Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Facebook işçiləri tərəfindən sızdırılan bilgilərə görə nəhəng sosial şəbəkə Facebook, Messengeri real mənada oyunlarla doldurmağı məqsəd edib. Bəs Facebook bunu necə edəcək? Facebookun söhbət tətbiqi olan Facebook Messenger, tez-tez yenilənərək yeni xüsusiyyətlər qazanmağa davam edir. Şirkət içərisindən gələn sızıntılara görə Messenger yaxın bir gələcəkdə oyun cənnəti ola bilər! HTML5-ə bu barədə güvənən Facebook, tətbiq içindəki gizli kiçik oyunların əksinə daha böyük oyunları Messenger-ə daxil etməyi məqsəd götürüb. Qarşınızdakı şəxs ilə canlı olaraq oynana biləcək oyunlarla Messengerin istifadəsini daha da artırmağı hədəfləyən Facebook, istədiyini alacaq kimi görünür. Əlavə olaraq bu sızıntını dəstəkləyən bir oyun da mövcuddur. Candy Crush-ın yaradıcısı olan King.com tərəfindən yaradılan və Messenger-dən oynanıla bilən ilk böyük oyun Shuffle Cats adını daşıyır. Facebook-un hələki bir qrup istifadəçiyə təqdim etdiyi Messenger oyunlarının qısa zaman içərisində olduqca məşhur olacağını düşünürük.

mesenger

WhatsApp-a animasiyalı GIF fotoların göndərilməsi və qəbul edilməsi funksiyası əlavə edilib. GIF fotoların dəstəyi demək olar ki, bütün messencerlərdə mövcuddur. Lakin bu bazarın lideri olan WhatsApp uzun müddət yalnız adi fotoları dəstəkləyirdi. WhatsApp-ın iOS və Android versiyaları üçün GIF formatlı animasiyalı fotoların göndərilməsi və qəbul olunması funksiyası əlavə olunub. Bununla yanaşı istifadəçilər öz videolarından da GIF animasiyalar yarada bilərlər. Bu halda video 6 saniyəni keçməməlidir. Bundan əlavə olaraq iOS istifadəçiləri Live Photos fotolarını GIF formatında göndərmək imkanını əldə ediblər. Sözügedıən funksiyalarla yenilənmə bitmir. Belə ki, istifadəçilər yeni GIF animasiyalar siyahısından artıq hazır GIF-ləri də göndərə bilərlər. Hələki beta versiya formatında olan yeni funksiyalar hamı üçün aktiv olmaya bilər. Lakin tədricən bütün istifadəçilər yeni funksiyalardan istifadə edə biləcəklər.

whatsapp

Demək olar ki, sosial şəbəkələr həyatımızın çox vacib hissəsini təşkil etməyə başlayıb. Belə sosial şəbəkələrdən biri də Richy adlı tanışlıq platformasıdır. Amma bu sosial platforma digərlərindən fərqli olaraq kişilər üçün pullu, qadınlar üçün isə pulsuz təklif olunur. İngiltərədə yaradılan mobil tətbiq qısa zamanda bir çox ölkələrdə istifadə olunmağa başlayıb və artıq Richy-nin 450.000-dək istifadəçisi mövcuddur. Belə ki, tətbiqə fikir versək onun haqda müəyyən fikir sahibi olmaq o qədər də çətin olmur. Belə ki, lüks həyat arzusunda olan və ya gedəcəyi ölkədə yeni tanışlıqlar qurmaq istəyən şəxslər bu tətbiqdən istifadə etməkdədir. Richy-nin əsas kriteriyası isə “gözəl qadınlar və varlı kişilər” prinsipinə uyğun gəlir. Təbii ki, belə olan halda tətbiqdən istifadənin pullu olması da normal hal hesab olunmalıdır. Belə ki, tətbiqi istifadə edən kişilər mesajlaşma və video görüntü istifadə etmək üçün 59$ ödəniş etməlidirlər. Qadınlar isə tətbiqdən istifadəyə görə pul ödəmirlər. Hətta Richy, qonşu ölkə Türkiyədə App Store-un “Top Grossing” siyahısında üçüncü pillədə yer alır. 7 ölkənin mobil marketlərində ilk onluqda yer almağı bacaran tətbiq 2017-ci ildə istifadəçi sayını 2 milyona çatdırmağı düşünür. Verilən statistikalara əsasən istifadəçilər arasında kişi istifadəçilərin 90%-i 30 yaş və ondan yuxarı olan yaş aralığını əhatə edir. Xüsusilə Rusiya, Amerika, Türkiyə, Ukrayna və Balkanlardan olan xanımların üstünlük təşkil etdiyi tətbiqdə qadınların 80%-i 20-30 yaş aralığındadır.

