Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Amerika hər zaman qeyri-adi hadisələrin yaşandığı, bəzilərinin arzular, bəzilərinin isə macəralar ölkəsi adlandırdığı yerdir. Bu dəfə ki, hadisə də bunlardan biridir. Belə ki, sosial şəbəkədə Amerikanın yeni prezidenti Trumpı öldürməklə təhdid edən CEO işindən oldu. Bir çox texnologiya şirkətlərini aydın şəkildə öz tərəfini bəlli etməsə də əksəriyyəti prezident seçimlərində Hillary Clintonu dəstəkləyirdi. Əslində buna təəccüblənmək yersizdir, çünki yeni prezidentin texnoloji vasitələrlə arası o qədər də yaxşı deyil. Hətta Trumpın virtual oyunlar, “Apple” məhsulları barədə fikirləri də bir o qədər ürəkaçan deyil. Amma buna baxmayaraq hələ ki, heç bir texnoloji şirkət bu haqda fikir bildirməyib. Lakin San Dieqoda yerləşən kiber təhlükəsizlik firması PacketSled-ın CEO-su belə demək mümkünsə “cəsarətli addım” atıb və öz mövqeyini ortaya qoyub. Matt Harrigan adlı bu şəxs Facebook hesabında bir snayper silahı ilə Trumpı öldürəcəyi haqda rəy paylaşıb. Hələ bu da bəs deyilmiş kimi onu təhqir edib. Bundan sonra olunan etirazlar onun işdən çıxarılmasına səbəb olub. Sonradan saytda üzr mesajı yayımlayan Harrigan sadəcə zarafat etdiyini bildirib. Amma təbii ki, bu bir işə yaramayıb.

tehtit

“Google”un onlayn musiqi dinləmə xidməti Google Play Music tamamilə yeniləndi. “Google”un təqdim etdiyi musiqi dinləmə xidməti yenilənmədən sonra istifadəçilərə təqdim olunub. Bu dəfəki yenilik yalnız dizaynla deyil, o cümlədən süni zəka texnologiyası da istifadə olunaraq əldə olunub. Google Play Music-də süni zəkanın istifadə olunması ona bir çox üstünlüklər qazandırır. Məsələn, artıq sizin olduğunuz yer, tədbirlər, hava məlumatı analiz olunaraq ona uyğun sizə musiqi siyahısı təqdim olunur. Bundan əlavə hər dəfə siz daxil olduqda məzmunun dizaynında yenilənmə olur. “Google” bu yenilikləri ilə Apple Music və Spotify-a rəqib olmağa hazırlaşır. Bundan əlavə bu xidmət sizə şənbə axşamı şən musiqilər təqdim etdiyi halda, bazar axşamı əsasən rahatladacaq musiqilər təqdim edəcək.

google-music

Skype-ın veb versiyasında qeydiyyatdan keçmədən də istifadə etmək mümkün olacaq. Skype-ın veb versiyasında yenilik elan olunub. Belə ki, artıq kompüterə messenger yükləyərək qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki bunu etmədən də zəng etmək mümkün olacaq. Bu barədə Venture Beat məlumat verir. Belə ki, Skype-la əlaqə saxlamaq üçün onun veb versiyasına daxil olub, öz adınızı daxil etməyiniz tələb olunur. Bundan sonra sizə link göndərilir, hansı ki, bu linki əlaqə saxlamaq istədiyiniz şəxsə yönləndirirsiniz. Beləliklə də siz heç bir qeydiyyatdan keçmədən həmin şəxslə əlaqə saxlamış olursunuz. Amma digər tərəfdən linki göndərmək üçün yenə də sizin mail adresə və ya messengerə ehtiyacınız var. Bu isə Skype olan marağı o qədər də artırmır deyə Venture Beat məlumat verir. Çünki Facebook Messenger-i də istifadə edərək əlaqə saxlamaq mümkündür, yəni zəng edə və ya mesajlaşa bilirsiniz. Amma siz yenə də Skype əvəzolunmaz vasitədir deyirsizsə, aşağıdakı videoda daha ətraflı tanış ola bilərsiniz.

