Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“WhatsApp”a gələn yenilik sayəsində artıq bir-birinizə animasiyalı şəkillər (GİF) göndərə biləcəksiniz. Istifadəçilər artıq bir-birinə göndərmək istədikləri GİF-i özləri hazırlaya biləcəklər.

gif

“Google”un sahib olduğu ən böyük platformalardan olan YouTube yeniliyə imza atıb. Artıq YouTube-da rəyləri idarə etmək daha asan olacaq. YouTube bir çox xüsusiyyətlərinə görə ən böyük izləyici kütləsinə sahib platformadır. Belə ki, istər hər hansı mövzu haqda məlumat almaq, istərsə də paylaşdığınız videolarla pul qazanmaq istəsəniz, YouTube bunun üçün ən əlverişli platformadır. Lakin son zamanlar Facebook və Twitch-in video sahəsində rəqabəti YouTube üçün ciddi mənada risk daşımağa başlayıb. Bir çoxları YouTube-da videolar paylaşır və digər istifadəçilər videolara öz rəyləri ilə münasibət bildirirlər. Belə olan halda bəzən hətta xoşagəlməz mübahisələr də diqqətdən yayınmır. YouTube bu mövzuda uzun illər heç bir dəyişiklik etməsə də artıq rəylərə yeniliklər əlavə olunub. Belə ki, artıq istifadəçilər YouTube videolarında yeni rəy yenilikləri ilə tanış ola biləcəklər. Yeniliyə görə, artıq kanal sahibi rəyləri idarə edə biləcək. Hətta verilən məlumata görə, YouTube-da yer alan videoların hər biri ayrı-ayrılıqda söhbət kanalı funksiyasını daşıyacaq. Bundan əlavə, kanal sahibi bəyəndiyi rəyləri və açıqlamaları yuxarı hissəyə daşıya biləcək. Əlavə olaraq kanal sahibi rəylərin altına xüsusi ürək işarəsi də qoya biləcək. Kanal sahibi rəylərinin daha asan nəzərə çarpması üçün öz rəylərinə rəng kodu əlavə edə biləcək. YouTube kanallarında videolarda rast gəlinən ən xoşagəlməz hallardan biri də təhqirlərdir, hansı ki, bundan sonra kanalı idarə edən şəxs artıq bəlli ifadələrin istifadəsinə qadağa qoya biləcək. Bundan əlavə kanal sahibi istədiyi istifadəçini moderator olaraq təyin edə bilər. Bu şəxslər rəylərə cavab verilməsində iştirak hüququ qazanmış olacaq. Ən yaxşı yeniliklərdən biri də kanal sahibinə rəyləri yoxladıqdan sonra ona yayım seçiminin verilməsidir.

youtube

Dünyanın ən populyar mobil messenceri sayılan WhatsApp-da narkotik maddələrin və narkomaniyanın kütləvi, genişmiqyaslı reklamı müşahidə olunur. Istifadəçilərə anonim mənbələrdən narkotik maddələrin reklamları göndərilir. Reklamlar, əsasən, postsovet məkanı ölkələrindədir. Mətndə psixoaktiv maddələrin əsas növləri sadalanandan sonra yazılıb: “Bu maddələri TOR-dakı saytda almaq olar. “Kölgə interneti” müştərilər üçün tam moderasiyanı, şifrələnməni, anlaşmanın reallığını və ödəniş həyata keçiriləndən sonra narkotik maddələrin qoyulduğu yerin ünvanının çatdırılmasını təmin edir”.

whatsapp

Kamp düşərgələri edərkən atəş yandırmaq və yemək bişirmək olduqca çətin olur. “FlashTorch Mini” adlı bu əl fənəri yalnız qaranlıq yolları işıqlandırmaqla qalmır, eyni zamanda atəş yandırmağa da kömək edir. Təxminən 21 santimetr boyundakı FlashTorch Mini, əslində, ölçü baxımından o qədər də kiçik deyil. Ancaq digər modeli olan “FlashTorch”a görə yüzdə 40 faiz daha az yer tutur. 2.300 lumens gücündəki əl fənəri, böyük bir salonda istifadə olunan projektorlarla, demək olar ki,eyni dəyərə sahibdir. Parlaqlıq səviyyəsi tənzimlənə bilən FlashTorch Mini’nin ən yüksək parlaqlıqda işlədəndə batareya davamlılığı 30 dəqiqəyə qədər qala bilir. Parlaqlığı aşağı saldıqda isə istifadə müddəti 100 dəqiqəyə qədər qalxa bilir. Ən son parlaqlıqda kağız kimi asanca yanabilən obyektləri də yandıra bilərsiz. Eyni zamanda, fənərin üzərinə yerləşdirilən bir tavada yumurta bişirmək belə mümkün olur. “FlashTorch Mini” adlı əl fənərinə 200 dollar ödəyərək sahib ola bilərsiz.

