Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Uzun müddətdir WhatsApp üçün videozəng xüsusiyyəti gözlənilirdi. Bir neçə gün əvvəl sizə technote.az-a istinadən bu xüsusiyyətin Beta versiyaya əlavə edildiyinin xəbərini vermişdik.  Beta versiyadan uğurla çıxan xüsusiyyət artıq məşhur tətbiqin tam versiyasında yerini alıb. Artıq WhatsApp vasitəsilə videozənglər edə biləcəksiniz. Bir neçə gün əvvəl Beta versiyasını sınaqdan keçirdiyimiz bu xüsusiyyət artıq hər kəs tərəfindən istifadə edilə bilinir. Skype, Google Hangouts və FaceTime tətbiqlərində olduğu kimi video konfrans edilə bilməsinə şərait yaradan WhatsApp videozəng xüsusiyyəti sınaq mərhələsindən sonra tətbiqə əlavə edildi. WhatsApp-da videozəng edərkən, eynilə səsli zəngdə olduğu kimi bir yol izləyirsiniz və zəng etmək istədiyiniz şəxs ilə söhbətə daxil olaraq Görüntülü Arama-nı seçirsiniz. Hazırda bütün istifadəçilərə yavaş-yavaş gələn bu yenilənmənin, gün sonuna qədər hər kəs üçün aktiv olacağı gözlənilir.

whatsapp

“WhatsApp” messencerində yeni virus yayılıb. Virus linkə keçid aldıqdan sonra istifadəçinin şəxsi məlumatlarını (foto, video,  login və parollar) toplayır. Əgər sizə belə ismarıc gəlibsə daha diqqətli olun: “Поздравляем! Ваш номер телефона +ХХ ХХХ ХХ ХХ был случайно выбран счастливчиком сегодняшнего дня. У вас есть 1 (один) невостребованный приз. Требуйте его немедленно!”. Mükafat qazandığınız barədə ismarıc almısınızsa sevinməyə tələsməyin. İsmarıcı açsanız şəxsi məlumatlarınızın hakerlərin əlinə keçə bilər. Sürətlə yayılan virusun qarşısının alınması üçün “Whatsapp” istifadəçiləri diqqətli olmalıdırlar. Qeyd edək ki, son vaxtlar sözügedən şəbəkədə bir neçə oxşar virus növləri yayılıb.

whatsapp1

Adamların Facebook şəbəkəsində keçirdiyi vaxtla onların sağlamlığı arasında əlaqə var. ABŞ alimləri bu qənaətə gəliblər. Kaliforniya İnstitutunun mütəxəssisləri Facebook-da 12 milyon profili analiz ediblər. Onlar əldə etdikləri məlumatları Kaliforniya Səhiyyə Departamentinin qeydləri ilə tutuşdurublar. Profillərin sahibləri 1945-1989-cu illərdə doğulanlar olub. Alimlər bu qənaətə gəliblər ki, Facebook-dan qədərində istifadə etmək insana müsbət təsir göstərir. Araşdırmaya görə, şəbəkədə dostluğa qəbul edilmək üçün başqalarından müraciət daxil olanda adamda ölüm riski azalır. Dostluğa qəbul edilmək üçün başqalarına müraciət göndərəndə isə belə effekt yaranmır. Alimlərin fikrincə, insanın sağlamlığı üçün ünsiyyətin canlı olması heç də göründüyü qədər vacib deyil, çünki virtual, şəbəkə vasitəsilə ünsiyyət də sağlamlığa kifayət edir. Mütəxəssislər hesab edirlər ki, sağlam adamlar sosial həyatda, o cümlədən internetdə daha fəaldırlar. Amma alimlər Facebook-un insan ömrünü uzatdığını söyləməyə tələsmirlər. Çünki onlar deyirlər ki, bunun əksi də mümkündür.

facebook

Instagramın yeni reklam xüsusiyyəti itifadəçilərin də işini asanlaşdıracaq. Artıq ABŞ-da yoxlanılan bu yeni xüsusiyyətin köməyilə istifadəçilər yeni bir pəncərə açmadan elə Instagramdaca alış-veriş edə biləcəklər. Alış-veriş səhifələrinə keçid üçün isə şəkillərin üzərinə yerləşdirilən etiketlər vasitəsilə keçid etmək mümkün olacaq. Lakin bu keçid facebookun Instant Article əlavəsilə bənzər olacaq. Yəni, taqa toxunan istifadəçi bir saniyəyə Instagramın öz tərkibində açılan pəncərədən satışda olan məhsula baxa biləcək. Əgər məhsul istifadəçini qane etməzsə yenə bir toxunuşla ana səhifəyə qayıdış mümkün olacaq. Artıq iyirmidən çox satış mərkəzi ilə müqavilə bağlayan Instagramın bu xidməti ABŞ-dan sonra digər dünya ölkələrində də təqdim olunacaq. Lakin işin maraqlı tərəfi isə Azərbaycan startapı olan Shrippy-nin eynilə buna bənzər funksiyanı instagram üçün tool olaraq təqdim etməsi idi. İndi isə Shrippy-nin təqdim etdiyi bu yenilik (şəkil üzərinə taglar) instagram tərəfindən tətbiq olunmağa başlayır. Belə bir vəziyyətdə Shrippy startapının hansı addımı atacağı çox maraqla gözlənilir. Texnologiya və Amerikada startap bazarının çox sürətlə inkişaf etdiyini nəzərə alsaq belə bir zamanda sosial şəbəkə kimi startap yaratmağın nə qədər təhlükəli olduğunu görə bilərik. Çünki, bazarda olan əjdahalar hər an sizin ideyanın eynisini öz istifadəçilərinə təqdim edə bilər.