Reddit portalının istifadəçisi, həyat yoldaşının xəyanətinin üstünü necə açdığını söyləyib. Belə ki, bunu etmək üçün o, həyat yoldaşının sevgilisi ilə görüşməsini dronun kamerası ilə lentə alıb. Qeyri-adi yola əl atmış şəxs öz həyat yoldaşının işə getdiyi yolu dron vasitəsilə tapıb. Həmin gün qadın həmişə getdiyi yol ilə deyil bu dəfə tamam fərqli yolla gedərək bir aptekin yanında dayanıb. Daha sonra ona, bir avtomobil yaxınlaşıb. Videodan da göründüyü kimi qadın sürücü olan güzgü tərəfə əyilir. Daha sonra qadın avtomobilə əyləşərək bilinməyən istiqamətdə gedib. Qadının həyat yoldaşı əmindir ki, onu xəyanət üstündə yaxalayıb. Bəziləri bu hadisəyə inanmasalar da bir fakt dəyişməz olaraq qalır. O da, dronların izləmək üçün əla vasitə olmalarıdır. Müasir dronlar onu idarə edən operatordan 5 km uzaqlığa uça və 25-30 dəqiqə ərzində havada qala bilirlər.

“Google” artıq öz tərcümə xidmətində də süni zəka istifadə edəcək. Bildiyiniz kimi tərcümə xidmətləri içində ən çox istifadə olunanlardan biri Google tərcümədir. Beləki, bir çox hallarda qarşımıza tam olaraq həmin mənanı verməyən, gülməli tərcümələr çıxır. Artıq “Google” bunun qarşısını almaq üçün yeni süni zəka sistemini aktiv hala gətirəcək. Yeni sistemin artıq daha az səhvlərə yol verməsi, o cümlədən danışıq dilinə daha yaxın olması gözlənilir. Bu arada “Google” ən çox işlənən dilləri ilk olaraq sınaqdan keçirəcək. Bunlar arasında Çin, İngilis, Fransız, Alman, Yapon, Koreya dili və Türkcə yer ala bilər. Beləki, bu yenilik zamanla həyata keçiriləcək. “Google”un bu yeniliyində Neural Machine Translation (NMT) adlı süni zəka istifadə olunacaq. Proqramın uğurlu olması halında “Google” daha 103 dili siyahıya daxil edəcək. Ümid edirik ki, Azərbaycan dili də bu siyahıya daxil olacaq.

google-langs

Azərbaycanlı gənclər dünyaca məşhur oyun olan GTA-nı Bakıda canlandırıb. Zamiq Mirzəyev dostları ilə birgə ərsəyə gətirdiyi videoda oyunun real həyata uyğunlaşdırıb.  Paytaxtın küçələrində çəkilən görüntülərdə gənc oğlan qarşısına çıxan insanlara atəş açır və onları öldürür. Sözügedən oyunun real həyata uyğunlaşdırılan versiyasını təqdim edirik:

Əksər insan yol gedərkən əlindəki lazımsız tullantını zibil qabı əvəzinə yerə atır. İstanbul şəhər bələdiyyəsi insanları əllərindəki tullantını yerə deyil, zibil qabına atmağa təşviq etmək kreativliyə əl atıb. Günəşdən aldığı enerji ilə işləyən zibil qabılar içinə zibil atıldığında, zibili atan şəxsi əyləncəli sözlərlə təbrik edir. “Çox gözəl bir atışdır”, “Zibil atdığınız üçün təşəkkür edirik”kimi səsli mesajlar verən zibil qabıların ilk nümünələri ictimaiyyətə təqdim olunub. Kreativ zibil qabılar insanların olduqca böyük marağına səbəb olub. Yaxın günlərdə İstanbulun müxtəlif yerlərində qoyulacaq danışan zibil qabıların gələcəkdə Türkiyənin digər şəhərlərində də yerləşdirilməsi planlaşdırılır.

İnstaqram-ın CEO-su Kevin Systrom sosial paylaşım platformasının canlı yayın xüsusiyyətinə sahib olacağını təsdiqləyib. Facebook-un “Snapchat-ı, Tvitter və Linkedin-də sürət çıxartma imkanı sayəsində sürətli bir şəkildə inkişaf edən İnstaqram bu dəfə canlı yayım xüsusiyyətinə sahib olacaq. FƏALİYYƏTƏ BAŞLAYACAĞI TARİX MÜƏYYƏN DEYİL. Kevin Systromun “Financial Times”-a verdiyi müsahibə zamanı bunları deyib: “Sevdiyim biriylə əlaqəmi daha sıx etməyə çalışırsa, canlı video yayımı etməyimiz bunu reallaşdırmaq üçün mükəmməl olardı”. Systrom yeni tətbiqin başlayacağı tarixi və detalları haqqında əlavə məlumat verməyib.