richy

Sosial media nəhəngi “Facebook”, “Microsoft”un satın aldığı karyera sosial şəbəkəsi LinkedIn ilə də rəqabət etmək istəyir. Facebook yeni xüsusiyyətini sınaqdan keçirməyə başladı. Keçən həftə elan etdiyi Game Room tətbiqi ilə “Steam”a birbaşa rəqib olan “Facebook” indi də gözünü “LinkedIn”ə dikib. “Facebook” yeni açıqlamasında, iş verənlərin iş elanı verə biləcəyi və gələn müraciətləri dəyərləndirə biləcəkləri yeni bir mexanizmi test etməyə başladığını elan etdi. İş və işçi axtarışı sosial şəbəkəsi Facebook. “Facebook”un hələki bu xidməti sınaq versiyasından çıxardıb tam olaraq istifadəyə alıb almayacağı bilinmir. Ancaq LinkedIn-də çox sayda professionalın olduğu və Facebook yerinə çox zaman LinkedIni izlədikləri də həqiqətdir.  Sosial Media nəhənginin əlavə olaraq LinkedIn-dəki iş elanlarından əldə edilən gəlirə də göz dikmiş ola biləcəyi düşünülür. 3-cü rüb maliyyə hesabatları açıqlanan Facebook-un rəqəmləri, sosial media nəhənginin ən yaxşı gəlirli dövründə olduğuna əyani sübut oldu. Lakin o hələdə digər şirkətlərin gəlirinə göz dikməyə davam edir. LinkedIn, iş elanı vermək istəyənlərdən müəyyən ödənişlər alır və ya abunəlik haqqı tələb edir. Bu da LinkedIn üçün əsas gəlir mənbəyi hesab olunur.  Beləki bu cür bir iş/işçi axtarış funksiyasının Facebook-a əlavə edilməsi ilə iş həyatına başlamaq üzrə olan saysız gənci də Facebook-a çəkmək və ya Facebook-da saxlamaq şirkətin gəlirlərini daha da artıracaq.

Facebook-Marketplace

“Google”ın ən çox istifadə olunan xidmətlərindən biri olan Gmail bir hacker tərəfindən hack olundu. Belə ki, bu hacking digərlərindən fərqli olaraq müsbət xarakter daşıyır. Keçdiyimiz günlərdə pakistanlı bir hacker Gmail-də olan çox ciddi boşluğu tapdı. Hətta bu tapıntıya görə “Google” şirkəti hackeri pul ilə mükafatlandırdı. Gmail-də tapılan bu boşluq vasitəsilə istənilən insanın gmail hesabına sızmaq mümkün idi. Belə ki, Google işçiləri tərəfindən təqdim olunan Gmail, şirkətin də dəstəyilə e-məktub dünyasının əsas hissələrindən birini təşkil edir. Pakistanlı Əhməd Məhtabadlı hackerin tapdığı boşluq bir çoxlarının hesabının oğurlanmasının qarşısını alıb.

