Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Instagram”ın Hekayələr xüsusiyyəti gedərək inkişaf edir və çox vacib bir hala gəlir. İndiyə qədər sadəcə qısa video və şəkillər paylaşılan və üzərində yazı yazmaq, xəttlər çəkmək kimi imkanlar təklif edən Instagram Hekayələri, artıq daha funksionaldır. Boomerang: Instagramın elan etdiyi yeniliklerden ilki Boomerangdır. Artıq “Stories” əlavə edərkən aşağıda yerləşən Boomerang seçimi vasitəsilə “gif”-lər yaradıb paylaşa bilərsiniz. Ayrı bir tətbiq ilə Instagramda da bu cür paylaşımlar onsuz da edilirdi, lakin artıq əlavə bir tətbiqə ehtiyac duymadan “Stories” olaraq paylaşa bilərsiniz. Mention: “Stories” paylaşarkən birilərinə toxunmaq, onlara yönləndirmək həqiqətən ehtiyac halına gələn bir şeydir. Instagram da bunun fərqinə varmış olacaq ki, artıq “Stories” paylaşarkən şəxsləri bir növ etiketləməyinizə imkan verir. Bununla da ən sadə misal ilə şəkilini paylaşdığınız insanın hesabını “@” ilə əlavə edib ona yönləndirə bilərsiniz. Bu xüsusiyyət əlavə olaraq çox gözəl bir reklam modeli də ola bilər. Stories bu xüsusiyyətlər vasitəsilə yüksəlişini davam etdirəcək. Instagramın real məzmun paylaşım sahəsində və like saylarında bir azalmaya səbəb olmuş olsa da gələcəkdə Stories-ın önəmi artacaq kimi görünür. Bir sonrakı yenilik olaraq isə Stories-a daha uzun video məzmunları əlavə etmək imkanı yaratsalar, daha da maraqlı olacaq.

instagram1
“Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ni açıqlayıb.Müəyyən edilib ki, “Android” cihazlarla müqayisədə “iPhone” qurğuları daha problemlidir. Tədqiqat zamanı həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqlar nəzərə alınıb. Mütəxəssislər 2016-cı ilin III rübünün nəticəsinə görə, “iOS” və “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər. Bunun nəticəsində “Apple” qurğularının 62 faizində nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47 faiz təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2 faiz təşkil edib. “LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur. “Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.

iphone2
“Facebook” hesabını səhifəyə çevirmək – Hesab yerində qalır, dostlarınız sayda bəyənməsi olan səhifəniz olur videonu izləyin.

Artıq “Facebook”da saxta profildən istifadə etmək mümkün olmayacaq. Bu barədə şirkətin qurucusu Mark Zukerberq məlumat yayıb. Zukerberqin sözlərinə görə, tezliklə bütün saxta hesablar bağlanacaq. Həmçinin, bugünədək saxta profil açanların səhifələri də bağlanacaq. O, hazırda bunun üçün ciddi işlərin getdiyini bildirib. Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.

zumberq
Günümüzdə mövcud olan ən böyük problemlərdən biri də telefonumuzun donması və sürətinin azalmasıdır. Ən yaxşı cihazları nəzərə aldıqda, 12-18 ay sonra telefonda inanılmaz performans zəifləməsi başlayır. Buna minlərlə səbəb var, RAM həcminin az olmasından tutmuş, düzgün kodlaşdırılmayan proqramlara qədər hər şey təsir edir. Bəs çıxış yolu nədir? Yeni cihaz almalıyam? Əlbəttə ki, yeni cihaz almaq sizin ən yaxşı seçiminizdir. Telefonu saz vəziyyətdə saxlamağın bir neçə üsullarından biri də, onu 48 saatdan bir söndürüb yandırmaqdır. Bunu etdiyinizdə, donma halının baş vermədyini görəcəksiniz.

