Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Amerikalı, koreyalı və başqa ölkələrdən olan alimlər tərəfindən yaradılmış kiçikölçülü robotlar işığın təsiri ilə hərəkət etmək qabiliyyətinə malikdirlər. Pitsburq və İnxa universitetlərinin mütəxəssisləri Hərbi Hava Qüvvələri laboratoriyasının əməkdaşları ilə birgə polimer maddələrdən ibarət robotların yaradılması üzərində çalışıblar. İlk öncə robotun enerji mənbəyi qismində maqnit sahəsi, akustik dalğalar, həmçinin temperatur dəyişkənliyindən istifadə planlaşdırılmışdı. Ancaq son nəticədə ultrabənövşəyi şüadan istifadəyə dair qərar verilib. Sınaqlar xüsusi monolit polimerlərdə keçirilib. Onları maye kristal polimerdən əldə edirlər. Belə materialdan yaradılmış qurğular ultrabənövşəyi şüaların təsiri ilə hərəkət edir. Robot yalnız irəli və geriyə doğru deyil, həm də 15 dərəcə bucaq altında hərəkət etmək qabiliyyətinə malikdir. Hələ ki hərəkət sürəti saniyədə bir neçə millimetr təşkil edir. Qeyd edək ki, robot işıq mənbəyi mövcud olana kimi hərəkət edir.

robot-isiq

Hakerlər hər an ümumdünya internet şəbəkəsini sıradan çıxara bilər. Onun nə zaman dərhal bərpa ediləcəyi bilinəcəyi isə məlum deyil. Kibertəhlükəsizlik üzrə mütəxəssis Bryus Şnayderin fikrincə, belə bir şey baş versə, onun nəticələri çox ağrılı olacaq. Tam sındırılma baş verdiyi halda, minimum bütün onlayn servislər, veb-saytlar və elektron poçtlar söndürüləcək. Mütəxəssisin sözlərinə görə, naməlum hakerlər artıq iki ildir ki, bunu öyrənir və buna bənzəri etmək istəyirlər. B.Şnayder müxtəlif internet şirkətlərindəki anonim mənbələrə istinad edir. Bunu birinci dərəcəli rabitə operatorları da, köklü DNS-serverlər də edə bilər ki, bundan sonra sadəcə olaraq qlobal internet olmayacaq. Şnayder həmçinin bildirib ki, bu işlə kimin məşğul olduğu məlum deyil, çünki onlar mütəmadi olaraq bunu gizlədirlər. Təxmini olaraq belə bir irimiqyaslı layihənin arxasında böyük ölkələr dura bilər.

xaker

Amerikalı alimlər tərəfindən hazırlanmış daşınan qurğu gözdən əlillərə kağız kitabları oxumağa imkan verir. Tədqiqatın nəticələri “ACM Transactions on Accessible Computing” jurnalında dərc edilib. İndi məhdud görmə qabiliyyətinə malik insanlar yalnız Brayl şrifti ilə çap olunan kitabları oxuya bilərlər. Onlar, həmçinin elektron kitablarla tanış ola bilərlər: kitab oxumaq üçün bəzi proqramlar səs köməkçisi moduluna malikdir. Ancaq ənənəvi kağız kitabları oxumaq gözdən əlillər üçün əlçatmazdır. Merilend Universitetinin alimləri bu problemin həlli üçün “HandSight” adlı qurğu hazırlayıblar. Sözügedən cihaz tibbi zondlarda istifadə olunan 1 mm diametrə malik kameradır. “HandSight” qurğusunun tətbiqi onun kabel vasitəsilə kompüterə qoşulmasını nəzərdə tutur. İstifadəçi “HandSight” qurğusu taxılmış barmağı ilə səhifəni oxuyarkən kamera tərəfindən əldə edilmiş təsvir kompüterə ötürülür və sonuncu mətni səsləndirir. Kompüter eyni zamanda barmağın vəziyyətini təhlil edir: o, səhifəyə yanlış qoyulubsa və kamera yalnız sətrin bir hissəsini görür və ya onu heç görmürsə, qurğu vibrasiya siqnallarının köməyi ilə oxucuya düzgün vəziyyəti tapmaqda kömək edəcək. Qurğu 19 könüllü üzərində sınaqdan keçirilib. “HandSight” qurğusunu barmaqlarına taxmış könüllülərə məktəb dərsliyi və əyləncə jurnalından bir neçə səhifəni oxumaq təklif edilib. Nəticələr onu göstərir ki, sistem tərəfindən mətnin tanınma və səsləndirilmə sürəti dəqiqədə 63-81 söz təşkil edib. Müqayisə üçün, görmə qabiliyyətli insanın orta oxuma sürəti dəqiqədə təxminən 200 sözdür.

