Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Las-Veqası cəsarətlə “gecə işıqları şəhəri” adlandırmaq olar. Hər axşam adıçəkilən şəhərin küçələrində yanan saysız-hesabsız lampalar kazino və mehmanxanaların fasadlarına işıq salır. Hər il şəhəri milyonlarla turist ziyarət edir. Bu iki səbəb sayəsində məhz Las-Veqasda “EnGoPlanet” şirkəti tərəfindən yaradılmış yeni qeyri-adi küçə fənərləri quraşdırılıb. Yeni fənərlərin əsas özəlliyi odur ki, onlar yalnız küçələri işıqlandırmır, həm də daxili kameralar sayəsində şəhərdə qayda-qanuna nəzarət etməyə kömək edir, “Wi-Fi” paylayır və mobil qurğular üçün enerjidoldurma stansiyası rolunu oynayır. Bu halda qeyri-adi küçə fənərlərini şəhər elektrik şəbəkəsinə qoşmaq lazım deyil. İstehsalçıların məlumatına görə, “EnGoPlanet” fənərləri özünü enerji ilə təmin edə bilir. Bunun üçün onlara günəş paneli qurulub və fənər sütununun yaxınlığında yerləşən kiçik səth piyadaların addımından enerji toplayır. Fənərlər, həmçinin uzaq məsafədən monitorinq sistemi ilə təchiz edilib. Belə sistemin köməyi ilə şəhər xidmətləri batareyaların şarjının səviyyəsini izləyə və məsafədən nasazlıqları yoxlaya bilər. Gələcəkdə belə fənərlər yalnız şəhərin elektrik xərclərini deyil, həm də atmosferə buraxılan karbon qazının tullantılarının həcmini azaldacaq.

Finlandiyada 11 dövlətin iştirakı ilə kibertəhlükələrlə birgə mübarizə mərkəzi yaradılır. Bun barədə Finlandiyanın Yle teleradio şirkəti məlumat yayıb. Layihədə Almaniya, Fransa, İsveç, Baltikyanı ölkələr və ABŞ iştirak edir. Ötən həftə Helsinkidə layihə iştirakçıları təsis yığıncağı keçirib. Mərkəzin əsas vəzifəsi kiberhücumların dəf edilməsidir. Qurumun illik büdcəsi 2 milyon avroya yaxın olacaq. Bu məbləğin önəmli hissəsini mərkəzin yerləşəcəyi Finlandiya ödəyəcək. Qurumun direktoru Finlandiya polisinin nümayəndəsi Matti Saaralaynen təyin olunub.

xaker3

“Twitter” sosial şəbəkəsi öz qurucusu və baş direktoru Cek Dorsinin mikrobloqdakı akkauntunu müvəqqəti olaraq bloklayıb. Naməlum səbəblərdən akkunta giriş yarım saat ərzində mümkün olmayıb. Girişin bərpasından sonra C.Dorsinin izləyicilərinin sayı 200 nəfərə düşüb. Bir qədər sonra əvvəlki səviyyəyə – 3,8 milyon nəfərə qayıdıb. İnsidentdən sonra baş direktor öz akkuntunda bunu “daxili səhv” adlandırıb. Qeyd edək ki, “Twitter” adətən ələ keçirilən və ya istifadəçilərin narazılığına səbəb olan spamlar yayan akkauntları bloklayır. Son vaxtlar bu prosesdə aktivləşmə müşahidə olunur.

twitter

Cənubi Koreya prokurorluğu “Samsung Electronics” korporasiyasının ofislərində yenidən axtarış aparıb. Axtarışların “Samsung”un ölkə prezidenti Pak Kın Xenin rəfiqəsi Çxve Sun Sil ilə bağlı cinayət işi çərçivəsində aparıldığı bildirilir. Şirkətin mətbuat katibi axtarışı təsdiqləyib, lakin əlavə məlumat verməyib. Noyabr ayının əvvəlində də “Samsung”da axtarış aparılmışdı. Şirkət Çxve Sun Silin qızının Almaniyada atçılıq idmanı təlimi alması üçün 3,5 milyard von (3 milyon dollara yaxın) pul köçürməkdə şübhəli sayılır. Ç. S. Sil prezidentlə yaxınlığından istifadə edərək dövlət işlərinə müdaxilə etməkdə və bu əlaqədən öz şəxsi məqsədləri üçün yararlanmaqda ittiham olunur. Bununla bağlı ölkədə siyasi qalmaqal yaranıb. Paytaxt Seulda yüz minlərlə insanın qatıldığı etiraz aksiyaları keçirilir. Onlar prezidentin istefasını tələb edirlər.

samsung1

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “Apple” və “Microsoft” rəhbərləri ilə telefon danışığı olub. D. Tramp “The New York Times” qəzetinin kollektivi ilə görüşündə bildirib ki, Tim Kuk və Bill Geyts ona telefon edərək təbriklərini çatdırıblar. Qeyd edək ki, T. Kuk seçkidə Hillari Klintonu dəstəkləyib və onun kampaniyasına maddi dəstək verib. D. Tramp seçki kampaniyası zamanı bildirmişdi ki, “Apple” şirkətini istehsalı ABŞ ərazisinə köçürməyə məcbur edəcək.

