Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Hal-hazırda bir çox messengerlər çox yayılsa da bunların içində Google Allo daha tez məşhurlaşdı deyə bilərik. Google-da emosiya simvolu indi daha “ağıllı” yeni simvolla əvəz olunub. Belə ki, bu simvol yalnız yeni emosiyaları əks etdirmir, həm də sizə istifadə etməyiniz üçün uyğun emosiya və ya stikeri təklif edir. Bu simvol Smart Smiley adlanır. Belə ki, siz bu simvola klik etdikdə açılan sahədə sizə yazdığınız cümlə və ya ifadəyə uyğun emosiya və ya stiker təklif olunur. Bu yenilik sadəcə ingilis dili olan messengerə aiddir. Qeyd edək ki, bu vaxta qədər istifadəçilərə yalnız yazdığı cümlədə istifadə etmək üçün sözlər təklif olunurdu. Sözə klik etməklə yazmadan yerini təyin edə bilirdiniz. Bundan əlavə bir çoxlarının səbrsizliklə gözlədiyi Harry Potter filminin davamı olan “Fantastic Beasts and Where to Find Them” filmində yer alan xarakterlərin də stikerləri də Google Allo-da yer alıb. Həmçinin Google Allo-da gizlilik rejimi də mövcuddur. Hansı ki, bir müddət sonra sizin bütün mesajlarınız serverdə saxlanmağa başlayacaq. Bunu istəməyən şəxslər ya anonim rejimdə ya da öz mesajlarını silərək qarşısını ala bilərlər.

google-allo-smart-smiley_thumb

Instagram, artıq bir canlı video yayımı platformasına çevrilir. Şəkil paylaşım tətbiqinin bugün paylaşdığı elanda yeni xüsusiyyəti əks olundu. Instagram, Periscope və ya Facebook Live kimi, canlı videoyayım xüsusiyyətinə qovuşdu. Tətbiqin idarəçiləri, bugün etdikləri açıqlamayla, Instagramın Stories (Hekayələr) xüsusiyyətinə canlı yayım xüsusiyyəti gətirdiklərini elan etdilər. Yeni xüsusiyyət, eynilə Storiesdə edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir “Live/Canlı” ifadəsi yer alır. Canlı yayımlar eyni zamanda kəşf et bölməsində, istifadəçini izləməyən digər şəxslərə də görünür. Instagram əlavə olaraq, Direct Mesaj üzərindən silinə bilən şəkilləri də həyata keçirdi. Yeni xüsusiyyət vasitəsilə istifadəçilər, onları izləyən digər istifadəçilərə dilədikləri zaman silinə bilən şəkillər göndərə biləcəklər. Əgər şəkili qəbul edən şəxs ekran görüntüsünü almağa çalışarsa, şəkil sahibinə bildiriş gedəcək. Əlavə olaraq istifadəçiyə video göndərilibsə və video təkrar izlənərsə yenə video sahibinə məlumat gedəcək. Yox olan mesajlar xüsusiyyəti bugündən etibarən Instagram hesablarında istifadəyə açılır. Live video xüsusiyyəti isə yavaş-yavaş bütün istifadəçilərin hesablarında yerini alacaq.

Facebookda ortaya çıxan yeni bir pis məqsədli virus, özünü məsum bir şəkil faylı kimi göstərərək hesabınızdan istifadə edir. Bu virusun qurbanı olmamaq üçün xəbərimizi diqqətlə oxuyun! Nəhəng sosial şəbəkə Facebookda kəşf edilən yeni bir virus (malware), bir anda istənməyən nəticələr yarada bilər. Bəs qurban olmamaq üçün nələrə diqqət etmək lazımdır? Təhlükəsizlik tədqiqatçısı Bart Blaze tərəfindən kəşf edilən virus, .SVG fayl sonluqlu bir şəkil faylı olaraq ələ keçirilən Facebook hesabları üzərindən mesaj olaraq sizə çatdırılır. Digər tərəfdən digər fayl tiplərindən fərqli olaraq, SVG şəkil fayllarının müasir internet brauzerlərində açılabilən olduğu və içərisində javascript kimi məlumatlar saxlaya bildiyi bilinən bir reallıqdır. İlk başda məsum görünən bu şəkil faylına daxil olduğunuzda isə YouTube cildinə girmiş saxta bir sayta yönləndirilərək qarşınıza çıxan videonu açmaq üçün Google Chrome-a bir kodek plaqini yükləməyiniz istənilir. Əgər aldanıb bu plaqini qursanız, nəticə çox ürəkağrıdıcı ola bilər. İstifadəçinin ziyarət etdiyi saytlara bağlı məlumatları dəyişdirmək və yadda saxlamaq üstünlüyünü əldə edən plaqin, eyni zamanda qurbanının hesabını istifadə edərək Facebookda pis məqsədli virusun yayılmasına da xidmət edir. SVG fayllarının Facebook-un fayl sonluğu filtrini necə keçməyi bacardığı bilinməzkən, mövzu ilə bağlı olaraq sosial şəbəkənin təhlükəsizlik komandasına boşluqla bağlı detalların çatdırıldığı ifadə edilir. Əlavə olaraq bu zərərli Chrome plaqininin də marketdən silindiyi verilən məlumatlar arasındadır. Yenə də oxşar bir hala qarşı, siz siz olun sosial şəbəkələr üzərindən gələn əmin olmadığınız fayl və ya linklərə daxil olmazdan iki dəfə düşünün.

