Parlamentin sədri olaraq İrakli Kobaxidze seçildi

118 səs lehinə 3 səs əleyhinə – Doqquzuncu Parlamentin sədri olaraq İrakli Kobaxidze seçildi. İrakli Kobaxidzenin Parlament sədri vəzifəsinə təyin olunması üçün 76 deputatın səsi yetərli idi.

İrakli Kobaxidze 2015-ci ilin yanvar ayından “Gürcü Arzusu – Demokratik Gürcüstanın” icraçı katibi və siyasi şuranın üzvü idi. Ona qədər Kobaxidze bir çox beynəlxalq təşkilatlarda və tədris müəssisələrində fəaliyyət göstərib. “Gürcü Arzusunun” rəsmi veb-saytında, İrakli Kobaxidzenin haqqında sonrakı tərcümeyi-hal məlumatları əldə oluna bilər – Hüquq təhsilli Kobaxidze 1978-ci ilin 25 sentyabrında anadan olub. İngilis, alman və rus dillərinə malikdir.

2002-2006-cı il – Dyusseldorf Universiteti (Almaniya) Hüquq üzrə doktor

2002-2005-ci il – Dyusseldorf Universiteti (Almaniya) Hüquq üzrə magistr – yüksək qiymətləndirmə ilə.

1995-2000-ci il – Tbilisi Dövlət Universiteti – kvalifikasiyalı hüquq diploma. İş təcrübəsi – akademik müəssisələr

08.2014 – Bu günə qədər dövlət universiteti, assosiasiya olunmuş professor
09.2011 – 08.2014 – Qafqaz Universiteti/ Qafqaz hüquq məktəbi, assosiasiya olunmuş professor

09.2011 – 06.2013 – Gürcüstan Universiteti, dəvət olunmuş lektor

02.2009 – 02.2010 – Tbilisi Dövlət Universiteti, Hüquq fakultəsinin keyfiyyət təminatı xidmətinin rəhbər vəzifəsini yerinə yetirən.
03.2007 – 01.2008 – T. Sereteli adına dövlət və hüquq institutu, baş alim-əməkdaş
09.2005 – 02.2012 – Tbilisi dövlət universiteti, hüquq fakultəsi asistant-professor

iş təcrübəsi – Beynəlxalq təşkilatlar

01.2013 – 07.2014 – BMT-nin inkişaf proqramı (UNDP), regional və munisipal inkişaf layihələri üzrə menecer
11.2011 – 11.2012 – BMT-nin inkişaf proqramı (UNDP), regional inkişaf məsələləri üzrə ekspert
10.2011 – 03.2012 – Avropa Şurasının Gürcüstan Nümayəndəliyi, strateji planlaşdırma məsələləri üzrə ekspert

Səkkizinci dəvətdə Parlamentin rəhbəri “Respublikaçılar partiyasının” lideri Davit Usupaşvili idi.

Doqquzuncu dəvətdə Parlamentə konstitusional çoxluqla, 115 mandatla “Gürcü Arzusu – Demokratik Gürcüstan” daxil oldu. Müxalifət partiyaları “vahid Milli Hərəkat” və “Vətənpərvərlər Alyansı” müvafiq olaraq 27 və 6 mandat qazandılar.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register