Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Klinton tərəfdarları Trumpın prezident seçilməsində əsas səbəbkar olaraq Facebook-u günahkar bilmişdi. Bu mövzuda Zukerbergin də cavabı gecikmədi. Belə ki, dünən paylaşdığımız xəbərdə Klinton tərəfdarları prezident seçimlərinə aid xəbərləri düzgün əks etdirmədiyi üçünFacebook-u günahkar elan etmişdi. Amma texnologiya konfransında danışan Mark bu iddiaların əsassız olduğunu, insanların görmədiyi xəbərləri onlara zorla göstərməyin mənasız olduğunu bildirib. Hətta Hillari Klinton seçimləri uduzduqdan sonra öz tərəfdarlarına səslənərək, qapalı qruplarda edilən müzakirələri açıq hala gətirmələrini xahiş edib. Bundan əlavə o, demokratların sadəcə öz aralarında, qapalı qruplarda müzakirələr aparmasının düzgün olmadığını vurğulayıb. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Facebook yalnız sosial həyata deyil, gələcəkdə seçimlərə də təsir edə bilər.

Facebook-Marketplace

Facebook Snapchat-dan əl çəkmək niyyətində deyil. Bu dəfə də oxşar tətbiq olan Flash-I təqdim etdi. Snapchat qarşısında Facebook Poke və Slingshot kimi tətbiqlərlə bir şey əldə edə bilməyən Facebook, bu dəfə də Flash tətbiqi ilə şansını sınayır. Facebook-un Snapchat-a qarşı təzyiqləri bitmək tükənmək bilmir. Bu dəfə də Facebook, Snapchat-la bənzər xüsusiyyətləri daşıyan bir başqa mobil tətbiq olan Flash-ı sınaqdan keçirir. Facebook-dan ayrı istifadə üçün təqdim olunan Flash tətbiqi, istifadəçilərə Snapchat-da olduğu kimi müxtəlif filtrlər və maskalar ilə foto və video çəkmə imkanı verir. Snapchat-da ən çox istifadə olunan İt filtri də Flash-də yer almış kimi görünür. Bundan əlavə Snapchat-i kölgədə qoymaq istəyən Facebook-un yeni tətbiqinin əsas xüsusiyyətlərindən biri də onun daha az yer tutmasıdır. Belə ki, bu tətbiq Snapchat-dan fərqli olaraq 25 MB yer tutur. Halbu ki, Snapchat-da bu sahə 75 MB təşkil edir. Flash-ın Snapchat-la ortaq xüsusiyyətlərini və az sahə tutmasını nəzərə alsaq bir çox istifadəçilər tərəfindən istifadə olunacağını demək mümkündür. Amma digər tərəfdən Flash Snapchatla müqayisədə daha zəif tətbiq hesab olunur.

facebook-flash-uygulamas

Instagram-ın CEO-su Kevin Systrom-un verdiyi məlumata əsasən şirkət tətbiqdə olacaq canlı yayım funksiyası üzərində çalışır. Şirkətin planına əsasən canlı yayım funksiyası Instagram-ın Stories bölməsində reallaşdırılacaq. Məşhur fotoservis, Facebook Live və Perisope kimi canlı yayımları etməyə imkan verəcək. Yeni funksiyanın yaxın zaman ərzində təqdim olunacağı gözlənilir. “Technote.az”ın “Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən yeni funksiyanın necə işləyəcəyi haqqında şirkət heç bir məlumat verməyib. Canlı yayım, tətbiqin Stories bölməsində real zamanda əks olunacaq. Keçən ayın sonunda tətbiqin Android versiyasının rusiyalı istifadəçisi Stories bölməsində Live düyməsini aşkar etmişdi. Həmin düyməyə kliklədikdə isə “Məşhur canlı yayımlar” bölməsinə keçid olunurdu. Lakin həmin vaxtda sözügedən bölmədə heç bir video yox idi.