donald_tramp

Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı istehsal olunacaq. “Vixole” adlı startap “Indiegogo”-da, ekranı olan “ağıllı” idman ayaqqabısı layihəsinə start verib. Sözügedən startap, hətta idman ayaqqabılarının işlək prototiplərini də təqdim edib. Komanda lazım olan 30.000 dollar vəsaiti yığmaqla yanaşı hətta onu ikiqat artırıb. Ekran ayaqqabının arxa hissəsinə yerləşdirilib. Onun üzərində olan yarışəffaf örtük isə ekranı sudan qoruyur. Bununla da istifadəçi ayaqqabını yağışlı və qarlı havada da geyinə bilər. Ayaqqabılar 3 versiyada, qara və ağ rənglərdə satışa çıxarılacaq. Mobil tətbiq vasitəsilə həmin ekranda istənilən görüntünü və ya animasiyanı əks etdirmək mümkün olacaq. Vixole Plus modelində isə addımları sayan xüsusi ötürücülər də yerləşdirilib. Bu modelin daha bir özəlliyi onun yerimə tempi və musiqi ritminə uyğun dizaynını dəyişməsidir. Ayaqqabılar vibrasiya vasitəsilə istifadəçini gəlmiş zənglər, yeni ismarıclar barəsində də məlumatlandıracaq. Vixole OLED isə adından da göründüyü kimi OLED ekranla təchiz olunub. Lakin komanda bu modeli 300 ədəd qısa tirajla satışa çıxardacaq. Onu da diqqətinizə çatdıraq ki, ayaqqabılar iki saat müddətində enerji ilə təmin olunduqda 8 saat çalışa bilirlər. Yeni istehsal olunan bu ayaqqabıların 2017-ci ilin iyun ayında satışa çıxarılacağı gözlənilir.

ayaqqabi

WhatsApp-la bağlı yenilik var. Artıq sizin profilinizə baxan nömrələrin haradan və kimə mənsub olduğunu öyrənə bilərsiniz. Proqram WhatsApp-ın istehsalı olmadığı üçün məlumatlarınızdan sui-istifadə də oluna bilər. Proqram “Tracker” funksiyalıdır.

whatsapp

“Google Translate” xidmətinin işində müşahidə edilən qəribə xüsusiyyətlərə diqqət yönəltmiş “Google” korporasiyasının əməkdaşları bildiriblər ki, robotlar əsrinə az qalıb. “Google Translate” xidmətinin mətnlərin tərcüməsində istifadə etdiyi neyron şəbəkələri o qədər mürəkkəb alqoritmdir ki, bəzi aspektlərdə onları süni intellektlə müqayisə etmək olar. “Google”un mühəndisləri tərəfindən yaradılmış və süni intellekti xatırladan alqoritmlər insanlara naməlum olan dil yaradıblar. “Biz keçirdiyimiz sınaq zamanı neyron şəbəkəsinə ingilis dilindən yapon dilinə və əksinə, daha sonra ingilis dilindən koreya dilinə və əksinə tərcümə etməyi öyrətdik. Bundan sonra belə neyron şəbəkəsinin yapon dilindən koreya dilinə tərcümə edə bilməsini yoxladıq. Məlum oldu ki, edə bilir. Beləliklə, tərcümə etməyə öyrədilmiş neyroşəbəkənin daxilində insanlara naməlum dil yaranıb” – şoka düşmüş ekspertlər bildiriblər.

intelekt

“Tor” anonim şəbəkəsinin mütəxəssisləri “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Mission Improbable” adlı smartfon prototipi təqdim ediblər. Qurğunun əsasını “Copperhead OS” sistemli əvvəlcədən quraşdırılan proqram təminatına malik “Nexus 6P” və “Nexus 5X” smartfonları və şəbəkə trafikini “Tor” vasitəsilə göndərən “OrWall” əlavəsi təşkil edir. Smartfonun proqram təminatı sadə istifadəçilər üçün deyil, internetdə anonimliyini saxlamaq istəyənlər üçün nəzərdə tutulub. Bundan başqa, proqram təminatının quraşdırılması üçün “Linux” sistemini bilmək tələb olunur. “Mission Improbable” smartfonunun yaradıcısı Mayk Perri bildirib ki, onların proqram təminatı ilə yalnız “Nexus” və “Pixel” istehsal xəttindən olan smartfonlar işləyir, çünki onlar şəxsi açarları quraşdıraraq smartfonu və təhlükəsiz fayl sistemini modifikasiya etmək imkanını saxlayan yeganə “Android” sistemli qurğulardır. Onun sözlərinə görə, prototip yalnız istifadəçiyə seçim sərbəstliyi və boşluqlardan yüksək qorunmanı təqdim edən mühafizəli smartfonun yaradılması imkanını nümayiş etdirir. “Mission Improbable” smartfonu ilə “Tor” layihəsinin rəsmi saytında tanış olmaq mümkündür. Məlumat üçün qeyd edək ki, “Tor” (The Onion Router) kompüter şəbəkəsi vasitəsilə ikinci nəsil anonim məlumat mübadiləsi texnologiyasının həyata keçirilməsi üçün azad proqram təminatıdır. Sistem dinləmədən mühafizə edilən anonim şəbəkə bağlantısı qurmağa imkan verir, həmçinin məlumatların şifrlənmiş şəkildə ötürülməsini təqdim edən anonim şəbəkə hesab olunur.

