Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Facebook-un öndə gələn nümayəndələrindən biri olan Alex Stamos, şirkətin niyə oğurlanmış şifrələr alması məsələsinə aydınlıq gətirib. “Facebook” CSO-su Alex Stamos, Portuqaliyada keçirilən tədbirdə çox vacib məqama aydınlıq gətirib. Belə ki, Alex saytın günlük 1.3 milyard istifadəçisinin olduğunu və buna görə də saytın təhlükəsizliyini təmin etməyin çox çətin olduğunu açıqlayıb. Onun sözlərinə görə oğurluq şifrələrin alınmasında məqsəd təhlükəsizliyi təmin etməkdir. Əvvəlki illərdə “Yahoo”da çalışan Stamos, insanların, şifrələri müxtəlif yerlərdə istifadə etdiyini və bu isə gələcəkdə onların məlumatlarının təhlükə altına düşməsinə səbəb olacağını bildirib. Belə olan halda “Facebook” qara bazarda satılan oğurluq şifrələri alaraq onları öz məlumat bazasındakı hesab şifrələri ilə qarşılaşdırır və təhlükəsizlik problemi olan şəxslərə xəbərdarlıq mesajı göndərilir. Təhlükəsizlik məsələlərinin insanlar üçün vacib olduğunu anlayan “Facebook”, bir müddət əvvəl WhatsApp üçün də pilləli təstiq etmə xüsusiyyətini istifadəyə vermişdi.
“Apple” şirkəti gələn ilin Mart ayında 3 yeni iPad modelini təqdim etməyi planlaşdırır. Məlumata əsasən onlardan biri tamamilə yeni ekran ölçüsündə olacaq. Həmin məlumatlara inansaq keçiriləcək prezentasiyanın əsas yeniliyi 10.9 inç ekrana sahib çərçivəsiz iPad modeli olacaq. Çərçivəsiz olacağı halda o, 9.7 inç-lik iPad modelinin ölçülərini özündə saxlayacaq. Gələn ilki təqdimatda 7.9, 10.9 və 12.9 inç-lik iPad Pro modellərinin təqdimatı gözlənilir. Yeni 7.9 inç-lik model iPad Mini 4-ü əvəz edəcək. Güman olunurdu ki, bu ən kompakt olan planşet istehsaldan çıxarılacaq. Lakin görünür ki, sadəcə olaraq rebrendinq olacaq. Yeni mini planşet 12 MP-li iSight kamera, True Toneişıqlandırıcısı və yeni rəng mühiti dəstəkli təkmilləşdirilmiş ekran ilə təchiz olunacaq. Sonuncu özəllik, xüsusi sensorlar vasitəsilə ətraf mühitdəki işıqlandırmanı analiz edərək alınmış məlumatlar əsasında fotonun rəng palitrasını dəyişəcək. Həmçinin şirkət tamamilə yeni 10.9 inç-lik iPad Pro modeli üzərində də çalışır. Həmin model təkmilləşdirilmiş True Tone işıqlandırıcısına sahib 12 MP-li kamera ilə təmin olunacaq. Planşetin ekranı isə ön hissəni tamamilə tutacaq. Beləliklə bu model, iOS platformasında çalışan ilk “Home” düyməsiz cihaz olacaq. Seriyanın böyük planşetinə gəldikdə isə 12.9 inç-lik model 12 MP-li kamera və mini modelin sahib oldu ekran ilə təchiz olunacaq. Həmçinin böyük model Apple A10X prosessoru ilə də təmin olunacaq. iPad seriyasında inqilabi dəyişiklik 2018-ci ildə gözlənilir. Daha əvvəlki məlumatlara əsasən inqilabi iPad modelləri həm dizayn, həmdə idarəolunma cəhətləri baxımından indikilərdən fərqlənəcək.
Facebook sosial şəbəkəsi səhv ucbatından real həyatda sağ olan istifadəçiləri səhifələrində ölmüş kimi qeyd edib. Məlumata əsasən sosial şəbəkənin alqoritmləri hətta şirkətin təsisçisi Mark Zuckerberg-i də vəfat etmiş kimi qeydə alıb. Belə ki, Markın səhifəsi əbədiləşdirilərək növbəti cümlələr ilə təqdim olunmuşdu. “Biz ümid edirik ki, Markı sevən insanlar onun həyatını yada salıb yaşadacaqlarından təsəlli tapacaqlar” (“We hope people who love Mark will find comfort in the things others share to remember and celebrate his life”). Daha sonra Facebook, baş vermiş nasazlığı arada qaldırdığını bildirib. “Çox qısa bir zaman ərzində səhifələrin ölümdən sonra yaşadılması barəsindəki ismarıclar səhvən digər səhifələrə aid ediliblər. Bu qorxunc səhv artıq aradan qaldırılıb. Biz təəssüflənirik ki, bu cür hadisə baş verib və bunun aradan qaldırılması üçün mümkün qədər tez çalışmağa çalışdıq” – deyə şirkət bildirib.