Facebook, Messenger-i təkminləşdirməkdə davam edir. Artıq bir çox xüsusiyyəti özündə birləşdirən Messenger üçün yeni bir xüsusiyyət də əlavə olunacaq. Artıq Facebook, Messenger-də söhbət otaqları adlı xüsusiyyətin üzərində işlər aparır. Bu yenilik bir qədər Twitter-ın ‘Trending Topics’ xüsusiyyəti ilə eynilik təşkil edəcək. Məsələn, hər hansı yeni film haqda heç tanımadığınız biri ilə asanlıqla müzakirə apara biləcəksiniz. Təbii ki, bu söhbət otaqları xüsusi olacaq. Bu vəziyyətdə bir söhbət otağında iştirak etmək üçün idarəçi təstiqi almağınız tələb olunur. Hələ ki, Messenger-in yeni xüsusiyyəti haqda ətraflı məlumat verilmir. Digər bir sual altında olan məqamsa bu yenilikdən kimlərin faydalana bilməsidir.

facebook-rooms

“Apple” bugün etibarı ilə internet saytından yenilənmiş cihaz satışına başladı. Bu cihazlara 1 il də zəmanət veriləcək. Yenilənmiş cihazlar içərisində iPhone, iPad, Mac və iPod yer alır. “Apple”ın ilk iPhone-u elan etdiyi 2007-ci ildən etibarən 1 milyarddan çox ağıllı telefon satdığı və bütün gəlirinin 60%-ni iPhone-dan gəldiyini nəzərə alsaq yenilənmiş məhsullar içərisində də ən çox satışın iPhone-larda olacağını deyə bilərik. iPhone satışlarının tarixdə ilk dəfə bu il bir eniş göstərdiyi düşünülərsə bu yeni gəlir metodunun məntiqli olduğu aşkardır. Üstəlik digər məhsullardan da əlavə gəlirlər əldə etmiş olacaqlar. Bir tərəfdən də eyni şeyi iki dəfə satmaq olduqca yaxşı bir üsuldur. “Apple”ın yenilənmiş məhsullarının bütün testləri edilib, əksik və xətalı  parçaları təmir edilib və 1 il zəmanətli şəkildə satılacaq olması haradasa sıfıra yaxın bir məhsul halına gətirildiyini göstərir. Bu modelə 2-ci əl satışı demək çox doğru olmaz amma bir sonrakı addımda buna da rast gələ biləcəyimiz istisna deyil. Hələki satışda olan məhsullardan 100-150 dollar arasında daha ucuz qiymətə istədikləri məhsulu tapmaq istifadəçilər üçün əvəzsiz bir təklifdir. Təbii ki hər cihaz və modeli bu cür tapa bilməyəcəyik. Hələki sadəcə Amerikada başlayan bu modellə sadəcə iPhone 6s və 6s+ modelləri mövcuddur. Digər “Apple” cihazlarında da çox köhnə modellər tapa bilməsəniz adətən ən son modelin bir alt modelləri bu üsul ilə satılacağını yadınızda saxlamalısınız. Xaricdəsinizsə və bu cür bir fürsəti dəyərləndirmək istəyirsinizsə “Apple”ın saytını incələməyiniz faydalı olacaqdır.

Night-Shift-640x360[1]