tor

Təhlükəsizlik üzrə mütəxəssis Bart Bleyz həmkarı Piter Kruz ilə birgə “Facebook” sosial şəbəkəsində nəhəng spam kampaniya aşkar edib. Bleyz öz bloqunda yazıb ki, qurbanın kompüterinə “Locky” şifrələyicisini quraşdıran “Nemucod” yükləyicisi “SVG” şəkil vasitəsilə yayılır. “SVG” formatda vektor şəkillər saxlanılır. “XML” genişlənən nişanlama dili əsasında hazırlanan “SVG” format dinamik məzmundan (məsələn, kənar fayla istinad) istifadəyə imkan verir. Hakerlər “SVG” formatlı fayllara “JavaScript” proqramlaşdırma dilində yaradılmış zərərverici kod qururlar. İstifadəçi ona şəxsi mesaj kimi göndərilmiş belə faylı açdıqda “YouTube” video hostinqinin interfeysini imitasiya edən sayta daxil olur. Üzə çıxan pəncərədə istifadəçidən video izləmək üçün “Ubo” və ya “One” genişlənməsini quraşdırmaq xahiş edilir. Məhz sonuncular spam yayır. Genişlənmə “Facebook” sosial şəbəkəsində qurbanın hesabına giriş əldə edərək şəkli istifadəçinin dostlarına göndərir. Qurban genişlənmə ilə birgə sistemdə “Locky” şifrələyicisini quraşdıran “Nemucod”u da yükləyir. Sonuncu kompüterdə faylları şifrələyir və onları deşifrə etmək üçün pul tələb edir. Bu təhlükədən qorunmaq üçün aşağıdakıları etmək lazımdır: Naməlum formatlı faylları açmayın. Sizə belə istinad göndərildiyi halda onu göndərəndən bu istinada keçmək səbəbini dəqiqləşdirin. Şübhəli genişlənmələri və başqa proqram təminatını yükləməyin. Saytların həqiqiliyini yoxlayın: ünvan və interfeysə görə. Etibarlı antivirusdan istifadə edin və daima onun bazasını yeniləyin.

virus

ABŞ Dəniz Piyada Qoşunlarının əsgəri Metyu Lonq yaralı əsgərin qanaxmasını dayandıran qeyri-adi zirehli jilet hazırlayıb. Zirehli və amortizasiya edən qatların, eləcə də yaralanma zamanı qanaxmanı dayandıra bilən qatın olması jiletin fərqli xüsusiyyətidir. Bu, əvvəllər kömək etməyin qeyri-mümkün olduğu əsgərin həyatını xilas etməyə imkan verəcək. Hazırkı zirehli jiletlər müxtəlif mühafizə səviyyəsini təmin edən bir neçə qatla təchiz edilib. ABŞ dəniz piyada əsgərləri sıx kevler ekranların quraşdırıldığı zirehli jiletlərə malikdirlər. Bunun sayəsində 9 mm kalibrli qəlpə və güllələrdən yüksək səviyyədə qorunmaq mümkün olur. Bundan başqa, əsgəri avtomat atəşindən qorumaq üçün iki keramik plastin quraşdırmaq olar. M.Lonq kəşf etdiyi jiletdə ağrıkəsici və hemostatik dərmanlar qatışığının olduğu maye keçirməyən nazik paket tətbiq edib. Paketin güclü zərbələrə davamlı olmasına baxmayaraq güllə zirehli jileti deşib keçəndə zədələnə bilər. ABŞ hərbi rəhbərliyi M.Lonqun texnologiyasına böyük maraq göstərərək onu “DARPA” Agentliyinin laboratoriyalarından birində çalışmağa göndərib. Perspektivdə yeni zirehli jiletin prototipinin yaradılması, sonradan seriyalı istehsalı nəzərdə tutulur.

jilet

Hakerlər istifadəçiləri qulaqcıqlar vasitəsilə dinləməyə başlayıblar. Əməliyyat sistemləri, şəbəkələr və ya konkret qurğuların sındırılması barədə xəbərlərin tez-tez yayılmasına baxmayaraq, bu dəfə hakerlər qulaqcıqlara müdaxilə etmək qərarına gəliblər. Həvəskarlar qrupu “RealTek” audiokodeklərində vəzifələrin paylanması funksiyasını yerinə yetirən “Speake(a)r” adlı zərərli proqram təminatı yaradıblar. Kompüterlər üçün əksər ana platalar məhz bu istehsalçının audioçipləri ilə təchiz edilir. Hücuma məruz qalan kompüterin qulaqcıqlar üçün çıxışlarını məsafədən mikrofonun qoşulması üçün port kimi konfiqurasiya etmək və bunun sayəsində virusa yoluxmuş kompüterin ətrafında baş verənləri qulaqcıqlar ilə dinləmək olar. Maraqlıdır ki, sınaqlar zamanı hakerlər “Sennheiser” qulaqcıqları ilə təxminən 6 metr məsafədə olan danışığı dinləyə biliblər. Eksployt müəlliflərinin sözlərinə görə, insanlar bu boşluq barədə fikirləşmirlər. Kompüterin mikrofonu söndürülsə belə, qulaqcıqdan dinləmə üçün istifadə mümkündür. Hazırda virus yalnız “RealTek” şirkətinin audiolu kompüterlərində sınaqdan keçirilib, lakin digər qurğuların da belə hücuma məruz qala bilməsi istisna edilmir. Qulaqcıqlardan istifadə edilmədikdə təhlükəsizlik baxımından onları söndürmək tövsiyə edilir.