instagram

Alibaba, bu il də Subaylar Gününü böyük qazancla bağlamaq üzrədir. Ötən il 11 Noyabrın ilk 8 dəqiqəsində 1 milyard dollarlıq satış edən Alibaba, bu il iki saatda 7 milyard dollarlıq və ilk 16 saatda 13.7 milyard dollar satış edib. Çinin ən böyük e-ticarət çılğınlığı kimi tanınan Subaylar Günü, əlbəttə, Alibaba üçün olduqca gəlirli keçən bir gündür və bu gündə xüsusi müxtəlif endirim kampaniyaların təqdim edilir. Gələn məlumatlara görə, Alibaba, ilk iki saatda 7 milyard dollarlıq satış edib ki, bu məbləğ ötən ilin bütün gündəlik satışının az qala yarısı ilə üst-üstə düşür. Amma gün sonunda ümumi satış həcminin 20 milyard dollar olacağı proqnozlaşdırılır, çünki günün irəliləyən saatlarında satışlar azalma göstərir. Ötən ildən nümunə gətirsək, 11 Noyabr 2015-in ilk 8 dəqiqəsində 1 milyard dollarlıq satış edən Alibaba, 1 saat ərzində 3,9 milyard dollar ilk 12 saat ərzində 9 milyard dollar satış etmişdi. Alibaba, günü isə 14,3 milyard dollar ilə bağlamışdı. Çində keçən il edilən cəmi 11 Noyabr satışlarının ümumi həcmi əvvəlki ilə nisbətən 36,2 faiz artaraq 3,8 trilyon yuan, yəni 55,7 milyard dollar olmuşdu. Analitiklər sürətlə böyüyən Çin e-ticarət bazarı həcminin 2018-də 1,57 trilyon dollara çatacağını təxmin edirlər.

alibaba

“Apple” şirkəti “iOS” əməliyyat sistemi üçün texniki xidmətlə rabitə əlaqəsi yaratmaq məqsədi daşıyan “Support” adlı yeni əlavə istifadəyə verib. İstifadəçi proqram vasitəsilə telefon və ya quraşdırılmış çat ilə “AppleCare” texniki dəstək xidməti əməkdaşı ilə “Apple Store” pərakəndə satış mağazalarında pulsuz xüsusi “Genius Bar” məsləhətlər və dəstək bölməsinə gələrək qurğunu təmirə vermək və ya digər problemləri həll etmək üçün danışa bilər. Həmçinin əlavədə texniki dəstək xidməti mütəxəssisinin istifadəçini gözləyərək vaxt itirməməsi üçün lazımi mağazanı, gəlmənin vaxtı və tarixini qeyd etmək olar. Hazırda yalnız ABŞ-da istifadə edilən “Apple Support” əlavəsindən tezliklə digər ölkələrdə də yararlanmaq mümkün olacaq.

ios

160 milyondan çox unikal istifadəçinin aktivliyini aparan “NetMarketShare” xidmətinin məlumatına əsasən, “Windows 7” əməliyyat sisteminin (ƏS) bazar payı yeni “Windows 10” ilə müqayisədə daha sürətlə artır. “NetMarketShare” xidmətinin statistikasına əsasən, 2016-cı ilin oktyabrında “Windows 10” sistemi dünyadakı kompüterlərin 22.59%-də qurulub. “Windows 7” platformasının bazar payı oktyabrda  48.38% təşkil edib. Ən populyar əməliyyat sistemlərinin üçlüyünə ilk dəfə 8,4% göstəriciyə malik “Windows 8.1” sistemi daxil olub. 8.27% göstəriciyə malik “Windows XP” dördüncü yerə düşüb. Yeni “Windows 10” ƏS-i tədricən öz mövqeyini möhkəmləndirməyə davam edir. “Windows 10” sisteminin dəyəri indi “Home Edition” versiyası üçün 119 dollar, “Pro” modifikasiyası üçün 200 dollar təşkil edir. “NetMarketShare” xidmətinin 2016-cı ilin oktyabrına olan məlumatına görə, “Windows”un müxtəlif versiyaları dünyadakı masaüstü və noutbukların  91.39%-nə qurulub. “Apple OS X” əməliyyat sistemlərinin bazar payı bir ayda 6.92%-dən 6.43%-dək, “Linux”un payı isə 2.23%-dən 2.18%-dək azalıb.

