Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“iFixit” portalının mütəxəssisləri yeni MacBook Pro modelini hissələrə ayırıb onu incələyərək pis nəticəyə gəlib çıxıblar. Belə ki, zədələnmiş halda yeni model MacBook Pro-nu təmirə aparmaq mənasızdır. Müxtəlif cihazların təmir olunma mümkünlüyünü yoxlayan iFixit bu dəfə 13 inç ekranan sahib MacBook Pro-nu sınaqdan keçirdib. İlk öncə qeyd etmək lazımdır ki, keçən ilki kompüterdən fərqli olaraq yeni modeldə batareya 25% kiçilmişdir. 3.5 mm audio giriş hissəsi isə modul şəklində olmuşdur. Noutbookun gələcəkdəki yenilənmiş versiyalarda həmin giriş Lightning və ya USB Type-C ilə əvəz oluna bilər. Prosessor və RAM platanın üzərinə quraşdırılıb. Beləliklə onları digərləri ilə dəyişdirmək çox qəliz məsələdir. SSD sərt diski çıxarıla biləndir. Lakin onu, digər bir xüsusi Apple sərt diski ilə əvəz etmək mümkündür. Ekran və şüşə bir-birilə birləşdirilmişdir. Ekranı dəyişmək üçün gərək bütün panel dəyişilsin. Nəticə olaraq yeni MacBook Pro təmir olunma reytinqinə görə iFixit-dən 10 xaldan yalnız 2 xal almışdır. Belə ki, yeni modeli demək olar ki, təmir etmək mənasız və ya çox bahadır.

ifixit

Londonun Kral kollecinin alimləri yatmazdan öncə uşaqların, gənclərin smartfon və planşetlərdən istifadələrinin təhlükəli olduğundan danışıblar. Bundan əlavə olaraq mütəxəssislər qeyd ediblər ki, hətta cihazın otaqda olması belə problemlər yarada bilər. Mütəxəssislər 6-19 yaş arası 120.000 uşaq və gəncin iştirak etdiyi təcrübənin nəticələrini analiz ediblər. Alimlər müəyyən ediblər ki, yatmazdan əvvəl sözügedən cihazlardan istifadə nəticəsində bir çox uşaqlarda gündüzlər yuxu çatışmamazlığı müşahidə olunur. Tədqiqatçılar bildiriblər ki, hətta cihazın otaqda olması belə yuxu keyfiyyətini aşağı salır. Uşaqlar və gənclər çox zaman kimdənsə vacib ismarıc gözlədikləri üçün onlarda yuxu pozğunluğu yaranır. Yuxu ilə problemlərin olduğu müddətdə gənclərdə iştahsızlıq, çəkinin artması və psixoloji çətinliklər müşahidə olunur. Alimlər həmçinin qeyd ediblər ki, yuxu çatışmazlığı, boyun artma tempinə və immun sistemin aktivliyinin aşağı düşməsinə gətirib çıxardır. Tədqiqatçılar əmindirlər ki, gələcəkdə bu vəziyyət daha da pisləşəcək. Biz getdikcə daha çox cihazlardan asılı vəziyyətə düşürük. Uşaqlar arasında cihazların məşhurluğu isə getdikcə artır. Əgər vacib bir tədbir görülməsə problem irimiqyaslı xarakter daşıyacaq.

yatanda telnen oynamaq

Facebook-un canlı yayım xüsusiyyətəti məşhurlaşdıqca elektron cihaz istehsalçıları da hərəkətə keçdi. “Mevo” şirkətinin təqdim etdiyi canlı yayım kamerası da bunlardan biridir. Facebookda istər iş, istər səyahət edəcəyiniz yerlər haqda canlı yayım edərkən sizə telefon və ya laptop lazım olur. Bunu nəzərə alan “Mevo” istehsal etdiyi daşınabilən canlı yayım kamerasını Amazonda satışa çıxardı. 12.4 MP-lik kameraya və daxili şarjlı batareya sayəsində cihaz uzun məsafəyə daşınabilər və sərbəst yayım həyata keçirə bilər. Eyni zamanda yayım edərkən bir obyekti seçərək onun şəklini çəkə bilərsiniz. Amazonda 400$ dəyərində olan bu kameraya əlavə olaraq 25$ ödəsəniz onda cihazın qutu və digər avadanlıqlarını da ala bilərsiniz.