qulaqciq

Yüklənmə üçün çoxlu vaxt tələb edən köhnə sistemlər fərdi kompüter istifadəçiləri üçün başlıca stress mənbələrindən biridir. “Microsoft” korporasiyasının tədqiqatçıları Böyük Britaniya sakinləri arasında sorğu keçirərək bu qənaətə gəliblər. Ev kompüterlərinin istismar müddəti orta hesabla 3 ildən çoxdur. Belə sistemlər üçün yüklənməyə yenilərindən 65 faiz çox vaxt lazımdır. Bu səbəbdən istifadəçilər ümumilikdə gözləmə üçün ildə 23,5 saat sərf edirlər. Tədqiqata görə, üç il və daha çox istifadə edilən kompüter sahibləri zərərli proqram təminatının silinməsi kimi problemlərin həllinə 3,5 dəfə çox vaxt sərf etməli olurlar. Əksər istifadəçilər üçün daim gözləmənin lazım olması çox qıcıqlandırıcı hesab edilir. Köhnə kompüter istifadəçilərinin 65 faizi etiraf edib ki, tez-tez əsəbiləşir və kompüterin üstünə qışqırırlar. İstifadəçilərin 6 faizi üçün köhnə kompüterlər o qədər güclü stress mənbəyidir ki, hətta onları ağladır və əsəbi sakitləşdirmək üçün alkoqoldan istifadəyə məcbur edir. Sorğuya görə, fərdi kompüterdə problemlərə reaksiya təkcə kompüterin istismar müddətindən deyil, istifadəçinin özündən də asılıdır. Yaşı 55-dən çox olan insanlar fərdi kompüterin yüklənməsini gözləməyə ayda ümumilikdə 2 saat sərf edirlər. Onların hər beş nəfərdən biri (19 faiz) istismar müddəti 5 ildən çox kompüter istifadəçisidir.

micro

“Google”un süni intellekt sahəsi ilə məşğul olan “DeepMind” bölməsinin tədqiqatçıları dodaq oxuya bilən proqram təminatı yaradıblar. Proqrama “Watch, Listen, Attend, and Spell” adı verilib. Hazırda bu proqram öz analoqları arasında daha çox dəqiqliyə malikdir – 46,8%. Proqram dodaq oxumaq qabiliyyətinə malik insanla müqayisə edilib. Nəticədə mütəxəssis yalnız 12,4% dəqiqliklə dodaq oxuya bilib. “DeepMind” alimləri öz kəşflərinin karlar üçün istifadə olunmasını təklif ediblər. Bundan başqa, proqram səssiz film üçün subtitrlər yaradılması və ya digital köməkçilərin (“Siri”, “Alexa”) səssiz idarə olunması üçün də istifadə oluna bilər.

google intelekt

“Odnoklassniki” sosial şəbəkəsi icmaları vasitəsilə məhsulların satışını həyata keçirəcək aləti tətbiq edib. Buna uyğun reklam məlumatlarını istifadəçilər açıq qrupda qeyd kimi qoya biləcəklər. “Odnoklassniki” layihəsinin rəhbəri Anton Fedçin bildirib ki, yeni alətin tətbiqi ilə bağlı qərar ona görə qəbul edilib ki, kiçik biznesin və lokal icmaların nümayəndələri uzun müddətdir öz məhsulların satışı ilə bağlı məlumatları dərc ediblər. “Biz bu istiqaməti sistemləşdirməyi qərara almışıq”, – deyə Fedçin qeyd edib. O vurğulayıb ki, sosial şəbəkədə məhsul və xidmətlərin satışı üzrə 30 mindən artıq xüsusi qruplar mövcuddur. Bunları hər ay 10 milyondan artıq insan izləyir.

0k

“Doppler Labs” şirkəti Klivlend Kavalers basketbol komandası, Nyu-York Filarmoniya Orkestri və San-Fransiskoda yerləşən təsviri incəsənət muzeyləri ilə müqavilə imzalayıb. Artıq onların tədbirlərində “Here One” simsiz qulaqcıqlarından istifadə ediləcək. Cari ilin yazında təqdim edilmiş innovativ qulaqcıq kənar səs-küyü təhlil edir ki, bu da onları azaltmağa, musiqi ilə qarışdırmağa və ya istənilən kənar səsləri bloklamağa imkan verir. Məsələn, “Here One” qulaqcığı küçədə avtomobillərdən başqa bütün kənar səs-küyü filterdən keçirə, idman matçlarında isə kütlənin bağırtısını bloklayaraq şərhçinin səsini saxlaya bilir. Nyu-York Mets beysbol klubu, “MADE Fashion Week” dəb həftəsi, ucuz “JetBlue Airways” aviaşirkəti, “Gimlet Media” media şirkəti və Koaçella musiqi festivalı istehsalçının partnyorları sırasına daxildir. Şirkətin rəsmiləri bildiriblər ki, 2017-ci ildə “ağıllı” filterlərə malik qarniturdan istifadəyə başlanılacaq. Cari ayda 299 dollarlıq “Here One” qulaqcıqlarının tədarükünə başlanılmalı idi, amma “Doppler Labs” sifarişlərin icrasını gələn ilin fevralına kimi təxirə salıb.

qulaq

Mütəxəssislər istifadə olunmuş smartfon bazarının artacağını proqnozlaşdırır. İlkin proqnozlara əsasən, artıq 4 ildən sonra dünyada 200 milyondan artıq istifadə olunmuş cihaz satılacaq. Maraqlıdır ki, bu ana qədər istifadə olunmuş cihazların orta statistik qiyməti 136 dollar təşkil edir. Dünya üzrə belə cihazların həcmi isə təxminən 30 milyard dollardır. Amerikalı analitiklər istifadədə olmuş və bərpa edilmiş mobil cihazların satışında indiyədək olmayan artımı qeyd edirlər. Buna ABŞ-da yerləşən bir çox mobil operatorlar, həmçinin pərakəndə satış və şəbəkə mağazaları səbəb olub. Bu mağazalar istifadə olunmuş smartfonların yenisi iləə mübadiləsi proqramından geniş istifadə edirlər. Təkcə ötən il ərzində 81 milyon ədəd belə cihazın satışı həyata keçirilib.