elil

2017-ci ildə hicablı və süd verən qadınları əks etdirən emodzilər yaradılacaq. Yeni rəmzlərin dizaynı haqqında heç nə məlum deyil. Mümkündür ki, paneldə örtüklü qadın, süd verən, dua edən əllər və təsbeh şəkilləri də yaradılacaq. 51 ədəd belə rəmzin yaradılması üçün noyabrın 11-də müraciət daxil olub. İlkin olaraq onların reallaşdırılması gələn ilin ortalarında baş tutacaq. 2016-cı ildə panelə artıq bir neçə yeni rəmz əlavə olunub. Bu, müxtəlif peşə sahibləri olan qızların emodziləridir. Tərtibatçılar iddia edirlər ki, gözəl cinsin nümayəndələrinə böyük diqqət ayırmaq qərarına gəliblər. İslam rəmzləri ilə bərabər, 2017-ci ildə zombi, beyin və vampir görüntülü emodzilər də yaradıla biləcək.

hicab

“Facebook” və “Twitter” ABŞ-da prezident seçkilərinin keçirildiyi 8 noyabrda istifadəçi fəallığına görə rekord vurub.Bu barədə “Facebook” və “Twitter”in analitikləri bildirib. Noyabrın 8-də “Twitter”də seçki mövzusunda 75 milyon “tvit” yazılıb. (Söhbət amerikalı istifadəçilərdən gedir.) Məlumat üçün bildirək ki, 4 il bundan əvvəl – 2012-ci il seçkilərində “Twitter” istifadəçiləri bu mövzuda iki dəfə az “tvit” atıb. O zaman bu rəqəm 31 milyon təşkil edib. “Facebook”da isə 8 noyabr seçkiləri mövzusunu 115 milyon amerikalı tərəfindən müzakirə olunub. Bu da rekord hesab olunur.

sosial

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra bu ölkənin sosial şəbəkə istifadəçiləri arasında münasibətlər kəskinləşib. Trampın tərəfdarları və əleyhdarları kütləvi şəkildə bir-birini dostluqdan çıxarmağa başlayıb. Belə bir presedent sosial şəbəkələrin tarixi boyu qeydə alınmayıb. Respublikaçı Donald Tramp və demokrat Hillari Klintonun tərəfdarları bir-birlərini dostluqdan çıxarmaqla yanaşı, öz siyasi baxışlarına zidd olan səhifələrin abunəçiliyindən də imtina edirlər. Qeyd edək ki, Trampın zəfəri ABŞ-da liberal və sol mövqeli insanlarda dərin məyusluq yaradıb. Bir çox şəhərdə kütləvi etiraz aksiyaları keçirilir.

donald_tramp_014

“Facebook” sosial şəbəkəsinin banisi Mark Zukerberq “Fortune” jurnalının “İlin biznesmenləri” reytinqində birinci yerdə qərarlaşıb. Bu barədə jurnalın saytında məlumat verilib. Reytinq müəlliflərinin fikrincə, dəyəri 375 milyard dollar, illik gəliri 22 milyard dollar, istifadəçi sayı isə 1,8 milyard nəfər olan “Facebook”un 32 yaşlı sahibinin uğuru göstərir ki, müasir dünya sosial şəbəkələrə daha sıx bağlanır, biznesdə isə internet şirkətləri irimiqyaslı uğurlar əldə edə bilərlər. Reytinq siyahısında sonrakı yerləri “Amazon”un rəhbəri Ceff Bezos və “Ulta Beauty” kosmetika şirkətinin rəhbəri Meri Dillon tutub.