Snapchat bir müddət əvvəl Spectacles adı verdiyi eynəyini satışa çıxardı. Google Glass-ın bənzəri olan Spectacles, istifadəçilərin telefona ehtiyacı qalmadan Snapchat tətbiqinin istifadəsini təmin edirdi. Üzərində 2 ədəd kameranın yer aldığı günəş eynəyinə bənzər Spectacles ilə telefon olmadan belə Snap çəkmək olur. Hətta çəkdiyiniz şəkli paylaşmaq imkanı da verilir. Burda digər maraqlı məqam isə Spectacles adlı eynəklər sadəcə yerləri daim dəyişən Snapbot adlı satış nöqtələrində satılır. Qiyməti 129$ olan bu eynəklər satışa çıxdığı saatlarda satılıb qurtardı. Təbii ki, bu məhsula tələb bu qədər olduqda eynək eBay-ın qara bazarında yer aldı. Qara bazarda 1.200$-dan başlayan 3.000$-dək davam edən bu eynəklər üçün eBay-da hətta daha yüksək təklif edənlər belə var. Maraqlıdır, önümüzdəki günlərdə Snapchat satış strategiyası mövzusunda bir addım ata biləcəkmi?
PwnFest 2016 tədbirində hackerlər yenidən öz məharətlərini sərgiləyiblər. Müxtəlif məhsulların təhlükəsizliyini təmin etmək üçün keçirilən bu tədbirdə hackerlər müəyyən olunmuş məhsulu hack edirlər. Beləliklə bu dəfə “Microsoft”un Edge brauzeri iki dəfə fərqli komandalar tərəfindən hack olunub. Sındırılma zamanı Red Stone 1 yenilənməli Windows 10-un 64-bitlik versiyası istifadə olunurdu. Sınağın öhdəsindən ilk olaraq “Qihoo 360” şirkətinin təhlükəsizlik üzrə çinli mütəxəssisləri gəliblər, 18 saniyədən sonra isə Cənubi Koreya sakini Jung Hun Lee işin öhdəsindən gəlib. Hər iki komanda “Microsoft” tərəfindən 120.000$ və əlavə olaraq brauzeri sındırmaq üçün istifadə olunmuş kodları şirkətə təqdim etdikləri üçün 20.000$ qazanıblar. Şirkət isə öz növbəsində əldə olunmuş məlumatlar əsasında sistem boşluqlarını aradan qaldıracaq.
Microsoft-un iki mühəndisi rəng korluğundan əziyyət çəkdikləri üçün problemi həll etmək üçün iOS tətbiqi ortaya çıxardılar. Rəng korluğu olan insanlar bunun nə qədər çətin olduğunu yaxşı anlayır. Rəng korluğu yaşayan insanlar rənglər arasında fərqi hiss edə bilmədiyi üçün həyatın çox hissəsində bunun fəsadlarını yaşayırlar. Məsələn, yaşıl və qırmızı rəng arasında fərqi görə bilməyən rəng koru olan şəxs bunun hər ikisini eyni qəbul edir və qırmızı fontda yaşıl hərflə yazılan mətni ayırd edə bilmir. Məhz bundan əziyyət çəkən Microsoft-un iki mühəndisi xəstəliyə uyğun texnoloji bir həll yolu tapıblar. Təklif olunan bu tətbiq isə iOS-da yer almaqdadır. Adı Color Binoculars olan bu tətbiq hələki, iOS-da təqdim olunub. Amma tətbiqin Android və Windows-a da inteqrasiyası nəzərdə tutulur. Xatırladaq ki, bu xəstəlik başqa adla daltonizm adlanır. Bu tətbiqin köməyilə daltonizmdən əziyyət çəkənlər rəng tonları arasında fərqliliyi ayırd edərək rəngləri bir qədər fərqləndirə biləcəklər.