üindoüs

Elektron sənəd dövriyyəsinin aktiv tətbiqinə baxmayaraq dünyada milyonlarla idarə sənədləri kağızda çap etməkdə davam edir. Hər bir klerk ildə minlərlə kağız vərəqəsi istifadə edir ki, bu da qlobal miqyasda təbiət üçün onun istehsalı və nəqli ilə əlaqədar böyük təzyiqlər yaradır. Təəccüblü deyil ki, rahat çoxdəfəli alternativin yaradılması üçün dəfələrlə cəhdlər göstərilib, lakin variantlardan heç biri geniş tətbiqini tapmayıb. Lakin Çinin Şandun Universitetinin alimlərinin hazırladığı yeni texnologiya sayəsində buna nail olmaq mümkün olacaq. Alimlər Tin Van, Dayjun Çen və onların həmkarları suda həll olunaraq asanlıqla hazırlanan üzvi materialın (polivinil pirolidon PVP) altlığına çəkilmiş volfram oksidli incə elastik membrandan istifadə ediblər. Lakin alimlərin təklif etdiyi prosesi çap adlandırmaq olmaz: incə ultrabənövşəyi şüa ilə emal edilən volfram oksidi (VI) onun təsiri ilə tünd-göy olur (şəkildə bu üsulla çap edilən nümunə göstərilib). Belə şəkil bir neçə saniyə ərzində yaranır və bir neçə gün qalmaqla volfram oksidinin hava oksigeni ilə qarşılıqlı təsiri nəticəsində tədricən tutqunlaşmağa başlayır. Ehtiyac yarandıqda bu prosesi təxminən 20 dəqiqəyədək sürətləndirmək üçün çapı oksigenin – ozonun daha aktiv forması və ya oksidləşmənin qızdırılmasını sürətləndirərək emal etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, bir belə vərəqdən çapın görünən keyfiyyətini itirmədən 40 dəfə istifadə etmək mümkündür.

3d

“3D” printerlər inanılmaz imkanlar təqdim edir: stəkan, üzük, protez və bir çox başqa əşyalar çap etmək mümkündür, amma əksər insanlar bunun üçün böyükölçülü printerlərdən istifadə etmək məcburiyyətindədir. “PocketMaker 3D” –  bu, əl çantasına yerləşən kiçik yığcam printerdir. Zəngli saat ölçüsündə olan “PocketMaker 3D” printerini masanın üzərinə qoyaraq adi cihaz kimi istifadə etmək olar. Kiçikölçülü printerin yaradıcıları iddia edirlər ki, bu qurğu adi böyükölçülü printerdən dəfələrlə ucuz başa gələcək və çap sənaye printerində olduğu kimi alınacaq.

printer

“Samsung” şirkəti yeni qabaqcıl “Galaxy S8” smartfonu üzərində işləməyə davam edir və gələcək qurğunun xarakteristikaları haqda internetdə yeni şayiələr çıxır. “Phone Arena” nəşri yazır ki, yeni smartfon iki versiyada buraxılacaq. Bu halda hər iki modeldə displeylərin diaqonalı müvafiq olaraq 5.7 və 6.2 düym təşkil edəcək, halbuki “Galaxy S7” və “S7 Edge” modelləri müvafiq olaraq 5.1 və 5.5 düym diaqonallı ekranlara malikdirlər. Eyni zamanda mənbələrin məlumatına görə, yeni smartfon modellərində ekranların kənar hissələri bükük olacaq və barmaq izi skanerini dəstəkləyən “home” düyməsi ekrana qurulacaq. Nəticədə “Galaxy S8” smartfonunun hər iki modelinin fiziki ölçüləri “Galaxy S7” ilə müqayisədə böyük olmayacaq. Başqa bir mənbənin məlumatına görə, şirkət geri çağırılmış və istehsalı dayandırılmış “Note 7” pərəstişkarlarının diqqətini öz qabaqcıl qurğusuna  cəlb etmək üçün sonuncunun ekranını böyütmək qərarı qəbul edib. Məlumat üçün bildirək ki, bundan əvvəl məlum olub ki, “Galaxy S8” smartfonu şəxsi səs köməkçisinə malik olacaq və qurğu gələn ilin aprelində nümayiş etdiriləcək.

samsung

“Google” şirkəti istifadəçilərin “YouTube” servisinə bütün qurğulardan daxil olmalarına imkan yaradılması üçün əlindən gələni edir. Kompüterlərdə videoya brauzerlə baxmaq mümkündür, smartfon, planşet, “Android TV” sistemli qurğular və “ağıllı” televizorlar üçün ayrı-ayrı əlavələr mövcuddur. Bu dəfə isə şirkət “YouTube”a yeni “YouTube VR” servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb. “YouTube”un mobil versiyasında əvvəllər  stereoskopik təsvir rejimini qoşmaq mümkün olsa da, başqa videonun seçilməsi üçün qarniturun başdan soyundurulması, smartfonun çıxarılması və lazımi çarxın axtarılması tələb olunurdu. “YouTube VR” əlavəsində interfeys bütünlüklə virtual reallıqda idarəetməyə adaptasiya edilib. Əlavə “Daydream VR” virtual reallıq platforması və bu həftə satışa çıxarılan “Daydream View” kaskasına uyğun hazırlanıb. “YouTube VR” əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm “teatr” rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər. “YouTube VR” əlavəsinin işə salınması üçün “Daydream VR” kaskasının tələblərinə cavab verən smartfon tələb olunur.

