Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Azərbaycan Milli Aviasiya Akademiyası yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Bunu Trend-ə mühəndis-konstruktor, akademiyanın müəllimi Əkbər Əliyev deyib. “Flying wing” (Uçan qanad) adlı yeni uçuş aparatı Bakıda keçirilən II Azərbaycan Elm festivalında nümayiş etdirilib. Ə.Əliyevin sözlərinə görə bu layihə akademiyanın təşəbbüsüdür. Uçuş aparatı bumeranq şəklindədir və qanadların ölçüsü 1,12 metr təşkil edir: “Aparat həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Dinc vaxtlarda onun istifadəsinə tələbat daha çox ola bilər”. PUA yol-nəqliyyat hərəkətinə nəzarət, dağlarda aeroçəkilişlər, kiçik həcmli yük və dərman preparatlarının daşınması üçün istifadə oluna bilər. Ə.Əliyev bildirib ki, “Flying wing” hava şəraitindən asılı olaraq 10-20 dəqiqə müddətinə uçuş həyata keçirə bilər.

dron

Facebook-un canlı yayım xüsusiyyəti məşhurlaşdıqca elektron cihaz istehsalçıları da hərəkətə keçdi. “Mevo” şirkətinin təqdim etdiyi canlı yayım kamerası da bunlardan biridir. Facebook-da istər iş, istər səyahət edəcəyiniz yerlər haqda canlı yayım edərkən sizə telefon və ya laptop lazım olur. Bunu nəzərə alan “Mevo” istehsal etdiyi daşınabilən canlı yayım kamerasını Amazonda satışa çıxardı. 12.4 MP-lik kameraya və daxili şarjlı batareya sayəsində cihaz uzun məsafəyə daşına bilər və sərbəst yayım həyata keçirə bilər. Eyni zamanda yayım edərkən bir obyekti seçərək onun şəklini çəkə bilərsiniz. Amazonda 400$ dəyərində olan bu kameraya əlavə olaraq 25$ ödəsəniz onda cihazın qutu və digər avadanlıqlarını da ala bilərsiniz.

face cam

Amerikalılar hər il 19 milyard ABŞ dolları məbləğində elektrik enerjisini boş yerə sərf edirlər. Belə ki, evdə olan elektrik cihazları, hətta sönülü vəziyyətdə enerji sərf edirlər. Yuta Universitetinin alimləri tərəfindən müasir smartfon, kompüter, oyun konsolları və başqa qurğuların işləməsi prosesində yaranan elektrik enerjisi itkilərinin azaldılması üsulu tapılıb. Müxtəlif funksiyaları icra etmək imkanından ötrü elektronika mikrosxemlər vasitəsilə elektrik cərəyanının daxil olmasını idarə edən çeviricilərə malikdir. Amma mexaniki çeviricilərdən fərqli olaraq, gözləmə rejimində olan bu sərtgövdəli çeviricilər elektrik axınının az hissəsini buraxırlar. Nəticədə elektronika faktiki olaraq tamamilə sönülü vəziyyətdə olmur. Bu, yalnız batareya ilə işləyən qurğunun işləmə vaxtının azaldılmasına deyil, həm də cari anda işləməyən cihazın qızmasına səbəb olur. Yuta Universitetində kompüter mühəndisliyi professoru Massud Tabib-Azar mühəndislərdən ibarət komandası ilə elektrik cihazları və qurğular üçün yaradılmış mikroskopik elektron çeviricilər sxemlərdə naqilləri ayırmaqla elektrik cərəyanının daxil olmasını idarə edə bilər. Bu texnologiya sayəsində smartfon və noutbuklar kimi istehlak malları ən azı iki dəfə daha çox işləyə biləcəklər, hətta televizor və oyun konsolları kimi rəqəmli cihazlar daha enerji səmərəli olacaqlar. Milyardlarla belə çeviricilər kompüterin prosessoruna və ya noutbukda əməli yaddaş qurğusuna quraşdırıla bilər. Məsələn, smartfonda sözügedən texnologiya telefonun rabitə mikrosxemlərində tətbiq edilə bilər. Yeni texnologiyanın enerji səmərəliliyindən başqa digər özəlliyi də var: cihaz və ya qurğu tərəfindən ayrılan istiliyi azaltmağa imkan verəcək, çünki cihazın mikrosxemi vasitəsilə daha az elektrik cərəyanı keçəcək.

