Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Daimi olaraq Snapchat tətbiqlərini özündə təqdim etməyə davam edən Facebook, bu səfər də WhatsApp üzərində yeni dəyişiklikliyə imza atıb. Snapchat Stories və Messenger Day kimi xüsusiyyətlərin sonra, WhatsApp da oxşar bir variantda istifadəçilərə təqdim olunacaq. Status adı verilən yeni WhatsApp xüsusiyyəti, söhbətləri və zənglər arasına yenilik əlavə edir. Beləki, seçdiyiniz insanlarla foto və ya video paylaşmanıza imkan yaranacaq. Hələ təcrübi bir xüsusiyyət olan Status, bu anda WhatsApp tətbiqinin beta versiyasında mövcuddur, lakin çatmaq üçün cihazın rootlu və ya jailbreakli olması tələb olunur. Eynilə Snapchat-da olduğu kimi WhatsApp Status-da da visual görüntülər üzərində dəyişiklik edə bilir, yazı və ya emosiya əlavə edə bilirsiniz. Bundan əlavə videoları da bəzəyə, dəyişdirə bilərsiniz. Status’ta hazırlanan bu görüntü və videolar təxminən 24 saat ərzində da varlıqlarını davam etdirir. Bu yeniliklər əslində bir müddətdir WhatsApp-da mövcuddur, lakin kifayət qədər müxtəliflik təşkil etmirdi. Status xüsusiyyətlərini nə vaxt rəsmi olaraq WhatsApp üzərində təqdim olunacağı bilinmir. Amma görünüşə görə, Facebook Snapchat-dan əl çəkməyəcək.

whatsapp

“Google”un sahib olduğu ən böyük platformalardan olan YouTube yeniliyə imza atıb. Artıq YouTube-da rəyləri idarə etmək daha asan olacaq. YouTube bir çox xüsusiyyətlərinə görə ən böyük izləyici kütləsinə sahib platformadır. Belə ki, istər hər hansı mövzu haqda məlumat almaq, istərsə də paylaşdığınız videolarla pul qazanmaq istəsəniz YouTube bunun üçün ən əlverişli platformadır. Lakin son zamanlar Facebook və Twitch-in video sahəsində rəqabəti YouTube üçün ciddi mənada risk daşımağa başlayıb. Bir çoxları YouTube-da videolar paylaşır və digər istifadəçilər videolara öz rəyləri ilə münasibət bildirirlər. Belə olan halda bəzən hətta xoşagəlməz mübahisələr də diqqətdən yayınmır. YouTube bu mövzuda uzun illər heç bir dəyişiklik etməsə də artıq rəylərə yeniliklər əlavə olunub. Belə ki, artıq istifadəçilər YouTube videolarında yeni rəy yenilikləri ilə tanış ola biləcəklər. Yeni gələn yeniliyə görə artıq kanal sahibi rəyləri idarə edə biləcək. Hətta verilən məlumata görə YouTube-da yer alan videoların hər biri ayrı-ayrılıqda söhbət kanalı funksiyasını daşıyacaq. Bundan əlavə kanal sahibi bəyəndiyi rəyləri və açıqlamaları yuxarı hissəyə daşıya biləcək. Əlavə olaraq kanal sahibi rəylərin altına xüsusi ürək işarəsi də qoya biləcək. Kanal sahibi rəylərinin daha asan nəzərə çarpması üçün öz rəylərinə rəng kodu əlavə edə biləcək. YouTube kanallarında videolarda rast gəlinən ən xoşagəlməz hallardan biri də təhqirlərdir, hansı ki, bundan sonra kanalı idarə edən şəxs artıq bəlli ifadələrin istifadəsinə qadağa qoya biləcək. Bundan əlavə kanal sahibi istədiyi istifadəçini moderator olaraq təyin edə bilər. Bu şəxslər rəylərə cavab verilməsində iştirak hüququ qazanmış olacaq. Ən yaxşı yeniliklərdən biri də kanal sahibinə rəyləri yoxladıqdan sonra ona yayım seçiminin verilməsidir.