mark

“WhatsApp” messencerinin 2.16.341 versiyasından etibarən ikimərhələli autentifikasiya funksiyası əlçatandır. Siz sonuncu yeniləməni quraşdırdığınız halda hesabın sazlamalarında yeni ikimərhələli autentifikasiya seçimini tapa bilərsiniz. Bu funksiya “WhatsApp” istifadəçilərinin təhlükəsizliyini daha da artıracaq. Hər dəfə mobil telefon nömrəsini qeydiyyatdan keçirən zaman altı rəqəmli parol daxil etmək lazım gələcək. Sözügedən funksiyanı aktivləşdirdikdə  elektron poçt ünvanını da daxil etmək lazımdır ki, parol yaddan çıxdıqda onu yenidən bərpa etmək mümkün olsun. Səsli mesajın fon rejimində səsləndirilməsi çoxdan gözlənilən yeniliklərdən biridir. İndiyə qədər  səsli mesajı dinləmək üçün proqramı açıq saxlamaq lazım idi. İndi isə başqa insanlarla yazışmaq və ya digər proqramlardan istifadə etmək mümkündür. “Android” mobil əməliyyat sistemində sözügedən funksiyalara giriş əldə etmək üçün “Google Play”də beta test proqramının iştirakçısı olmaq lazımdır.

fb mesenger

Yeni “Quick Charge 4.0” texnologiyası sayəsində mobil qurğular daha sürətlə enerji toplayacaq. “Fudzilla” nəşrinin məlumatına görə, ABŞ-ın “Qualcomm” şirkəti yeni nəsil “Quick Charge” texnologiyasını təqdim etməyə hazırlaşır. “Quick Charge 4.0” standartı cərəyanın gücü 4.7-5.6 amper olduqda 5 voltadək, 3 amper olduqda 9 voltadək gərginlik verəcək. Gərginliyi belə yüksək qiymətə qaldırmaqla verilən cərəyanın gücünü asanlıqla artırmaq mümkün olacaq, amma bu üsul gərginliyin batareyanın hesablandığı səviyyəyə enməsi zamanı böyük miqdarda istiliyin ayrılması ilə nəticələnir. Təkmilləşdirilmiş “Intelligent Negotiation for Optimum Voltage” texnologiyası bu problemi həll etməlidir. “Quick Charge 4.0” dəstəkli ilk smartfonlar 2017-ci ilin birinci rübündə satışa çıxarılacaq.

smartfon

“Facebook” sosial şəbəkəsi istifadəçilərin səhifəsindən parolları oğurlayan hakerlərlə mübarizə aparmağın yeni üsulunu tapıb. Belə ki, sözügedən sosial şəbəkənin təhlükəsizlik xidməti mütəmadi oğurlanmış parolları satın alaraq onları sosial şəbəkənin təhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə istifadə edir. “Facebook”un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamosun sözlərinə görə, kibercinayətkarlarla belə mübarizə üsulu olduqca səmərəlidir. “CNET” portalı yazır ki, satın alınmış parollar hazırda şirkət və adi istifadəçilərin səhifəsində istifadə edilən parollarla müqayisə edilir və uyğunluq aşkar edildikdə, səhifənin sahibi avtomatik olaraq parolunun zəif olması haqda xəbərdarlıq alır. Sənab Stamosun sözlərinə görə, hakerlərdən satın alınmış parollar bazasında ən sadə kombinasiyalardan ibarət parollarla (“qwerty”, 12345 və sairə) qorunmuş yüz minlərlə hesab mövcuddur ki, bu da istifadəçilərin fərdi informasiyasının mühafizəsi məsələlərində bilik səviyyəsinin aşağı olmasından xəbər verir. Aleks Stamos hakerlərlə mübarizədə başqa orijinal metodlardan istifadə edir və belə təşəbbüs onun təhlükəsizlik xidmətinin direktoru vəzifəsinə seçilməsinə səbəb olub. Əvvəllər “Yahoo” korporasiyasında işləmiş Aleks ötən ildən “Facebook”da işləməyə başlayıb. Ancaq istifadəçi öz hesabını hakerlərdən qorumağa çalışmadığı halda, istənilən müdafiə metodu səmərəsizdir. Məsələn, “Facebook” sosial şəbəkəsində az sayda profil sahibləri ikimərhələli autentifikasiyanı aktivləşdiriblər.