batareya

ABŞ alimləri proqramların yazılması üçün kompüterin enerji mənbəyindən ayrılandan sonra işini davam etdirə bilən proqramlaşdırma dili hazırlayıblar. Bu barədə Karnegi-Mellon Universitetinin saytında bildirilir. Hazırda mövcud proqramlaşdırma dilləri kompüterin enerji mənbəyindən ayrılması imkanlarını nəzərə almır və aralıq əməliyyatların saxlanılmasını təmin edə bilmir. Belə imkanı təqdim edən proqram və əməliyyat sistemləri nəzarət nöqtələri prinsipi ilə işləyir. Onlar işin nəticələrini verilmiş aralıq vaxtı vasitəsilə saxlayır. Bərpa üçün belə proqramlar çoxlu kompüter gücü sərf edir, eləcə də istifadəçilər arasında yayılmır. Yeni işdə alimlər bu tip çoxsaylı mükəmməl proqramlar yazmağa imkan verən “Chain” proqramlaşdırma dili təqdim ediblər. Yeni proqramlaşdırma dili nəzarət nöqtələrinin olmasını tələb etmir, çünki bu halda proses tapşırığın aralıq vəziyyəti (başa çatıb-çatmaması) və nəticələri barədə informasiya arasında bölünür. Enerji stabil verildikdə “Chain” vasitəsilə yazılan proqram ardıcıl yerinə yetiriləcək. Hesablama prosesi başa çatdıqdan sonra tapşırıq status və nəticəni saxlayandan sonra onları başqa tapşırığa ötürəcək. Sonuncu məlumatları başa çatması üçün yoxlayır və müsbət nəticə əldə etdikdə onlardan istifadə edir. Beləliklə, məlumatlar zəncirvari şəkildə proqram tam yerinə yetirilənədək ötürülür. Proqramın yerinə yetirilməsində fasilə yarandıqda enerjidən ayrılmanın baş verdiyi tapşırıqdan bərpa olunur. Həmçinin yenidən işə salınan proses ilk öncə əvvəlki hesablamaların nəticələrini yoxladıqdan sonra öz işinə başlayır. Proqram tərtibatçılarının fikrincə, belə yanaşma elektrik enerjisi və kompüter gücü sərfiyyatına qənaət etməyə imkan verir.

java

Böyük Britaniya mütəxəssisləri canlı orqanizmləri yeyərək özü üçün lazımi enerjini ala bilən robot yaradıblar. “NewScientist” nəşrində Bristol Universiteti və Bristol robot texnikası laboratoriyasını təmsil edən alimlərin işinin nəticələri ilə bağlı məqalədə xarici görünüşünə görə su üzərində hərəkət edən həşəratları xatırladan qeyri-adi robot haqqında danışılır. Lakin qurğunun başlıca xüsusiyyəti onun xarici görünüşündə yox, imkanlarındadır. Məsələ ondadır ki, robot canlı orqanizmləri yeyərək enerji əldə edə bilir. Alimlər robotun konstruksiyasında canlı orqanizmlərlə suyun sovrulmasının baş verdiyi yumşaq polimer membrandan istifadə ediblər. Robot “mədə” rolunda çıxış edən mikrob yanacaq elementləri ilə təchiz edilib. Burada qida bakteriyalara parçalanır və bunun sayəsində robot elektrik enerjisi almağa başlayır. Tullantılar üçün robotun arxa tərəfində yerləşən dəlikdən istifadə olunur. Bildirilir ki, qurğunun tam enerji ilə təmini üçün təkcə canlı orqanizmlərin yeyilməsi kifayət etmir. Çünki bioloji material onu lazım olan enerji ilə qismən təmin edə bilir. Lakin alimlər tədricən mikrob yanacaq elementlərinin faydalı iş əmsalını artıraraq işdə onların sayını çoxaldıblar. Mütəxəssislərin fikrincə, robotdan praktiki məsələlərin həllində, məsələn, yüksək çirklənmə səviyyəsinə malik su mühitində istifadə etmək mümkün olacaq. Qurğunun əsas üstünlüyü isə insan müdaxiləsi olmadan uzun müddət işləməsindədir.

