Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Beynəlxalq Energetika Agentliyinin hesabatına əsasən, 2015-ci ildə bərpa olunan mənbələrdən hasil edilən elektrik enerjisinin payı kömür stansiyalarında ənənəvi üsulla hasil edilmiş enerjidən yüksək olub. Bu, tarixdə ilk belə hadisədir və ötən il bərpa olunan enerji hasilinin ümumi həcmi 150 qiqavatt təşkil edib. 2021-ci ilə planetdə bərpa olunan elektrik enerjisinin payı 42%-dək artacaq, Hindistan və Çin bu sahədə liderliyi ələ keçirəcəklər. Ekoloji elektrik enerjisinin istehsal qiyməti azalıb, mütəmadi daha ucuz və səmərəli günəş panelləri istehsal etməyə imkan verən yeni həllər meydana çıxır, son 5 ildə günəş enerjisi 30% ucuzlaşıb. Külək elektrik stansiyaları, həmçinin daha səmərəli olub. Onların köməyi ilə hasil edilmiş elektrik enerjisinin dəyəri bir neçə il sonra 15%, günəş enerjisinin qiyməti isə 30% ucuzlaşacaq. Ötən il günəş panellərinə olan tələbatın xeyli artması müşahidə edilib, bu halda günəş elektrik stansiyalarının quraşdırılma  dəyəri, həmçinin 33% azalıb. “Bloomberg” nəşrinin hesabatına əsasən, 2040-cı ilə günəş və külək  elektrik stansiyaları tərəfindən dünyada ən ucuz elektrik enerjisi istehsal ediləcək.

enerji

Virtual reallıq bu yaxınlarda populyarlıq qazanmağa başlasa da, artıq istifadəçilərin qarşılaşdığı bir sıra problemlər mövcuddur. Azsaylı keyfiyyətli kontenti kənara qoysaq, naqillər kimi aparat məhdudiyyətləri də var, çünki “HTC Vive”, “Oculus Rift” və “PlayStation VR” daxil olmaqla bütün virtual reallıq kaskaları kompüterlərə və qurğulara kabellərlə qoşulur. Bəzi istehsalçılar problemi virtual reallıq kaskalarının qoşulduğu çanta şəkilində mobil kompüterlər istehsal etməklə həll edir. Bu, istifadəçiyə həm real dünyada, həm də virtual reallıqda problemsiz hərəkət etməyə imkan verir ki, bu da dalma səviyyəsini xeyli yüksəldir. Belə kompüterləri artıq “HP”, “MSI”, “Alienware” və “Intel” təqdim edib, indi isə onlara “Zotac” şirkəti qoşulub. “Zotac VR Go” kompüteri digər şirkətlərin oxşar qurğuları ilə müqayisədə cəlbedici görünmür. Digər istehsalçıların diqqəti daha çox dizaynı maksimum ənənəvi çantalara yaxınlaşdırmağa yönəltməsinə baxmayaraq “Zotac” mobil kompüteri, nə qədər qəribə səslənsə də, məhz kompüteri xatırladır. Eyni zamanda “Zotac VR Go” kompüterində isti hava geriyə üfürülüb çıxarılır, lakin digər kompüter çantalarda ventilyasiya yan tərəflərdə olur ki, bu da istifadədə bir sıra narahatlıqlar yardır. Həmçinin “Zotac” kontroller üçün rahatlıq yaradan bərkidicilər düzəldib. Bu, onları daim əldə saxlamamağa imkan verir. “Zotac VR Go” kompüterinin texniki xüsusiyyətlərini “Intel Core i7” prosessoru, “GeForce GTX 1070” videokartı, çıxarılıb taxılan akkumulyator, 2,5 düymlük “HDD” və ya “SSD” diskləri təşkil edir. Kompüterin avtonom iş vaxtı, qiyməti və nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

