Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Oxford-da çalışan bir qrup elm adamı dodaqları oxuya bilən süni zəka icad edib. Oxford Universitetində çalışan elm adamları süni zəkanı daha irəli səviyyəyə gətiriblər. Belə ki, onlar süni zəkanın insanın dodaq hərəkətlərini izləyərək nə dediyini anlamasına nail ola biliblər. Maraqlı olan isə bu süni zəkanın insandan daha dəqiq nəticələr ortaya çıxarmasıdır. Bu süni zəkanın adı isə yerinə yetirdiyi funksiyaya bağlı olaraq LipNet adlanır. LipNet bu sahədə xüsusi təlim görmüş insanlardan 1.78 dəfə daha dəqiq nəticələr göstərir. Yeni süni zəka əvvəlkini də geridə qoyaraq 93.4%-lik nəticə ortaya qoyub. Belə ki, bu işlə məşğul olan professional insan bu sahədə 52.3% doğruluq payına sahibdir. Bəlkə də süni zəkadan qorxmaq daha yerinə düşən kəlimədir. Çünki LipNet sistemdə olan 3 saniyəlik, 29.000 videonu izləyərək belə nəticəyə nail ola bilib. Amma digər tərəfdən də belə texnologiya 100% nəticə əldə edə bilsə gələcəkdə eşitmə qüsurlu insanlar üçün olduqca faydalı tapıntı ola bilər. Elm adamları texnologiyanın hələ də mükəmməl olmadığını inkişaf etdirilməli olduğunu bildirirlər.

Microsoftun reallaşdırdığı tədbirdə diqqətləri öz üzərinə çəkməyi bacaran məhsullardan biri də Surface Dial oldu. Yastı bir silindr şəklindəki dizaynıyla cihazda, alüminium gövdə, inkişaf etdirilmiş idarə etmə sistemi və vibrasiyalı bildirişlər edə bilən sistem yerləşdirilib. 99 dollarlıq bu kiçik “touchpad”, sensorlu ekran üzərində, sanki, bir müasir palitra vəzifəsini yerinə yetirir. Birbaşa olaraq ekran üzərində istifadə edə biləcəyiniz Surface Dial, hər gün reallaşdırdığınız vəzifələri tək toxunuşla, ya da döndərərək reallaşdırır. Eyni zamanda cihaz, 3D şəkillərin idarəsini də asanlaşdıra bilir. Word, Excel, PowerPoint və OneNote kimi Microsoftun da bir çox tətbiqinə dəstək verən Dial, Surface Studio, Surface Book və Surface Pro 4 ilə işləyə bilir. Tətbiqlərə görə, xüsusiyyətlərini özəlləşdirə biləcəyiniz cihaz 2 ədəd AAA batareyası ilə çalışır.

micrasoft

“Messenger” “Facebook”un reklam qazanc platformalarından birinə çevrilir. Bundan sonra istifadəçilər “Messenger”də bir çox şirkətlərin reklamlarını istəməsələr belə görməli olacaqlar. “Facebook”un “Messenger” üzərində həyata keçirdiyi bu yenilik artıq dünəndən rəsmi olaraq tətbiq edilib.  Ekspertlər isə bildirir ki, “Messenger” üzərindən istifadəçilərə təklif ediləcək reklamlar onlara narahatlıq yaşadacaq.