Xərçəngə qalib gəlmiş 54 yaşlı Karlito Konsesayo dünyada “3D” çap texnologiyasının köməyilə üzündə əməliyyat aparılmış ilk şəxsdir. Yanağında aşkar edilmiş şişin ləğv edilməsi əməliyyatından sonra pulsuz mobil tətbiqdən istifadə etməklə onun üzünün çatışmayan hissəsi bərpa edilib. Alimlər belə əlçatan texnologiyanın minimum səhiyyə xidmətlərindən istifadənin mövcud olduğu dünyanın ən ucqar rayonlarında yaşayan bir çox pasiyentlərə kömək edəcəyinə ümid edirlər. Hələ 2008-ci ildə Karlito Konsesayoya üst çənə karsinoması diaqnozu qoyulmuşdu. Üzün sağ hissəsindəki toxumaları məhv edən və pasiyentin boğazına zərər yetirən xərçəng sürətlə yayılırdı. Bir neçə əməliyyatdan sonra xərçəngin yayılması dayandı, amma şiş ləğv edildikdə onun yerində böyük dəlik açılıb. Bundan başqa, sağ göz yuvası və burnunun bir hissəsini itirmiş pasiyent depressiyaya düşmüşdü. “İlk protezim incə idi və daima düşürdü. Mən özümü çox pis hiss edirdim və dəhşətli görünürdüm” – Konsesayo xatırlayır. Amma 2016-cı ilin fevralında ona üzünün çatışmayan hissəsinin bərpası üçün smartfondan istifadəyə əsaslanan innovativ prosedur təklif ediblər. Yeni protez onu yenidən həyata qaytarıb.

3d

WhatsApp-ın bütün xüsusiyyətlərini bilərsinizmi? Səhvən sildiyiniz və ya köhnə yazışmalarınızı təkrar qaytarmaq istədiyinizdə bunu necə edə biləcəyinizi bilirsinizmi? Səhvən silinən WhatsApp mesajları qaytara bilərsiniz. Çünki WhatsApp silib yenidən yüklədiyinizdə tətbiq sizə köhnə yazışmaları geri gətirməyi istəyib-istəmədiyinizi soruşur. gər WhatsApp mesajlarınızı səhvən və ya bilərəkdən silmisinizsə, yenidən həmin yazışmaları qaytarmaq istəyirsinizsə, sadəcə WhatsApp-ınızı silib təzədən yükləyin.

whatsapp1

Virtual reallıq texnologiyasını dəstəkləyən “Windows” sistemi ilə işləyən “Alcatel Idol 4S” adlı ilk smartfon təqdim edilib. “Microsoft” şirkətinin qabaqcıl qurğusunun tədarük dəstinə virtual reallıq eynəyi də daxil ediləcək. 2.15 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 820” prosessoru və “Adreno 530” qrafik bloku ilə təchiz edilmiş yeni qurğu “Windows 10 Mobile” əməliyyat sistemi ilə işləyir. 5.5 düymlük diaqonala malik “AMOLED” texnologiyası ilə hazırlanmış displeyin təsvir ölçüsü 1920×1080 pikseldir və kənar hissələrinə “Dragontrail” qoruyucu şüşəsi qurulub. Aparat, həmçinin 4 QB əməli yaddaş, 64 QB-lıq fləş daşıyıcı, “microSD” çıxarılıb taxılan yaddaş kartları üçün slot, ikiqat “LED” işıqlandırıcısına malik 21 meqapiksellik “Sony IMX230” kamerası, 8 meqapiksellik ön kamera və 1.2 Vatt gücündə iki ədəd stereodinamikə malik “Hi-Fi” audiosisteminə malikdir. Cihazı blokdan çıxarma və internetdə pul tranzaksiyalarının təsdiqlənməsi üçün barmaq izinin autentifikasiyası dəstəklənir. 3000 milliamper/saat tutumunda olan akkumulyator batareyası “Qualcomm Quick Charge 3.0” simsiz enerjidoldurma funksiyasını dəstəkləyir.