Adobe, “Səsyazmalar üçün Photoshop” şüarı ilə VoCo adında yeni bir proqramını təqdim etdi. Artıq dostlarınıza hazırlayacağınız zarafatlarda istədiyiniz hər şeyi dedirtə biləcəksiniz. Photoshop ilə vizual dəyişikliklər sahəsində bir nömrə olan Adobe, indi də səs dəyişdirmək barədə praktiki və çox seçiləcək bir tətbiq ilə ortaya çıxdı.  VoCo adlı yeni tətbiq, səs faylları üçün çox çeşidli dəyişiklik etmək vasitələri təklif edərək, bir insanın  kifayət qədər uzun səsyazması olduğunda, mətin olaraq yazılan hər sözü insanın səsindən danışığa çevirə bilir. Adobe, öz proqramı VoCo-nu əslində “səsyazmalar üçün Photoshop” şüarı ilə təqdim edir. Şirkət yeni proqramın xüsusilə podcast və video blog dünyasında böyük əks-səda oyandıracağını düşünür. VBloggerlərin, danışanın görüntüsünün olmadığı arxa plan danışıqlarında, bu yeni proqram vasitəsilə dəyişiklik edə bilmələri mümkündür. VoCo hələki bazara təqdim edilməyib və Adobe, məhsulu təqdim etməsinə baxmayaraq hələki üzərində işlər apardığının və onu inkişaf etdirməyə davam etdiyini vurğulayır. Sosial Mediada dostlarının danışıqlarını dəyişdirib montaj etmək istəyənlər VoCo-nun təqdimat günü üçün bir qədər gözləməli olacaqlar. Ancaq bir gün öz səsinizdən heç etmədiyiniz bir danışıq eşitsəniz, bunun VoCo ilə hazırlanmış ola biləcəyi ağlınızda olsun.

voco

“Nokia” şirkəti ilin sonuna kimi iki yeni smartfonu təqdim edə bilər. Çinin Weibo adlı sosial şəbəkəsində həmin modellərdən biri olan D1C-nin fotoları sızdırılıb. Daha öncə qeyd olunmuşdu ki, yeni mobil telefonlar smartfon olacaqlar. Lakin bəzi mənbələrin qeyd etdiklərinə görə onlar 13.8 inç ekrana sahib olacaqlar. Fotolardan görmək olar ki, cihazın kamerası qeyri-adi şəkildə dizayn edilib. Bu xüsusiyyət yeni Nokia modellərinin üstün cəhəti ola bilər. Həmçinin fotolar deməyə imkan verir ki, mobil telefonlar sözün əsl mənasında böyük olacaqlar. Lakin buna baxmayaraq dəqiq ekran ölçüsünü söyləmək çətindir. Bir neçə müddət bundan öncə isə D1C-nin texniki göstəriciləri sızdırılmışdır: Full HD ekran, 64 bit-lik 8 nüvəli Qualcomm Snapdragon 430 prosessoru, Adreno 505 qrafik çipi, 3 GB RAM, 32GB daxili yaddaş, 13 MP arxa və 8 MP ön kamera, Android 7.0 Nougat əməliyyat sistemi.

nokia

iOS cihazlarda olan Find my iPhone funksiyası olduqca rahat və faydalıdır. Onun vasitəsilə bir çox istifadəçilər öz itirilmiş və ya oğurlanmış iPhone-larını tapa bilmişdilər. Hətta elə anlar olub ki, bu funksiya təhlükədə olan insanları belə xilas edib. Lakin bütün bunlara baxmayaraq Find my iPhone funksiyası cihaz sönülü vəziyyətdə olanda tamamilə lazımsız bir funksiyaya çevrilir. Gələcəkdə bu hal dəyişə bilər. Belə ki, “Apple”, iPhone sönülü olan zaman belə məlumat ötürə biləcəyi texnologiyanı hazırlayır. Bu texnologiya haqqında məlumat şirkətin aldığı sonuncu patentlərdən birində qeyd olunmuşdur. Məlumatda qeyd olunub ki, cihaz müəyyən vaxtda sönülü vəziyyətdən çıxıb öz yerləşdiyi yer haqqında məlumat ötürə biləcək. Bu o deməkdir ki, əgər sizin smartfonunuz şifrə və ya barmaq iziniz ilə qorunubsa onda Find my iPhone funksiyası cihazı, hətta sönülü vəziyyətdə belə tapa biləcək. Hələki şirkətin bunu necə reallaşdıracağı tam aydın deyil. Bəlkədə cihaz batareyasının bir hissəsi əlavə rezerv enerjisi üçün nəzərdə tutulacaq. Beləliklə sözügedən fubnksiya cihazı tapmaqda yardımçı olacaq.

mobile-open1[1]