youtube

“Microsoft”un qocaman brauzeri Internet Explorer, artıq yavaş-yavaş oyundan xaricdə qalır. Çoxunuzun “Internet Exploreri hələdə istifadə edən var görəsən?” dediyini eşidər kimiyəm lakin bəli, Internet Explorer, hələ də ən çox istifadə edilən brauzerlərdən biridir.Lakin bu vəziyyət uzun davam edəcəyə oxşamır. Belə ki, Oktyabr ayına olan məlumatlara görə, müştərilərini yeni web brauzeri  Edge-ə keçirmək üçün əlindən gələni edən “Microsoft”, buna qarşılıq olaraq tam 40 milyon IE istifadəçisini itirib. Web Brauzer bazarındakı paylaşıma baxdığımız zaman; Google Chrome, 55%-lik bir bazar payı ilə zirvədə sarsılmaz şəkildə dayanıb. Oktyabr ayında Chrome, bazarda 0.58-lik bir artım göstərib. Bu artımın səbəbi də 2.5-lik eniş yaşayan Internet Explorerdir. Təbii ki 2.5-in sadəcə 0.58-inin Chrome-a getdiyini bildirək. Tortdan ən böyük dilimi alan isə təəccüblü olsa da Firefox oldu. Təəccüblü deyirik çünki bu ilin Firefox baxımından ən yaxşı il olduğunu deyə bilmərik. Yenə də Firefox, Chrome-un ardından bazardakı yüksəlişinə davam etməkdədir.  “Microsoft” onsuzda hal-hazırda IE-dən ümidi kəsib oyuna yeni oyunçusu Edge-i daxil etmişdi. Ancaq, baxaq görək Edge, sektorun nəhəng lideri Chrome-a çata biləcək mi?

internet

Gözlənildiyi kimi “Huawei” şirkəti Münhendə keçirilmiş tədbir çərçivəsində Mate 9 smartfonunu təqdim edib. Smartfon metal korpusa və 5.9 inç Full HD ekrana sahibdir. Ekran 2.5D qoruyucu şüşə ilə örtülüb. Mate 9 ikili kameraya sahib smartfondur. Onlardan biri monoxrom modullu 20 MP kamera, digəri isə 12 MP rəngli sensordur. Hər iki kamera ikiqat hibrid optik zoom-u dəstəkləyir. Şirkətin smartfonlarında bir ilk olan 4K video çəkimi də dəstəklənir. Smartfonun ön kamerası isə 8 MP-dir. Texniki göstəricilərinə gəldikdə isə Mate 9, 8 nüvəli HiSilicon Kirin 960 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya (SuperCharge texnologiyası ilə) ilə təchiz olunmuşdur. Arxa paneldə olan barmaq izi skanı isə barmaq jestlərini dəstəkləyir. Mate 9? Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon ilk öncə Çin, Fransa, Almaniya, İspaniya, Tayland və BƏƏ-də satışa çıxacaq, Daha sonra isə cihaz digər bazarlardada təqdim olunacaq. Avropada smartfonun təqribi qiyməti 699 avro olacaq.