smartfon

Fransanın vergi xidməti “Apple” şirkətinin yerli bölməsindən 400 milyon avro həcmində ödənilmiş verginin ödənilməsini tələb edir. Bu məbləğin 2011-2013-cü illərdə gizlədildiyi bildirilir. Qeyd edək ki, “Apple”in Fransa bölməsi satışlardan əldə olunan vəsaitləri İrlandiya bölməsinin hesabına keçirib. Çünki burada vergi güzəştləri əldə edə bilib.

apple

“KAIST” istehsalçılar komandası tərəfindən ixtira edilmiş texnologiya “OLED” ekranla parçanı birləşdirəcək ki, bu da yeni səviyyəli daşınan elektronikanın yaradılmasına imkan verəcək. Xatırladaq ki, belə tip ekranlar kənar işıqlandırma tələb etmir, özləri işıq saçırlar. “OLED” ekranı elastik səthə yerləşdirmək mümkündür, ancaq bu halda onun möhkəmliyi və davamlılığı xeyli azalır. “OLED” plastik səthlə müqayisədə tekstil üzərində daha elastikdir və rahat daşınan ekranların istehsalı üçün lazımi möhkəmliyə malikdir” – professor Çoy Kyunq-çul deyib. Hazır parça 1000 saatdan çox işləyə bilər. Belə texnologiyanın kütləvi istehsala çıxarılma müddəti haqda danışmaq hələ ki, tezdir.

ekran

HP şirkəti 2016-cı maliyyə ilinin dördüncü rübü və ümumilikdə bütün il üzrə hesabatını dərc edib. HP şirkəti üçün il oktyabr ayında yekunlaşıb. HP-nin rüblük gəlirləri 12,5 milyard dollar təşkil edib ki, bu da bir il öncəkindən 2 faiz çoxdur. Ötən il şirkətin gəlirləri 12,3 milyard dollar olub. Hesabatda qeyd edilir ki, bir rüb ərzində şirkətin əməliyyat gəlirləri 0,5 milyard dollar təşkil edib. Bu isə ötən ilki – 1,5 milyard dollara bərabər olan göstəricidən 66 faiz azdır. Ümumilikdə il ərzində HP-nin gəlirləri 48,2 milyard dollar olub. Bu göstərici 2015-ci maliyyə ilinin 51,5 milyard dollara bərabər olan gəlirlərindən 6 faiz azdır. Şirkətin bir il ərzində xalis mənfəəti 2,7 milyard dollar təşkil edib ki, bu da ötən ilki 3,7 milyard dollarlıq göstərici ilə müqayisədə 28 faiz azdır.

hp

“Amazon” şirkəti tərəfindən “ağıllı” ev üçün təqdim edilmiş yeni qurğular gündəlik tələbat məhsullarının vaxtında təmin edilməsinə nəzarət edəcək. Hələ cari ilin yanvarında istifadəyə verilmiş “Amazon Dash Replenishment” layihəsi əvvəllər “ağıllı” düymələrdən istifadəyə əsaslanırdı. Həmin düymələrə toxunuş etdikdə internet mağazasından zəruri məhsul sifariş edilirdi. Bu halda bir düymə yalnız bir konkret məhsul üçün proqramlaşdırılmışdı. İndi şirkət məhsulların internet üzərindən sifarişini avtomatlaşdırmağa dair qərar verib. “Amazon” tərəfindən təqdim edilmiş yeni qurğular evdə zəruri məhsulların ehtiyatına müstəqil nəzarət edir və çatışmadıqda onları sifariş edə bilir. Şirkət yeni xidmətini işə salmaq üçün “Whirpool”, “Samsung”, “Bosch” və “Purell” kimi partnyorlarla işbirliyi qurub. Təqdim edilmiş “WePlenish” adlı qurğu istehlak vərdişləri, məhsulların anbar otağı və ya yeşikdə yerləşməsini araşdırır və bundan sonra zəruri məhsulların mövcudluğunu izləməyə başlayır. Cihaz, həmçinin çatışmayan məhsulları müstəqil sifariş edə bilir. “GeniCan” adlı qurğu zibil çəninə qoşulur və atılmış məhsulların ştrix kodunu skan edir. Bundan sonra qurğu almaq lazım olan zəruri məhsulların siyahısını tərtib edir.

amazon

Avropa Komissiyasının saytına qarşı irimiqyaslı haker hücumu həyata keçirilib. Bunu qurumun rəsmi nümayəndəsi Marqaritis Sxinas açıqlayıb. O bildirib ki, noyabrın 24-də sayt güclü kiberhücuma məruz qalıb: “Hücumu bloklamaq mümkün olub. İnformasiya sızıntısı baş verməyib”. DDoS hücumlar saytın eyni anda çoxsaylı avtomatik sorğularla ifrat yüklənməsi şəklində baş verib. Bu üsul sistemin işində ciddi kəsintilərə səbəb ola bilərdi. Lakin Avropa Komissiyasından bildiriblər ki, hücumların nəticəsi yalnız internet xidmətlərinin işinin ləngiməsi ilə məhdudlaşıb. Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa İttifaqı-Ukrayna sammiti keçirilib.