ozu yiyen

“Microsoft” korporasiyası bu yaxınlarda “Windows 10” əməliyyat sistemini tam yeniləyərək istifadəçilərə kompüter ekranında seçilmiş kontaktları yerləşdirməyə imkan verən “MyPeople” funksiyasını istifadəyə verəcək. ABŞ korporasiyası nümayəndələrinin fikrincə, bu, başqa insanlarla həm elektron poçt, həm də digər əlavələr vasitəsilə rabitə əlaqəsi qurmağı asanlaşdıracaq. “MyPeople” funksiyası vacib kontaktları seçərək onların şəkilini əməliyyat sistemi panelində göstərəcək, eləcə də şəkilin üzərinə faylı gətirərək onu poçt bildirişi və ya “Skype” vasitəsilə göndərmək mümkün olacaq. Məlumata görə, elektron poçt əlavəsi və ya “Skype”a gələn bildirişlərin çeşidlənməsi qaydasında da dəyişikliklər gözlənilir. Bundan sonra seçilmiş kontaktlardan alınan bildirişlər daha yüksək prioritetə malik olacaq və başqalarından yuxarıda göstəriləcək. “MyPeople” dərhal bir neçə əlavə ilə işləməyə imkan verərək kontaktları eyni anda cavablandırmağa imkan verəcək.

windows 10

12 milyon internet istifadəçisi üzərində aparılmış müşahidələrə əsasən məlum olub ki, sosial şəbəkələrdən aktiv istifadə edən insanlar orta hesabla daha çox yaşayırlar. Ehtimal ki bu, sosial aktivliyin yüksək olması və xarici aləmlə əlaqələrin kəsilməməsi ilə bağlıdır. Alimlər “PNAS” jurnalında dərc edilmiş məqalədə belə fikir səsləndiriblər. “Belə görünür ki, internet üzərindən ünsiyyət saxlamaq sağlamlıq üçün faydalıdır. Amma xarici aləmlə əlaqələri kəsərək bütün həyatını internetdə keçirən insanlarda ömür müddətinin azalması qeydə alınıb – San-Dieqoda yerləşən Kaliforniya Universitetinin alimi Uilyam Hobbs deyib. Hobbs və bir neçə başqa alim, həmçinin “Facebook” şirkətinin mütəxəssisləri sosial şəbəkədə qeydiyyatdan keçmiş və tibbi sığortaya malik olan Kaliforniya ştatının bir neçə milyon sakininin həyatı üzərində müşahidə aparmaqla belə qənaətə gəliblər. Alimlərin sözlərinə görə, araşdırma tamamilə anonim aparılıb: təhlil proqramı tibbi məlumatları “Facebook”un daxili statistikası ilə tutuşdurduqdan sonra bütün şəxsi məlumatlar dərhal silinib. Sosial şəbəkə istifadəçilərindən başqa tədqiqata, həmçinin heç vaxt “Facebook” və ya başqa sosial şəbəkələrdə hesab yaratmayan insanlar da daxil edilib. Onlar 25-70 yaş aralığında olublar.

sosial sebeke

“IDC” analitik şirkəti cari ilin üçüncü rübünün nəticəsinə görə qlobal planşet bazarının vəziyyəti haqda hesabatını dərc edib. Analitiklərin məlumatına əsasən, iyul-sentyabr aylarında sözügedən bazarın həcmi 43 milyon qurğu təşkil edib, halbuki bir il əvvəl istehsalçılar 50.5 milyon planşet tədarük etmişdilər. Beləliklə, bir il ərzində planşet bazarının həcmi 14.7% azalıb. Eyni zamanda planşet bazarı cari ilin ikinci rübü ilə müqayisədə 9.8% artıb. 9.3 milyon müxtəlif “iPad” modelləri tədarük etmiş “Apple” şirkəti planşet bazarında əvvəlki kimi liderdir, bazar payı 21.5%-dir. Ancaq bir il əvvəl şirkət 9.9 milyon qurğu tədarük etmişdi. 6.5 milyon qurğu tədarük etmiş “Samsung” şirkəti ikinci yerdə qərarlaşıb. Cənubi Koreya şirkətinin tədarük həcmi bir ildə 1.6 milyon azalıb. “Amazon” şirkəti planşet bazarında üçüncü pilləni tutub, planşet tədarükünü 319.9% artırmağa nail olub. Beləliklə, şirkətin bazar payı 1.5%-dən 7.3%-dək artıb.

planset

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “James Webb” kosmik teleskopuunun hazırlanması istiqamətində işləri davam etdirir. “Zaman maşını”adı verilən cihazın hazırlanma prosesi başa çatmaq üzrədir. Testdən keçirilən aparat ən gec gələn ilin sonuna qədər hazır olacaq. “Hubble” kosmik teleskopu”nu əvəzləyəcək olan yeni aparatın əsas vəzifəsi digər planet və ulduzların keçmişini araşdırmaqdır. Başqa sözlə desək, aparat alimləri sanki keçmişə götürəcək. Elm adamları yeni cihazın “Hubble” ilə müqayisədə 100 dəfə çox məlumat əldə edə biləcəyini qeyd edir. Həmçinin, teleskop əlçatmaz planetlər barədə də dəlillər əldə edəcək. 8,8 milyard dollara başa gələn cihaz 2018-ci ildən fəaliyyətə başlayacaq.