huawei

“Samsung”un çoxdan hamı tərəfindən gözlənən qapaqlı modeli haqda rəsmi məlumat açıqlandı. Amma çox sevinməyin, çünki telefonun qiyməti sizin cibinizə görə olmaya bilər. “Samsung”un son günlər qapaqlı modeli haqda məlumatlar bir çoxlarının diqqətini cəlb edib. Belə ki, kod adı Veyron olan cihazın sadəcə Çində satışa çıxarılacağı bildirilir. Şirkətin belə addım atması isə çox maraqla qarşılanıb. Amma cihazın qiymətini bildikdən sonra niyə belə addım atmasını təsəvvür etmək çətin deyil. Belə ki, cihazın qiyməti SamMobile-ın təxminlərinə görə 3000$ olması gözlənilir. Şirkət ilk olaraq Çində satışı təşkil etməklə yeni qapaqlı modelə olan marağın nə dərəcədə olmasını test etmək istəyir. Təbii ki, bu da tam olaraq təstiqlənmiş məlumat deyil. 3000$-lıq W2017 modeli haqda ilkin məlumatlarda cihazın bütünlüklə metal korpus, iki ədəd 4.2 inç HD Super AMOLED ekran, Snapdragon 820 prosessora sahib olacağı bildirir. Bundan əlavə cihaz 4 GB RAM və 64 GB daxili yaddaşla təchiz olunacaq. Yeni modelin arxa kamerası 13 MP və ön kamerası 5 MP təşkil edəcək. Bundan əlavə cihazın batareyası 3000 mAh gücündə olacaq. Doğrusu yeni modelin qapaq hissəsindən başqa qeyri-adi heç bir fərqliliyi yoxdur. Amma keçmiş görüntü ilə yeni funksionallığın birləşməsi bu qiyməti ortaya çıxarmış ola bilər.

samsung

Günümüzdə bir çox növ naqilsiz səsgücləndirici cihazlar təqdim olunmuşdur. Lakin çox zaman yaxşı səs keyfiyyətinə sahib böyük səsgücləndiriciləri yanımızda daşımaq mümkün olmur. “Leedeyeon” şirkəti bu problemin həllinə çox kreativ şəkildə yanaşıb. Belə ki, şirkət səsin güclənməsi üçün adi boş butulkadan istifadə edən Cork adlı səsgücləndirici cihaz hazırlayıb. “Technote.az”ın “Kickstarter”ə istinadən verdiyi xəbərə əsasən bunun üçün sözügedən cihazı boş butulkanın ağız hissəsinə yerləşdirmək kifayətdir. Cork-dan çıxan səs butulkaya yönləndirilir və bunun hesabına səs güclənir. Bundan əlavə olaraq butulkanın ölçü və formasından asılı olaraq çıxan səs, bass və səslənmə tərzi dəyişir. Böyük və dərin butulkalarda bass çox olduğu halda, kiçik ölçülü butulkalarda səs bir qədər yığcam səslənəcək. Cork smartfon və ya digər hansısa cihaza Bluetooth vasitəsilə qoşulur. Şirkətin bildirdiyinə görə cihaz bir dəfə şarj olunandan sonra 10 saata qədər çalışa bilir. Şarj isə microUSB girişi vasitəsilə həyata keçirilir. Cork səsgücləndirici cihazını Kickstarter platformasında 43$ qiymətinə sifariş etmək olar.

10.000 insanın bir-biri ilə tanış olmasını təmin edən for8 tətbiqi Like Premium xüsusiyyətinin tətbiqinə hazırlaşır. Tətbiq tanışlıq məqsədilə yaradılıb. Bu tətbiqin digər tanışlıq proqramlarından fərqli tərəfi istifadəçilərin foto yerinə 8 saniyəlik video yerləşdirməsidir. Türklər tərəfindən yaradılan tətbiq yarandığı gündən bu günədək 35.000 dəfə yüklənib və çoxlu sayda insanların tanış olmasına şərait yaradıb. Burda tanışlığı daha real təşkil etmək üçün insanların Facebook profili analiz olunaraq tanış olması üçün qarşı tərəfə təqdim olunur. Belə ki, Facebook profilinizdən yaşınız, harda yaşadığınız haqda məlumatlar, 8 saniyəlik videoların yer aldığı profillər qarşılıqlı şəxslər tərəfindən bəyənildikdən sonra onların əlaqə yaratması üçün şərait yaranır. Yəni bəyənmə qarşılıqlı olmalıdır.Təbii ki, tətbiqdən çoxlu sayda insan istifadə etməyə başladığı üçün for8 üçün Like Premium xüsusiyyəti də gətirildi. Tətbiqdən pulsuz istifadə edənlər onların profilini kimlərin bəyəndiyindən xəbərsiz olur və yalnız hər iki tərəf də bəyəndiyini təstiq etdikdə onda tətbiqdən xəbərdarlıq gəlir. Amma bu qayda Like Premium istifadəçilərində bir qədər avantajlıdır. Belə ki, pullu istifadəçi onun profilini kimin bəyəndiyi haqda məlumat alır və arzu edərsə qarşılıqlı bəyənərək əlaqə saxlaya bilir.