xaker1

“Nokia” brendli mobil qurğuların istehsalı hüququna malik “HMD Global” şirkətinin nümayəndələri 2017-ci ildə məşhur Finlandiya əmtəə nişanı ilə smartfonların buraxılacağını rəsmən təsdiq ediblər. Bu barədə bəyanat sərmayədarlar üçün “Nokia’s Capital Markets Day 2016” tədbirində səsləndirilib. Yeni “Nokia” smartfonlarının növbəti ilin fevralında illik “Mobile World Congress” (MWC 2017) sərgisində təqdim ediləcəyi gözlənilir. Şirkətin debütünün 5,5 düymlük “Full HD” ekran və səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru ilə təchiz edilən “Nokia D1C” qurğusunun olacağı bildirilir. Smartfon ən yeni “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Məlumata görə, smartfonlar bazarından başqa “HMD Global” digər istiqamətləri, o cümlədən virtual reallıq texnologiyasını inkişaf etdirməyi planlaşdırır. Müvafiq patent hüququnun 2018-ci ildə alınaraq rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu il artıq virtual reallıq videosunun yaradılması üçün “Nokia OZO” adlı xüsusi kamera təqdim edilib. Qeyd edək ki, 2013-cü ildə Finlandiya istehsalçısı və “Microsoft” korporasiyası arasında telefonların istehsalı ilə bağlı biznesin satılması üzrə imzalanan sazişin şərtlərinə görə, “Nokia” 2016-cı ilin dördüncü rübünədək smartfonlar istehsal etmək hüququna malik deyil. Bundan başqa, “Nokia” 2024-cü ilədək mobil telefonlar üzərində öz brendini yerləşdirmək hüququndan məhrum edilib.

nokia

Yaxın gələcəkdə “Apple” korporasiyası “ağıllı” güzgü istehsal edə bilər. İOS 10 əsasında yaradılmış ilk prototip artıq dizayner Rafayel Daymek tərəfindən tərtib edilib. ABŞ texnologiya şirkətinin əməkdaşlarından biri bildirib ki, tərtibatçılar bir neçə il müddətində smart-güzgü layihəsi ilə məşğul olublar. Bir müddət hətta mütəxəssislər layihənin təyinatını dəyişmək fikrində idilər. Son nəticə isə stol olmalı idi ki, bu ideya isə yararsızlığı baxımından dəstəklənməyib. İlk olaraq bu qeyri-adi ixtiranı öz rəfiqəsini müşahidə edərkən ideyadan ilhamlanan Rafael Daymek həyata keçirib. Onun sevgilisi yır-yığış edən zaman güzgü ilə smartfonun axtarışı arasında var-gəl edirdi. Onun həyatını asanlaşdırmaq üçün dizayner öz ixtirasını həyata keçirmək niyyətinə gəlib. Cihaz sensor ekranlı tam funksiyalı güzgüyə bənzəyir. Sadəcə, onun üzərində tarix və saat, hava vidcetləri, müxtəlif əlavələr açmaq imkanı da mövcuddur. 45 saniyə keçdikdən sonra isə cihaz toxunulmaz qaldıqda yenidən güzgüyə çevrilir.

Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz biletlər söz verərək fərdi informasiyanı toplayırlar. İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir. Şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur. Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək. Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər. İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.

xaker

Mütəxəssislər tərəfindən keçirilmiş tədqiqat göstərib ki, dünya əhalisinin yarıdan çoxu internetdən istifadə etmir. Bu barədə Beynəlxalq Elektrorabitə Şurasının radio reqlament komitəsinin üzvü Viktor Strelets Moskvada keçirilən “Broadband Russia 2016” forumu çərçivəsində çıxışında bildirib. Onun sözlərinə görə, hazırda dünya əhalisinin 84 faizi mobil şəbəkənin tutumundan istifadə edir. Bu zaman dünya əhalisinin 47,1 faizi istifadə edir. Komitə üzvü bildirib ki, bəşəriyyətin 53 faizi və ya 3,9 milyard nəfər İKT xidmətlərinə çıxış imkanlarına malikdir. V.Strelets qeyd edib ki, ölkələrin internetin inkişafı reytinqində Rusiya Federasiyası 175 ölkə arasında 43-cü yeri tutur. Ötən il ölkə 42-ci yerdə yerləşirdi.

internet

“Samsung” şirkətinin rəsmi istifadəçi təlimatına görə, “Samsung Galaxy S7” və “Galaxy S7 Edge” modelləri üçün “Android 7.0 Nougat” sistem versiyasınadək yenilənmədə 20-dən çox yeni funksiya və vizual yenilik olacaq. Onlardan bəziləri, məsələn, proqram qovluqları və ya çoxekranlı rejim “Google” şirkəti tərəfindən “Android 7.0” versiyasına quraşdırılıb, lakin modernləşdirilmiş “TouchWiz” istifadəçi interfeysinə məxsus dəyişikliklər də edilib. Burada söhbət funksiyalar menyusunda yeni nişanlar kimi kiçik dəyişikliklərdən deyil, istifadəçi üçün təfsilatlı göstərilmə tələb olunmayanda ekranın təsvir ölçüsünün kiçildilməsi imkanından gedir. Bu, qrafik sürətləndiricinin işini asanlaşdırmağa imkan verəcək ki, bu da öz növbəsində qurğunun avtonom işləmə vaxtına müsbət təsirini göstərəcək. Bu yenilikdən başqa bildirişlər əlavəsi yazışmaları mövzu və kontaktlara görə qruplaşdırmağa şərait yaratmağa başlayıb. Qalereyanın aşağı hissəsində “Samsung Galaxy S7” və “Galaxy S7 Edge” smartfonlarının yenilənmiş interfeysində “Android Marshmallow” versiyası ilə müqayisədə edilən digər dəyişikliklərlə tanış olmaq mümkündür.