hacker primary.idge

Dünyanın ən təhlükəsiz mesajlaşma tətbiqlərindən biri olan “Telegram”, özünün şəxsi blogging platformasını təqdim edib. Əgər sizdə Telegramın 100 milyondan artıq olan istifadəçilərindən birisinizsə, onun yeni platforması “Telegraph” da sizin xoşunuza gələ bilər. Bu minimalist və anonim (əgər istəsəniz adınızı qeyd edə bilərsiniz) blog platforması, şəkillər, mətnlər, videolar və s. materiallar ilə sizə öz blog postlarınızı paylaşmağa şərait yaradacaq. “Telegraph”ı maraqlı edən cəhəti isə burada qısa qeydlər və ya anonim materiallar paylaşa bilməyinizdir. Telegraph platformasına daxil olduğumuzda isə bizi 0 dizaynlı bir sayt qarşıladı. Sadəcə blog postunuzun başlığını, adınızı (vacib deyil) və məzmununu daxil etməyiniz istənilir. Daha sonra isə yayımla (publish) düyməsinə klikləyərək blog postunuzu paylaşmış olursunuz. Qətiyyən dizayn üstünlüyü olmadığından nə üçün minimalist deyildiyini anlamış oluruq. Telegraph postlarınızı istənilən şəxslə linkini paylaşaraq bölüşə bilərsiniz lakin bu yazılan Telegramın Sürətli Baxış funksiyası üçün optimizasiya olunduğundan digər sosial şəbəkələrdə sadəcə link kimi də görünə bilər. Sürətli Baxış funksiyası Telegram tətbiqində paylaşılan blog yazılarındakı şəkili, qısa məlumatı əks etdirir, Facebook Instant Articles və ya Google AMP kimi paylaşılan yazını tətbiqin daxilində göstərir yəni, brauzerə yönləndirmir. Bu platformanın gördüyümüz üstünlüyü isə bundan ibarətdir ki, postu paylaşan istifadəçinin heç bir məlumatını əks etdirməyə və hesab yaratmağa ehtiyacı olmur. Təbii ki burada paylaşılacaq postların nələr ola biləcəyi sərhədsiz bir ehtimaldır amma düşünürük ki, Telegram bu postları nəzarət altında saxlaya və qanunsuz materiallara nəzarət edə bilər. Telegramın daxilindəki bot sistemləri, daxili oyun sistemi və s. kimi funksiyaları onu digər bənzər mesajlaşma tətbiqlərindən çox fərqləndirir və bu açıq-aşkar üstünlükdür.

telegram

İsveçli proqramçıların hazırladığı Deseat, internetdəki bütün hesablarınızı tık kliklə silməyinizə şərait yaradır. Artıq internetdən özünüzü silmək çox daha asandır. Günümüzdə ortalama bir internet istifadəçisinin onlarla fərqli platformada hesabı olur. Bu da, bir gün özünüzü internetdən silmək istədiyinizdə tək-tək hamısını silməklə məşğul olmaq deməkdir. Xəbərimizə mövzu olan Deseat.me platforması isə, özünüzü tək kliklə internetdən silə bilməyinizə şərait yaradır. Bütün hesablarınızı tək ekrandan bağlayın. İsveçli proqramçılar Wille Dahlblo və Linus Unneback tərəfindən hazırlanan Deseat.me, bütün hesabları sırası ilə tək paneldən silərək sizi böyük bir işdən xilas edir. Web saytına Google hesabınızla daxil olursunuz və daha sonra internetdə o hesaba bağlanmış Evernote, Facebook və ağlınıza gələbiləcək digər bütün servisləri siyahılayır. İstəsəniz bu hesablar arasından bəzilərini ya da hamısını bir anda silə bilmək mümkündür. Əgər siz də internetdə yer alan bütün hesablarınızı bağlamaq kimi radikal bir qərar versəniz, bu linkdən bütün hesablarınızı asanlıqla silə bilərsiniz.

