“Müqəddəs inək” filminin nümayişi keçirilib

Filmin rejissoru İmam Həsənov Marneul Radiosuna açıqlamasında “Müqəddəs inək” filminin Azərbaycan, Almaniya, Rumıniya və Qatar ölkələrinin dəstəyi ilə çəkildiyini bildirib: “Film Meksikada, Los Ancelesdə, Tiflisdə oktyabr ayında keçirilən “Sinedok” filmlər festivalında və Koreyada nümayiş olunub. Film alman, ingilis, portuqal və gürcü dillərində səsləndirilib və Los Ancelesdə üç mükafata layiq görülüb. “Yarat” yaradıcılıq mərkəzində, Gəncə, Şəki, Mingəçevir, Telavinin gürcü və azərbaycanlılar yaşayan Qaracalar kəndində də nümayiş etdirmişik. Biz filmi nümayiş etdirməkdə yaratdığımız filmin hamı tərəfindən necə qarşılanmağını öyrənməyə çalışırıq,” deyə rejissor bildirib.

Rejissor gələcəkdə Almaniyanın dəstəyi ilə Azərbaycan əfsanəsindən bəhs edən “Səbət” adlı bədii film çəkəcəyini qeyd edib.

 

 

 

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register