samsung2

ABŞ-ın Florida Universitetinin alimləri super-kondensatorun prototipini hazırlayıb. Yeni texnoloji prosesin köməyi ilə sürətli enerji yığan yüksək tutumlu batareyalar yaratmağın mümkün olacağı açıqlanıb. Qeyd olunur ki, yeni batareyalar enerjini adi litium-ion elementindən 20 dəfə çox saxlaya biləcək. Florida Universitetinin əməkdaşı Nitin Çudxari bildirib ki, yeni ixtiranın köməyi ilə mobil telefonlar bir neçə saniyə ərzində enerji yığacaq və bir həftə ərzində telefonu doldurmaq lazım gəlməyəcək. Mütəxəssisin sözlərinə görə, hazırda istifadə olunan litium-ion akkumulyator batareyalarını 1500 dəfə enerji ilə doldurmaq olur. Sonra onların istifadə dövrü bitir və batareyalar zəifləyir. Yeni prosesin yaradıcıları bildirirlər ki, onların ixtira etdikləri super-kondensator hətta 30 min dəfə tam enerji yığdıqdan sonra da deqradasiyaya uğramayacaq.

enerji

Yaxın gələcəkdə “Apple” korporasiyası “ağıllı” güzgü istehsal edəcək. “iOS 10” əsasında yaradılmış ilk prototip artıq dizayner Rafael Daymek tərəfindən tərtib edilib. ABŞ texnologiya şirkətinin əməkdaşı bildirib ki, tərtibatçılar bir neçə il müddətində smart-güzgü layihəsi ilə məşğul olublar. Bir müddət hətta mütəxəssislər layihənin təyinatını dəyişmək fikrində idilər. Son nəticə isə masa olmalı idi ki, bu ideya isə yararsızlığı baxımından dəstəklənməyib. Cihaz sensor ekranlı tam funksiyalı güzgüyə bənzəyir. Sadəcə, onun üzərində tarix və saat, hava vidcetləri, müxtəlif əlavələr açmaq imkanı da mövcuddur. Eyni zamanda, 45 saniyə keçdikdən sonra isə cihaz toxunulmaz qaldıqda yenidən güzgüyə çevrilir.

agili guzgu

WhatsApp developerləri messencerin qıcıqlandıran xüsusiyyətini aradan qaldırıblar. Belə ki, əvvəllər göndərilmiş videonu izləmək üçün ilk öncə videonun yüklənməsini gözləmək lazım gəlirdi. İndi isə onlar messencerə, videoya yüklənmə zamanı baxmaq xüsusiyyətini əlavə ediblər. Bundan sonra yüklənən videoya baxan zaman yüklənmə prosesi fon rejimində davam edəcək. Onu da qeyd edək ki, bir müddət öncə messencerə videozəng funksiyası və iki addımlı təsdiqləmə təhlükəsizlik xüsusiyyəti əlavə edilmişdir. Hal-hazırda yüklənmə zamanı videoya baxmaq xüsusiyyəti yalnız Android istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda bu xüsusiyyət iOS istifadəçiləri üçün də aktiv olacaq.

whatsapp1

Mütəxəssislər istifadə olunmuş smartfon bazarının artacağını proqnozlaşdırır. İlkin proqnozlara əsasən, artıq 4 ildən sonra dünyada 200 milyondan artıq istifadə olunmuş cihaz satılacaq. Maraqlıdır ki, bu ana qədər istifadə olunmuş cihazların orta statistik qiyməti 136 dollar təşkil edir. Dünya üzrə belə cihazların həcmi isə təxminən 30 milyard dollardır. Amerikalı analitiklər istifadədə olmuş və bərpa edilmiş mobil cihazların satışında indiyədək olmayan artımı qeyd edirlər. Buna ABŞ-da yerləşən bir çox mobil operatorlar, həmçinin pərakəndə satış və şəbəkə mağazaları səbəb olub. Bu mağazalar istifadə olunmuş smartfonların yenisi iləə mübadiləsi proqramından geniş istifadə edirlər. Təkcə ötən il ərzində 81 milyon ədəd belə cihazın satışı həyata keçirilib.

smartfon

Avropada ən baha “iPhone 7” smartfonu Rusiyada satılır. Bu barədə “CupoNation” nəşri yazıb. Ekspertlər Avropanın 14 ölkəsində “iPhone 7” smartfonunun bütün növlərinin satış qiymətlərini monitorinq ediblər. Müqayisə üçün 32 Gb yaddaşa və 7,4 düym ekrana malik olan “iPhone 7” götürülüb. Məlum olub ki, Avropada ən ucuz “iPhone 7” smartfonu Böyük Britaniyada satılır – 690 avro. İkinci və üçüncü yerləri Avstriya və İsveçrə bölüşür – 697 və 759 avro. Sərfəli qiymətlərlə “iPhone 7″ni İspaniya, Polşa, Fransa və Belçikada da almaq olar. Ən baha göstəricilər isə Norveç və Rusiyada qeydə alınıb – 824 və 964 avro. “Apple” şirkətinin rəhbərliyi bəyan edib ki, Rusiyada istehlak qabiliyyətinin kəskin aşağı düşməsi səbəbindən ölkə əhalisinin əlverişli qiymətlərlə “iPhone 7” alması inandırıcı görünmür.

iphone7

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası iki yerə parçalana bilər. Şirkət rəhbərliyi bu variantı nəzərdən keçirəcək. Müvafiq təkliflə ABŞ-ın “Elliot Management” xec-fondu oktyabr ayında çıxış edib. Bölünmə “Samsung”un təsisçisinin varislərinə “Samsung Gruoup”un ən dəyərli və qiymətli aktivi olan smartfon istehsalı sahəsinə nəzarət imkanı verəcək. “Samsung”un Direktorlar Şurası noyabrın 29-da bu məsələni müzakirə edərək “Elliot”un təklifinə cavab verəcək. C. Koreya birjası şirkətdən məsələ barədə açıqlama istəyib.