internetten-kendinizi-silin

“Apple”ın məşhur mesajlaşma tətbiqi iMessage, iPhone, iPad və Mac istifadəçilərinin bir birləri arasında əlaqəsini asanlaşdıraraq şəkil, məkan və s. göndərə bilmələrinə şərait yaradır. İnternet bağlantısı üzərindən xidmət təklif edən iMessage-ı istifadə edənlərin sayının artması ilə birlikdə mesajlaşma servisi, son zamanlarda pis niyyətli şəxslərin hədəfi halına gəldi. Bəs, iMessage ilə gələn spam mesajlara mane olmaq üçün nə etmək lazımdır? İstifadəçilərə daimi spam mesajlar göndərirlər! Xüsusilə xaricdə yaşayan istifadəçilər, iMessage ilə tanımadıqları şəxslərin göndərdiyi reklam tərkibli spam mesajlarından olduqca şikayətçidirlər. Təbii ki, bu narahat edici mesajlardan qurtulmanın bir yolu var. Kontaktınızda qeyd olmayan şəxslərin iMessage üzərindən göndərdiyi mesajların filtrlənməsinə şərait yaradaraq, bu problem üçün təsirli bir həll tapa bilərsiniz. Bunun üçün iPhone-unuzda Tənzimləmələr>Mesajlar yolunu izlədikdən sonra, Bilinməyənləri Filtrlə seçimini aktiv etməlisiniz. Bu seçimi aktiv etdikdən sonra kontaktınızda qeydiyyatda olmayan şəxslərdən gələn iMessage mesajları üçün bildiriş almayacaqsınız və bu bildirişlər Mesajlar bölməsində yer alan Bilinməyənlər bölməsində yer alacaq.

imesenger

WhatsApp developerləri messencerin qıcıqlandıran xüsusiyyətini aradan qaldırıblar. Belə ki, əvvəllər göndərilmiş videonu izləmək üçün ilk öncə videonun yüklənməsini gözləmək lazım gəlirdi. İndi isə onlar messencerə, videoya yüklənmə zamanı baxmaq xüsusiyyətini əlavə ediblər. Bundan sonra yüklənən videoya baxan zaman yüklənmə prosesi fon rejimində davam edəcək. Onu da qeyd edək ki, bir müddət öncə messencerə videozəng funksiyası və iki addımlı təsdiqləmə təhlükəsizlik xüsusiyyəti əlavə edilmişdir. Hal-hazırda yüklənmə zamanı videoya baxmaq xüsusiyyəti yalnız Android istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda bu xüsusiyyət iOS istifadəçiləri üçün də aktiv olacaq.

whatsapp frildaq

Bir neçə həftə bundan öncə WhatsApp developerləri çoxdan gözlənilən videozəng xüsusiyyətinin messencerə əlavə olunmasını təsdiq etmişdilər. Bugün isə iOS platforması üçün nəzərdə tutulmuş messencer yeniləndi və ona da videozəng funksiyası əlavə olundu. iOS üçün videozəng funksiyası WhatsApp 2.16.18 yenilənməsində yer alıb. Bu funksiya özü özlüyündə pulsuzdur. Lakin unutmaq lazım deyil ki, istifadə etdiyiniz mobil operator, həmin funksiyaya görə müəyyən miqdarda balansdan vəsait çıxacaq. Videozəng funksiyasının çalışması üçün iOS 8 və ya daha yeni versiya əməliyyat sistemi lazım olacaq. Bundan əlavə olaraq bu yenilənmədə həmçinin messencerin özündən GIF formatlı animasiya fotoların axtarış sistemi də yer alıb. Yenilənməni bu linkdən yükləyə bilərsiniz.

whatsapp frildaq

“Facebook”, Messenger-ə yeni oyun platforması Instant Games-i əlavə edib. Yeni oyun platformasında istifadəçilər, HTML5 vasitəsilə oyunları mobil tətbiqin özündə və sosial şəbəkənin veb versiyasında işə sala bilərlər. Məlumata əsasən oyunları smartfona yazmağa ehtiyac yoxdur. Oyunu oynamaq üçün hansısa dostunuzla söhbət etdiyiniz ismarıc bölməsinə daxil olaraq Instant Games düyməsinə klikləməyiniz kifayətdir. Bu zaman təqdim olunacaq oyunlardan birini oynamaq mümkün olacaq. “Technote.az”ın “TechCrunch”a istinadən verdiyi xəbərə əsasən həmsöhbət olduğunuz dostunuz isə bu dəvəti link olaraq qəbul edəcək. İstifadəçilər oyunda qazanılmış nəticələri xəbər lentlərində paylaşa bilərlər. İlkin mərhələdə Instant Games platformasına 17 oyun daxil edilib. Onların arasında Pac-Man, Arkanoid və Space Invaders kimi 2D oyunlar var. Hal-hazırda sözügedən platforma yalnız 30 ölkədə aktivdir.

