının satışı səviyyəsini ciddi şəkildə artırıblar. Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Note 7” flaqman modelində kütləvi halda partlamalar baş verməsindən sonra nüfuzunun xeyli ziyan görməsinə baxmayaraq, liderliyini saxlaya bilib. Mütəxəssislər hələ də smartfonların partlamasının nədən baş verməsi ilə bağlı vahid fikrə gələ bilməyiblər.  “Apple”in satışları bir il əvvəlkindən bir az azdır. Ancaq bununla belə, şirkət rəhbərliyi optimizmini itirmir və iddia edir ki, “iPhone 7 Plus” smartfonuna olduqca böyük tələbat mövcuddur.  “Huawei” istehsalçısının satışları da üç ay ərzində 23 faiz artıb. Ancaq o, hələ də “Oppo” və “Vivo”ya çata bilməyib.

mobil_telefonlar

Yaponiyada sükan arxasında “Pokemon Go” oyunu oynayarkən iki qadını maşınla vuran sürücü həbs cəzası alıb. Qeyd edilir ki, Tokusima şəhərinin dairə məhkəməsi onun barəsində 1 il 2 ay müddətinə həbs qərarı verib.  Beləliklə, bu, Yaponiyada “Pokemon Go” oyunu nəticəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilk həbs cəzası olub. Hadisə avqust ayında baş verib. Belə ki, 39 yaşlı mikroavtobus sürücüsü yolu keçən iki qadını vurub ki, onlardan biri sonradan vəfat edib. Bu, ölkədə dünyaca məşhur oyun sayəsində ölümlə nəticələnən ilk hadisə olub.

pokmon

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register