Virtual reallıq bugünki günün ən aktual trend texnologiyalarından biridir. Bu fakt alimləri, insanların virtual əşyalarla qarşılıqlı əlaqə yaratmaları üçün üsulların hazırlanmasına sövq edir.Microsoft Research mütəxəssisləri bunun yolunu tapıblar. Onların yaratdıqları üsul, TexTure Touch və NormalTouch idarəetmə cihazlarının çalışması prinsipinə əsaslanır. Bu cihazları əllərində tutan istifadəçi virtual mühitdə sərt əşyaların toxunuşunun imitasiyasını hiss edəcək. NormalTouch cihazı barmaqlara xüsusi ötürücülər vasitəsilə toxunuş effektini verir. Müxtəlif müstəvilərlə hərəkət edən ötürücülər relyef və formanı imitasiya edirlər. Bu cihaz vasitəsilə əşyanın forma və sıxlığını hiss etmək olar. 16 ədəd daha kiçik hərəkət elementlərinə sahib TextureTouch cihazı isə əşyanın dəyişkənliyini daha dəqiq şəkildə ötürür. Hal-hazırda alimlər bu cihazların iş prinsiplərinin dəqiqliyinin nə dərəcədə vacib olması sualını müzakirə edirlər. Belə ki, insan beyni kiçik detalları özü fikirləşə bilir. Bu baxımdan yüksək dəqiqliyə bəzən ehtiyac olmur. Təbii ki, hələki bu texnologiyaların kommersiya məqsədləri barəsində heç bir məlumat yoxdur.

TextureTouch

“Amazon” son dövrlər istər satıcılara, istərsə də satdığı bəzi elektron avadanlıqlara görə problem yaşayır. Bir ailə Amazondan aldığı hoverboarda görə şirkətdən 1 milyon dollar tələb edir. Ölkəmizdə də çox məşhurlaşan hoverboardlar xaricdə yaşayan bir ailəyə çox ciddi maddi ziyan vurub. Übergizmo xəbər agentliyinin məlumatına görə, Nashvilleda yaşayan bir ailə “Amazon”dan hoverboard alıb və bir müddət sonra cihaz partlayaraq ailənin yaşadığı evin yanmasına səbəb olub. Əşyaları ilə birlikdə yanan ev üçün ailə 1 milyon dollar tələb edir. Həmin ərazidə yerləşən “Anderson & Reynolds” hüquq şirkətinə görə “Amazon” bu mövzuda təqsirləndirilə bilər. Çünki şirkət satdığı cihazların potensial təhlükə daşıya biləcəyini bilirdi. Bundan əlavə şirkət hoverboardların partlaması xəbərləri yayıldıqdan sonra onların geri verilməsində problem çıxarmayıb. “Amazon”un bu məhkəmədən cəza alıb almayacağı isə sual altındadır.

those-unnecessary-hoverboards-are-now-exploding-on-people-image-1

Proqramlaşdırma və dizayn sahəsində təhsil verən Code Academy 5 Noyabr tarixində karyera imkanları haqda tədbir təşkil edəcək. Tədbirdə texnologiya sayəsində karyera imkanlarından əlavə iştirakçıları maraqlandıran digər suallara Info Sessiyada cavab veriləcək. Bundan əlavə Code Academy yeni tədris ilinə hazırlıq görür. Info Sessiyada siz tədris müddəti, hansı dərslərin tədris olunduğu və s. kimi suallarınıza cavab tapacaqsınız.

Code Academy aşağıdakı sahələr üzrə sizə təhsil təklif edir:

  1. Proqramlaşdırma (MCSD – Microsoft Certified Solution Developer)
  2. Sistem Administrasiyası (MCSA, MCSE – Microsoft Certified Solution Associate and Expert – 2 beynəlxalq sertifikatlı)
  3. Veb dizayn və Qrafika ( Adobe Photoshop, Illustrator, inDesign)
  4. 2D/3D modelləşdirmə və vizualizasiya (Autocad, 3DMAX, VRAY, Photoshop)
  5. Digital Media İdarəçiliyi (SEO, SEM, SMM, Dijital Reklamçılıq)
  6. Microsoft Office ( MOS – Microsoft Office Specialist)

Tədbir 05 noyabr 14.00-da AF Business House 3-cü mərtəbə, Yüksək Texnologiyalar Parkında baş tutacaq. Qeyd edək ki, açılış öncəsi qiymətlərdən faydalanmaq istəyənlər üçün özəl endirimlər də nəzərdə tutulub. Qəbul olmaq istəyənlər üçün yerində qeydiyyat aparmaq mümkün olacaq.