“Thuraya”, peyk telefonları sayəsində inkişaf etmiş şirkətlərdən biridir. Bu cihazlar digər ağıllı telefonların funksiyasını daşımasa da əlaqə saxlamaq üçün ideal hesab oluna bilər. Belə ki, belə telefonlardan biri olan XT-PRO DUAL dünyada çox nadir sayılan xüsusiyyətlərdən birini özündə birləşdirir. Bu telefon cüt rejimli cüt SİM kartlı olmaqla dünyada bir ilkə imza atır. Yəni istifadəçilər peyk və GSM əlaqəsi arasında keçid edə bilər. XT-PRO DUAL adlı bu telefon, GSM və peyk şəbəkələri üçün iki ayrı hissəyə sahibdir. Bundan əlavə peyk və yerüstü şəbəkələrə bağlı qalaraq zənglər arasında keçidi təmin edən “Always On” adı verilən funksiya da mövcuddur. Telefon, çox az sayda GSM şəbəkələrini dəstəkləyir və çox səyahət edən istifadəçilər üçün nəzərdə tutulub. “Thuraya”nın peyk şəbəkəsi Avropa, Afrika, Asiya və Avstraliya üzrə 160-dan çox ölkəni əhatə edir. Bundan əlavə telefonun GSM rejimi dünya üzrə 2G və 3G-ni dəstəkləyir. “Thuraya” bu xüsusiyyətlərə sahib olduğunu iddia edən ilk telefon şirkəti olduğunu bildirir. Telefonun batareyası 11 saat danışıq müddəti və 100 saata qədər gözləmə müddəti təklif edir. Təcili düyməyə sahib XT-PRO DUAL, suya və toza dayanıqlı gövdədən əlavə Gorilla Glass cam ekrana da sahibdir.

thuraya-xt-pro-dual

Sonunda “Microsoft” da “Linux”la barışmalı oldu. Artıq “Microsoft” da Linux Cəmiyyətinə üzv oldu. Hər zaman açıq mənbə kodlar üzərində “Linux”u tənqid edən “Microsoft” sonunda bununla barışmalı oldu. 25 illik mübarizə üzvlük ilə tamamlandı. Bir çox çıxışlarında “Linux”u tənqid edən Bill Gates, açıq qaynaqlı kodlara sahib Linux əməliyyat sistemini proqramçılıq sahəsinin xərçəngi adlandırmışdı. Bu mənada Ballmer də ondan geri qalmırdı. Ziyanın yarısından qayıtmaq da xeyirdir fikrini təstiqləyən “Microsoft”un “Linux”u inkişaf etdirən könüllülər cəmiyyətinə üzv olması bunu tam mənasıyla əks etdirir. Digər tərəfdən isə Microsoft da bunun mənasız olmasını yaxşı anlayırdı. Linux-da yer alan açıq mənbəli kodların pulsuz olması və eyni zamanda bu işdən pul qazanan “Microsoft” və “Apple” kimi şirkətlərin olması təbii ki, bazarda rəqabəti artırırdı. Həmçinin bu “Microsoft” və “Apple”ın çoxlu maliyyə itkisinə səbəb olurdu. Ancaq digər tərəfdən Android kimi sistemlər daha fərqli və daha böyük ekonomik aktivliklər ortaya çıxardılar. Bu isə şirkətlərin açıq mənbəli kodlar üzərindən fərqli və dinamik gəlir modeli formalaşdırmasına şərait yaratdı.

microsoft_loves_linux

TechRax adlı videoblogger iPhone 7 modelinin üzarinə əridilmiş qızılın tökülməsi halında nə baş verdiyini yoxlayıb. Qızılın ərimə temperaturu 1064 dərəcədir. 50 qr-lıq kiçik qızıl külçəsini blogger əridərək xüsusi qaba yerləşdirib və daha sonra ərinmiş qızılı yeni iPhone 7-nin ekranının üzərinə töküb. Ekran bu cür yüksək temperatura çox həssas olub. İlk öncə ərinmiş qızılın tökülmüş hissəsinin matrisasında qara ləkə əmələ gəlib. Bir qədər sonra soyuyan metalın sayəsində smartfonun kənar hissələri də qızaraq qara ləkələrlə örtülüb. Bununla belə smartfon işləməyə davam edib. Ən azından təcrübənin ilk dəqiqələrində görünür ki, cihazın daxilindəki hissələr zədə görməyib. Həmçinin ekranın sensoru da toxunuşlara reaksiya verirdi.