Məşhurluğu gün keçdikcə artan Operanın əksinə “Google”, Chrome üçün daimi olaraq yersiz reklamları qadağa edən bir filtrinin olmadığını və olmayacağını açıqladı! gün keçdikcə artan. Keçdiyimiz günlərdə 2 milyard yüklənməni keçən Google Chrome, brauzer dünyasının şübhəsiz ki ən məşhurudur. “Google”un böyük layihələrindən biri olan Google Chrome, son vaxtlar həddindən artıq RAM istifadəsi, daxili VPN və reklam filtrləmə kimi xüsusiyyətlərinin olmamasından ötəri istifadəçilərindən mənfi reaksiyalar alır. “Google”, bu reaksiyalara qeydsiz qalmayaraq qismən də olsa açıqlama etdi. “Google”un etdiyi açıqlamaya görə Google Chrome-da heç bir zaman daxili bir reklam filtrləmə xidməti olmayacaq. Son vaxtlarda yüksəlişə keçən Opera kimi daxili reklam filtrləməsinə sahib olan brauzerlər istifadəçilərin əlavə plaqinlər ilə vaxt itirməməsinə şərait yaradır və daha az sistem yaddaşı tükədirlər. Əslində, “Google”un belə bir qərar almasının səbəbi olduqca sadədir. “Google”un böyük gəlir qaynaqlarından biri olan AdSense, reklam göstərmək üzərinə qurulmuş bir layihədir. Əgər Chromeda yerləşdirilmiş bir reklam filtrləyicisi olsa, AdSense gəliri düşəcəyi üçün “Google” belə bir qərar alıb.
“LeakedSource” şirkətinin informasiya təhlükəsizliyi üzrə ekspertləri 2016-cı ilin ən böyük hacker hücumu haqqında xəbər veriblər. Belə ki, hackerlər ən məşhur tanışlıq saytı AdultFriendFinder-in və tərəfdaş resurslarının ümumilikdə 412 milyon istifadəçisinin məlumatlarını əldə ediblər. Hackerlərin məlumat bazasında AdultFriendFinder, Cams, Penthouse, Stripshow kimi saytların istifadəçilərinin login və şifrələri var. Mütəxəssislər müəyyən ediblər ki, istifadəçi məlumatlarının böyük bir hissəsi açıq mənbə şəklində saxlanılırdı. Yalnız az bir hissəsi isə etibarsız keş alqoritmi SHA-1 altında saxlanılırdı. Məlumat bazasındakı istifadəçilərin çox hissəsi email@address.com@deleted1.com şəklində mail ünvanlarına sahibdir. “LeakedSource” mütəxəssislərinin fikrincə saytın yaradıcıları hətta silinmiş istifadəçilər haqqında məlumatları da özlərində saxlayırdılar. Ən məşhur şifrələrin siyahısı: 123456 – 900.000 istifadəçi hesabı, 12345 – 635.000 istifadəçi hesabı, 123456789 – 585.000 istifadəçi hesabı, 12345678 – 145.000 istifadəçi hesabı, 1234567890 – 133.000 istifadəçi hesabı. Hackerlərin kimliyi hələki bilinmir. Saytın rəhbərliyi isə bu xəbərə nə fikir bildirir nədəki onu təsdiqləyir.
Süni zəkaya sahib robotlar gün keçdikcə həyatımıza daha çox daxil olmaqdadır. Bunlardan biri də “Anki” adlı firma tərəfindən hazırlanan süni zəkaya sahib kiçik və bir o qədər maraqlı robotdur. Belə ki, bu robot insanların və heyvanların reaksiyalarına uyğun müxtəlif səslər çıxarır və ən maraqlısı isə müxtəlif emosiyaları ifadə edə bilməsidir. Aşağıdakı videoda sizə dünyanın ən maraqlı 5 robotu haqda məlumat verilib. Bunlardan birincisi isə Cozmodur. Cozmo adlı bu robot canlıların hisləri nəzərə alınaraq ortaya çıxarılan robotdur. Bu robotu sevimli edən bir digər tərəfi isə onun hərəkətlərə verdiyi reaksiyalardır. Hətta bu robot vəziyyətə uyğun səslər də çıxarır. Bir çizgi film qəhrəmanını xatırladan bu robot xüsusi ilə uşaqların istifadəsi üçün nəzərdə tutulub. Amma böyüklər də oynayarkən əylənə bilər.