tehlukeli tel
“Ravean Team” şirkəti yeni texnoloji gödəkçə yaradıb. Belə ki, sözügedən gödəkçə bədənin qızdırılması üçün istilik və smartfonun şarj olunması sisteminə sahibdir. Gödəkçədəki istilik sistemləri gödəkçənin sinə, qarın və bel hissələrində yerləşmişdir. İstilik sisteminin 3 iş rejimi var. Bura hətta 38 dərəcəyə kimi qızdırılma da daxildir. Təchiz olunmuş batareyanın həcmi 10600 mAh-dır. Bu, bədənin 15 saatlıq isinməsinə və smartfonun 2-4 dəfə şarj olunmasına yetərlidir. Gödəkçənin insanı sərt soyuq havada qızdıra biləcəyi hələ ki məlum deyil. Batareyasız, gödəkçə cəmi 80 qram ağırlığındadır. Onu paltaryuyan maşında rahatlıqla yumaq olar. Həmçinin gödəkçədə qar və yağışa qarşı sukeçirməz örtük də var. Sözügedən gödəkçələr üçün şirkət Kickstarter platformasında kampaniyaya start verib. Bu layihənin reallaşdırılması üçün 20.000$ lazımdır. 2 gün ərzində tələb olunan məbləğdən 5 dəfə daha artıq vəsait toplanıb. Kampaniyanın bitməsinə isə hələ 40 gün var. Gödəkçəni 139$ qiymətinə ön sifariş etmək olar. Onların satışa çıxması isə 2017-ci ilin avqust ayına gözlənilir.

godekce
“Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat veriblər. Mütəxəssislərin məlumatına görə, “Android” cihazlarla müqayisədə “iPhone” qurğuları daha problemlidir. Mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, “iOS” və “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər. Tədqiq edilmiş “Apple” qurğularının 62%-də nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47% təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2% təşkil edib. “LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur. “Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.
“Microsoft” korporasiyası 2017-ci ildə “Office 2007” tipli mövcud əlavələr paketinin dəstəklənməsinin rəsmən dayandırılması barədə qərar qəbul edib. Bununla bağlı məlumat korporasiyanın mətbuat xidmətinin nümayəndələri tərəfindən təqdim edilib. Korporasiya nümayəndələrinin sözlərinə görə, “Microsoft” servislərinin istifadəçilərinə bundan sonra hətta ödənişli əsasda müasir “Office 2007” paketi üçün avtomatlaşdırılmış “patch” proqram vasitələri təqdim edilməyəcək. Məşhur proqram təminatı istehsalçısının rəhbərliyinin belə yanaşması maksimum çoxlu istifadəçini bilavasitə yeni məhsula – bu il geniş ictimaiyyətə təqdim edilən “Office 365” paketinə keçirmək istəyi ilə əlaqədardır. Məlumata görə, hazırda yeni versiya ödənişli xidmətlərin mövcudluğuna görə populyar deyil. Bunun nəticəsində “Office 2007” paketinin dəstəklənməsi növbəti ildə tam dayandırılacaq. Bununla yanaşı, yeni – ödənişli “Microsoft Office” paketlər xidmətində “Visio”, “Project Server”, “SharePoint Server”, “Exchange Server”, “Communications Server” və s. kimi əvvəllər bağlı olan servislərdən istifadə mümkün olub.

tel4
London İmperiya Kollecinin alimləri “DNA Electronics” şirkətinin nümayəndələri ilə birgə hiv-infeksiyanın ekspress diaqnostikasını keçirməyə imkan verən “USB” konnektora qoşula bilən qurğu yaradıblar. Qurğunun təsviri “Scientific Reports” jurnalında dərc edilib. İmmun çatışmazlığına (HİV) yoluxmuş insanın qanında virusun tərkibinin vaxtında aşkar edilməsi “antiretroviral” terapiyanın effektivliyinin təyini üçün mühüm əhəmiyyət kəsb edir. Bu halda infeksiyanın ən çox yayıldığı regionlarda, məsələn, Afrikada, ekspress diaqnostika çox vaxt əməliyyatın mürəkkəbliyi və avadanlığın bahalığı səbəbindən əlçatmazdır. Virusun mövcudluğu haqda informasiya “USB” port vasitəsilə cihaza ötürülür və sonuncu, həmçinin “USB” port ilə enerji toplayır. Nümunənin analizinə 20 dəqiqədən bir az çox vaxt tələb olunur. Məlumata görə, indi alimlər qurğunu təkmilləşdirir, həmçinin başqa infeksiyaların diaqnostikası üçün nəzərdə tutulmuş modifikasiyalar üzərində işləyirlər.