Almaniyada Facebook-un CEO-su Mark Zuckerberg haqda cinayət işi açılıb. Səbəb isə Facebook-un “insanları təhrik etməsidir.” Xatırladaq ki, bənzər addım ilin əvvəlində də baş vermişdi. Bu zaman “Facebook”un rəhbəri Mark Zuckerberg, “Facebook”un digər əməkdaşı Sheryl Sandberg və bir neçə digər şəxs haqda cinayət işi açılıb lakin nəticəsiz qalmışdı. Bu dəfə isə adı hallanan şəxslərdən əlavə siyahıya yeniləri də əlavə olunub. Bunlar arasında Avropanın baş lobbicisi Richard Allan və Eva-Maria Kirschsieperi də yer alır. Cinayət işinə əsas olaraq Facebook-da edilən təhdid, cinayət və digər mənfi paylaşımları tolerantlıq adıyla yayımına icazə verməkdir.

379786-markzuckerberg5-reuters[1]

iPhone və iPad-lərin imkanlarından nə qədər çox faydalanırıqsa həmin cihazların enerjiləri bir o qədər tez bitir. Şarjı bitmiş cihazın bir neçə saniyədə tam enerji yığmasının bir üsulu yoxdur. Lakin cihazın şarj yığma sürətini artırmağın üsulları kifayət qədərdir. SuperSaf TV layihəsi iPhone-nun öz şarj cihazından deyil, iPad şarj cihazından istifadə edərək iPhone-nun nə qədər sürətlə enerji yığmasını yoxlayıb. Bloggerlər təcrübə zamanı iki ədəd iPhone 7 Plus modelindən istifadə ediblər. Onlardan biri özünün şarj cihazını, digəri isə iPad-ın şarj cihazına qoşulmuşdur. Təcrübə zamanı 0%-dən 100%-ə qədər enerjinin yığma sürəti ölçülürdü. Beləliklə batareyaların vəziyyətlərini şarja başlayandan yarım saat sonra yoxlayıblar. Standart şarj cihazlı iPhone 7 Plus 17 %, iPad-ın şarj cihazına qoşulmuş iPhone 7 Plus isə 34% nəticə göstərdi. İki nəticə arasındakı fərq göz önündədir. Bir saatdan sonrakı ikinci yoxlanışda nəticələr 35% və 64% olub. Yarım saatdan sonrakı üçüncü yoxlamada isə nəticələr 53% və 85% olmuşdur. Solda gördüyünüz standart şarj cihazlı iPhone 7 Plus, sağ tərəfdə gördüyünüz isə iPad şarj cihazlı iPhone 7 Plus-dır. Nəticə etibarı ilə iPad-ın şarj cihazına qoşulmuş iPhone 7 Plus 100% enerjini 2 saat 5 dəqiqə ərzində yığmışdır. Həmin müddətdə isə standart şarj cihaza qoşulmuş iPhone 7 Plus hələ 73% enerji yığmışdı. Beləliklə onun tam enerji yığma nəticəsi 3 saat 43 dəqiqə olmuşdur. Nəyə görə digər iPhone-da proses sürətli gedib? Hər şey çox sadədir. iPhone batareyasının şarj olunma sürəti onun qoşulu olduğu enerji mənbəyindən asılıdır. “Apple” smartfonlarının şarj cihazları 1 A (Amper) cərəyan gücü ötümək üçün nəzərdə tutulduğu halda, iPad-ın şarj cihazı 2.1 A cərəyan gücü ötürür. Məhz bunun sayəsində ikinci iPhone 7 Plus daha sürətli şarj olunmuşdur. Qeyd etmək lazımdır ki, bu üsul yalnız iPhone 6/6s/7 və iPhone 6Plus/6s Plus/7 Plus modellərində çalışır.