Mebel, avtomobil, toy libasları və velosipedlərin icarəsi ilə artıq heç kimi təəcübləndirmək olmur. Lakin indi bir çoxlarını təəcübləndirən iPhone cihazalarının icarəyə verilməsidir. Krizisin gəlişi ilə bahalı əşyaların icarəyə verilməsi dəbə düşdü. Bu halda ən yeni cihazlardan tutmuş VIP avtomobillərə qədər insanlar bir çox şeyləri icarəyə götürürlər. Bir çoxları, başqalarının paxıllıq çəkməsi baxımından bunu yaxşı üsul hesab edir. Ukraynada şirkətlərdən biri iPhone 7 Plus modelinin icarəyə verilməsi xidmətini təklif edir. Bu xidmətdən yararlanmaq istəyən şəxs ilk öncə 29.000 qrivna məbləğində girov qoymalıdır. Cihazın bir saatlıq icarəsi 100 qrivna , 24 saatlıq icarəsi isə 1200 qrivna təşkil edir. Əgər iPhone, şəxsə 2 günə və ya daha uzun müddətə lazım olarsa onda icarənin qiyməti ayrıca danışılır. iPhone zədələnsə bu problem zədə səviyyəsinin qiymətləndirilməsinin həyata keçirildiyi servis mərkəzi üzərindən həll olunur.
App Store-a çox maraqlı və qeyri-adi tətbiq əlavə edilib. Belə ki, App Store-a, istifadəçilərə bədənlərinin 3D modelini yaradaraq sevdikləri superqəhrəmanların və ya məşhur simaların obrazlarını özlərində sınamağa imkan verən 3Dlook adlı tətbiq əlavə olunub. 3Dlook vasitəsilə istifadəçi bədəninin real ölçülərinə əsaslanaraq onun 3D modelini yarada və istədiyi superqəhrəmanın libasını öz üzərində sınaqdan keçirdə bilər. Hələ ki, 3Dlook test rejimində işləsə də artıq istifadəçilər tətbiqdən yararlanaraq özlərinə superqəhrəman obrazında baxa bilərlər. Tətbiqdə ən məşhur superqəhrəmanların libasları yer almışdır. Tətbiq, istifadəçinin fotosunu skan edərək onun real həyatdakı bədən ölçüləri əsasında 3D model yaradır. Daha sonra fotonu redaktə etmək olar. Məsələn daha hündür və ya alçaqboylu olmaq, superqəhrəmanların libaslarını geyinmək və arxa fonu dəyişmək. Ən yaxşı nəticəni əldə etmək üçün gərək istifadəçi yaxşı işıqlandırılmıış mühitdə bədəninin kameraya tam düşdüyü tərzdə şəkil çəkdirsin. Tətbiq saqqalı fərqləndirsə də fotonu çəkən zaman eynəkləri çıxarmaq lazım olacaq. Layihə rəhbəri Vadim Roqovskiy-in sözlərinə görə bu texnologiyanın yaradılmasına yarım il bundan öncə start verilib. Tətbiqin demo versiyasını artıq App Store-dan yükləmək mümkündür. Yaxın zamanda 3Dlook-un Android platforması üçün də təqdimatı planlaşdırılır.
Cornell Universiteti çox maraqlı və bir o qədər əhəmiyyətli bir onlayn oyun yaradıb. Siz bu oyunu oynayaraq alimlərin Alzheimer xəstəliyi haqda araşdırmalarına yardımçı ola bilərsiniz. Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Təəssüf ki, bu xəstəlikdən əziyyət çəkən yalnız yaşlı insanlar deyil. Alimlərin bu oyunu yaratmaqda əsas məqsədi isə xəstəliyə səbəb olan hüceyrələrin oyunçular vasitəsilə aşkarlanmasıdır. Elm və tibdən xəbəri olmayan biri də bu oyunu oynayaraq bu xəstəliklə mübarizədə alimlərə yardımçı ola bilər. Oyunçular oyunu oynarkən orda bir növ yardımçı funksiyası daşıyırlar. Stall Catchers adlı bu video oyun əslində uşaqlar üçün nəzərdə tutulmayıb. Oyunda Alzheimer xəstəsi olan siçanların beyin şəkilləri olan böyük bir xəritə öz əksini tapıb. Oyunçular oyuna daxil olaraq Alzheimer-a səbəb olan kiçik qan tromblarını tapmağa çalışırlar. Oyunçuların tapdığı bu zərərli hissəciklər alimlərin bu sahədə etdiyi işlərin daha asan nəticə əldə etməsinə səbəb olur. Belə ki, oyunçuların tapdığı bu hissəcikləri tapmaq üçün alimlər uzun vaxt araşdırma aparmalı olurlar. Oyunu oynamaq istəyənlər burdan daxil ola bilərlər.