Manhettenin dairə prokurorluğu Nyu York polisində neçə ədəd sındırılmamış iPhone modeli olduğunu söyləyib. Polislər həmin iPhone modellərində olan iOS 8 və daha yuxarı sistem təminatı versiyalarındakı lazımi məlumatları əldə edə bilmədikləri üçün bir çox cinayət işinin üstünü aça bilmirlər. Nyu York şəhərinin Manhetten rayonu üzrə dairə prokuroru bildirib ki, kriminalistik laboratoriyada423 ədəd iPhone modeli yerləşir. Həmin cihazlardakı məlumatlar şifrələnmiş halda olduqları üçün dövlət orqanı nümayəndələri həmin məlumatları əldə edə bilmirlər. Həmin modellər arasında 166 ədəd iPhone 6, 66 ədəd iPhone 6 Plus, 63 ədəd iPhone 6s, 51 ədəd iPhone 5s var. Qeyd etmək lazımdır ki, şifrələnmə sistemi “Apple” üçün standart praktikadır. Əgər şifrə bir neçə dəfə yanlış yığılsa onda cihazın daxilindəki bütün məlumatlar silinəcək. Polislər iPhone cihazlarındakı şifrələnmə funksiyası ucbatından hansı növ cinayət işlərinin üstünü aça bilmədiklərini qeyd ediblər. Ən çox cihaz (36%) elektron cinayət və şəxsi məlumatların oğurlanması hadisələri nəticəsində əldə olunmuşdur. Cihazların digər 24%-i isə narkotik cinayətlər üzrə əldə edilmişdir. Yerdə qalan iPhone modelləri qəsdən adam öldürmə, zorakılıq, seksual xarakterli cinayətlərə və s. aiddirlər. Polislərin fikrincə iPhone istifadə edən cinayətkarlar yaxşı başa düşürlər ki, sözügedən cihazlarda məlumatların şifrələnmiş şəkildə saxlanması yaxşı vasitədir. Hətta qanun keşikçilərinin sözlərinə görə onlar bir cinayətkardan “Apple”ın bu siyasətini “Tanrının bir vergisi” kimi qələmə verdiyini eşitmişdilər. iPhone-da məlumatların qorunması üçün bu cür güclü sistemdən istifadənin vacibliyi ilin əvvəlində ABŞ-da böyük mübahisələrə səbəb olmuşdu. Həmin vaxt ABŞ məhkəməsi cinayətkara məxsus iPhone 5c modelinin hack olunması barədə “Apple”dan FBI-a kömək etməsini tələb etmişdi. Tim Cook isə FBI-nın heç bir tələbəni yerinə yetirməyəcəyini bildirmişdi. Onun sözlərinə görə məhkəmənin bu tələbi Apple istifadəçilərinin təhlükəsizliyini təhdid edir. Həmçinin o əlavə etmişdi ki, şirkət iPhone modellərinin sındırılmasına yönəlik proqram təminatını FBI-a vermək niyyətində deyil.

poolice-1

Donald Trump-ın prezidentlik dövründə “Apple” smartfonlarının qiyməti yüksələ bilər. Bu fikri bəzi mütəxəssislər səsləndiriblər. Seçkiqabağı kampaniyası zamanı Trump, ABŞ-ın böyük ticarət tərəfdaşları ilə ticarət əlaqələrinə yenidən baxılması fikrini irəli sürmüşdü. Trump əsasən Çindən import olunan məhsullara 45% vergi qoyulacağı fikrini səsləndirirdi. İqtisadçıların fikrincə Trump-ın bu siyasəti nəticəsində iPhone cihazlarının qiyməti yüksələcək. Belə ki, iPhone-lar məhz Çində istehsal olunur. “Barclays” bankının mütəxəssislərinin fikrincə import məhsullara ola biləcək vergi 45%-dən az olacaq. Onların proqnozlarına əsasən ABŞ hökuməti vergiləri 15% aralığında təyin edəcək. “Lakin əgər vergilər 15% qalxsa qiymətlər də artacaq. Lakin bu artım 15% təşkil etməyəcək” – deyə iqtisadiyyat üzrə professor Amit Khandelwal bildirib. Buna baxmayaraq mütəxəssislər həmin vaxtda iPhone cihazlarının qiymətlərinin nə dərəcədə artacağını müəyyən edilməsində çətinlik çəkiblər. Ümumilikdə isə iqtisadçılar düşünürlər ki, “Apple” üçün əsas problem vergilərin böyüməsi deyil, Çin tərəfin bu məsələyə sərt reaksiyası ola bilər. Belə ki, Çin ABŞ-dan olan import məhsullarına vergiləri yüksəldə və ya nizamlayıcı orqanlar vasitəsilə yerli smartfon istehsal şirkətlərini dəstəkləyə bilər.

