“Donald Trump – söz verirəm ki, bütün amerikalıların prezidenti olacam”

ABŞ-ın Prezidentliyinə “Respublikaçı” namizədi Donald Trump prezident seçkilərində qalib gəlmək üçün lazım olan kollegiyanın 270 səsini qazanıb. Donald Trumpın dəqiq qalib gəldiyi haqqında məlumat artı məlum olub. Hal-hazırda o, qərargahda onu dəstəkləyənlərə müraciət edir.

Çıxışı zamanı Trump tərəfdaşlarına təşəkkür edib və təsdiqləyib ki, bir az əvvəl Hillari Klinton onu qələbə münasibəti ilə təbrik edib.

“Ölkəmizin bütün vətəndaşları qarşısında söz verirəm ki, bütün amerikalıların prezidenti olacam. Bu mənim üçün çox vacibdir”, – deyə Trump bildirib.

O, eləcə də prezident seçkilərində səs verməyən bütün amerikalılara müraciət edərək bildirib ki, ABŞ-ın birləşməsi məqsədi üçün birgə çalışmaq önəmlidir.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register