youtube

Donald Trampın qələbəsindən bir neçə saat sonra rusiyalı hakerlər ABŞ analitik mərkəzlərinə hücumlara başlayıblar. Bu barədə “Reuters”ə kibertəhlükəsizlik sahəsi ilə məşğul olan 3 şirkətdən məlumat veriblər. Onların məlumatına əsasən hücumları “Cozy Bear” haker qrupunun həyata keçirdiyi güman olunur. Rusiya kəşfiyyatı ilə əlaqəli olan bu qrup seçkidən əvvəl Demokrat Partiyasının serverlərinə də hücum etmişdi. “AlienVault” kibertəhlükəsizlik şirkətinin baş mütəxəssisi Ceymi Blasko bildirib ki, rusiyalı hakerlər böyük ehtimalla seçkidən sonrakı keçid dövründə Vaşinqtondan nələr baş verəcəyi haqda məlumat toplamaq istəyir. Hələlik Federal Təhqiqatlar Bürosu (FBİ) yeni hücumlarla bağlı açıqlama verməyib. Obama administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı isə qeyd edib ki, Ağ Ev Moskvaya qarşı cavab addımları atmaq qərarına gəlib, lakin hələlik bunun hansı şəkildə ediləcəyi müəyyən olunmayıb. O, 3 variantın nəzərdən keçirildiyini açıqlayıb: kiberhücumların arxasında dayanan konkret şəxslər haqqında prokuror təhqiqatı; Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar; cavab xarakterli kiberhücumlar. Qeyd edək ki, Barak Obama 2017-ci il yanvarın 20-nə qədər prezident səlahiyyətlərinin icrasını davam etdirəcək.

xaker

“Android” mobil əməliyyat sistemi ilə işləyən 1 milyondan çox smartfon “Google Play” internet mağazasında yayılmış “Android.MulDrop.924” troyanına yoluxub. “Doktor Veb” şirkətinin analitiklərinin məlumatına görə, zərərli proqram təminatı istifadəçidən xəbərsiz tətbiqlər yükləyir, onları quraşdırmağı təklif edir, zəhlətökən reklam göstərir. Zərərli proqram təminatı eyni anda oyun və başqa tətbiqlərdə bir neçə hesabdan istifadəyə imkan verən “Multiple Accounts: 2 Accounts”  proqramında aşkar edilib. Sözügedən tətbiq öz funksiyalarını yerinə yetirsə də, amma cihaza zərər  vurur. Troyan, hər şeydən əvvəl, istifadəçidən xəbərsiz kənar proqramlar yükləyir. Mobil internetdən istifadə zamanı kifayət qədər çoxlu pul xərclənir. Bundan başqa, zərərli proqram zəhlətökən reklam göstərir.

android

“Google” şirkəti bu günlərdə bütün dünya üzrə 2 milyard istifadəçinin “Ghrome” brauzerini yüklədikləri ilə bağlı hesabatını təqdim edib. Bu brauzer “Chromium” proqram təminatı bazası və “Brink” prosessoru üzərində tərtib edilib. Transmilli korporasiya hazırda neçə nəfərin brauzerin masaüstü kompüter versiyasından istifadə etdiyini dəqiq bildirməyib. Ancaq bu ilin aprel ayında “Chrome”un mobil versiyası üçün bu göstərici 1 milyard nəfəri keçirdi. “Google” bildirir ki, onun sərəncamında 7 kompüter məhsulu var ki, onlara olan tələbat da 1 milyard istifadəçini keçir. Bura “Android” əməliyyat sistemləri nəzərdə tutulmuş onlayn oyun və əlavələr mağazası olan “Google Play”, əməliyyat sisteminin özü, axtarış proqramı, “Youtube” video hostinqi, “Chrome” brauzeri, “Gmail” elektron poçt xidməti və “Google Maps” kartoqrafik xidməti daxildir. “StatCounter” şirkəti tərəfindən keçirilən tədqiqata əsasən, bu ay adıçəkilən brauzer internetə daxil olmaq üçün istifadə olunan bütün brauzerlər arasında 52 faiz paya malik olub.

xrom

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register