fb mesenger

WhatsApp iki addımlı sərt təhlükəsizlik sistemini təqdim etməyə hazırlaşır. Ən sonuncu beta versiya bu funksiyanı özü ilə gətirir və digər istifadəçilər üçün də qısa zamanda aktivləşdiriləcək. Qısaca olaraq, bu funksiya WhatsApp proqramını quraşdırarkən əlavə mərhələ olaraq 6 rəqəmli şifrə yazmağınızı tələb edir. Normalda WhatsApp quraşdırarkən nömrəni təsdiq etmək üçün mətn mesajı alırıq. Amma yeni funksiya telefonun həqiqətən sizə məxsus olduğunu aydınlaşdırmağa kömək edir. İki addımlı qoruma sistemini aktivləşdirmək üçün “Tənzimləmələr” bölməsində “Hesab”a daxil oluruq və buradan prosesi başlatmaq üçün “Two-step verification” (İki-addımlı təsdiqləmə) variantını seçirik. Buna baxmayaraq WhatsApp-ın sənədlərinə görə bəzi xəbərdarlıqlar var: Əgər iki addımlı təsdiqləmə sistemi aktivləşdirilibsə, sizin nömrəniz proqramdan istifadə tarixindən 7 gün ərzində təsdiqləmə şifrəsi olmadan yenidən təsdiq oluna bilməz. Hətta, siz şəxsi kodunuzu unutduğunuz və iki addımlı təsdiqləmə funksiyasını deaktiv etmək üçün heç bir e-mail təmin etmədiyiniz halda 7 gün ərzində nömrənizi təsdiq edə bilməzsiniz və WhatsApp-dan istifadə etmək mümkün olmayacaq. 7 gündən sonra WhatsApp nömrənizi yenidən şifrəsiz təsdiqləməyə icazə verəcək, amma bu zaman sizi gözləyən bütün yeni mesajlar, o cümlədən, bütün söhbət çatları silinəcək. Əgər sizin nömrəniz proqramdan istifadədən 30 gün sonra yenidən şifrəsiz təsdiq olunarsa, bu zaman proses zamanı hesabınız WhatsApp-dan silinəcək və yenidən yaradılacaq. Bunların qarşısını almaq üçün funksiyanı aktivləşdirərkən e-mail daxil etməyiniz məsləhətlidir. Bu ona görə vacibdir ki, yeni telefon aldığınızda və ya proqramı silib yenidən yazdıqca çətinlik yaşamayasınız. Və əmin olun ki, daxil etdiyiniz məlumatlar doğrudur. Çünki WhatsApp emailinizi daxil etdikdən sonra onu təsdiqləmək üçün sizə heç bir şey göndərməyəcək. Buna da səbəb olaraq, insanları narahat etmək istəmədikləri göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi, hal hazırda funksiya Beta istifadəçilər üçün aktivdir. Yaxın müddətdə bütün istifadəçilər üçün də aktivləşdirilməsi gözlənilir.

whatsapp

Yarandığı vaxtdan bu günədək bir çoxları tərəfindən sevərək istifadə olunan Snapchat çox maraqlı və bir o qədər qəliz işləmə rejiminə sahibdir. Qəlizdir, çünki bu sistemi qurmaq üçün çox ciddi proqramlaşdırma biliklərinə sahib olmaq lazımdır. Bir çoxlarımız Snapchat-a xas görüntülərdə istifadə olunan maraqlı formaları filtrlər adlandırsaq da, şirkət bunu linzalar adlandırır. İnsan üzünü çox sürətli və 3D formada qrafik istifadə edərək maraqlı formalar verən filtrlər əslində Ukrayna startapına aiddir və 2015-ci ildə “Snapchat” tərəfindən 150 milyon dollara alınıb. Hətta şirkət onları öz əlində saxlamaq üçün hüquqi maneələr qoymuşdur. Snapchat bu filtrlər haqda tam açıqlama verməsə də patentlərini onlayn olaraq yayımlayıb. Belə ki, bu proqram insan üzünün parçalarını nöqtə-nöqtə olaraq təyin edir. Burda göz, qaş, dodağın yeri nöqtələrlə təyin olunur və bundan sonra üzdəki əsas hissələri təsbit etdikdən sonra nöqtələr arasındakı məsafəni tənzimləyir. Sonra bir maska yaradır və maskaya 3D qrafik tətbiq olunur. Daha ətraflı məlumatı aşağıdakı videodan ala bilərsiniz.

“Apple”, iOS-da təqdim etdiyi yenilikdə yeni funksiya təqdim etməyi fikirləşir. Yeni funksiya isə “SOS” adlanır. “Apple”, iPhone sahiblərinin təcili hallarda istifadəsi üçün son dərəcə yararlı yeni xüsusiyyət təqdim edib. Yeni xüsusiyyət “SOS”adlanır və adından da məlum olduğu kimi təcili yardım çağırışı etmək üçün nəzərdə tutulur. Yeni xüsusiyyət daha asan şəkildə təcili yardım çağırışına şərait yaradır. Yenilənmiş iOS yenilənməsi nəticəsində istifadəçilər SOS üçün nəzərdə tutulmuş düyməyə 5 dəfə ard-arda basdıqda o zaman təcili yardım çağırışı həyata keçirilir. Əgər istifadəçi bu düyməni bilmədən istifadə edərsə, təcili yardımı təxirə salmaq üçün ona müəyyən vaxt da verilir. Bu funksiya ilk olaraq Amerika, Avstraliya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Honk Konq, Hindistan, İtaliya, Yaponiya, Rusiya, İspaniya və Birləşmiş Krallıqda istifadəyə veriləcək. Digər ölkələrdə isə bu funksiyanın irəliləyən günlərdə təqdim olunması gözlənilir.