Ləğv edilmiş Nokia Moonraker adlı “ağıllı” saatların ilk videosu təqdim edilib. Bir neçə vaxt bundan öncə Windows əməliyyat sistemi ilə çalışan Nokia Moonraker “ağıllı” saatları Windows Phone istifadəçilərinin ayrılmaz aksessuarı ola bilərdi. Lakin bəzi səbəblərdən bu cihazın bütün hüquqları nəticədə satıldı. Bu günə kimi sözügedən saatların bir sıra prototip fotolarına internetdə rast gəlmək olardı. Lakin bugün Nokia Moonraker saatlarının ilk videosu YouTube-da paylaşılıb. Saatlar tamamilə plastikdən hazırlanmışdır. Təqdim olunmuş videodan cihazın bütün özəlliklərini görmək olar. Saatın kiçik ekranında istifadəçi, gəlmiş ismarıclardan, zənglərdən və elektron poçt məktublarından agah ola bilər. Hətta xüsusi tətbiqdan istifadə edərək smartfon kamerasını uzaqdan idarə etmək olar. Saatlar həmçinin istifadəçinin aktivliyini ölçən ötürücülərə də sahib idi. Maraqlı innovasiyalara baxmayaraq çox güman ki, Nokia Moonraker çin olmamış arzu kimi qalacaq.
“Samsung Electronics”, akustik sistemlər istehsalçısı “Harman International Industries”şirkətini alacağını elan etdi. Müqavilənin dəyəri 8 milyard dollar təşkil edir və 2017-ci ilin yay fəslinədək bağlanması planlaşdırılır. “Harman” dünya bazarında professional səviyyədə akustik sistemlər istehsal edən məşhur şirkətlərdən biridir. Şirkət, Harman/Kardon, JBL, Mark Levinson, AKG, Lexicon, Revel və Infinity brend adları ilə müxtəlif məhsullar istehsal edir. Güman olunur ki, müqavilənin bağlanması yekunlaşandan sonra “Harman”, “Samsung”un törəmə şirkəti olacaq. “Samsung”, şirkətin işçilərini, mərkəzi binasını, obyektlərini, istehlak və professional audiobrendlərini olduğu kimi saxlamağı planlaşdırır. “Harman”ın alışı “Samsung”a avtomobil akustika sahəsində yerini möhkəmlətməyə köməklik edəcək. Qeyd edək ki, bu il ərzində “Harman” satışlarının 65%-i məhz avtomobillərdə istifadə olunan akustik sistemlərə aiddir. Şirkətdə 8000-ə yaxın proqram təminatı işçiləri və mühəndislər çalışırlar. “Harman”ın sahib olduğu texnoloji imkanlar “Samsung”a smartfon, planşet, virtual reallıq cihazı və televizor bazarında rəqabət qabiliyyətinin artmasına şərait yaradacaq.
Google Pixel-də yer alan barmaq işarəti ilə telefonu idarə etmə xüsusiyyəti artıq digər Android telefonlarında da istifadə oluna biləcək. Google Pixel-in ən çox bəyənilən xüsusiyyətlərindən biri telefonun arxa bölümündə yer alan səthə barmaq işarətləri ilə əvvəlcədən təyin olunmuş qısa yolları idarə etmə funksiyası olmuşdu. Bu xüsusiyyət FingerprintGestures adlanırdı və bundan sonra yalnız Google Pixel telefonlarında istifadə olunmayacaq. FingerprintGestures tətbiqi ilə barmağınız ekrana tək yaxud cüt klik edərək və ya yuxarı, aşağı, sola, sağa ekran üzərində hərəkət etdirilərək qısa yolları aktiv hala gətirə bilərsiniz. Bu qısa yollar arasında bütün tətbiqləri açmaq, səsi açıb/bağlamaq, yuxu rejiminə keçid, bildiriş panelini açmaq, musiqini açmaq, musiqi idarə etmədə irəli, geri, saxlama əmrləri, o cümlədən bölünmüş ekranı açıb/baglamaq və tənzimləmələri sürətli açma yer almaqdadır. Amma onu da qeyd edək ki, bəzi xüsusiyyətləri aktiv etmək üçün cihazınızın Root-lu olması şərtdir. Pulsuz təklif olunan FingerprintGestures tətbiqi üçün pullu seçimlər də yer almaqdadır.