Ağıllı telefonlar gedərək yayılarkən  ailə böyüklərimiz yeni texnologiyaları öyrənmə mövzusunda böyük çətinliklər yaşaya bilir. Bir YouTube istifadəçisi köhnə vaxtlar üçün darıxanların və ya yeni texnologiyalara ayaq uydura bilməyənlərin marağını çəkəcək nostaljik bir dizayna imza atdı. Mr. Voltun videosunda tanıtdığı bu cihaz bir zamanlar istifadə çevirməli telefonları xatırladır. Bu cib telefonu böyük gövdəsi və OLED ekranıyla diqqət çəkir. İçində sim kart olan cihaz yalnız axtarış etməklə qalmır. Əlaqə kitabçası, mesaj atmaq və radio dinləmək kimi xüsusiyyətlərə də sahibdir. Bütün bu funksiyalara minimal düymələr ilə çatmaq mümkündür. Verilən əmrlər də dərhal kiçik ekrana əks olunur. Bu dizayn ağıllı telefonlara alışan bizlər üçün çox rahat görünməyə bilər. Ancaq köhnə zamanlardan ötrü darıxan ailə böyükləri üçün böyük asanlıq təmin edə bilər. Nostaljik və minimal dizaynlı bu telefon, istəmədən kiməsə səhvən zəng etməyi və ya səhvən telefonu sıfırlamağı qeyri-mümkün hala gətirir. Bu maraqlı cib telefonunu aşağıdakı videoda görə bilərsiniz.

Luca Todesco adlı Twitter istifadəçisi, hesabında paylaşdığı bir şəkildə iOS 10.1.1 ilə işləyən iPhone 7-nin jailbreak edildiyini elan etdi. iOS 10.1 üçün edilən jailbreak videosu keçdiyimiz həftə içərisində internetə düşmüşdü. Bu dəfə də Luca Todesco, iOS 10.1.1 ilə işləyən iPhone 7 cihazının jailbreak-li görüntüsünü paylaşdı. Todesco, eyni üsulun iOS 10.1-də də işə yaradığını açıqladı. Burdan da, keçən yeni il iPhone-larda heç bir şəkildə açıq olmayacağını və jailbreak edilməsinin  hardasa imkansız olacağını deyən “Apple”da hələ bəzi şeylərin tərs getdiyi mənasını çıxarda bilərik. Todesconun paylaşdığı şəkil, jailbreakların çıxmasını dörd gözlə gözləyənlər üçün olduqca sevindirici bir yenilikdir. Sadəcə Todesconun belə bir prinsipi var: Jailbreak edər etməsinə amma üsulu heç vaxt heçkimə deməz. Bu səbəbdən də Taig və Pangu kimi tapdıqları boşluğu hər kəslə paylaşan jailbreak komandalarının edəcəyi açıqlamaları gözləməkdən başqa çarəmiz yoxdur.

ios

Bir müddət əvvəl sizlərə “Samsung”un yeni səsli asistantı olan Bixby xidməti haqda məlumat vermişdik. Artıq Samsung şirkəti bu yeniliklə bağlı rəsmi açıqlama verib. Belə ki, şirkət bu sahədə yenilik olacaq açıq platformaya sahib süni zəka üzərində çalışdığını açıqlayıb. Hətta şirkətin rəhbəri In-jonq bu mövzuda yeni səsli asistantın sahib olduğu xüsusiyyətlərdən də danışıb. Şirkətin rəhbərinin sözlərinə görə yeni səsli asistant bir çox ehtiyacları qarşılamaq üçün lazım olan ayrı-ayrı tətbiqləri öz daxilində əks etdirəcək. Yəni süni zəka vasitəsilə siz bir çox ehtiyac duyduğunuz işləri bir arada həll edə biləcəksiniz. Məsələn, kofe və ya pizza sifariş vermək istəyənlər bu işi sadəcə səsli asistant Bixby köməyilə həll edə biləcəklər. Yeni səsli asistant sizin işinizi asanlaşdırmaqla vaxta qənaət etməyə yardımçı olacaq. “Samsung”un Galaxy S8 ilə tanıdacağı xüsusi süni zəka bir çoxları tərəfindən maraqla qarşılanıb.

samsung

Bildiyiniz kimi artıq bir müddətdir Snapchat, Facebook-la çox ciddi şəkildə mübarizə aparmaqdadır. Hətta Facebook, Snapchata məxsus bir sıra xüsusiyyətləri sahib olduğu platformalarda istifadə etməkdədir. Buna baxmayaraq Snapchat geri çəkilmir, əksinə dirənməkdə və inkişaf etməkdə davam edir. Qeyd edək ki, “Snapchat”ı almaq istəyən yalnız “Facebook” olmayıb. Ona sahib olmaq istəyənlər arasında “Google”un da adı çəkilmiş, amma ona da qismət olmamışdı. “Alphabet”ə yatırım edən “Google”, “Facebook”a rəqib olan “Snapchat”la gizli ortaqlıq imzalayıb. Belə ki, şirkət bu haqda heç bir rəsmi açıqlama verməsə də ortaya çıxan nəticələr bunu sübut edir. Google Capital, logosunu və veb saytını yeniləyib özünə yeni CapitalG adı seçib və öz veb saytında yatırım etdiyi şirkətlər arasında Snapchat-ın da logosunu paylaşıb. “Google” 2013-cü ildə “Snapchat”a 4 milyard dollar təklif edib, amma sonda rədd cavabı almışdı. Amma buna baxmayaraq son ortaya çıxan faktlar “Google”un müəyyən mənada “Snapchat”da paya sahib olması haqda fikirləri təstiqləyir.