iphone-6-concept-video-takes-look-at-how-curved-iphone-would-appear-13597-640x360[1]

“Amazon” yeni işə addım atmaq niyyətindədir. Artıq Amazon yeni xidmət təklifinə start verib. “Amazon”, işləyən şəxslər üçün yeni xidmət təklif etməyə hazırlaşır. Belə ki, evində təmizlik işi aparan şəxslərə ehtiyacı olanlar Amazon Prime abunəliyi sayəsində bu xidməti verən insanlar kirayələyə biləcəklər. “Amazon” hələki, bu haqda heç bir rəsmi məlumat verməsə də şirkətdən sızan xəbərlər bunu deməyə əsas verir. Bundan əlavə “Amazon”un son vaxtlar bu sahə üzrə işçi axtarışı elanları verməsi də bu məlumatları təstiqləyir. Əslində bu vəzifə üzrə müraciət edən şəxslər sadəcə evin təmizliyindən cavabdeh olmayacaq. Belə şəxslər bir növ evin asistantı rolunu oynayacaq. Yəni evin bütün işləri həmin şəxsin üzərinə düşür. Belə demək mümkünsə ev asistantlığı edən şəxs həm təmizliyə, həm də evin digər işlərinə cavabdeh olacaq. Verilən xidmətin hansı ərazilərdə keçərli olacağı haqda tam məlumat verilmir. İş elanı isə hələ ki, ABŞ-ın Seattle bölgəsində aktivdir. Bölgənin belə seçimi də təsadüfi xarakter daşımır. Belə ki, bu əyalətdə çalışanların çoxluq təşkil etməsi buna şərait yaradıb. Amazon Prime xidməti bu yenilikdən istifadə edənlərə bəzi xidmətləri pulsuz və ya uyğun qiymətlərlə verməyə şərait yaradır. Buna misal olaraq, Stream TV istifadəçiləri bu xidmətə görə pul ödəmir, Amazondan aldıqları məhsullarda endirim əldə edir və çatdırılma belə şəxslər üçün daha tez həyata keçirilir. Yeni xidmətdə çalışacaq olan şəxslərin bütün siğorta və maaşları “Amazon” tərəfindən ödənsə də, ev xidmətləri üçün uyğun günlük, həftəlik və aylıq qiymətlərlə kiralana biləcəklər.

Amazon-640x360[1]

Prisma-nın məşhur rəsm filtrləri Facebook Live-a əlavə olunub. Facebook Live funksiyasında yenilənmişPrisma 2.8 tətbiqinin 8 filtrini istifadə etmək olar. Hələki sözügedən funksiya iPhone 7 və iPhone 6s smartfonlarında çalışan Prisma istifadəçiləri üçün aktivdir. Yaxın zamanda bu funksiyanın bütün iOS cihazlarındə və Androidplatformasında dəstəklənəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Prisma son zamanların ən məşhur tətbiqlərindən biri hesab olunur. İstənilən fotonu rəsm tərzində şah əsərə çevirən tətbiq bir çoxlarının rəğbətini qazanmışdır. Həmçinin tətbiqin filtrlərindən Telegram messencerindədə istifadə etmək mümkündür. Keçən ay isə tətbiqə videoların redaktə olunması funksiyası əlavə olundu.