donald_tramp

Canyon Crawler, partlayan velosiped şinlərinə son verəcək layihələrinə dəstək gözləyir. Gözəl bir gündə velosipedlə yol gedərkən kefinizi qaçıracaq ən rahatsız edici səbəblərdən biri partlayan bir şinlərdir. Nexo Tires və Ever Tires layihəsi tamda bu problemi tamamilə aradan qaldırmaq üzrə ortaya çıxdı. Üç nəfərdən ibarət Canyon Crawler qrupu Amerikada bir velosiped dükanı işlədirlər. Müştərilərinin qarşılaşdığı şin problemlərinə son vermək üçün yola çıxan bu dostlar ortaya qoyduqları partlamayan şin proyektiylə Kickstarter-dən dəstək gözləyirlər. İçərisində nə hava, nə də şambrel olan Nexo və Ever Tires modellərində, asan forma almaları və məqsədə uyğun istehsalı ilə və aşağı istehsal dəyərinə sahib olmasıyla bilinən polimer yer alır. Çöldən baxıldığında birə-bir şin görünüşünə sahib olan şinlər, uşaq velosipedlərindən başlayaraq hər cür yetkin velosiped modellərində istifadə edilə bilər və 15 dəqiqə içərisində taxıla bilər. Nexo Tires və Ever Tires, standart velosiped şinlərində ümumi olaraq ifadə edilən 5.000 km-lik istifadə dəyərinin əksinə, 8.000 km-ə qədər istifadəçisinə xidmət verə bilir. Canyon Crawler qrupunun Nexo və Ever Tires layihəsinə bu linkdən baxa bilərsiniz.

Bir müddətdir hər kəsin gözlədiyi və artıq dünən aktiv hala gələn WhatsApp video zənglər istifadəçiləri sevindirdi. Dünən çoxdandır gözlənilən WhatsApp video zənglər aktivləşdi. Bu yeniliyə olan marağı nəzərə alan bəzi şəxslər onu manipulyasiya etməyə başlayıb. Bu vəziyyətlə inkişaf etmiş ölkələrin istifadəçiləri qarşılaşıb. Belə ki, istifadəçilər sadəcə WhatsApp-a gələn yenilənməni etməklə və ya Play Store-a daxil olaraq WhatsApp yenilənməni seçərək video zəngi asanlıqla aktivləşdirə bilirdilər. Amma bəzi şəxslər bir çoxlarının şəxsi məlumatlarını ələ keçirmək üçün “görüntülü axtarış xüsusiyyətinə sahib WhatsApp tətbiqini yüklə” başlığında linkə yönləndirirlər. İstifadəçi linki aktivləşdirmək istədikdə sizdən 4 nəfəri dəvət etməli olduğunuz haqda bildiriş gəlir. Təbii ki, bu da daha çox şəxsin məlumatlarını ələ keçirməyə yönəlib.

whatsapp frildaq

“Samsung Electronics” “Qualcomm Technologies” ilə birlikdə əngüclü prosessoru təqdim ediblər. İki şirkətin əməkdaşlığı çərçivəsində 10 nanometrik texproses bazasında hazırlanmış Snapdragon 835 çipi hazırlanıb. Bununla yanaşı yeni Quick Charge 4.0 sürətli enerji yığma sistemi də təqdim olunub. Onun vasitəsilə 5 dəqiqə ərzində şarj olunmuş cihazı 5 saat işlətmək mümkün olacaq. Texnoloji proses, prosessorun üzərindəki tranzistorların ölçülərini təyin edir. Bu isə cihazın performansına, enerji sərfiyyatına və çipin ölçüsünə təsir edir. Müasir smartfonların çipləri 14 nanometrik texproses üzərində çalışırlar. Təqdim olunmuş Snapdragon 835 sistemi “Samsung”un 10 nanometrik FinFET texprosesi üzərində çalışır. Yeni prosessor 27% daha məhsuldar olacaq və keçmiş Snapdragon 820/821 modellərindən 40% daha az enerji sərf edəcək. Snapdragon 835, ölçü baxımından bir qədər kiçikdir. Buna görədə smartfon istehsalçıları öz cihazlarına daha böyük enerji tutumlu batareyalar yerləşdirə biləcəklər. Həmçinin yeni prosessor Quick Charge 4.0 sürətli enerji yığma xüsusiyyətini dəstəkləyir. Çip USB naqilin növünü və onun vəziyyətini təyin edə biləcək. Beləliklə keyfiyyətsiz naqillərin ucbatından batareyaların zədələnməsinin qarşısı alınacaq. “Qualcomm”un təcrübələri göstərdi ki, 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunmuş cihaz Quick Charge 4.0 özəlliyi vasitəsilə 5 dəqiqə şarj olunandan sonra 5 saata qədər çalışa bilir. Snapdragon 835 çipli və Quick Charge 4.0 özəllikli ilk smartfonların 2017-ci ilin birinci rübündə satışa çıxması gözlənilir.