Bu ilin İyun ayında “OnePlus” şirkəti öz smartfonunun 3-cü nəslini təqdim etmişdi. İndi isə “AndroidHeadlines” portalında OnePlus 4 smartfonu barəsində ilk məlumatlar ortaya çıxıb. Məlumatlara əsasən şirkət yeni smartfonun prezentasiya vaxtını dəyişməz saxlayacaq və çox güman ki, 2017-ci ilin yay fəslində satışa çıxardacaq. Sözügedən portala istinadən xəbər veririk ki, OnePlus 4 hələ təqdim olunmamaış 10 nanometrlik Qualcomm Snapdragon 830 prosessoru, Adreno 540 qrafik çipi, 8 GB RAM və yüksək sürətli X16 LTE modemi ilə təchiz olunacaq. Həmin modem vasitəsilə saniyədə 980 Mbit qoşulma sürəti təmin edəcək. Həmçinin smartfon 23 MP arxa kameraya və 400 mAh enerji tutumlu batareyaya sahib olacaq. OnePlus 4, Andoid 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq.

oneplus4

Vine videoservisinin yaradıcıları Hype adlı yeni servisini təqdim edib. 2012-ci ildə “Twitter” tərəfindən alınmış Vine videoservisnin bağlanması xəbərindən sonra sözügedən servisin yaradıcıları iOS platforması üçün Hype adlı yeni servisini təqdim ediblər. Hype-ı digər videoservislərdən fərqləndirən əsas cəhət canlı yayım zamanı bir neçə məzmunu paylaşmaq imkanıdır. Məsələn canlı yayım zamanı istifadəçi yayıma daha əvvəl yaradılmış materialları əlavə edə, kommentləri digərləri üçün göstərə, musiqi qoşa və emosiyalar əlavə edə bilər. Əks olunan videonun formasını da istifadəçi özü seçmək hüququna sahibdir. Bu funksiyalara malik olan Hype-ı bir çox müxtəlif tətbiqetmələr üçün istifadə etmək olar. Hype həmçinin keçmiş yayımları təkrar əks etdirmək, Facebook və Twitter vasitəsilə avtorizasiya etmək funksiyalarına sahibdir. Sözügedən sosial şəbəkələr vasitəsilə Hype-a daxil olan zaman isə videoservisdəki məzmunları həmin sosial şəbəkələrə yükləmək olar. Tətbiqin yaxın zamanda Android platformasına da gələcəyi qeyd olunub. İstifadəçilər Hype-ın iOS versiyasını burdan yükləyə bilərlər.

vine

Çinin öndə gələn elektron şirkətlərindən biri olan “Xiaomi” satış üzrə belə demək olarsa, rekorda imza atmağı bacarıb. Belə ki, çoxdandı gözlənən Xiaomi Mi Note 2 telefonu ilk olaraq Çində satışa çıxarılıb və ilk satış stoku sadəcə 50 saniyə içində satılıb qurtarıb. “Xiaomi” ilkin olaraq çox sayıda cihaz istehsal etməsə da istehsal etdiyi Mi Note 2 modeli tez bir zamanda qurtardı. Cihazın ikinci satışının 8 noyabr 2016-cı ildə təşkil olunması nəzərdə tutulur. Təəssüf ki, şirkət ilk hissə satışlarında nə qədər cihaz satdığını açıqlamayıb. “Xiaomi”nin digər modeli olan Mi Mix telefonunun 4 noyabrda satışa çıxarması nəzərdə tutur. Xiaomi modellərinin xaricdə satışının təşkili haqda heç bir məlumat verilməsə də internet üzərindən Mi Note 2 və Mi Mix modellərinin ön sifarişi artıq qəbul olunmağa başlayıb. Çində 515$ dəyərində satılan Mi Note 2 modelində 6 GB RAM, Snapdragon 821 prosessor, 128 GB yaddaş sahəsi və qlobal LTE yer alır. Mi Mix modeli isə 4 GB RAM -128 GB yaddaş və 6GB RAM -256 GB yaddaş seçiminə sahibdir. İnternet üzərində yeni Xiaomi telefonu alanlara çatdırılma 15 dekabr tarixindən etibarən həyata keçiriləcək.