nasa

“Facebook” şirkəti internetə girişi olmayan 40 milyon nəfərin pulsuz internetə qoşulmasına şərait yaradıb. Bu məqsədlə xüsusi uçuş aparatları internet sisteminin olmadığı bölgələrə cəlb edilib. Günəş enerjisi ilə işləyən nəhəng cihazla, uzun müddət havada qala bilir. Nəticədə insanlar bu aparat sayəsində internetə pulsuz qoşulmaq imkanı əldə edir. Bildirilir ki, 3 il əvvəl start verilən layihənin əsas məqsədi internetə girişi olmayan 4 milyard insanı bu xidmətlə təchiz etməkdir.

face internet

“Facebook”, oyun platforması olan “Steam”ə rəqib olacaq yeni bir startapa imza atır. İstifadəçilər artıq Facebook oyunlarına Steam bənzəri bir tətbiqdən daxil olacaqlar. “Facebook”un Avqust ayında Unity ilə ortaq elan etdiyi PC oyun platforması Gameroom ortaya çıxdı. İstifadəçilərin Facebook-dakı sosial oyunlarından ibarət, Steam bənzəri bir tətbiq olan Gameroom ilə istifadəçilər, Facebook oyunlarını PC daxilində ayrı bir tətbiqdə idarə edə biləcəklər. “Steam”ın gələcəkdəki ən böyük rəqibi olacaq. Hələki beta mərhələsində olan və maraqlı çox da oyun təklif etməyən Gameroom, Steam tətbiqinin 2009-cu ildəki halına oxşayır. Maksimum 200 MB-lıq oyunların yer ala biləcəyi platformada bəzi xüsusi oyunlar üçün 500 MB-lıq yer də açıla biləcək. Facebookun xüsusilə Oculus Rift səbəbindən yaxın gələcəkdə çox böyük bir oyunçu kütləsinə sahib olacağı və bu kütləni idarə edə bilmək üçüm Gameroom-un vacib bir platforma olacağını düşünürük. Bu da Facebook-u Gog, Steam və ya Origin kimi platformalar ilə birbaşa rəqib halına gətirir.

Facebook-Marketplace

3-cü rüb maliyyə hesabatlarını açıqlayan “Facebook”un rəqəmləri, nəhəng sosial media platformasının bazarda gördüyü hər dolları xortumla öz cibinə çəkdiyini göstərir. “Facebook”un rəhbəri Zuckerberg, fikrimizcə bu aralar ən xoşbəxt günlərindən birini yaşayır. Sosial media nəhənginin 2016-cı ilin üçüncü rüb hesabatlarına görə, “Facebook”un üçüncü rübdəki gəliri 7,01 milyard dollara çıxdı. Eyni ərəfədəki mənfəəti isə 2,38 milyard dollar olaraq elan edildi. Bu rəqəmlər, keçən ilin eyni rübünə nisbətən 3 dəfə daha çox qazanc mənasına gəlir. Mobil cihazlarında Facebook istifadə edənlər “Facebook”un ən sürətlə böyüyən gəlir qapısıdır. Facebookun gəlirində əsas rol, 84% artımla mobil reklamlar oldu. 1,66 milyard aylıq mobil aktiv istifadəçi sayına çatan şirkət bir ildə 20% böyüməyə nail olub. Keçən il eyni müddətdə mobil aktiv istifadəçi sayı sadəcə 1,055 milyard nəfər idi.  Zuckerberg bu uğurlu rəqəmlər üzərinə etdiyi açıqlamada isə, “tətbiqlərimizdə videonu ön plana çıxardan siyasətimizə davam edəcəyik. Bizcə kamera artıq insanların paylaşım etmək istədikləri əsas metoddur” cümləsindən istifadə etdi. Yəni Facebook-un getdikcə daha çox video məzmun paylaşılan bir sosial media servisinə çevrildiyini görəcəyik. Bu sahədə də Facebook Live-ın May ayında istifadəyə verilməsindən bəri 4 qat böyüdüyünü bildirən Zuckerberg, Instagram Stories xüsusiyyətinin də gündəlik 100 Milyon insan tərəfindən istifadə edildiyini bildirdi.

Facebook

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register