canta

“Cylance” şirkətinin mütəxəssisləri “Mac” kompüteri istifadəçilərinin cinayətkarların “Google Chrome”un sifarişi ilə “AdWords” servisində bir neçə ön mövqeyi satın alması səbəbindən “Google.com” reklamı ilə ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər. İndi brauzeri yükləyən istifadəçilərin zərərli proqram almaları qaçılmaz olub. Bu xoşagəlməz halla kompüterə “FLV Player” pleyerini yükləyərkən də rastlaşmaq olar. Virus yükləmə zamanı antivirus kimi görünən “FLVPlayer.dmg” adı altında gizlənir. Sonra proqram kompüterin təhlükəsizliyini təmin etmək üçün faylları yükləməyi tələb edir, lakin əslində məqsəd kompüteri virusa tam yoluxdurmaqdan ibarətdir. Məlumata görə, “Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüter istifadəçiləri də təhlükə altındadır. “Google Chrome” faylını yükləmək istəyən istifadəçilər virusa yoluxmuş “admin.myfilessoft.com” saytına yönəldilirlər. Mütəxəssislər “Google” şirkətini problem barədə məlumatlandırıblar. “Chrome” brauzerini bu yaxınlarda yükləyən istifadəçilərin kompüteri antivirusla yoxlaması tövsiyə edilir.

google

Hərbçilər artıq uzun müddətdir sərhəddə müşahidə aparmaq üçün pilotsuz uçan aparatlardan istifadə edirlər. İndi “Sunflower Labs” şirkəti dron və günəş batareyalarının köməyi ilə ev və torpaq sahələrinin etibarlı qorumasını təmin etmək niyyətindədir. Şirkət tərəfindən hazırlanmış təhlükəsizlik sistemi istifadəçinin xüsusi mülkiyyətini daima izləməyə imkan verən “ağıllı” kameralarla təchiz edilmiş pilotsuz uçan aparatlar və ərazinin perimetri üzrə “ağıllı” sensorlardan birgə istifadəyə əsaslanır. “Ağıllı” sensorlar torpağa basdırılmış adi bağ fənərləri formasındadırlar. Fənərlər 10-dan çox müxtəlif detektora malikdirlər və sonuncuların sayəsində sistemin hər bir ayrı elementi digərləri ilə əlaqə saxlayaraq təhlükəsizliyin pozulub-pozulmadığını yoxlaya bilər. Sensorlar hərəkət, vibrasiya və səsə reaksiya verir. Sistem potensial təhlükə mənbəyini aşkar edən kimi öz sahibini məlumatlandırır və o, dronun kamerasının köməyi ilə nə baş verdiyini öyrənə bilər. Qeyd edək ki, dronlar naviqasiya funksiyasını həyata keçirən “ağıllı” sensorların sayəsində pozuntu aşkar edilmiş yerə doğru hərəkət edirlər. Bundan sonra pilotsuz uçan aparat real vaxt rejimində təsviri sahibinin mobil qurğusuna translyasiya etməyə başlayır. Hazırda “Sunflower Labs” şirkəti öz rəsmi saytı vasitəsilə sözügedən sistemə ilkin sifarişləri qəbul edir. Pilotsuz uçan aparat nəzərdə tutulmayan versiyanın dəyəri 159 dollar, pilotsuz uçan aparatla təchiz edilmiş versiyanın dəyəri isə 799 dollar təşkil edəcək.

dron

Çində “Xiaomi Mi Mix” smartfonlatının satışlarına start verilib. Ilk partiyanın bütün cihazları cəmi 10 saniyəyə satılıb ki, bu da şirkət üçün mütləq rekord hesab olunur. “Xiaomi Mi Mix” 4 GB əməliyyat yaddaşı olan standart versiyalı smartfonlarının qiyməti 515 dollar təşkil edir. 6 GB əməliyyat yaddaşı olan və əl izləri skaneri olan versiyasının qiyməti isə 593 dollara satılır. Növbəti partiya smartfonlartın satışı isə noyabrın 8-də baş tutacağı gözlənilir. Mütəxəssislər təxmin edir ki, yeni rekord qeydə alına bilər. Çünki “Xiaomi Mi Mix” smartfonları məhdud partiyalarla satışa çıxarılacaq və ayda cəmi 10 min ədəd təşkil edəcək.