iPhone 6s ilə birlikdə gələn bir xüsusiyyətin, “Samsung” tərəfindən təqdim ediləcək yeni nəsil Galaxy modeli S8-də yer alacağı irəli sürüldü. “Samsung”un maraqla gözlənilən ağıllı telefonu Galaxy S8-də, “Apple”ın iPhone 6s seriyası etibarı ilə təqdim etdiyi təzyiq həssaslı ekran texnologiyasını təqdim edəcəyi deyilir. “Apple”ın 3D Touch adı ilə istifadə etdiyi Force Touch texnologiyası, əgər iddia edildiyi kimi Samsung Galaxy S8-də yer alsa, bu onu şirkətin ilk Force Touch ekrana sahib ağıllı telefonu edəcək. Bir “Samsung” tədarükçüsünün sızdırdığı məlumatlara görə, “Samsung”, Force Touch texnologiyasını qismən də olsa Galaxy S8-ə gətirmək istəyir. Digər tərəfdən texnologiyanın tamamilə tətbiq edilməsinin bir ya da iki il ala biləcəyi düşünülür. Digər Android ağıllı telefon istehsalçılarının da istifadəçi rahatlığını artıracaq olan bu texnologiyanı istifadə etmələrinin isə an məsələsi olduğu ifadə edilir. Bu arada Huawei-n bu texnologiyanı Force Touch adı ilə hal-hazırda istifadə etdiyini də qeyd etməliyik. “Google” tərəfindən Android Nougat üçün elan edilmiş tətbiq qısa yolları (app shortcuts) xüsusiyyəti Force Touch-a oxşadılsa da yeni texnologiya bir qədər fərqli iş prinsipinə sahibdir. “Samsung” əməkdaşlarından birinin də Force Touch texnologiyasının yaxın gələcəkdə öz smartfonlarında istifadə ediləcəyini açıqladığı iddia edilir. Yəni orta səviyyə ağıllı telefonlar üçün bu texnologiyanın gəlməsi daha uzun zaman alacağa oxşayır.
Bədən enerjisi ilə şarj balansını tənzimləyən yeni “ağıllı” saat Indiegogo-da təqdim olundu. Gün keçdikcə istifadə etdiyimiz əşyalar, aksessuarlar da texnologiya ilə ayaqlaşmağa başlayır. Bunlar arasında ağıllı saatlar xüsusi rəğbət görməkdədir. Amma digər tərəfdən ağıllı saatlarda funksionallığın çoxluğu şarj müddətinə də təsir edir. Artıq bunun üçün də narahatçılağa ehtiyac qalmır. Beləki, yeni PowerWatchb adlı ağıllı saat sizi bu əziyyətdən azad edəcək. “Matrix Industries” şirkətinin məhsulu olan PowerWatch-ın şarj yığması sözün əsl mənasında sizdən asılıdır. Yəni saat sizin bədən enerjinizin hesabına şarj olunur. Şirkət saatın arxa hissəsinə vücuda təmas etməsi üçün özünün istehsal etdiyi termoelektrik generatorunu yerləşdirib. Bu generator saatın bütün funksionallığını təmin edə biləcək enerjini toplaya bilir. Bundan əlavə saatın ön hissəsi sahib olduğu metal çərçivəyə görə həmişə soyuq qala bilir. İsti və soyuğun belə balanslaşması enerjinin ortaya çıxmasına şərait yaradır. Saatı qolunuzdan çıxardığınız anda yuxu rejiminə keçir və bu müddətdə içində olan daxili batareya şarj olunur. Bu sayədə saat və tarix tənzimlərini sabit saxlaya bilirsiniz. Təbii adət etdiyimiz ağıllı saatlar kimi bildiriş və oxşar funksiyalardan məhrum ola bilərsiniz, amma Bluetooth köməyilə bağlantı quraraq saat mövzusunu dəyişdirməyiniz mümkündür. Bundan əlavə əgər idmanla məşğul olursunuzsa, onda bu zaman sizə tutumlu bir şəkildə geri dönür. Artıq Indiegogo-da lazım olan məbləği toplamağa başlayan PowerWatch, artıq ehtiyacının 44%-ni toplayıb.
