Marneuli bazarında ehtiyatsızlıq ucbatından qadın dünyasını dəyişib

Marneulidə qətl hadisəsi baş verib. məlumata görə, hadisə Marneulinin mərkəzi bazarında olub. Şahidlərin sözlərinə görə hadisə səhər saatlarında 25 – 30 yaş arası bir gənclə bazarda çalışan 50 yaşlı azərbaycanlı qadın, Marneuli şəhər sakini Məlahət Məmmədova arasında mübahisə zəminində baş verib. Mübahisə zamanı acıqlanan gənc qadını itələyib və qadın yerə yıxılıb, sonra dünyasını dəyişib.

Hadisə ilə bağlı Gürcüstanın daxili işlər nazirliyinin yaydığı məlumatda bazarda baş verən ölüm hadisəsinə münasibət bildirilib. Məlumatda DİN baş verən hadisə barədə yayılan məlumatı təsdiq etməyib. DİN dünyasını dəyişən qadının qəflətən halının pisləşdiyi və dünyasını dəyişdiyi bildirilib.

Gürcüstan CM-nin 116-cı maddəsi ilə bağlı (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılb, araşdırma aparılır.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register