smartfon

“Lenovo” şirkəti öz adı altında smartfonların istehsalını dayandırır. Çindən olan tərtibatçılar bildirir ki, “Lenovo” smartfonları bundan sonra “Moto” brendi ilə istehsal olunacaq. “Lenovo P2” adlanan sonuncu cihaz Çində “Moto M” konpakt cihazı ilə birgə noyabrın 8-də təqdim ediləcək. Bu məlumat “Lenovo” nümayəndələri tərəfindən öz təsdiqini hələlik tapmayıb. Böyük ehtimallara görə, dəyişikliklərlə bağlı rəsmi bəyanat noyabrın 8-də keçirilən təqdimatda ediləcək. Gözlənilir ki, “Lenovo P2″ və ” Motorola Moto M” smartfonları 5,5 düym həcmli displeyə malik olacaq. Bununla belə, P2 AMOLED displeyi ilə təchiz ediləcək, “Moto M” isə çox güman ki, maye-kristal displeylə təchiz ediləcək. “Lenovo” telefonunun əsas kamerası 13 meqapiksel həcmli olacaq. “Motorola” isə işıq diodlu işıqlandırmaya malik 16 meqapiksel kamera təklif edəcək.

lenova

Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır. Bu barədə Qərbin sahə KİV-ləri məlumat yayıb. Bu layihənin həyata keçirilməsi KWS, “Wavin” və “Total” şirkətləri arasında imzalanan müqavilə sayəsində baş tutacaq. Söz düşmüşkən, plastik yollar konsepsiyası ötən il KWS şirkətinin mühəndisləri tərəfindən tərtib edilib.  Bu layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir. Misal üçün, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür.

plastik yol

Son məlumatlara əsasən, ötən iki il ərzində “Move to iOS” əlavəsini 10 milyondan çox istifadəçi yükləyib. Bu o deməkdir ki, məhz bu qədər istifadəçi “Android”i iOS əməliyyat sisteminə dəyişib. “Google Play” xidmətindən olan tərtibatçıların sözlərinə görə, bu proqram məlumatları saxlamaqla əməliyyat sistemini tez bir zamanda dəyişməyə imkan verir. Bu yeniliyini yaradılmasına “Apple” şirkətindən olan tərtibatçılar cavabdehdir, onun işləməsi isə ancaq 4.0 versiyası və ondan yuxarı “Android” əməliyyat sistemlərində mümkündür. “Move to iOS”un köməyi ilə “Android”dən iOS-a sevimli şəkilləri, əlaqələri, qeydləri və hətta bəyənilən əlavələri də köçürmək mümkün olacaq. Belə bir zəngin funksiyaların olmasına baxmayaraq, istifadəçilər bu proqramı mümkün 5 baldan cəmi 2,7 balla qiymətləndiriblər.

iosandroid

Rusiyanın paytaxtı Moskva şəhərində  “Atlas” virtual mobil  operatoru pulsuz SİM-kartları paylamağa başlayıb. Bu barədə “RG” agentliyi layihənin ideoloqu Evgeni Qordeyeva istinadən yazıb. Məlumatda bildirilri ki, artıq paytaxtın 120 min sakini pulsuz mobil  xidmətinə qoşulub. Həmçinin məlumatda qeyd edilir ki, tezliklə bu xidmət Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburq, Kazan və Yekaterinburqda fəaliyyətə başlayacaq.