google

“Google”, YouTube-da uzun zamandan bəri gözlənilən dəyişikliyi edib. Artıq YouTube-da HDR videolara baxmaq mümkün olacaq. Video paylaşım xidməti YouTube bir müddətdir 4K video dəstəyi üzərində işlər aparırdı. Amma müəyyən səbəblərdən ortaya çıxan problemlər işin gedişini geçikdirirdi. Artıq istifadəçilər bu yenilikdən istifadə edə biləcəklər. Şirkət rəsmi olaraq bu haqda açıqlama verib. Məşhur YouTube səhifələri artıq yeni formatda öz videolarını yükləməyə başlayıblar. “Google”, “MysteryGuitarMan”, “Jacob and Katie Schwarz” və “Abandon Visuals” kimi məşhur Youtuberlərlə bu mövzuda görüşlər təşkil edirdilər. HDR format görüntüdəki piksellərin kontrast faizi xüsusi bir alqoritma ilə dəyişdirilərək əldə edilir. Beləcə fərqli rənglər və detallar daha dərin və təsirli görünə bilirlər. YouTube-da ilk HDR videolarından birini izləyə bilərsiniz.

“Google”, iOS üçün Gmail tətbiqini tamamilə yenilədi. Şirkət yeni Gmail-in daha sürətli və yenilənmiş olduğunu bildirir. Yeni Gmail daha xoş dizayna sahib olmaqla yanaşı, köhnə versiyasından çox daha funksional və doğru çalışır. Məsələn, hər hansı bir e-mail silmək və ya arxivə daşımaq daha asan həyata keçirilir. Bundan əlavə “Google”, yenilənmiş Gmail-ə daha bir funksiya əlavə edib. Bu yeniliyin adı isə Undo Send adlanır. Yeni bir mail yolladığınız zaman ortaya çıxan xüsusiyyət, yolladığınız e-mailin qısa bir mündəricatını sizə təqdim edir və əgər bir xətaya yol vermisinizsə, düzəltməyiniz üçün e-mailinizi bir qədər gecikmiş olaraq yollamağınıza şərait yaradır. Gmail-in stolüstü versiyasında da istifadə olunan bu xüsusiyyət ilə hər hansı bir e-mail 5, 10, 15, 20 və hətta 30 saniyə ertələnə bilər. Əvvəllər isə bu ertələmə sadəcə 5 saniyə olaraq təyin oluna bilirdi. Bundan əlavə Gmail-in bu yenilənməsi sayəsində axtarış nəticələrini daha tez əldə etmək mümkündür. Təəssüf ki, Gmail üçün çox gözlənən bir neçə hesabı birlikdə istifadə etmə xüsusiyyəti hələ də təqdim olunmayıb. Bir daha xatırladaq ki, bu yenilənmə iPad və iPhone üçün nəzərdə tutulub.

ios

Məşhur modifikasiya mütəxəssisi JF Launier, 1964 model olan uçuq-sökük avtomobili 300 min dollar xərcləyərək bir əfsanəyə çevirib. Hazırki dəyəri isə 1.65 milyon dollardır. Avtomobilləri modifikasiya etmək, həqiqətən bambaşqa bir zövqdür. Bu növ avtomobillərdən xoşlanmasanız belə, çəkilən o qədər əziyyətə, əməyə hörmət etməmək əldə deyil. JF Launier adlı məşhur bir avtomobil mütəxəssisi sözün tam mənası ilə bir sənət əsəri yaradıb. 1964 model Buick Riveria-nı ilk tapdığında avtomobil tamamilə yararsız bir şəkildə bomboş qalırmış. 400 dollar verərək “ölüsünü” satın aldığı avtomobilə 22 min saatını ayıraraq ümumi 300 min dollar xərc çəkən Lanuier, avtomobilin dəyərini tam 1.65 milyon dollara çıxardıb. Aşağıda bu sənət əsərinin əvvəli və sonrası ilə tanış ola bilərsiniz.