Orta məktəbdə bəzilərinin qorxulu yuxusu olan kimya dərsinin bəlkə də ən əziyyətli tərəfi dövri sistemi təşkil edən elementlər, onların harda nə məqsədlə istifadə olunması ilə bağlı olub. Məsələn, periodik cədvəldə yer alan bəzi elementlərin nə işə yaradığını bilsəkdə bir çoxlarının hansı məqsədlə istifadə olunduğu haqda məlumatımız yoxdur. Bəlkə də dövri sistemi daha əyləncəli yolla öyrənsəydiniz bu iş bu qədər əziyyətli olmazdı. Məsələn, hansı element nəyin tərkibində yer alır və ya nəyin hazırlanmasında yer alır. Məhz bu fikirlə yola çıxan Keith Enevoldsen dövri sistemi daha əyləncəli şəkildə təsvir edib. Vizual olaraq o qədər də nəzərə çarpan olmasa da funksionallıq baxımından çox böyük üstünlükləri mövcuddur. Belə ki, siz dövri sistemdə hər hansı elementin üzərində dayandıqda o element haqda məlumatlar, nə üçün lazımlı olduğu öz əksini tapır. Məsələn, hər birimizə yaxşı məlum olan volfram bildiyiniz kimi ən çətin əriyən elementdir və əsasən televizor, lampalarda istifadə olunur. Buna görə də bu metalı təsvirində istifadə ediblər. Cədvəllə daha yaxından tanış olmaq istəyənlər burdan daxil ola bilərlər.

dovri-cedvel

WhatsApp iki addımlı sərt təhlükəsizlik sistemini təqdim etməyə hazırlaşır. Ən sonuncu beta versiya bu funksiyanı özü ilə gətirir və digər istifadəçilər üçün də qısa zamanda aktivləşdiriləcək. Qısaca olaraq, bu funksiya WhatsApp tətbiqini quraşdırarkən əlavə mərhələ olaraq 6 rəqəmli şifrə yazmağınızı tələb edir. Normalda WhatsApp quraşdırarkən nömrəni təsdiq etmək üçün mətn mesajı alırıq. Amma yeni funksiya telefonun həqiqətən sizə məxsus olduğunu aydınlaşdırmağa kömək edir. İki addımlı qoruma sistemini aktivləşdirmək üçün “Tənzimləmələr” bölməsində “Hesab”a daxil oluruq və buradan prosesi başlatmaq üçün “Two-step verification”(İki-addımlı təsdiqləmə) variantını seçirik. Buna baxmayaraq WhatsApp-ın sənədlərinə görə bəzi xəbərdarlıqlar var: Əgər iki-addımlı təsdiqləmə sistemi aktivləşdirilibsə, sizin nömrəniz proqramdan istifadə tarixindən 7 gün ərzində təsdiqləmə şifrəsi olmadan yenidən təsdiq oluna bilməz. Hətta, siz şəxsi kodunuzu unutduğunuz və iki-addımlı təsdiqləmə funksiyasını deaktiv etmək üçün heç bir email təmin etmədiyiniz halda 7 gün ərzində nömrənizi təsdiq edə bilməzsiniz və WhatsApp-dan istifadə etmək mümkün olmayacaq. 7 gündən sonra WhatsApp nömrənizi yenidən şifrəsiz təsdiqləməyə icazə verəcək, amma bu zaman sizi gözləyən bütün yeni mesajlar, o cümlədən, bütün söhbət çatları silinəcək. Əgər sizin nömrəniz tətbiqdən istifadədən 30 gün sonra yenidən şifrəsiz təsdiq olunarsa, bu zaman proses zamanı hesabınız WhatsApp-dan silinəcək və yenidən yaradılacaq. Bunların qarşısını almaq üçün funksiyanı aktivləşdirərkən email daxil etməyiniz məsləhətlidir. Bu ona görə vacibdir ki, yeni telefon aldığınızda və ya tətbiqi silib yenidən yazdıqca çətinlik yaşamayasınız. Və əmin olun ki, daxil etdiyiniz məlumatlar doğrudur. Çünki WhatsApp emailinizi daxil etdikdən sonra onu təsdiqləmək üçün sizə heç bir şey göndərməyəcək. Buna da səbəb olaraq, insanları narahat etmək istəmədikləri göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi, hal hazırda funksiya Beta istifadəçilər üçün aktivdir. Yaxın müddətdə bütün istifadəçilər üçün də aktivləşdirilməsi gözlənilir.