123

Çinin “Lenovo” şirkəti artıq bu brend altında smartfon istehsalını saxlamaq niyyətində olduğunu açıqlayıb. Bu haqda məlumatı Gizmochina portalı paylaşıb. Verilən məlumata görə çox qısa zamanda “Lenovo” üzərində dəyişiklik ediləcək. Bundan sonrakı modellər Moto brendi altında istehsal olunacaq. Lenovo brendinə aid sonuncu telefon 8 noyabrda P2 adı ilə təqdim olunacaq. Bununla bərabər yeni Moto M modelinin də təqdimatı olacaq. Təəssüf ki, şirkət rəhbərləri mövzu ilə əlaqədar heç bir açıqlama verməyib. Rəsmi açıqlamanın P2-nin prezentasiyasında verilməsi istisna olunmur. Xatırladaq ki, “Lenovan”ı Motorola Mobility 2014-cü ilin yanvar ayında “Google”dan 2.91 milyard dollara almışdı. Müqavilənin şərtlərinə görə Lenovo amerikalı internet-şirkəti özündə Motorola Mobility patentini saxlayırdı.

lenova

Mobil cihazlar üçün ən yaxşı foto redaktor olan Adobe Photoshop Fix keçən il iOS platforması üçün istifadəyə verilmişdi. Bu il isə artıq tətbiq Android istifadəçilərinə təqdim olundu. “Adobe”un iOS istifadəçilərinə təqdim etdiyi Photoshop Fix tətbiqini artıq Android istifadəçiləri də istifadə edə biləcək. Bu tətbiq öz fotolarını sosial mediada paylaşmağı sevənlər üçün əvəzolunmaz vasitədir. Ağıllı telefonlar üçün xüsusi olaraq dizayn olunmuş Photoshop Fix, mobil cihazlarda foto redaktəsini asanlaşdırır. Tətbiqin əsas xüsusiyyətlərindən biri selfie fotolarını daha yaxşı hala gətirdiyi kimi, digər fotolar üzərində işləmək üçün də bir çox fərqli funksiyalar təklif etməsidir. iOS istifadəçiləri tətbiqi burdan, Android istifadəçilər isə burdan yükləyə bilərlər.

phoshop

Keçən il “Intel” şirkəti eyni anda 100 ədəd dronu göyə uçuraraq dünya rekorduna imza atmışdı. Bütün bu müddət ərzində mühəndislər uçuşların koordinasiya alqoritmlərinin təkmilləşdirilməsi üzərində çalışırdılar. Bu həftə isə şirkət 500 ədəd dronu göyə qaldıraraq əsl işıq şousu göstərdi. Həmin şou Intel Shooting Star adlandırıldı. “Technote.az”ın “Intel”ə istinadən verdiyi xəbərə əsasən həmin göstərini Ginnesin Rekordlar Kitabının təmsilçiləri nəzərə alıblar. Qeyd etmək lazımdır ki, Intel Shooting Star şirkətin Falcon 8+ modelindən sonra ikinci yeni dronudur. Yeni model dronun çəkisi cəmi 280 qramdır və o 20 dəqiqə ərzində uça bilir. Dronun korpusu sudan qorunduğu üçün o hətta yağışlı havada belə uça bilər. Bu dron daha çox əyləncə sektoru üçün nəzərdə tutulub və ondan gecə səmasında animasiyanın yaradılmasında istifadə olunacaq. Bunlardan əəlavə olaraq cihaz 4 milyarddan çox rəngi əks etdirən işıq diodlarından ibarətdir. Proqram təminatı səmada qurulacaq lazımi fiquru analiz edir və hər bir dronun uçuş trayektoriyasını təyin edir. Bütün dronları bir kompüterlə idarə etmək olar. Şirkətin bildirdiyinə görə bu qədər dronların vasitəsilə lazımi animasiyanın yaradılmasına sadəcə bir neçə gün vaxt sərf olunacaq. Təqdim olunmuş videoda 500 ədəd dron şirkətin loqosunu və digər fiqurlar yaradıb və daha sonra start meydançasına geri dönüblər.

Biz artıq Moto M smartfonunun prezentasiya tarixi və Lenovo brendinin Moto brendinə dəyişilmə ehtimalı haqqında xəbər vermişik. İndi isə internetə rəsmi təqdimatı hələ baş tutmayan Moto M cihazının fotoları və bütün məlumatları sızdırılıb. “Technote.az”ın “Gizmochina”ya istinadən verdiyi xəbərə əsasən Moto M, metal və sudan qorunan korpusa sahib olacaq. Cihaz 5.5 inç Full HD ekran, yeni 8 nüvəli MediaTek Helio P15 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş və 3050 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon 16 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Moto M həmçinin iki SIM kart, barmaq izi skanı və Dolby Atmos texnologiyalı stereo səsgücləndiriciləri özündə birləşdirəcək. Smartfon Android 6.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Moto M-in Avropadakı qiyməti 265 avro olaaq.

moto

Pekində baş tutmuş təqdimatda “Xiaomi” şirkəti iki ədəd yeni büdcəli smartfonunu təqdim edib. Şirkətin birinci smartfonu Redmi 4 modelinin yeni nəsli, digəri isə Redmi 4A olub. Təqdimat çərçivəsində şirkətin prezidenti bildirib ki, onlar 12.38 milyon ədəd Redmi 3 smartfonu satıblar. Beləliklə yeni modellərin həmin uğuru təkrar etmələri ehtimalı çox böyükdür. Flaqman dizaynına sahib Redmi 4 metal korpus ilə təchiz olunub və iki versiyada satışa çıxacaq. Birinci versiya 5 inç ekran, 8 nüvəli Snapdradon 430 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş ilə təmin olunub. İkinci versiya isə 5 inç Full HD ekran, daha güclü 8 nüvəli Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəklənir) ilə təchiz olunmuşdur. Smartfonun arxa panelində barmaq izi skanı və PDAF faza avtofokuslu 13 MP-lik kamera yerləşdirilmişdir. Cihazın ön kamerası isə 5 MP-dir. Batareyaya gəldikdə isə hər iki smartfon 4100 mAh enerji tutumlu batareyaya sahibdir. Redmi 4-ün ilk versiyasınbın qiyməti 105$, ikinci versiyası isə 133$ təşkil edəcək.Xiaomi Redmi 4A modeli arxa qapağına görə şirkətin keçmiş smartfonlarına bənzəyir. Lakin yeni cihazın qapağı metal deyil, plastikdir. Smartfon 5 inç HD ekran, 4 nüvəli Snapdragon 425 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəklənir)  və 3120 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Redmi 4A 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahibdir. Çində Redmi 4A 74$ qiymətinə satılacaq.