Tədbir üçün burdan qeydiyyatdan keçə bilərsiniz.

CodeAcademy

Kickstarter-da dəstək toplamağa başlayan ağıllı eynək Vue , tək bir məhsulda texnologiya həvəskarlarının bir çox ehtiyacını qarşılamaq üzərə hazırlanıb. Qulaqlıq taxmadan da musiqi dinləməyinizə şərait yaradan Vue, bir ağıllı qolbaq kimi aktivlik məlumatlarınızı toplayıb, Bluetooth vasitəsilə telefon zəngləri etməyinizə də şərait yaradır. Ağıllı eynəklər sahəsində hələ doldurulmamış bir çox boşluq var. Vue isə bir çox ehtiyacı qarşılayaraq bu sahədə seçilən və sevilən bir məhsul olmağı hədəfləyir. Tək bir şarj ilə bir həftə istifadə edilə bilən Vue, iOS və Android cihazlara qoşularaq tətbiq üzərindən bütün nəzarətidə sizə verir. Həmçinin bu eynəyi də digər ağıllı məhsullar kimi itdiyi zaman telefonunuzdan tapmaq mümkün olur. Vue, KickStarter platformasında hədəfindən 524% artıq dəstək toplayıb. Lakin söz verdiyi xüsusiyyətləri isbat etməsi üçün bazara çıxana qədər gözləmək məcburiyyətindəyik.

“Apple”ın yeni patenti, şirkətin qatlanıla bilən bir ağıllı telefon istehsal edə biləcəyini göstərir. 2013-cü ildən bəri qatlanıla bilən ağıllı telefonlarla adı çəkilən “Apple”, bu məqsədi uğrunda daha bir mühüm addım atdı. Əsası Amerikada yerləşən texnologiya şirkətinin, qatlana bilmə xüsusiyyətinə sahib olan iPhone-larla bağlı yeni bir patent aldığı ortaya çıxdı. Bir çox “Apple” patentində olduğu kimi bu patentdə Patently Apple tərəfindən ortaya çıxarıldı. Patentdə yer alan məlumatlara görə patent müraciəti, bu ilin Avqust ayının 28-də edilib. Yəni iPhone 7-nin təqdim edilməsindən sadəcə bir neçə gün əvvəl. “Apple”ın patentini digər qatlana bilən ağıllı telefon patentlərindən fərqli edən şey, patentin məlumat hissəsində “karbon nanoboru” termininin yer almasıdır. “Apple”, naqilləri və şəbəkələri olduqca yaxşı bir şəkildə qoruya bilən, toxunmağa qarşı həssas səth və hətta ekran təchizatı olaraq istifadə edilə bilən bu maddə ilə ağıllı telefonun qatlana bilən qismini istehsal etmək istəyir.  Patentdə yer alan bir digər maraqlı məlumat da iPhone-un əsas materialının şüşə, keramika, fiber, alüminium ya da plastik ola biləcəyidir. Açıq danışmaq lazımdırsa, bu materialların iPhone-u elastikliyə qarşı dayanıqlı etmək baxımından istifadə edilməsi daha ağıllı olardı amma nəysə artıq. Son olaraq bunu ifadə etməliyik ki, “Apple”ın belə bir patent almış olması, şirkətin yaxın bir tarixdə qatlana bilən ağıllı telefon istehsal edəcəyi mənasına gəlmir. Bir çox ağıllı telefon istehsalçısı qatlana bilən ağıllı telefon patentinə sahibdir lakin buna baxmayaraq qatlana bilən cihaz istehsal etmək təəssüf ki hələlik yaxşı bir marketinq strategiyası deyil.

iphone

İnsan üçün vacib xarakter daşıyan orqanlardan biri və ən vacibi gözdür. Təəssüf ki, aramızda qəza nəticəsində və ya anadangəlmə gözdən əlil insanlar mövcuddur. Belə insanlar zaman-zaman müxtəlif problemlərlə üz-üzə qalırlar. Görmə ilə bağlı problemləri aradan qaldırmaq və belə problemlərdən əziyyət çəkən insanlara yenidən görmə imkanı yaratmaq üçün alimlər çoxlu araşdırmalar aparırlar. Beləki, artıq alimlər buna müəyyən qədər də olsa nail ola biliblər. Araşdırmaçılar 30 yaşlı bir qadının beyninəçip yerləşdiriblər. Beləki, eynəyə bərkidilmiş video kamera çəkdiyi görüntülərikiçik cib kompüterinə göndərir və onun içində hazırlanan görüntülər ötürücü üzərindən beyinə göndərilir. Bu hələki, ilkin sınaq olsa da artıq bir çox insanlar üçün vacib həyati əhəmiyyət daşımağa başlayıb. Ümid edirik ki, bu yenilik ölkəmizdə də bir çox insanlar üçün müsbət xarakter daşıyacaq.

maxresdefault-2

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register