facebook

Melani Tan Pelaez adlı qadın sosial şəbəkədə yanan qolunun fotosunu yayıb. O bildirib ki, buna “iPhone 7” səbəb olub.  Melanie səhər yuxudan qalxdıqda qolunun qızardığını görüb və ağrı hiss edib. O, həkimə gedib. Həkimlər onu müayinə etdikdən sonra Melaniyə qolunun yandığını söyləyiblər. Həkimlərin dediklərinə görə, buna səbəb onun yatağındakı cisim olub. Melani xəstəxanadan çıxdıqdan sonra evə gedib və gecə yatağında yanında nə olduğunu düşünüb. Gecə ətrafında “iPhone 7″dən başqa cisim olmadığını düşünən Melanie bu barədə həkimlərə xəbər verib. Həkimlər belə bir ehtimalın mümkün ola biləcəyini söyləyiblər. Melani bu barədə insanları xəbərdar etmək üçün feysbukdan paylaşım edib. O, insanları “iPhone” modeli almamağa çağırıb.

iphone7

Bir sıra universitetlərin mütəxəssisləri Wi-Fi vasitəslə şifrə və ya PIN kodun necə əldə olunduğu üsulunu göstəriblər. Şifrənin və ya digər vacib məlumatın əldə olunması üçün cihazın proqram təminatını hak etməyə ehtiyac yodur. Lazım olan tək şey qurbandan 1.5 metr aralıda olmaq və onun qoşulduğu Wi-Fi şəbəkəsinə qoşulmaqdır. Şifrəni yığan zaman telefona toxunuş sayəsində Wi-Fi siqnallarının pozulması baş verir. Bu cür qısamüddətli pozulmaları aşkar etmək olar. Bu cür hücum növü WindTalker adlanır. Bu halda ictimai şəbəkə üzərindən deyil, saxta giriş şəbəkəsindən işləmək daha rahatdı. Bu zaman hansısa şəxsin şifrə yığdığı zaman həmin şifrəni tutmaq daha da asanlaşır. Giriş şəbəkəsinə qoşulmuş snifer minimum məlumatı analiz edir və istifadəçinin hansı növ şifrəni yığdığını dəqiqliklə söyləyir. WindTalker, həmçinin giriş şəbəkəsi ilə smartfon arasındakı stabil trafik axınını da generasiya edir. Saniyədə 10-larla kbit sürət zamanı trafik nəzərə çarpmır. Lakin o, aşkar olunmaq ehtimalını yüksəldir. Bu hak olunma üsulunun orta dəqiqliyi 68.3% təşkil edir. Lakin bu sistem təkmilləşdirilsə dəqiqlik 81.7% təşkil edəcək. Bu cür hücumlara istifadəçilər özləri deyil, proqram təminatı yaradıcıları müqavimət göstərə bilərlər. Tələb olunan, şifrədəki simvolları standart olmayan ardıcıllıqla yerləşdirməkdir. Bu zaman əl hərəkətlərini aşkar etmək mümkün olacaq, lakin şifrələri müəyyən etmək qeyri-mümkün olacaq.

“WhatsApp” messenceri tezliklə istifadəçilərin videokonfrans rejimində ünsiyyət imkanı yaradacaq şifrəli videozənglər funksiyasını işə salacaq. Bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, bu funksiya 180 ölkədə “iOS”, “Android” və “Windows” platformalarında işlək olacaq.  Proqramçılar iddia edirlər ki, şifrələmə sistemi ilə videozənglər tam müdafiə olunacaq. Bu videozənglərin mövzusu barədə nə “WhatsApp”, nə hökumət strukturları bilməyəcəklər. Bundan başqa, videorejim kamera və batareyaların istehsalında istifadə edilən texniki novasiyalar sayəsində ucuz smartfonlarda da işləyəcək. Həmçinin, 2014-cü ildə “WhatsApp”ı alan “Facebook” sosial şəbəkəsinin mobil proqrama server və rabitə kanalından istifadə etməyə icazə verdiyi bildirilib. “WhatsApp” dünyada ən populyar mobil proqramlardan biridir: ondan bir milyarda yaxın şəxs istifadə edir. Daha öncə bu proqramda yazılı ismarıcların, eləcə də səsli ismarıcların göndərilməsi mümkün idi.

whatsapp_054

“WhatsApp”da görüntülü danışma tətbiqi fəaliyyətə başlayıb. Artıq “WhatsApp”la rahatlıqla görüntülü danışmaq mümkündür. Bəs “WhatsApp”la necə görüntülü danışmaq mümkündür? Öncə Play Store / App Store-a girib WhatsApp tətbiqini yeniləyin. Daha sonra “WhatsApp”ınıza daxil olub görüntülü danışmaq istədiyiniz adamın pəncərəsini açıb, yuxarıdakı telefon işarəsinə basırsınız. Audio axtarış və görüntülü axtarış variantlarından “görüntülü axtarış” variantını seçib rahatlıqla danışa bilərsiniz.

