Bəylər kənd sakinlərinin səsinə səs verən yoxdur

beyler-kendi-1

 Bugün səhər saatlarından Marneuli munisipolitetinin Bəylər kənd məktəbinin müəllim və şagirdləri problemlə üz-üzə dayanıblar. Belə ki, üç gün bundan əvvəl yağan güclü yağış nəticəsində kəndin daxili yolları suya qərq olub. Sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçə bilmirlər. Məktəbdə dərs prosesi dayanıb. Çünki müəllim və şagirdlər yolu keçib məktəbə gedə bilmirlər. Problemlə bağlı kənd müvəkkili Şalva Kupraşviliyə müraciət olunsa da o, sakinlərə yalnız yola üç maşın xır töküləcəyinə dair söz verib. Sakinlər qeyd edirlər ki, problemlə bağlı dəfələrlə yerli hakimiyyətə və hətta Kvemo Kartli quberniyasına ərizə ilə müraciət etsələr də heç bir reaksiya göstərən olmayıb. Bugün problemi işıqlandırmaq üçün günorta saatlarında sakinlər mərkəzi televiziya nümayəndələrini gözləyirlər. Problemə diqqət yetirilməzsə kənd sakinləri yerli hakimiyyət binası qarşısında aksiyalar keçirəcəklərini qeyd edirlər.
Fotolar Bəylər kənd sakini Zamir İbrahimov tərəfindən çəkilib:

Beyler-kendi beyler-kend beyler-kendi-su kend

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register