alcatel

Dünya şirkətləri özlərinin və müştərilərinin məlumatlarının mühafizəsinə investisiyaları artırdığı bir dövrdə informasiya təhlükəsizliyi üçün başlıca təhdid hakerlər deyil, əməkdaşlar olaraq qalır. “Bulud” texnologiyalarının inkişafı sayəsində məlumatlar tədricən korporativ şəbəkələrdən əməkdaşların əlinə keçir. “CEB” şirkəti ekspertlərinin məlumatına görə, əməkdaşların təxminən 2/3 hissəsi rahatçılığa görə iş üçün şəxsi servis və texnologiyalardan istifadə edir. Məsələn, çoxları korporativ sənədləri ofisdən kənarda işləmək məqsədilə şəxsi elektron poçtuna göndərir. Rahatlığı və səmərəliliyi təhlükəsizlikdən üstün tutan şirkət əməkdaşları böyük əhəmiyyətə malik məlumatların məxfiliyini təhlükə altında qoyurlar. Sözsüz, belə praktika çox böyük maddi ziyan vurur. Məsələn, “Fortune 1000” jurnalının reytinqində yer alan şirkət orta hesabla ildə 400 min dollar sərf edərək müştəri və əməkdaşları məlumat sızması barədə xəbərdar edir. Təhlükəsizlik siyasətinin pozulması hallarının 45 faizi əməkdaşlar tərəfindən pis niyyətlə edilmir. “CEB” eksperti Brayan Linin sözlərinə görə, əməkdaşlar həmişə işi asanlaşdımağa və xüsusilə onlara lazımsız görünən qaydaları pozmağa çalışacaqlar. İş prosesinin belə “səmərələşdirilməsi” təkcə məlumatların təhlükəsizliyini deyil, həmçinin biznesin aparılma strategiyasını təhdid altına alır ki, nəticədə onun artımının azalmasına səbəb ola bilər. Əməkdaşların informasiyaya səhlənkar yanaşmaları ilə bağlı riskləri azaltmaq məqsədilə şirkətlər iki əsas qaydaya əməl etməlidir. Birincisi, zərurət olmadan çoxlu məlumat saxlamağa ehtiyac yoxdur. İkincisi, bilavasitə iş proseslərinə təhlükəsizlik mexanizmləri tətbiq edilməlidir. Əməkdaşların şəxsi servislərdən istifadə etməyə üstünlük vermələrinin səbəblərindən biri onlarda yorucu təlimatlara əməl etmək istəyinin olmamasındadır.

ceb

“Facebook” şirkəti internetə girişi olmayan 40 milyon nəfərin pulsuz internetə qoşulmasına şərait yaradıb. Bu məqsədlə xüsusi uçuş aparatları internet sisteminin olmadığı bölgələrə cəlb edilib. Günəş enerjisi ilə işləyən nəhəng cihazla, uzun müddət havada qala bilir. Nəticədə insanlar bu aparat sayəsində internetə pulsuz qoşulmaq imkanı əldə edir. Bildirilir ki, 3 il əvvəl start verilən layihənin əsas məqsədi internetə girişi olmayan 4 milyard insanı bu xidmətlə təchiz etməkdir.

facebook

Kompüter təhlükəsizliyi üzrə mühəndis və blogger Anıl Polat bütün səyyahlara böyük bir yaxşılıq edib. WiFox adlı bir xəritə hazırlayaraq, mühəndis bütün dünya aeroportlarının Wi-Fi şifrələrini bu xəritədə toplayaraq, bizə təqdim edib. Xəritədə demək olar ki, dünyanın bütün ən böyük aeroportlarının Wi-Fi şifrələri göstərilib. Xəritə kiçik təyyarə ikonları ilə bol şəkildə qarşımıza çıxır. İstifadəsi olduqca rahatdır: sizə lazım olan hava limanını tapır və kiçik təyyarə ikonunun üzərinə basırsınız. Daha sonra isə bütün məlumatlar “ovcunuzun içinə gəlir.” Belə ki, təkcə şifrəni deyil, həm də aeroportun hansı tərəfində internetin daha yaxşı tutduğunu öyrənə bilirsiniz. Bəzi aeroportlarda Wi-Fi xidməti hər kəs üçün açıq olsa da, digərlərində ancaq Business Class müştəriləri üçün açıq olur. Anıl Polatın yaratdığı aşağıdakı xəritə isə sizin hər bir halda internetsiz qalmamağınıza kömək edir.

wifi

Artıq WhatsApp-da da Snapchat xüsusiyyətləri istifadə oluna biləcək. Daimi olaraq Snapchat tətbiqlərini özündə təqdim etməyə davam edən Facebook bu səfər də WhatsApp üzərində yeni dəyişiklikliyə imza atıb. “Snapchat Stories” və “Messenger Day” kimi xüsusiyyətlərin sonra, “WhatsApp” da oxşar bir variantda istifadəçilərə təqdim olunacaq. Status adı verilən yeni WhatsApp xüsusiyyəti, söhbətləri və zənglər arasına yenilik əlavə edir. Belə ki, seçdiyiniz insanlarla foto və ya video paylaşmanıza imkan yaranacaq. Hələ təcrübi bir xüsusiyyət olan Status bu anda WhatsApp tətbiqinin beta versiyasında mövcuddur, lakin çatmaq üçün cihazın rootlu və ya jailbreakli olması tələb olunur. Eynilə Snapchat-da olduğu kimi WhatsApp Status-da da vizual görüntülər üzərində dəyişiklik edə bilir, yazı və ya emosiya əlavə edə bilirsiniz. Bundan əlavə videoları da bəzəyə, dəyişdirə bilərsiniz. Status-da hazırlanan bu görüntü və videolar təxminən 24 saat ərzində da varlıqlarını davam etdirir. Bu yeniliklər əslində bir müddətdir WhatsApp-da mövcuddur, lakin kifayət qədər müxtəliflik təşkil etmirdi. Status xüsusiyyətlərini nə vaxt rəsmi olaraq WhatsApp üzərində təqdim olunacağı bilinmir. Amma görünüşə görə, Facebook Snapchat-dan əl çəkməyəcək.

whatsapp

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register