two-step-verification-whatsapp-more

“Fortune” jurnalının seçiminə görə bu il iş dünyasının ən uğurlu adı “Facebook” qurucusu və CEO-su Mark Zuckerberg oldu. İş dünyasının ən nüfuzlu jurnallarından biri olan Fortune, hər il olduğu kimi bu il də iş dünyasına damğa vurmuş adlarını seçdi. Sadəcə texnologiya deyil bütün iş dünyasını əhatə edən bu siyahıda isə texnologiya sektorunun vacib adları  üstünlük təşkil edir.  Fortune jurnalına görə 2016-cı ilin iş adamı “Facebook” CEO-su Mark Zuckerberg oldu. Mark Zuckerbergi isə e-ticarət sahəsində bir dünya nəhəngi halına gələn “Amazon” şirkətinin CEO-su Jeff Bezos ikinci sıradan izləyir. Texnologiya dünyasının tanınan adları “Alphabet” (“Google”) CEO-su Larry Page, “Microsoft” CEO-su Satya Nadella və “Nvidia” CEO-su Jen Hsun Huang da siyahıda ilk 10-a girməyi bacararkən “Apple”ın CEO-su Tim Cook isə siyahıda 11-ci yer alaraq ilk 10-a girə bilmədi. Fortune tərəfindən ilin iş adamının Mark Zuckerberg seçilməsindəki ən böyük təsirin isə Zuckerbergin şirkətin strategiyasına uyğun bir şəkildə hərəkət etməsi və bütün dünyanı məmnun edəcək layihələr hazırlaması olduğu deyilir.

mark-zuckerberg

Artıq Donald Trump da iPhone-ların üzərində yer alacaq. Belə bir iPhone-a sahib olmaq üçün sadəcə 3082$ ödəməlisiniz. Bir müddət əvvəl firma qızıl örtüklə örtülmüş və üzərində Vladimir Putinin yer aldığı iPhone-lar satışa çıxarmışdı. İndi isə bu trend Donald Trumpla davam edir. İnsanlar arasında keçirilən səsvermədə Trumpın üstünlük təşkil etməsi firmanın belə addım atmasına şərait yaradıb. Təbii ki, burda Trumpın prezident seçilməsi faktorunu da göz ardı etmək olmaz. Belə ki, firmanın yeni dizaynlı telefonlarının örtüyündə Donald Trumpın şəkli və “Make America Great Again” yəni “Amerikanı yenidən möhtəşəm et” devizi yer alıb. Ağıllı telefon istehsalçısı olan Cavier adlı şirkət Donald Trump iPhone-larını internet üzərindən 3082$-a satışa çıxardı. Firma Donald Trumpın bu modeli istifadə edərsə sevinəcəyini bildirib.

telefon

Çinin Anxoy vilayətində bazardan geri çağırılmış Galaxy Note 7 smartfonu ilə bağlı maraqlı hadisə baş verib. Belə ki, oğru Galaxy Note 7 smartfonunun sahibindən onun cihazını oğurlayıb və bir müddətdən sonra cihaz partlayıb. Hadisəni smartfonun sahibi danışıb. O, internet kafedə yatıb və hansısa müştəri onun bu vəziyyətindən istifadə etməyi düşünüb. Oğru onun smartfonunu oğurlayıb. Lakin cihazı istifadə etmək və ya satmaq mümkün olmayıb. Belə ki, cihaz oğurlanandan qısa müddət sonra partlayıb. Partlamış Galaxy Note 7-ni polislər tapıb. Oğrunu isə yaxalamaq mümkün olmayıb. Sözügedən oğurluq hadisəsi xəbəri Çinin bütün sosial şəbəkələrində yayılıb. İstifadəçilər hətta smartfonun oğurluğa qarşı ən yaxşı qorunma üsuluna sahib olması barəsində zarafatlar da ediblər.

galaxy-note-6-7-renders[1]