xiaomi-mi-note-2-ozellikleri

Maddi dəstək platforması olan Kickstarter bir çox ideyaların reallaşdırılmasına imkan vermiş və onları böyük layihələrə çevirmişdir. Bunlara misal olaraq Oculus Rift virtual reallıq cihazını, Pebble “ağıllı” saatlarını, Nextbit Robin bulud smartfonunu və s. gətrimək olar. Bu servisin yaradıcıları Kickstarter Live adlı yeni funksiyanı anons ediblər. Bu funksiya vasitəsilə hansısa layihənin sahibi Kickstarter-də olan istifadəçilər və layihədə maraqlı olan hər bir kəslə canlı yayım üzərindən ünsiyyət qura biləcək. Əvvəl istifadəçilər öz layihələri haqqında qısa məlumatları öncədən şəkilmiş video, foto və ya animasiya şəklində servisə yerləşdirirdilər. Kickstarter Live vasitəsilə istifadəçilər digərləri ilə bilavasitə ünsiyyət qura biləcək. Beləliklə onlar öz layihələri haqqında daha ətraflı məlumat verə, istifadəçilərin suallarına cavab verə biləcəklər. “Son bir neçə ayda bəzi developerlər Kickstarter Live funksiyasını test ediblər. Onlar funksiyanı kulinariya reseptlərinin təqdimatı, musiqi ifa etmək, oyunların test edilməsi və s. üçün istifadə ediblər. Bu funksiya istifadəçiləri bir araya gətirərək onlara yeni layihələr haqqında məlumat verir. Layihələr isə öz növbəsində daha çox istifadəçi kütləsi yığırlar” – deyə Kickstarter rəsmiləri bildiriblər.

kickstarterlive

Keçən həftə “Apple” yeni model MacBook Pro-ları təqdim etdi. Noutbookda olan yeni özəlliklərə baxmayaraq o, istifadəçilərin ehtiyac duyduğu bir çox interfeys girişlərindən məhrum oldu. “Razer” şirkəti isə öz növbəsində noutbookda olmayan SD giriş barəsində çox sərt zarafat edib. Belə ki, şirkətin rəsmi Twitter hesabında “Və bu Pro adlanır? S my D” (sonuncu cümlə etik normalara görə tərcümə olunmur) başlıqlı foto paylaşıb. Bu ismarıc bir çox KİV-lərin və adi istifadəçilərin arasında böyük reaksiya yaratdı. Tweet-in bəyənmə və retweet sayını nəzərə alsaq görərik ki, istifadəçilər “Razer”in zarafatını yaxşı qiymətləndiriblər. Digər tərəfdən ismarıcda olan “S my D” hissəsi açıq aşkar “Apple” və onun təqdim etdiyi yeni məhsula təhqirdir. Bir neçə saatdan sonra ismarıc silindi və “Razer” təmsilçiləri rəsmi şəkildə “Apple”dan üzr istədilər.

sd-no-2

Fransada bir gecə klubu sahibinin başına xoşagəlməz hadisə gəlib. Belə ki, onun elektron siqareti cibində partlayıb və o, xəstəxanaya çatdırılıb. Baş vermiş hadisəni gecə klubunun kamerası anbaan qeydə alıb. Fransalı sakin Amin Britel cibində partlamış elektron siqaretin nəticəsində xəstəxanada qarın və barmaq yanıqlarından müalicə olunur. “Technote.az”ın “Popmech.ru”a istinadən verdiyi xəbərə əsasən Çin istehsalı batareyanın hansı səbəbdən partladığı hələki bilinmir. Lakin Amin əmindir ki, elektron siqaretin batareyası cibə xırda pullarla birlikdə olan anda qızmağa başlayıb. Hadisə Amin-in sahibi olduğu gecə klubunun həyətində yerləşdirilmiş kamera vasitəsilə qeydə alınıb. Videodan da göründüyü kimi Amin-in bəxti hələ gətirib. Onun dediyinə görə isə pənceyinin altında olan pambıq köynək alovun yayılmasının qarşısını alıb. O da bəxtinin gətirdiyini düşünür. Belə ki, həmin gün o sintetik materiallardan hazırlanmış paltar geyinməyib. Əks halda alov onun bədəninə yayıla bilərdi.

2016-cı ilin 3-cü rübündə istehsal edilən hər 100 telefondan 88-i Android əməliyyat sistemi ilə işləyir. iOS satışları 5% düşüb, Android platformalı telefonlarda isə satış 10% artıb. Windows və BlackBerry-nin isə adı belə yoxdur. “Google” tərəfindən yaradılan əməliyyat sistemi, ilin üçüncü rübündə böyük bir artımla satılıb. Android, 2016-cı ildə istehsal edilən hər 100 telefondan 88-nin əməliyyat sistemidir. Əlavə olaraq bu ilki böyümə nisbəti ən çox olan əməliyyat sistemi də elə məhz Android-dir. “StrategyAnalytics” adlı tədqiqat və konsultasiya firmasının əməkdaşı Linda Sui, “Apple iOS, öz bazarının 12%-ni Android-ə uduzdu. BlackBerry və ya Microsoft Windows-dan heç bəhs etməyə belə dəyməz, onlar əriyib yox olublar” – deyə bildirib. Androidin bu vəziyyəti dəyişməz görünsə də bir çox problemlə qarşı qarşıyadır. Google Pixel və Pixel XL-i bazara çıxardaraq bu əməliyyat sistemini məşhur edən telefon firmalarına əl altından meydan oxuyur. Sui-yə görə isə bu istehsalçı firmalar və Goole arasında bir problem yarada bilər. 2016-cı ilin üçüncü rübündə, 375 milyon smartfon istehsal edilib. Bu da keçdiyimiz il bu zamana görə 6%-lik bir artım olduğu mənasını verir. Bu il istehsal edilən iPhone miqdarı 5% düşərkən, Android əsaslı telefonların istehsalı 10% artıb.