M9-un istehsalını dayandıran Leica, yeni fotoaparat M10 ilə əlaqədar işlərini davam etdirir. Leica Rumors saytı Leica M10-a aid fotoşəkilləri öz səhifəsi üzərindən paylaşdı. Paylaşılan fotoşəkillərə baxıldıqda cihazın dizayn baxımından M9-a bənzədiyi görülür. Daha böyük bir elektron ekranın yer aldığı cihazınM9-dan daha incə olacağı ifadə edilir. Video qeydiyyat düyməsinin qaldırıldığı nəzərdən qaçmazkən, M10-da böyük bir ehtimalla M Typ 240-da yer alan batareyanın iştirak edəcəyi ifadə edilir. Tam kvadrat sensorlu cihazın digər xüsusiyyətləri isə bu an üçün ortaya çıxmış deyil. Tanıdılması vəziyyətində 7.000-8.000 min dollar (yalnız gövdə) qiymət intervalında olacağu danışılan Leica M10-nun nə vaxt tanıdılacağı hələ müəyyən deyil.
Kiber müdafiə PwnFest konfransında cari il üçün IT cihazların sahib olduğu keyfiyyətlərin qiymətləndirilməsi aparılıb. Tədbirdə yer alan Pangu Team adlı hacker qrupunun üzvü MacOS Sierra əməliyyat sistemində Safari brauzerini hack etməyi bacarıb. Maraqlısı isə o, bu işi cəmi 20 saniyəyə həyata keçirib. Təbii ki, onun bu əməyi əvəzsiz qalmayıb və mükafatlandırılıb. Burda mükafat məbləği olaraq 80.000$ təyin olunub. Tədbirdə həmçinin Windows 10 əməliyyat sistemi, Google Pixel telefonu və Adobe Flash hack olunub. Xatırladaq ki, bir çox şirkətlər bu prosesi özləri həyata keçirirlər. Səbəb isə çox sadədir. Müştəri məmnuniyyətini qorumaq üçün onun təhlükəsizliyi təmin olunmalıdır və hackerlərin ortaya çıxardığı bu boşluqlar şirkətlərin işini asanlaşdırmağa xidmət edir. Qeyd edək ki, hətta bəzi şirkətlər bunun üçün özləri xüsusi olaraq yüksək miqdarda pul mükafatı təklif edirlər.
Vixole adlı startap Indiegogo-da, ekranı olan “ağıllı” idman ayaqqabısı layihəsinə start verib. Sözügedən startap hətta idman ayaqqabıların işlək prototiplərini də təqtim edib. Komanda lazım olan 30.000$ vəsaiti yığmaqla yanaşı hətta onu ikiqat artırıb. Ekran, ayaqqabının arxa hissəsinə yerləşdirilib. Onun üzərində olan yarışəffaf örtük isə ekranı sudan qoruyur. Beləliklə istifadəçi ayaqqabını yağışlı və qarlı havada geyinə bilər. Ayaqqabılar 3 versiyada və qara, ağ rənglərdə satışa çıxarılacaq. Ən sadə Vixole ayaqqabıları monoxrom ekranla təchiz olunublar. Mobil tətbiq vasitəsilə həmin ekranda istənilən görüntünü və ya animasiyanı əks etdirmək mümkün olacaq. Vixole Plus modeli isə gedilmiş addımları sayan xüsusi ötürücülərə sahib olacaq. Bu modelin daha bir özəlliyi onun yerimə tempi və musiqi ritminə uyğun dizaynını dəyişməsidir (sensorlar xarici səsə reaksiya verirlər). Ayaqqabılar vibrasiya vasitəsilə istifadəçini gəlmiş zənglər, yeni ismarıclar barəsində məlumatlandıracaq. Vixole OLED isə adından da göründüyü kimi OLED ekranla təchiz olunub. Lakin komanda bu modeli 300 ədəd qısa tirajla satışa çıxardacaq. Ayaqqabılar xüsusi naqilsiz şarj platformasında iki saat ərzində enerji yığandan sonra 8 saat çalışa bilirlər Vixole və Vixole Plus modellərinin qiymətləri 150$ – 195$, Vixole OLED-in qiyməti isıə 300$ təşkil edəcək. Əgər hər şey plan üzrə getsə ayaqqabılar 2017-ci ilin İyun ayında satışa çıxacaqlar.