whatsapp_0124

“OnePlus” şirkəti özünün yeni flaqman smartfonu OnePlus 3T-ni təqdim etdi. Yeni smartfon bu ilin İyun ayında təqdim olunmuş OnePlus 3-ün təkmilləşdirilmiş versiyasıdır. Yenilənmələr arasında daha güclü prosessor, batareya həcminin böyüdülməsi və təkmilləşdirilmiş kameralar var. OnePlus 3T, 5.5 inç Full HD Optic AMOLED (2.5D Corning Gorilla Glass 4 şüşə örtüklü) ekran, Qualcomm Snapdragon 821 prosessoru, Adreno 530 qrafik çipi, 6 GB RAM, 64/128 GB daxili yaddaş və 3400 mAh enerji tutumlu batareya (Dash Charge xüsusiyyətli sürətli enerji yığma funksiyası ilə) ilə təchiz olunmuşdur. Smartfon faza avtofokuslu və fotonun optik stabilizassiyası özəllikli 16 MP-lik arxa və 16 MP-lik ön kameralara sahibdir. Həmçinin OnePlus 3T “Home” düyməsində barmaq izi skanı və USB Type-C girişi ilə təchiz olunub. Cihaz Android 6.0.1 Marshmallow əməliyyat sistemi üzərində çalışır. 64 GB-lıq daxili yaddaşa sahib OnePlus 3T 439$, 128 GB-lıq daxili yaddaşa sahib OnePlus 3T isə 479$ qiymətində təqdim olunacaq. Smartfonun ABŞ-da satışları 22 Noyabr, Avropada isə 28 Noyabr tarixlərində start götürəcək.

oneplus

“Apple” özünün “Designed by Apple in California” adlı kitabının satışa çıxmasını anons etdi. Bu kitabda şirkətin son 20 il ərzində satışa çıxartdığı ən mühüm məhsullarının fotoları yer alıb. Bura 1998-ci ildə təqdim olunmuş iMac-dən tutmuş Apple Pencil-ə qədər olan məhsullar daxildir. “Technote.az”ın “Apple”a istinadən verdiyi xəbərə əsasən kitabda məşhur fotoqraf Andrew Zuckerman tərəfindən çəkilmiş 450 foto var. Kitabın əvvəlində “Apple”ın baş dizayneri Jonathan Ive qeyd edib ki, bu kitab dizaynerlər komandası, yaradıcılıq axtarışı və ya məhsul istehsalı haqqında deyil. “Kitab bizim işimizi, bizim dəyərlərimizi, bizim nə uğrunda mübarizə apardığımızı və nəyə nail olmaq istədiyimizi təsvir edir” – deyə Jonathan Ive qeyd edib. Müəlliflərin sözlərinə görə bu kitab dizaynla bağlı bütün sahələrdə təhsil alan tələbələr üçün yaxşı vəsait ola bilər. Pərəstişkarladan başqa kitab, 1998-ci ildə nəşr edilmiş “Appledesign: The Work of the Apple Industrial Design Group” kitabına sahib kolleksiyaçılara mda maraqlı ola bilər. Həmin kitab şirkət məhsullarının 400 rəngli fotosundan ibarət idi və qiyməti 30$ təşkil edirdi. Yeni kitab bir qədər baha olacaq. “Designed by Apple in California”böyük və kiçik ölçülərdə 300$-200$qiymətlərində təqdim olunacaq.

designed-by-apple-in-california

“Designed by Apple in California” adlı yeni kitabın satışa çıxması ərəfəsində Jonathan Ive şirkətin sirli dizayn studiyasını göstərib. “Apple”ın baş dizayneri Jonathan Ive şirkətdəki işi haqqında danışmaqla kifayətlənməyərək iPhone və iMac cihazlarının yeni modellərinin hazırlandığı sirli dizayn studiyasını da insanlara göstərib. “Apple” öz işində bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Bu xüsusiyyətlərdən biri də dizayna olan yanaşmadır. “Apple”ın hər bir məhsulu sənaye dizaynının etalonu hesab edilərək bütün rəqiblərdən fərqlənir və bazarın trendini dəyişir. Şirkət, məhsullarının dizaynının 20 illik tarixini əhatə edən “Designed by Apple in California” adlı kitabını anons edib. Müsahibəsində Jonathan Ive bu kitabı yaratmağın əsas səbəblərini izah edib. Onun sözlərinə görə kitab, ideyaların nə dərəcədə gözlənilməz olduğunu, foto kataloqu isə “Apple” dizaynının təkamülünə baxmağa imkan verir. Jonathan Ive-ın dizaynerlər komandası artıq 25 ildir ki, bir yerdə çalışır. “Bu illər ərzində mənim fikrimcə yaxşı ideyaların yaranması ehtimalını yüksəldən komanda və əhatəni yarada bildik. Həmin ideyalar yarananda isə onları görürlər. “Apple”ın dizayn studiyası əsl emalatxanadır. Biz, üçölçülü əşyalar və bir çox prototiplər hazırlayırıq” – deyə Jonathan Ive bildirib.