microsoft

Görünür “Apple” da VR cihazlar bazarına daxil olmağı planlaşdırır. Belə ki, ABŞ-ın ticarət nişanları üzrə patent bürosu şirkətə “portativ və ekrana sahib elektron cihazı saxlamaq üçün alət”in patentini təqdim edib. Təsvirə əsasən şirkət kiçik ekranlı cihaza öz diqqətini yönəldib. Başqa sözlə desək söhbət Samsung Gear VR cihazının analoqu olan digər bir cihazdan gedir. Qeyd edək ki, Gear VR-ın əsas özəlliyi cihazın ekran funksiyasını smartfonun ekranının yerinə yetirməsidir. “Apple” patentindədə iPhone model smartfonların yerləşdiriləcəyi kiçik yer olan xüsusi eynəklər təsvir olunub. Bu halda portativ cihazın ekranı başa taxıla bilən ekran rolunu oynayacaq. Şirkətin VR cihazı bir neçə linzadan, məsafə ötürücüsündən, sensor paneldən, bir neçə idarəetmə düyməsindən və fokuslamaq üçün kiçik təkərdən ibarət olacaq. Həmçinin şirkət, cihazı uzaqdan idarə üçün xüsusi pult da təqdim edəcək. Bu halda məlumatların ötürülməsi naqilsiz interfeys vasitəsilə reallaşacaq. Maraqlısı ondadır ki, “Apple” sözügedən cihazın patenti üçün hələ 2008-ci ildə qeydiyyatdan keçmişdir. O dövrdə nəinki Gear VR, hətta Oculus Rift kimi layihələr belə yox idi.

counter-1

“Samsung” çoxdan gözlənilən addım atdı və “Apple”ın Siri-sinə rəqib olan Bixby-ni yaratdı. Yeni səsli asistant Bixby “Samsung”un Galaxy S8 modelində istifadəsi nəzərəd tutulur. “Apple” şirkətinin iPhone 4s ilə istifadəçilərə təqdim etdiyi səsli asistant Siri, iOS, macOS və watchOS kimi əməliyyat sistemlərində yer alırdı. Amma artıq Siriyə yeni bir rəqib gəlir, həm də rəqib şirkət olan Samsung tərəfindən. Xatırladaq ki, Samsung keçən il Viv Labs adlı firmanı almışdı. Bu isə artıq həmin vaxtdan Samsung-un səsli assistant üzərində işlədiyi haqda fikirlərin ortaya çıxmasına şərait yaratmışdı. Son gələn məlumatlarda isə yeni səsli asistantın adının Bixby olacağı bildirilib. Bu yenilik Galaxy S8 ilə birgə təqdi olunması gözlənilir.Yeni Galaxy S8 modelinin isə 2017-ci ilin fevral və ya mart ayında tanıtımı nəzərdə tutulur. Maraqlıdır Bixby də Siri qədər sevilə biləcəkmi?