Dizayn baxımından yeni cihaz HTC 10-nu xatırlatsa da öz imkanlarına görə ondan fərqlənir. Məsələn HTC Bolt IP57 standartı üzrə tozdan və sudan qorunma xüsusiyyətini əldə edib lakin 3.5 mm audio girişdən məhrum olub. Alüminium korpusa sahib olan HTC Bolt-da barmaq izi skanı “Home” düyməsinə yerləşdirilib. Smartfon 5.5 inç Quad HD ekran (Corning Gorilla Glass 5 qoruyucu şüşə örtüklü), Qualcomm Snapdragon 810 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microoSD dsətəklənir), 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə HTC Bolt, 4K formatlı video çəkim və fotonun optik stabilizasiya sistem özəllikli 16 MP-lik arxa və 8 MP-lik ön kameraya sahibdir. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Cihazın qiyməti isə 600$ təşkil edəcək.

htc

“Adobe” öz standartlarından kənar çıxaraq böyük bir alış-veriş həyata keçirdi. Belə ki, şirkət məşhur bir reklam texnologiya firmasını almaq üçün 540 milyon dollarlıq təklif irəli sürdü. Belə ki, “Adobe” təqdim etdiyi bir sıra məshulları ilə texnologiya bazarında özünəməxsus yerə sahibdir. Amma bu dəfə şirkət fərqli bir yatırım etdi və “TubeMogul”u almaq haqda qərarını açıqladı. “TubeMogul” 2006-cı ildə qurulan, agentlik və markalara video reklam xidməti verən şirkətdir. 2014-cü ildə artıq ictimaiyyətə də təqdim olunan şirkət son vaxtlar bir qədər geriləmə yaşayırdı. Hətta bu həftə “TubeMogul”un hissə payları 8 dollar səviyyəsində aşağı düşüb. Amma buna baxmayaraq, “Adobe” bu şirkətin hər bir hissə payı üçün 14 dollar ödəmək təklifi ilə çıxış edib. Firmanın son vaxtlar o qədər də uğur əldə etməməsini nəzərə alsaq bu doğrudan da çox böyük rəqəmdir. Şirkətin bütün nəğd pul və borclarını əhatə edən yekun məbləğ 540 milyon dollar təşkil etdi. Edilən açıqlamaya görə “TubeMogul” bundan sonra Adobe Marketing Cloud daxilində yer alacaq və müstəqil reklam ilə məlumatların idarə olunması xidmətini təmin edəcək. “Adobe”un səlahiyyətli nümayəndələrindən olan Brad Rencher verdiyi açıqlamada televiziyada, filmlərdə və ya məşhur Hollywood filmlərində artıq video reklamların xüsusi yer tutduğunu, “TubeMogul”u almaqla “Adobe” müştərilərinə daha yüksək səviyyəli xidmətlər təklif edəcəklərini dilə gətirib. Bundan sonra “TubeMogul”un CEO-su Brett Wilson “Adobe”un daxilində öz heyəti ilə birgə işinə davam edəcək.

tube mogul

Alimlər qanda QİÇS virusunu dəqiq təyin edə biləcək flash kart yaradıblar. Bu flash kartdan hətta ev şəraitində belə istifadə edərək qanda QİÇS virusunun olub-olmadığını öyrənmək olacaq. Cihaz Londonun İmperiya kollecinin alimləri və “DNA Electronics” şirkəti tərəfindən yaradılıb. QİÇS ilə bağlı nəticələri öyrənmək üçün yalnız kiçik qan damcısı lazımdır. Qan damcısını flash karta yerləşdirindən sonra flash kart-ın qoşulu olduğu kompüter və ya hansısa digər cihaza elektrik siqnal ötürülür. Nəticələr onu göstərib ki, flash kart analiz cavabını 30 dəqiqədən sonra və çox dəqiqliklə təqdim edir. Qanda QİÇS ilə bağlı müasir analizlər 3 gün ərzində və yalnız laboratoriya şəraitində keçirilir. Son təcrübədə cihaz 991 növ qanı incələyərək 95% dəqiqliklə nəticələr təqdim etmişdir. Cihazın hər bir qan növünə ayırdığı analiz vaxtı isə 21 dəqiqə olmuşdur. Qan damcısı USB ötürücüsünə daxil olan zaman cihaz, QİÇS-i qanda turşu səviyyəsinin dəyişkənliyi üzərindən təyin edir. Flash kartda olan mobil telefon çipi bu məlumatı elektrosiqnala çevirir və kompüterə ötürür. İndi isə alimlər bu cihazı digər virus növlərinin aşkar edilməsi üçün təkmilləşdirirlər.