sim kart

Çinin “DJI” şirkəti axtarış-xilasetmə əməliyyatları zamanı dronların mərkəzləşdirilmiş idarəetməsi üçün mobil tətbiq yaradıb. Hazırda axtarış-xilasetmə dəstələri ərazinin öyrənilməsi üçün pilotsuz uçan aparatlardan istifadə edir. Ancaq dronların belə tətbiqi taktikası üzərində işlənilməyib. Bundan başqa, dronlardan ibarət bir neçə dəstə işə cəlb edilibsə, onlar arasında informasiya mübadiləsi məhdud ola bilər. “DroneSAR” adlı yeni tətbiq dronlar arasında məlumat mübadiləsini optimallaşdırmağa və sürətləndirməyə imkan verir. Məsələn, aparatların olduğu yer haqda məlumat bütün idarəetmə pultlarına ötürülür. Həmçinin hər bir dronun kameralarından əldə edilmiş təsvirlər vahid mərkəzə göndərilir ki, bu da dəstələr arasında axtarış zonalarını bölməyə imkan verir. İtkin düşmüş insanı aşkar etdikdən sonra proqram xəritədə müvafiq nöqtəni nişanlamağa imkan verir və ərazinin koordinatları bütün əməliyyat iştirakçılarına göndərilir. Sistem İrlandiyanın Doneqola dağlarında sınaqdan keçirilib. Məlumata görə, burada 5 nəfərlik qrup dronlardan istifadə etmədən 1 kv km ərazinin axtarışını 2 saat ərzində başa çatdıra bilər. “DroneSAR” mobil tətbiqi sayəsində bu əməliyyatı 20 dəqiqə ərzində etmək mümkündür.

dron dji

Vaxtilə ən populyar və kütləvi olan “Internet Explorer” brauzeri sürətlə öz populyarlığını itirir. 2016-cı ildə sözügedən brauzer daha 331 milyon istifadəçi itirib. İstifadəçilər tədricən “Chrome” brauzerinə keçirlər. Cari ildə 35%-dən  55%-dək artım qeydə alınıb. Beləliklə, internet istifadəçilərinin 50%-dən çoxu “Xrom” brauzerindən istifadə edirlər. “Explorer” brauzerinin payı  44%-dən (2016-cı ilin əvvəlində) 23%-dək azalıb. “Microsoft” şirkətinin yeni “Edge” brauzeri hələ populyarlıq əldə etməsə də, ancaq 3%-dən 5%-dək artımı müsbət xarakterizə etmək olar. Lakin istifadəçilər çox vaxt “Explorer”dən yeni “Edge” brauzerinə deyil, “Chrome”a keçirlər. Müqayisə üçün, 2015-ci ildə internet istifadəçilərinin 50%-i “Explorer” brauzerindən istifadə edirdilər, o vaxt “Chrome”un payı 27% idi.

brouzer

Mobil qurğuların məhsuldarlığının yoxlanılması üzrə ən populyar test hesab edilən “AnTuTu”nun yaradıcıları bazarda mövcud ən güclü smartfonların yeni reytinqini dərc ediblər.” iPhone 7 Plus” smartfonu əvvəlki kimi liderdir. “Apple A10 Fusion” prosessoru ilə təchiz edilmiş 5.5 düymlük “iPhone 7 Plus” fableti 172644 xal toplayaraq reytinqdə birinci yeri tutub. Eyni çipsetlə təchiz edilmiş və 170124 xal toplamış “iPhone 7” qurğusu ikinci yerdə qərarlaşıb. Sonrakı yerdə 160856 xalla Çinin “LeEco Le Pro 3” aparatı gəlir. Məlumat üçün, sözügedən aparat “Qualcomm Snapdragon 821” çipseti ilə təchiz edilib. 153777 xal toplamış “Xiaomi Mi5s Plus” dördüncü, 149705 xal yığmış “Smartisan M1L” isə beşinci yeri tutublar.