samsung

Məlumata əsasən “Samsung” şirkəti Barselonada keçiriləcək Mobile World Congress 2016 tədbirində Galaxy S8 Edge smartfonunu təqdim edəcək. Smartfonun ilk fotosu Weibo sosial şəbəkəsində paylaşılıb. Paylaşılmış foto çox güman ki, smartfonun reklam çarxından götürülmüşdür. Yeni cihazın dizaynı əvvəlki modellərə bənzəyir. Buna baxmayaraq göründüyü kimi smartfon ikili arxa kameraya sahib olacaq. Çox güman ki, bu cür kamera yalnız Galaxy S8 Edge-də olacaq. Sadə Galaxy S8 isə bir kamera ilə təchiz olunacaq. İkili arxa kamera bir tərəfdən Huawei Mate 9-a bənzəyir, lakin iPhone 7 Plus-dan fərqlənir. Galaxy S8 Edge-in ekran ətrafındakı çərçivələr daha nazik olacaq. Ənənvi “Home” düyməsi fotoda yoxdur. Görünür onu ekranın alt hissəsinə quraşdırılmış ultrasəs barmaq izi skanı əvəz edəcək. “Home” düyməsi isə virtual formatda olacaq. Daha əvvəlki məlumatlara əsasən Galaxy S8 Edge Snapdragon 835 prosessoru ilə təchiz olunacaq. Həmçinin o, 6 GB RAM və 64/256 GB daxili yaddaşa sahib olacaq. Ekranların ölçülərinə gəldikdə isə Galax S8, 5.7 inç, Galaxy S8 Edge isə 6.2 inç ekrana sahib olacaq.

s8

Bir neçə gün bundan öncə “Microsoft” CEO-su Satya Nadella bildirmişdi ki, şirkət smartfon bazarından gedən deyil. Bugün isə şirkətin yeni smartfonlarının texniki göstəriciləri sızdırıldı. Məlumata əsasən hal-hazırda şirkət minimum iki model Surface Phone üzərində çalışır. Onlardan biri 4 GB-lıq RAM, digəri isə 6 GB-lıq RAM ilə təchiz olunacaq. Hər iki smartfon Snapdraon 835 prosessoruna sahib olacaq. Şaiyələrə əsasən bu prosessor həmçinin Samsung Galaxy S8 smartfonunda da olacaq. Milli.Az technote.az-a istinadən bildirir ki, hər iki Surface Phone modeli 5.5 inç ekranla təchiz olunacaq. Gözlənildiyi kimi şirkət gələn il Surface Phone-nun 3 modelini təqdim edəcək. Onların hər üçü də Windows Mobile 10 əməliyyat sistemi ilə çalışacaq. Əlavə ödənişlə smartfonlar üçün stilus və taxıla bilən klaviaturanı əldə etmək olacaq.

kompyuter

Youtube bir çoxlarımızın sevərək istifadə etdiyi video platformalardan biridir. Amma yaxın zamanlarda verilən məlumat Youtube haqda bəzi mənfi fikirlərin ortaya çıxmasına səbəb olub. Youtube hackerlər üçün öyrədici videolar yayımlanmasına şərait yaradır. İddialara görə Youtube kiber təhlükəsizlik məsələlərində bir qədər təhlükəli xarakter daşımağa başlayıb. Təhlükəsizlik şirkəti Proofpoint-in verdiyi məlumata görə Youtube-da hackerlər üçün bir çox sənədlər yer almaqdadır. Proofpoint, Youtube-da hackerlər üçün öyrədici videoların olduğunu və bu videolar sayəsində şəxsi məlumatların necə ələ keçirildiyinin göstərilirdiyi bildirilir. Həmçinin şirkət bildirib ki, Youtube vasitəsilə bəzi şəxsi məlumatların da necə satıldığı da öz əksini tapmaqdadır. Hackingi öyrədən belə videoların açıqlama qismində fərqli saytlara yönləndirən linklər də yer almaqdadır. Burda digər maraqlı məqam isə Youtube-un belə kanallara müdaxilə etmək istəməməsidir. Çünki adi halda müəyyən bir videoda yer alan arxa plan musiqisi müəllif hüquqlarının pozulması əsas gətirilərək silindiyi halda hacker yetişdirən belə kanallara heç bir müdaxilə edilməməsi şübhəlidir.

whatsapp2

Cənubi Koreyanın dünyaca məşhur şirkəti “Samsung Electronics” kompüter istehsalı biznesini “Lenovo”ya sata bilər. Bu haqda məlumatı Koreyanın The Bell adlı mətbuat şöbəsi verib. Yer alan xəbərə görə şirkət hal-hazırda bu mövzu ilə əlaqədar “Lenovo” ilə danışıqlar aparmaqdadır. Lakin “Samsung”un bu layihə üzrə ayrıca maliyyə məsləhətçisi olmadığı üçün işin hüquqi tərəfi Amerikalı Paul Hastings hüquq şirkəti tərəfindən həyata keçiriləcək. Eyni zamanda “Lenovo” tərəfini London hüquq şirkəti olan Freshfields Bruckhaus Deringer təmsil edəcəkdir. Hal-hazırda satış qiymətinin 1 trilyon koreya vonu, yəni 850 milyon dollar təşkil etdiyi bildirilir. Xatırladaq ki, Samsung printer biznesini “HP”yə 1.05 milyard dollara satmışdı. Qeyd edək ki, dünya kompüter bazarında Lenovo markalı kompüterlərin dəyəri 19.4% təşkil edir. Bu isə bu sektor üzrə ən böyük göstərici deməkdir.

panel

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register