masin

“Amazon”a məxsus olan “Alexa” analitik şirkəti dünyanın ən məşhur 15 saytının siyahısını təqdim edib. “Alexa” dünyanın ən nüfuzlu analitik şirkətlərindən biridir. Bu cür reytinq siyahısını tərtib edən zaman şirkət mütəxəssisləri əsasən saytların gündəlik auditoriya səviyyəsini və son 3 ay ərzində səhifə baxışlarının sayını nəzərə alırlar. Bu halda bütün dünya üzrə 30 milyona yaxın resurs analiz olunur. Ən çox ziyarət edilən sayt kimi Google.com öz liderliyini qoruyur. Tam siyahısını isə sizlərə təqdim edirik. 1. Google.com 2. YouTube.com 3. Facebook.com 4. Baidu.com 5. Wikipedia.org 6. Yahoo.com 7. Google.co.in 8. Twitter.com 9. Amazon.com 10. Qq.com 11. Google.co.jp 12. Live.com 13. Taobao.com 14. Vkontakte.com 15. Instagram.com

website

Texnologiya nəhəngi “Samsung”un ofisinə məhkəmə əmri ilə basqın edildi. Cənubi Koreyadakı böyük skandalın cinayət işi davam edərkən, hadisədən təsirlənən bir şirkət də “Samsung” oldu. BBC tərəfindən dünyaya elan edilən “Samsung”a basqın, böyük əks-səda doğurarkən, vəzifəlilər bu basqını təsdiqlədilər. Cənubi Koreya prezidenti Park Geun-hye haqqında başladılan cinayət işlərinin ucu “Samsung”a da toxundu. Hakimlər “Samsung”un Cənubi Koreyadakı ofisinə basqın düzənlədilər. Əlaqədar şəxslər, Prezidentin dostu olan Choi Soon-sil və onun qızına külli miqdarda pul köçürdüyü səbəbi ilə, cinayət işini “Samsung” ofisinə daşıdılar. Bəs, Cənubi Koreyada həftələrdir davam edən və ən sonunda “Samsung”un belə daxil olduğu bu hadisə nəyi əhatə edir? Hakimlərin iddialarına görə “Samsung”, Choinin qızının Almaniyadakı atçılıq kursuna maddi olaraq dəstək göstərir. Buna görə də Choi və qızının sahib olduğu şirkətə tam 2.8 milyon avro investisiya edib. Əlbəttə bu basqınlardan tək təsirlənən “Samsung”un ofisi olmadı. Hakimlər eyni sırada Koreya Çaparlıq Federasiyası və Koreya Atçılıq Birliyinin də ofislərinə getdilər. Təriqət lideri olan Choinin atası həm keçmiş həm də indiki prezidenti idarə etməklə günahlandırılır. Choi isə Cənubi Koreya dövlət rəhbərini təsiri altında buraxaraq şirkətləri, öz şirkətinə pul yatırmaq mövzusunda təsir altında saxlayırdı. Baxaq görək bu skandalın ucu daha başqa hansı şirkətlərə toxunacaq?