reytinq

İki il əvvəl “Google” şirkəti avtomobillər üçün “Apple CarPlay” sisteminin analoqu olan “Android Auto” əməliyyat sistemini təqdim edib. Təəssüf ki, avtomobil istehsalçıları hər iki sistemin dəstəklənməsini avtomobillərdə quraşdırmağa bir o qədər həvəs göstərmirlər. Həmçinin “Android Auto” və “Apple CarPlay” sistemlərini dəstəkləyərək istənilən avtomobilə quraşdırıla bilən ayrı-ayrı mediapleyerlər mövcuddur, lakin onları əldə etmək çətin və bahadır. “Google” bu problemin çox sadə həllini tapıb. Avtomobil istehsalçılarının “Android Auto” sistemini avtomobillərə tətbiq etmək istəməməsi səbəbindən şirkət platformanı smartfonlara keçirərək istifadəyə verib. “Google Play” sistemində “Android Auto” əlavəsi sistemi birbaşa smartfon ekranında quraşdırmağa imkan verən “Android Auto 2.0” versiyasınadək yenilənib. Əlavə işə salınan zaman istifadəçi interfeysi sükan arxasında onunla maksimum birlikdə işləmək üçün tam dəyişir. Smartfonu öndə müəyyən bərkidicidə quraşdırmaq və pleyer, naviqasiya, telefon və digər funksiyalarla daha rahat şəkildə istifadə etmək mümkündür. Bundan başqa, “Google” növbəti yeniləmədə platformanı əlsiz idarə etmək üçün səsli komandaların dəstəklənməsinin əlavə ediləcəyini bildirib. Qeyd edək ki, smartfonlar üçün “Android Auto” bütün ölkələrdə işləmir. Yenilənmiş əlavəni “Google Play” əlavələr mağazasından yükləmək olar.

carplay

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi bildirib ki, “Messenger”də oyun platforması hazırlayır. “Instant Games” əlavəsi asinxron oyunlara əsaslanacaq. “Facebook” istifadəçilərinə mətn əlavəsinin daxilində bir-biri ilə yarışmaq imkanı verəcək. Tərtibatçılar platformanın asinxron olacağı və real vaxt rejimində istifadəçilərin bir-biri ilə yarışa biləcəyindən başqa heç bir şərh vermirlər. Proqramın istehsalı ilə “Candy Crush” oyunundan tanınan və məşhur olan “King.com” korporasiyası məşğul olur. “Instant Games”in bu ayın sonunda fəaliyyətə başlaması nəzərdə tutulur. Burada maksimal dərəcədə sadə oyunlar təqdim ediləcək.

face

ABŞ-ın “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask (Elon Musk) çox da uzaq olmayan gələcəkdə insanların kütləvi şəkildə işsiz qalacağını bildirib. İ. Mask istehsalın, sənayenin robotlaşdırılması nəticəsində insanların öz iş yerlərini itirəcəklərini bəyan edib. O, bütün məşğulluq sahələrində baza gəlirinin tezliklə tətbiqinə çağırıb. “İnsanlar onların iş yerlərini robotların tutması ilə barışmalı olacaqlar. Bizim hamımız inkişaf etmiş süni intellektlə simbioz şəraitində yaşamağı öyrənməli olacağıq”, – deyə iş adamı vurğulayıb. Onun fikrincə, robotların sayəsində kütləvi şəkildə universal baza gəlirinin və ya buna bənzər hansısa modelin tətbiqi ehtimalı böyükdür. İ. Mask onu da əlavə edib ki, uzaq gələcəkdə hətta yaradıcı sahənin adamlarını neyroşəbəkələr əvəzləyə bilər və onlar bu işi insanlardan daha yaxşı görəcək.