hiv
Rusiyalıların 60 faizi internetdə senzuranın tətbiqinə müsbət yanaşır. Bu, “Levada” mərkəzinin apardığı sorğuda müəyyənləşib. Rəyi soruşulanların 25 faizi senzuranın əleyhinə çıxıb, 14 faizi isə cavab verməkdə çətinlik çəkib. Respondentlərin 32 faizi hesab edir ki, qadağalar və bəzi saytlara girişin məhdudlaşdırılması insan hüquq və azadlıqlarını pozmaq, aktiv vətəndaşların fəaliyyətinin qarşısını almaq məqsədilə istifadə oluna bilər. Lakin 44 faiz bununla razı deyil, 24 faiz isə cavab verməkdə çətinlik çəkir. Rusiyalıların yarısı (51 faiz) internetin gələcəkdə qəzet və televizorları əvəz edəcəyinə şübhə edir, 31 faizi isə buna əmindir. Qeyd edək ki, Rusiya internetin azad olmadığı ölkələr sırasındadır.

internet
“Ağıllı” “Vinci” qulaqcığı yaxın gələcəkdə smartfonu əvəz edə bilər. Qulaqcığın başqa qurğulara qoşulmadan avtonom işləyə bilməsi onu faktiki olaraq tam smartfona çevirir. Sensorlu displey və “3G” dəstəkləmə ilə təchiz edilən “Vinci” zənglər etməyə imkan verir. Səsli idarəetməni dəstəkləyən qulaqcıq virtual köməkçi, “3D” səsyazma, qabaqcıl səs azaltma texnologiyası, musiqi ilə yanaşı, ətrafdakı bütün səsləri eşitməyə imkan verən rejim, “Soundcloud” və “Spotify” kimi servislər, fiziki aktivliyi izləyən ötürücülər və s. ilə təchiz edilib. “ARM Cortex-A7” prosessoru və 1 Gb-lıq operativ yaddaş qurğunun işini təmin edir, eləcə də 16 və ya 32 Gb tutumlu quraşdırılmış toplayıcı sevimli musiqiləri yükləməyə imkan verir. Bundan başqa, qulaqcıq istifadəçinin vərdişləri, onun fiziki vəziyyəti, üstünlükləri və s. əsasında musiqi tövsiyə edir. 1500 milliamper/saat tutuma malik quraşdırılmış akkumulyator 10 saat ərzində musiqi səsləndirməyə imkan verir. “Ağıllı” “Vinci” qulaqcığını “Kickstarter” saytında 99 dollara sifariş etmək olar.

saast
“Facebook” sosial şəbəkəsinin banisi Mark Zukerberq Asiya və Sakit okena İqtisadi Əməkdaşlıq Təşkilatının Perunun paytaxtı Limada keçirilən sammitində çıxış edib. Zukerberq “Kommunikativ inqilab” adlı məruzəsində görüşdə iştirak edən dövlət rəhbərlərini qlobal kommunikativ inqilaba qoşulmağa səsləyib. “Mən optimistəm, həm də realistəm. Bütün bunları etmək üçün biz insanları birləşdirməliyik. Kommunikabelliyi və kommunikasiya infrastrukturunu öz planlarımızda əsas prioritet etməliyik” – deyə Zukerberq qeyd edib.

facebook3

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register