Bir sıra universitetlərin mütəxəssisləri Wi-Fi vasitəslə şifrə və ya PIN kodun necə əldə olunduğu üsulunu göstəriblər. Şifrənin və ya digər vacib məlumatın əldə olunması üçün cihazın proqram təminatını hack etməyə ehtiyac yodur. Lazım olan tək şey qurbandan 1.5 metr aralıda olmaq və onun qoşulduğu Wi-Fi şəbəkəsinə qoşulmaqdır. Şifrəni yığan zaman telefona toxunuş sayəsində Wi-Fi siqnallarının pozulması baş verir. Bu cür qısamüddətli pozulmaları aşkar etmək olar. Bu cür hücum növü WindTalker adlanır. Bu halda ictimai şəbəkə üzərindən deyil, saxta giriş şəbəkəsindən işləmək daha rahatdı. Bu zaman hansısa şəxsin şifrə yığdığı zaman həmin şifrəni tutmaq daha da asanlaşır. Giriş şəbəkəsinə qoşulmuş snifer minimum məlumatı analiz edir və istifadəçinin hansı növ şifrəni yığdığını dəqiqliklə söyləyir. WindTalker həmçinin giriş şəbəkəsi ilə smartfon arasındakı stabil trafik axınını da generasiya edir. Saniyədə 10-larla kbit sürət zamanı trafik nəzərə çarpmır. Lakin o, aşkar olunmaq ehtimalını yüksəldir. Bu hack olunma üsulunun orta dəqiqliyi 68.3% təşkil edir. Lakin bu sistem təkmilləşdirilsə dəqiqlik 81.7% təşkil edəcək. Bu cür hücumlara istifadəçilər özləri deyil, proqram təminatı yaradıcıları müqavimət göstərə bilərlər. Tələb olunan, şifrədəki simvolları standart olmayan ardıcıllıqla yerləşdirməkdir. Bu zaman əl hərəkətlərini aşkar etmək mümkün olacaq, lakin şifrələri müəyyən etmək qeyri-mümkün olacaq.
Amerikalı Johnny Mullins bəlkədə ətraf mühit qoruyucularının qəzəbinə tuş gələcək. Belə ki, həvəskar meteoroloq olan Johnny Mullins, Facebook-da çoxlu izlənmə sayı yığmaq üçün Kentukki ştatının meşələrindən birində ağacları yandırıb. O, videonu öz Facebook səhifəsində paylaşmışdır. “Technote.az”ın “Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən öz hərəkəti ilə Mullins canlı yayımına daha çox adamı cəlb edərək məşhur meteoroloq olmaq niyyətini güdürmüş. Məlumata əsasən öz günahını etiraf edəndən sonra Mullins polislər tərəfindən həbs olunub (ABŞ qanunvericiliyinə əsasən bu cür cinayət 25 il azadlıqdan məhrum edilmə ilə cəzalandırılır). “Bu həqiqətən də iyrənc bir hərəkətdir. Çünki, əslində o yaxşı oğlandır. Lakin o yanılır və digərlərini.
Huawei yeni Huawei Mate 9 Pro telefonu haqda açıqlama verdi. Beləliklə, Huawei Mate 9 Pro-nun xüsusiyyətləri ilə tanış olaq. Verilən məlumatlara görə Huawei Mate 9 Pro, 5.5 inçlik 2560 x 1440piksel keyfiyyətli Quad HD ekrana sahibdir. Cihazın ön kamerası 8 MP, arxa kamerasında isə 20 MP və 12 MP cüt kamera ilə təchiz olunub. Bundan əlavə Huawei Mate 9 Pro telefonunda barmaq sensoru ön hissədə, ana ekran düyməsinin altında yerləşdirilib. Huawei Mate 9 Pro, ilk olarak sadəcə Çin bazarında satışa çıxarılsa da, sonradan digər ölkələrdə satışa çıxarılıb çıxarılmayacağı haqda məlumat verilmir. Cihazın qiyməti isə onun daşıdığı yaddaş həcminin qiymətinə görə dəyişir. Belə ki, 4 GB RAM və 64 GB daxili yaddaş malik modelin qiyməti təqribən 685 dollar, 6 GB RAM və 128 GB daxili yaddaşa malik modelin təqribi qiyməti isə 775 dollar təşkil edir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments