Mixail Saakaşvili – Mən yoruldum!

sako1

Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili bildirib ki, öz qərarı ilə istefa edir. Gürcüstanın keçmiş Prezidentinin bildirdiyinə görə o, ölkədə özbaşınalığa və rüşvətə dözməkdən yorulub.

“Mən bundan real olaraq yorulmuşam. Mən real olaraq daha bir yerinə yetirilməmiş vəddən yoruldum. Biz görürük ki, geriləmək gücü bütün irəliləmələrə hücum edir. Bütün yeni başlanğıcları kökündə öldürülür. Bunların hamısı Ukraynada hamının gözü qarşısında baş verir. Bu necə işdir ki, bütün dünyanın gülməyinə görə mən hansısa monqol xanı üçün yollarda çadır qurmalıyam. Bu şəkildə çalışmaq və on illərdi təmir olunmayan yollar üçün qəpik toplamaq. Məmurlar bəyənatlarında lazım gəldiyindən çox məbləğ yazırlar (Yolların inşa olunmasında). Məqsəd yalnız puldur. Həmin məbləğə yalnız bu vilayətin deyil, digər vilayətlərdə də yolların təmiri üçün yetərli idi” – deyə Saakaşvili bildirib.

O, həmçinin Odessalılara vəd verib ki, onların rifahı üçün mübarizəni davam edəcək. “Mən Odessalıları taleyin ümidinə qoymaq istəmirəm, ancaq mən istefa etməyə qərar verdim. Ukraynada rüşvətlə mübarizə davam edəcək. Odessa isə yalnız paytaxtda rüşvətxorlara qalib gəldikdən sonra inkişaf edəcək” – deyə keçmiş qubernator bildirib.

Bundan əlavə Saakaşvili təsdiqləyir ki,Ukrayna Prezidenti Pyetr Poroşenko Odessa vilayətlərində şəxsən rüşvətxor klanını dəstəkləyir. “Ukraynalılar üçün nə fərqi var ki, onlara kim ehtiyatsız davranacaq, – Poroşenko yoxsa Yanukoviç” (Ukraynanın keçmiş prezidenti) – deyə Saakaşvili bildirib.

Xatırladaq ki, Saakaşvili Odessa vilayətinə qubernator olaraq 2015-ci ilin may ayında təyin olunub.

Mənbə: sova.news

.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register