Xüsusilə valideynlərimizin və ailə böyüklərimizin saxladıqları qədimi fotoalbomları artıq telefonlarımıza köçürə bilərik. Toy, sünnət, ad günü kimi vacib hadisələrdə böyüklərimizin qədimi fotoaparatları ilə çəkdikləri şəkillər evlərimizdə tozlu rəflərdə yerlərini alıblar. Arabir keçmiş günlərimizi yad etmək üçün rəfdən endirib vərəqlədiyimiz bu şəkillərin itmək, pozulmaq və cırılmaq kimi problemlərinə görə bir çoxumuz tərəddüd edirik. Hətta bəzən bu qeyd etdiyimiz hallar baş verir və illərdir saxlanılan şəkillərimiz yox olaraq tarixə qovuşur və sadəcə xatirə olaraq yaddaşlarda qalır. Bu problemin qarşısını almaq üçün PhotoScan tətbiqini hazırlayan “Google”, bu tətbiqi xüsusilə köhnə şəkilləri rəqəmsal mühitə köçürmək üçün nəzərdə tutub. Mobil telefonunuzla köhnə şəkillərinizi saniyələr içərisində Google Photos-a yaddaşa verə bilməyinizə şərait yaradan PhotoScan, bunu birdə son dərəcə yüksək keyfiyyətlə edə bilir. Yəni fiziki şəkilləriniz solmadan bu şəkilləri rəqəmsala keyfiyyətli olaraq köçürə bilərsiniz. Daha sonra isə sosial mediada paylaşıla biləcək möhtəşəm şəkillər sizi gözləyəcək. Proqramı Android əməliyyat sistemli telefonunuza yükləmək üçün “Buraya“, iOS əməliyyat sistemli telefonunuza yükləmək üçün isə “Buraya” daxil olun.

“Huawei”nin yeni model telefonu hələ tanıtılmamış artıq cihaz haqda məlumatlar sızdırılıb. Artıq Huawei P10-un xüsusiyyətləri ilə bərabər onun görüntüsü də gün üzünə çıxıb. Huawei P9 yenicə satışa çıxarılmışdı ki, artıq şirkət Huawei P10-u satışa çıxarmağa hazırlaşır. Hətta yeni modeldə bir sıra dəyişikliklər olduğu haqda məlumatlar da yer alıb. Belə ki, Huawei P9-un arxa tərəfindəki barmaq izi sensoru yeni modeldə ön hissəyə keçirilib. Dünya üzrə 9 milyon Huawei P9 satışı həyata keçirilib. Amma hələ 5 ay keçməsinə baxmayaraq artıq Huawei P10 haqda məlumatlar sızdırılıb. Weibo-da yayımlanan görüntülərdə P10 modelinin prototipi yer alır. Bu modeldə də Leica markalı kamera istifadə olunması gözlənilir. Bundan əlavə P10 telefonuna aid GFXBench testi də yayımlanıb. Testə görə yeni Huawei P10-un hansı xüsusiyyətlər daşıyacağını demək mümkündür. Belə ki, yeni cihazın 1440 x 2560 keyfiyyətdə 5.5 inç ekrana, 2.3 GHz CPU və Mali-G71 GPU-ya sahib olmasını demək mümkündür. Bundan əlavə telefon 4 GB RAM/64 GB daxili yaddaş və ya 6 GB RAM/128 GB daxili yaddaş olmaqla iki versiyada təklif oluna bilər. Bir də xatırladaq ki, bu görüntülər telefonun prototip görüntüsünü əks etdirir.

Huawei-P10-concept-phone

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register