qich

“Samsung”, Note ilə bağlı yaşadığı problemlərdən sonra öz istifadəçilərini qatlana bilən telefonlarla təəccübləndirə bilər. Bildiyiniz kimi Galaxy Note 7 xəbərlərindən sonra “Samsung” çox böyük itkilər yaşadı. Belə olan halda isə “Samsung”un edəcəyi yenilik bir çox istifadəçiləri sevindirə bilər.  Məşhur Hollandiya texnologiya saytı olan Galaxyclub.nl, “Samsung”un yeni patent almaq üçün müraciət ünvanlandığını bildirib. Artıq uzun zamandan bəri “Samsung”un qatlana bilən telefon konsepti üzərində xəbərlər gəlməkdə idi və belə güman olunur ki, patent müraciəti də məhz buna görədir. Koreyalı xəbər saytı olan Korea Herald-ın, “Samsung”un yeni konsept telefonları haqda xəbər paylaşması bu iddiaları təstiqləyir.

galaxy

Unicode 10 ilə gələcək yeni emosiyalar göründü. Tez bir zamanda siz emosiya siyahısında yeni emosiyalar görə biləcəksiniz. Yəqin ki, bir çoxları kimi siz də mesajlarınızda emosiyalara xüsusi yer verirsiniz. Hətta elə şəxslər var ki, onlar emosiyalarla tam bir mesajı ifadə edə bilirlər. Təbii ki, bu da istehsalçıların bu sahədə yeni emosiyalar əlavə etməsinə şərait yaradır. Unicode da bu dili inkişaf etdirməkdə davam edir. Unicode 10-da yer alan yeni emosiyalar da bunlardan biridir. Yeni emosiyalar çoxaldıqca fikri ifadə etmək də asanlaşır. Yeni emosiyalar arasında hicablı qadın, saqqallı kişi, zebra, vampir, ufo, ulduz gözlü gülən adam, tort, susmağı işarət edən adam emosiyaları yer alacaq. Yenilənmə ilə gələcək yeni emosiyalar da digərləri kimi çox istifadə olunacaq kimi təəssürat yaradır.

provissionally-accepted-unicode-10-emojipedia

Sub1 Reloaded adlı robot kubik rubikin yığılmasında öz rekordunu təzələyib. Belə ki, bu dəfə kubik rubikin yığılmasına robot 0.637 saniyə vaxt sərf edib. Qeyd etmək lazımdır ki, insanlar arasında kubik rubiki ən sürətli yığma rekordu hollandiyalı Mats Valk-a aiddir. O, bunu 4.74 saniyə ərzində edib. Robotlar arasında isə ən sürətlisi Sub1 olub. Onun əvvəlki rekordu 0.887 saniyədir. “Technote.az”ın “Naked-science.ru”a istinadən verdiyi xəbərə əsasən robotun mühəndisləri robota “Infineon” şirkətinin yeni nəsil prosessorunu yerləşdiriblər. Bu prosessorlardan avtomobillərin avtopilotları üçün istifadə olunacaq. Sub1 robotunun 0.637 saniyəlik rekordu incələndikdən sonra Ginnesin Rekordlar Kitabına daxil ediləcək.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register