samsuing

Uber, artıq yemək üçün münasib yer axtaran şəxslərə restoran məsləhət görəcək. Bir restorana gedərkən orda yemək yemədən necə xidmət göstərildiyi haqda fikir demək çox çətindir. Bunu nəzərə alan Uber, artıq sizin işinizi biraz daha asanlaşdıracaq. Yəni ən çox gedilən restoran yerlərini sizə tövsiyyə edəcək. Bunun üçün Uber öz istifadəçilərinin ən çox getdiyi restoranları analiz edərək digərlərinə məsləhət verəcək. Bir çox müştərisi olan Uber insanların hansı məkana getmək üçün xidmətdən istifadə etdiyini analiz edəcək. Beləliklə, gələcəkdə Uber-dən yalnız taksi xidməti üçün deyil, restoran məsləhəti almaq üçün də istifadə edə biləcəyik. Bu yenilik gələcəkdə Uber-lə restoranların əməkdaşlığı üçün zəmin yarada bilər.

uber

Təhlükəsizlik üzrə mütəxəssis Samy Kamkar istənilən kompüteri hack edə biləcək cihaz hazırlayıb. PoisonTap adlı cihazın yığılması cəmi 5$-a başa gəlib. Onun yığılma təlimatını isə Kamkar öz saytında qeyd edib. PoisonTap-ın əsasında Raspberry Pi Zero adlı mini kompüter durur. Həmin mini kompüteri digər USB cihazların emulyasiya etdikləri istənilən cihazla dəyişmək mümkündür. Bundan əlavə olaraq yığılma üçün microSD kart və microUSB-USB naqil lazım olacaq. Hack prosesi üçün olan xüsusi proqram təminatını GitHub saytından yükləmək olar. Blocklanmış kompüteri hack etmək üçün PoisonTap-ı kompüterin USB girişinə taxmaq lazımdır. Kamkar cihazı macOS və Windows sistem təminatlarının olduğu kompüterlərdə yoxlayıb. Hər iki halda hack edilmə uğurla nəticələnib. Kompüterin hack olunması avtomatik baş verir və bir neçə saniyə vaxt aparır. Hər kəsi inandırmaq üçün Kamkar hack olunma prosesini videoya çəkib. Faktiki olaraq sistem PoisonTap-ı prioritetli USB-Ethernet cihazı kimi qəbul edir. O, kompüter hətta blocklanmış olsa belə avtomatik olaraq təyin olunur. Cihazda olan proqram təminatı isə bütün trafiki özünə çəkir. Sözügedən cihaz brauzerin cookies yazılarını əldə edə, Gmail və Facebook-un zərərli versiyalarını yarada bilər.

“Mozilla” şirkəti yalnız iOS cihazlarda çalışan Firefox Focus brauzerini təqdim edib. Şirkətin sözlərinə görə yeni brauzer istifadəçilərə sadəlik və istifadədə rahatlıq gətirəcək. Onların şəxsi məlumatları isə tam şəkildə qorunacaq. Firefox Focus-a daxil olan zaman brauzer həmin dəqiqə lazımsız məzmunları və onlayn torrent saytlarını block edəcək. Bu xüsusiyyət “Apple” cihazlarına daha sürətli iş prosesini və yüklənməni təmin edəcək. İstifadəçilər isə kiçik nüanslara diqqət ayırmadan işləri ilə məşğul ola biləcəklər. Həmçinin yeni brauzerin hər bir səhifəsində xüsusi təmizləmə düyməsi var. Həmin düymə vasitəsilə istifadəçi tez bir zamanda ziyarət etdiyi saytların siyahısını silə bilər. Firefox Focus-u həmçinin Safari brauzerində məzmunların block edilməsi kimi də istifadə etmək olar. Bu halda Firefox Focus əlavə funksiya rolunu oynayaraq yalnız fon rejimində çalışır. Yeni brauzeri artıq burdan yükləmək olar.

millions-

“Qualcomm”, Snapdragon çipsetlərində boşluq tapanlara 15.000$ mükafat verəcəyini bildirib. Bir çoxlarımız elektron cihazların xüsusiyyətləri ilə tanış olarkən Snapdragon adlandırılan terminlə rastlaşırıq. Belə ki, mobil cihazlarda yer alan Snapdragon prosessordur və “Qualcomm” adlı şirkət tərəfindən istehsal olunur. Bir çox şirkətlər öz məhsullarını təqdim edərkən onu hack edən şəxsə yüksək məbləğdə mükafat vəd edir. Belə şirkətlər arasında xüsusilə dünya elektronika nəhəngləri xüsusi yer tutmaqdadır. “Qualcomm” şirkəti də bu ənənəni davam etdirənlərdəndir. Belə ki, indiyədək Snapdragon 810 modeli ilə bağlı problemlər yaşayan, lakin sonradan bunun öhdəsindən gələn “Qualcomm”, yeni cipsetləri ilə problem yaşamaq istəmədiyi üçün developerlərdən kömək istəyir. Rəsmi şəkildə Bounty Proqramı elan edən şirkət, Snapdragon çipsetləri və modemlərində boşluq tapanlara 15.000$ mükafat verəcəyini bildirib. “Qualcomm” əsasən Snapdragon 400, Snapdragon 615, Snapdragon 801, Snapdragon 805, Snapdragon 808, Snapdragon 810, Snapdragon 820 və Snapdragon 821 çipsetləri ilə Snapdragon X5, Snapdragon X7, Snapdragon X12 və Snapdragon X16 modemlərinə xüsusi yer vermək niyyətindədir. Bunun üçün “Qualcomm” tapılan boşluqları nəzərə alaraq mükafat məbləği təyin edib. Mükafatlar haqda ətraflı məlumat almaq istəyənlər burdan öyrənə bilərlər.