prizma

Yeni fəaliyyətə başlamış universitetdə tələbələr IT sahəsində təhsil alacaqlar. Maraqlısı ondadır ki, təhsil müəllimlər və ya professorlar tərəfindən deyil, tələbələrin bir-biriləri ilə qarşılıqlı əlaqələri zamanı əldə olunacaq. Yəni Kaliforniyada fəaliyyətə başlamış universitetdə müəllimlər tələbələri deyil, tələbələr bir-birilərini IT sahəsində təhsilləndirəcəklər. “Technote.az”ın “Mir24.tv”ə istinadən verdiyi xəbərə əsasən “42” adlandırılmış bu universitet öz adını məşhur elmi-fantastik roman seriyası “The Hitchhiker’s Guide to the Galaxy”dən götürülmüşdür. Roman seriyasındakı epizodlardan birində kompüter həyatın əsas sualının cavabını hesablayaraq 42 cavabını əldə edir. Yeni universitetdə minlərlə tələbə, müəllim və professorların köməkləri olmadan kodlaşdırma və proqramlaşdırma sahələrində təhsil alacaqlar. Yəni, standart mühazirələr olmayacaq. Tələbələr bir-biriləri ilə öz təcrübələrini bölüşə, birlikdə layihələr qura və ümumi internet şəbəkəsində olaraq bir-birilərinin işlərini yoxlaya biləcəklər. 2013-cü ildə Parisdə start almış bu layihənin oxşarı artıq öz effektivliyini təsdiq edib. Belə ki, Parisdəki universitetdən olmuş məzunlar hal-hazırda “IBM”, “Amazon” və “Tesla” kimi şirkətlərdə çalışmaqla yanaşı öz şirkətlərini də qururlar. Kaliforniyada isə bu cür universitetin fəaliyyətə başlaması üçün “Snapchat”, “Periscope” və “Facebook” kimi şirkətlərdən təsdiq əldə olunub.

Məlumatlara əsasən “Samsung” şrkəti istifadəçilərin xahişlərinə əsasən Galaxy S8 modellərinin ekranlarını daha böyük edəcək. Bu cür qərar Galaxy Note 7smartfonunun bazardan geri çəkilməsini kompensasiya edir. Məlumatlara əsasən gələn ilin Aprel ayında satışa çıxacaq Galaxy S8 və Galaxy S8 Edge smartfonları 5.7 və 6.2 inç ekranlarla təchiz olunacaq. Daha əvvəl güman olunurdu ki, yeni smartfonlar 5.1 və 5.5 inç ekrana sahib olacaqlar. “Technote.az”ın “Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən mütəxəssislərin fikrincə yeni cihazlar ilk öncə fablet alıcıları üçün nəzərdə tutulur. Fabletlər adi smartfonlardan böyük, planşetlərdən isə kiçikdirlər. Bununla yanaşı Galaxy S8 və Galaxy S8 Edge cihazlarının korpus ölçüləri əvvəlki modellərdəki kimi olacaq. Ekran, cihazın ön panelinin bütün hissəsini tutacağı hesabına böyüyəcək. Ənənəvi “Home” düyməsi yoxa çıxaraq sensorlu variantı ilə əvəz olunacaq.

samsung

“Apple” şirkəti iPhone və iPad-lər üçün nəzərdə tutulmuş Support tətbiqini təqdim edib. Tətbiqin test versiyası artıq App Store-un Hollandiya filialında istifadəçilər üçün aktivdir. Apple Support-un təsviri bu cürdür. “Sizə kömək lazımdır? Apple Support sizlərin şirkət tərəfindən təqdim edilmiş şəxsi köməkçinizdir. Sizə məxsus olan məhsullar barəsində cavabları məqalələrdə tapa bilərsiniz. Zəng, messencer və mail vasitəsilə bizim mütəxəssislərimizlə əlaqə yaradın. Apple Store və ya sizə yaxın olan servis mərkəzindən texniki dəstək əldə edin. Apple Support kömək üçün buradadır”. “Apple”, Genuis Bar özəlliyi ilə konsultasiyaya yazılmağın mümkünsüz olduğu Apple Store-dakı bir çox funksiyaları Apple Support-a inteqrasiya edib. Apple Support, Apple ID-ə qoşulmuş cihazların siyahısını skan edərək cihazlarla problemlərin təlimatlarını təqdim edir və cihazın texniki müşaiyətində şirkət mütəxəssislərinə köməklik göstərir. Qeyd edək ki, bu ilin Mart ayında şirkət Twitter-də Apple Support səhifəsini istifadəyə verdi. Həmin səhifədə şirkət cihazlarla bağlı məlumatları paylaşır və istifadəçilərin suallarına cavab verir. Apple Support bir növ istifadəçiləri iPhone və iPad-lərdə olan gizli funksiyalar barədə məlumatlandırır və istifadəçilərin problemlərinə həllər tapır. Apple Support tətbiqi hələki yalnız App Store-un Hollandiya filialında aktivdir. Tətbiqin qlobal şəkildə hamıya təqdim olunması yaxın zamanda gözlənilir.

apple-support-1

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register