appl music

İsveçrənin “Eyra” startapı tərəfindən təqdim edilmiş daşınan “Horus” qurğusu gözdən əlillərə istiqaməti təyin etməyə, sifəti yadda saxlamağa və kitab oxumağa kömək edəcək. Qurğu istifadəçinin maneələrlə toqquşmasının qarşısını almaq üçün ətraf mühiti təsvir edir, ətrafdakı şəxslərin sifətini və əşyaları tanıyır, həmçinin kitab oxumaq qabiliyyətinə malikdir. Cihaz sümük keçiricilik qabiliyyəti prinsipi üzrə  işləyən qulaqlıqlar və korpusdan ibarətdir. Qurğunun aparat hissəsi, həmçinin stereoskopik görüntü üçün cavabdeh  iki kamera korpusda yerləşir. Qulaqlıqlar səsi qulağa dərhal ötürmür, vibrasiyaların köməyi ilə səsi qulaq pərdəsinə çatdırmaq üçün insanın sümük strukturundan istifadə edirlər. Bunun sayəsində istifadəçilər ətrafda baş verənləri problemsiz eşidə bilirlər. Əsas korpusun ölçüləri smartfon ölçüsü boydadır. Cihazın daxilində kameralardan əldə edilən təsvirin işlənməsi üçün güclü “Nvidia Tegra” qrafik prosessoru yerləşdirilib. Qeyd edək ki, təsvirin işlənməsi alqoritmində kompüter təlimindən istifadə edilib ki, bu da sistemin iş prosesində müstəqil təkmilləşməsinə imkan verir. Təsvirin emalından sonra qurğunun alqoritmi tərəfindən formalaşdırılmış təsvir istifadəçiyə diktə edilir ki, bu da ona ətraf aləmi müəyyən dərəcədə “görməyə” imkan verir. Bundan başqa, sistem sifəti yadda saxlaya və gələcəkdə istifadəçini yaxınlıqda tanış insanın olması barədə xəbərdar edə bilər. Stereokamera funksiyası qurğuya obyektlərə olan məsafəni müəyyənləşdirməyə imkan verir ki, bu da istifadəçilərə məkanda hərəkət etməyə və toqquşmalardan qaçmağa kömək edir. “Eyra” şirkəti “Horus” cihazını İtaliyada sınaqdan keçirib. 2017-ci ilin yanvarında daha böyük sınaqlara başlamaq planlaşdırılır. Cihazın dəyəri təxminən 200 dollar olacaq.

Pensilvaniya Universitetinin modulyar robot texnikası laboratoriyasında çalışan mütəxəssislər dünyada öz bortunda enerji mənbəyi daşıyan ən kiçik pilotsuz uçan aparat hazırlayıblar. Təqdim edilmiş monokopter istehsalçılarının fikrincə, belə pilotsuz uçan aparatlar sürüsü müxtəlif sensorlar yığımını daşıya bilər, bu halda dronların kiçik yükqaldırma qabiliyyətini onların sayı kompensasiya edə bilər. Layihənin müəllifləri hesab edirlər ki, mikrodronlar sürüsü həm tədqiqat məsələləri, həm də axtarış-xilasetmə işləri üçün müvafiqdir. Bu halda fırlanan korpus panorama ölçülərini tez hazırlamağa imkan verir. “Piccolissimo” pilotsuz uçan aparatı “3D” çap texnologiyasının köməyi ilə hazırlanmış fırlanan korpusa malik asimmetrik monokopterdir. Propellər uçuş zamanı saniyədə 800 dövr, dronun korpusu isə 40 dövr tezliklə fırlanır. Operator uzaq məsafədən idarəetmə funksiyasına malik infraqırmızı pultun köməyi ilə pilotsuz uçan aparatı və korpusun fırlanma tezliyinin dəyişdirilməsi vasitəsilə monokopterin hərəkət istiqamətini idarə edir. İstehsalçılar uçan aparatın iki versiyasını hazırlayıblar: diametri təxminən 25 mm olan kiçik qurğunun çəkisi 2.5 qramdır, diametri 1 sm olan daha böyük dronun çəkisi 4.5 qramdır.

“Apple Music” xidmətinə abunə haqqı 2 dollar ucuzlaşıb. Artıq bundan sonra onu 9,99 dollara deyil, 7,99 dollara almaq mümkün olacaq. Tərtibatçılar bilir ki, onların xidməti populyardır. Ancaq onlar 2016-cı ilin sonuna qədər aktiv istifadəçilərin sayını artırmaq istəyirlər. Ailəvi abunə haqqını isə 12,99 dollara əldə etmək mümkün olacaq. Əvvəllər onun qiyməti 14,99 dollar təşkil edirdi.

appl music

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminə kiberhücumların arxasında Rusiya rəsmi dairələrinə bağlı hakerlərin dayandığını bəyan edib. Söhbət ünvanlı fişinq məktubların istifadə olunması ilə həyata keçirilən haker hücumlarından gedir. Hücumları “Strontium” qrupunun həyata keçirdiyi bildirilir. Bu qrup “Fancy Bear” və “ART 28” adları ilə də tanınır. Həmin haker qrupunun ABŞ Demokrat Partiyasının serverlərini sındıran qrup olduğu və Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə işlədiyi güman edilir. Qeyd edək ki, “Windows”dakı zəiflik barədə şirkətin əsas rəqibi “Google” oktyabrın sonunda açıqlama yaymışdı. “Microsoft” noyabrın 8-də “Windows”u bu tip hücumlardan qoruyan proqram yenilənməsinin təqdim olunacağını açıqlayıb.

microsoft

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register