millions-

İki Fransız bankı “Société Générale” və “Groupe BPCE”, Motion Code adı verilən bir xüsusiyyətə sahib kartlarını təqdim etdi. Oberthur Technologies tərəfindən hazırlanmış bu xüsusi kartın ən vacib özəlliyi üzərində bir ekranın mövcud olmasıdır. Bu kiçik ekranda, kartın arxa tərəfində yer alan 3 rəqəmli CVV kodu yazılır. Motion Code texnologiyası vasitəsilə 3 rəqəmli kod hər bir saatdan bir dəyişərkən, ultra incə bir litium batareya ilə işləyir. Dəyişən kod, beləcə xüsusilə online alışverişlərdə fırıldaqçılığa, cardingə mane olmaq və online xərcləmələrdə daha təhlükəsizlik kartların istifadəsinə şərait yaratmaq məqsədi ilə hazırlanıb. E-kağız texnologiyasının istifadə edildiyi bu ekran, yaratdığı CVV kodlarını göstərir. Societe Generale, bu yeni kartı üçün illik 12 dollarlıq ödəniş tələb edir. Qısası bank müştəriləri bu kartı istəmələri halında əlavə bir maliyyətə də razılaşmalı olurlar. Ancaq bu müasir kartın üstünlüyü və verdiyi təhlükəsizlik vədi bir çox istifadəçi üçün cazibədar gələ bilər. Bank, kartı bazara çıxartmadan əvvəl Visa logolu olaraq dinamik CVV ekranına sahib kartlarını tam 500 müştərisinə paylayıb və bəzi testləri tamamlayıb.

card-gee[1]

Hackerlər Böyük Britaniyanın mobil operator əlaqəsini hack ediblər. Bu mobil operator Three Mobile adlanır. Bu barədə məlumatı The Telegraph paylaşıb. Onlar bunu sadəcə Three Mobile-ın nümayəndələrindən birinin parolunu bilməklə həyata keçiriblər. Bu operatordan təqribən 6 milyon insan istifadə edir. Şirkətin məlumat bazasında istifadəçilərin adı, soyadı, telefonları, ünvan və doğum günləri haqda məlumatlar yer almaqdadır. Verilən məlumata görə burada istifadəçilərin maliyyə məlumatlarına yer verilməyib. Cinayətkarlarla iş üzrə milli agentlik artıq 3 şəxsin tutulduğunu bildirib. Hələ ki, araşdırmalar davam edir. Britaniya operatoru bu məlumatların digər şəxslərin əlinə keçməsindən ehtiyatlanır.

hacker primary

İsraildə keçirilmiş Summer Love tədbiri çərçivəsində “Coca-Cola” şirkəti butulkalar üçün nəzərdə tutulmuş Selfie Bottle adlı xüsusi kameranı təqdim edib. İstehsalçının sözlərinə əsasən bu, “dünyada ilk selfi butulkasıdır”. Adından da göründüyü kimi bu cihaz vasitəsilə butulkadan içki içən zaman selfi fotoların çəkilməsini təmin edir. Selfie Bootle yarım litrlik Coca-Cola butulkaları üçün nəzərdə tutulub və butulkanı 70 dərəcə əydikdə cihaz özü avtomatik olaraq fotonu çəkir. “Technote.az”ın “Ferra.ru”a istinadən verdiyi xəbərə əsasən istifadəçi istədikdə həmin fotonu USB qoşulma vasitəsilə PC-ə köçürə bilər. Şirkətin ideyası partilər zamanı istifadəçilərin Facebook, Snapchat və Instagram kimi sosial şəbəkələrə daha çox foto yerləşdirməkləridir. Bu ideya ən azından Summer Love tədbirində yarayıb. Qeyd etmək lazımdır ki, cihazı “Gefen Team” adlı İsrail şirkəti yaradıb. Bu cihazın kütləvi miqyasda istehsal olunub-olunmayacağı hələki bilinmir.

cocacola

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register