Ilon

Rusiyada 60 min ədədə yaxın yeni “iPhone” smartfonunun satışı həyata keçirilib. Bu ilin sentyabr ayında “Apple” korporasiyası Rusiya bazarında 54 400 ədəd yeni “iPhone 7” və 3 500-dən artıq “iPhone 7 Plus” smartfonu satıb. “iPhone 7” və “iPhone 7 Plus” satışlarına görə Rusiyada beşinci yeri tutub. Ümumən satılan “Apple” smartfonlarının 44 faizi yaddaş həcmi 128 Gb olan “iPhone 7” smartfonlarıdır. Mütəxəssislər əmin edir ki, hazırda rusiyalılar “Apple”in yeni məhsullarının alınmasında bir il öncəkindən daha maraqlıdırlar. “re:Store” qeyd edir ki, hazırda “iPhone 7” smartfonlarının satışları “iPhone 6s” satışlarını 3 dəfə üstələyir. “Yevroset” mağazalar şəbəkəsinin rəhbəri Akeksandr Melisin sözlərinə görə, ticarət şəbəkəsi özünün yeni “Apple” cihazlarının ilk partiyasını 4 gün müddətində tam olaraq satıb.

iphone

Cənubi Koreyanın “Samsung” korporasiyası ABŞ-ın iri qəzetlərində üzrxahlıqla çıxış edib. Korporasiya “The New York Times”, “The Wall Street Journal” və “The Washington Post” qəzetləri vasitəsilə alıcılardan üzr istəyib. “Samsung”un Şimali Amerika üzrə bölməsinin rəhbəri Qreqori Li tərəfindən verilən açıqlamada “Galaxy Note 7” smartfonu və paltaryuyan maşınlarla bağlı yaranan problemlərdən danışılır: “Biz həyatı daha yaxşı edən texnologiyalar yaratmaq üçün innovasiyaları inkişaf etdiririk. İşimizin əsas prinsipi yüksək keyfiyyət və təhlükəsizlikdir. Son vaxtlar biz bu prinsipləri yerinə yetirə bilmədik”. Qeyd edək ki, Çində “Samsung”un top menecerləri diz üstə çökərək “Galaxy Note 7” qalmaqalına görə müştərilərdən üzr istəyiblər.

samsung

“Twitter” şirkəti “Vine” video əlavəsini bağlamaq qərarından daşınıb. Şirkət satış barədə xeyli təklif alıb. Hazırda bu təkliflər nəzərdən keçirilir. “Vine” xidmətini almaq üçün “Twitter”ə müraciət edənlər arasında Asiya şirkətləri də var. Onlardan birinin “Line” olduğu bildirilir. Təklif verənlərin siyahısı açıqlanmasa da, potensial alıcılardan biri xidmət üçün 10 milyon dollar təklif edib.  Xatırladaq ki, maliyyə çətinlikləri ilə əlaqədar “Twitter”in yaxın aylarda “Vine” mobil əlavəsini bağlayacağı haqda xəbərlər yayılmışdı.

twitter

Son bir neçə ay ərzində iOS bazasında işləyən cihazlar üçün nəzərdə tutulmuş “AppStore” mağazasına bir çox oyun və əlavələr əlavə olunub. Onlardan bəziləri olduqca böyük populyarlıq əldə etməyə və ən yaxşıların yaxşısı olmağa nail olublar. iOS platformasında “Apple” cihazlarının internet mağazaları üçün əlavələr yaradılıb. Portal istənilən zövqdə məhsullarla doldurulub, istifadəçilər üçün taymbreykerlər, atıcı oyunlar (şuterlər) və arkadalar əlçatan olub. İstehlak bazarında ən populyar “Batman – The Telltale Series”, “Banner Saga 2”, “Infinite Tanks”, “Invisible Inc”, “Mafia III: Rivals”, “FIFA Mobile”, “The Bug Butcher”, “Feral Fury” oyunları olub. Oyun yenilikləri müxtəlif süjetlidir və virtual reallıqda böyük imkanlar spektrini təqdim edir. Onların qiyməti isə istifadəçilər üçün olduqca əlçatandır. Onlardan bir çoxunun davamı olacaq və onlar artıq növbəti il üçün anons ediliblər.

ios

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register