xiomin

Veb sayt qurarkən hansı qaydalara əməl etməlisiniz. Zaman keçdikcə insanların veb saytlara olan ehtiyacı daha da artır. Bu isə inkişaf edən cəmiyyətimizdə istər şirkət, istərsə də şəxsi sahibkarlıqla məşğul olan insanlar üçün vacib xarakter daşıyır. Belə olan halda SEO mövzusunda təhsil və məsləhət xidmətləri artmaqdadır. Bu yazıda veb saytlarınızı axtarış sistemində tez tapılmasına təsir edən amillər haqda söz açacağıq. 1.Veb saytın kod standartları: Veb saytınıza aid kodların doğruluğuna əmin olun. Veb saytınızın təməli düzgün qurulubsa, onda sizin saytınızın daha sürətli və düzgün axtarışı təmin olunacaq. Veb saytınızda yer alan kodların uyğunluğunu yoxlamaq istəsəniz http://validator.w3.org/saytında yoxlaya bilərsiniz. 2.Hədəf təyin edin: Veb saytınızın axtarış zamanı daha tez görünməsi üçün açar sözləri düzgün istifadə etməyiniz vacib şərtdir.Buna görə də mümkün qədər daha çox etiketlərdə çox istifadə olunan axtarış kəlimələrini qeyd edin. Beləki, sizin kimi başqaları açar söz kimi ən çox istifadə olunan sözləri qeyd edir, Bu isə sizin şansınızı bir qədər azaldır. Buna görə də alternetiv variantlar istifadə etməyiniz sizin xeyrinizə olar. Veb sayt analiz edən Google Analytics, Alexa və s. bu işdə sizə kömək ola bilər. Sizin veb saytınız nə qədər etiketlənsə sadalanan saytlarda reytinqiniz daha da arta bilər. 3.Səhifə və başlıqları düzgün təyin edib: Saytınıdakı başlıqlar oxşar olmamalı və düzgün seçilməlidir. Bu istifadəçinin sayta daha çox diqqət yetirməsinə səbəb olacaq.Səhifə bağlantılarına da diqqət etməlidiniz. Burda ən vacib məqam isə veb saytına aid səhifələr mövzu ilə uyğunluq təşkil etməlidir. 4: Keyfiyyətli dinamik mövzu seçimləri: Veb saytın dinamik olması orda paylaşılan mövzularla düz mütənasiblik təşkil edir. Yəni veb saytınızın məqsədi nədirsə ona aid xəbər və ya məqalə paylaşmaq daha uğurlu addım hesab oluna bilər. Bu halda veb sayt idarəçilərinin üzərinə çox ciddi vəzifə düşür.

website

Virtual oyunlara maraq getdikcə artmaqdadır. Belə oyunları böyük ekranlı kompüter və ya digər cihazlarda oynamaq isə insana xüsusi həzz verir. Bunu nəzərə alan bir Kickstarter layihəsi insanlara bunun üçün xüsusi 24 inçlik ekranda online oyun oynamağı təklif edir. Beləki, Spontaneous Pop-up Display (SPUD) adlı cihaz telefonun ekranını 24 inçlik bir pərdəyə yansıtmaqla görüntünü ortaya çıxarır. Əslində SPUD-a başqa adla cip proyektoru demək daha düzgün ifadə formasıdır. 24 inçlik bir ekrana sahib olmasına baxmayaraq SPUD-u qatlayaraq kitab formasına da gətirmək mümkündür. Bundan əlavə HDMI ya da naqilsiz batareyakimi dəstəklərə sahib olan SPUD, tablet və laptoplarda da çox uğurlu şəkildə istifadə oluna bilər. Bundan əlavə cihazın DLP-yə sahib olması onun görüntü keyfiyyətinin yüksək olmasına şərait yaradır.Kickstarter-də 35 dəqiqədə gərəkli məbləği toplamağı bacaran SPUD, daha sonra səsgücləndiricilər üçün də lazımlı məbləği toplaya bilib. SPUD-un bir sonrakı hədəfi isə toplanan pulla batareya ömrünü uzatmaq və fərqli rəng seçimləri üçün təklif irəli sürməkdir. Fərqli xüsusiyyətləri nəzərə alınaraq qiyməti 349$-dan 2.5000$-a qədər ola bilər. SPUD-u sifariş verənlər cihazı iyun ayında ala biləcəklər. SPUD haqda ətraflı məlumatı burdan ala bilərsiniz.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register