samsung

Teamviewer bir çoxları tərəfindən ən çox istifadə olunan platformalardan biridir. Məlumat üçün bildirək ki, Teamviewer əsasən bir cihazdan digərinə qoşularaq onu idarə etmək üçün mükəmməl vasitədir. Belə ki,Teamviewer üçün təqdim olunan yeniliklə siz asanlıqla Android, iOS və ya Windows Phone olmasından asılı olmayaraq çarpaz şəkildə istifadəni təmin edə bilərsiniz. 1.2 milyarddan çox cihazda istifadə olunan Teamviewer-un təqdim etdiyi çarpaz platforma dəstəyi nəticəsində cihazın hansı platformaya aid olmasından asılı olmayaraq mobildən mobilə uzaqdan idarə və ekran paylaşımı edə bilərsiniz. Teamviewer-un çarpaz platformasının köməyilə iOS platformalı iPad tabletlərinə, Android platformalı ağıllı telefonlarınızla əlaqə saxlaya bilərsiniz. Digər tərəfdən bu bağlantı üçün hər iki cihazda da Teamviewer tətbiqinin yer alması və son versiyanın yüklü olması vacib xarakter daşıyır. Belə olduqda ailənizdən birisinin tabletində problem yarandıqda işinizi tərk etmədən ona dəstək ola bilərsiniz. Canlı ekran paylaşımı funksiyasının köməyilə təhlükəsiz şəkildə məlumatların alış-verişini həyata keçirə bilərsiniz. Bu bağlantının təhlükəsizliyi isə 256-bit AES şifrələmə və 2048-bit RSA açar mübadiləsi ilə təmin olunur. iOS, Android və Windows Phone üçün Teamviewer tətbiqinin son versiyasını App Store, Google Play və Windows Store üzərindən endirilə bilər.

wiwer

“Lenovo” tərəfindən alınan “Motorola” yeni Moto M adlı ağıllı telefonu təqdim edib. Beləliklə, Moto M-in texniki xüsusiyyətləri və dizaynı haqda bu məlumatlar yer almaqdadır. Çinli texnologiya nəhəngi “Lenovo”, bu gün Moto M modelini rəsmi olaraq təqdim edib. MediaTek tərəfindən inkişaf etdirilən və 2.2 GHz sürətində, 8 nüvəli Helio P15 prosessordan və Mali-T860 MP2 GPU-dan güc alan Moto M telefonu 4 GB RAM və 32 GB daxili yaddaşa malik olacaq. Bundan əlavə cihazın daxili yaddaşını 128 GB-a qədər artırmaq imkanı verilir. 5.5 inç böyüklükdə ekranın Full HD özəlliyə sahib olan telefon 8 MP ön kamera və 16 MP arxa kamera ilə təchiz olunub. Moto M suya qarşı cüt qatlı hidrofobik örtülü metalla mühafizə olunub.  Bundan əlavə cihaz barmaq sensoru və sürətli şarj etməsi üçün 3050 mAh batareya ilə təchiz olunub. Moto M Android 6.0.1 Marshmallow əməliyyat sisteminə malikdir. Cihaz 2 rəngdə, qızılı və gümüşü rənglərdə təqdim olunub. Moto M-in qiymətinin təqribən 294$ olması gözlənilir. Telefonun satışına 9 noyabrda onlayn olaraq, 11 noyabrda isə mağazalarda satışına start veriləcək.”Lenovo” tərəfindən alınan “Motorola” yeni Moto M adlı ağıllı telefonu təqdim edib. Beləliklə, Moto M-in texniki xüsusiyyətləri və dizaynı haqda bu məlumatlar yer almaqdadır. Çinli texnologiya nəhəngi “Lenovo”, bu gün Moto M modelini rəsmi olaraq təqdim edib. MediaTek tərəfindən inkişaf etdirilən və 2.2 GHz sürətində, 8 nüvəli Helio P15 prosessordan və Mali-T860 MP2 GPU-dan güc alan Moto M telefonu 4 GB RAM və 32 GB daxili yaddaşa malik olacaq. Bundan əlavə cihazın daxili yaddaşını 128 GB-a qədər artırmaq imkanı verilir. 5.5 inç böyüklükdə ekranın Full HD özəlliyə sahib olan telefon 8 MP ön kamera və 16 MP arxa kamera ilə təchiz olunub. Moto M suya qarşı cüt qatlı hidrofobik örtülü metalla mühafizə olunub.  Bundan əlavə cihaz barmaq sensoru və sürətli şarj etməsi üçün 3050 mAh batareya ilə təchiz olunub. Moto M Android 6.0.1 Marshmallow əməliyyat sisteminə malikdir. Cihaz 2 rəngdə, qızılı və gümüşü rənglərdə təqdim olunub. Moto M-in qiymətinin təqribən 294$ olması gözlənilir. Telefonun satışına 9 noyabrda onlayn olaraq, 11 noyabrda isə mağazalarda satışına start veriləcək.

moto

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register