Ədliyyə naziri Tea Tsulukiani özündən 9 yaş kiçik Nuqzar Kakuliaya ərə gedib

Tsulukianinin həyat yoldaşı Nuqzar Kakulia son illər ərzində Ədliyyə Nazirliyində çalışıb. O, əsasən Gürcüstanın Ədliyyə Nazirliyinin Təhsil Mərkəzinin rəhbəri vəzifəsini tutub.

Kakulia xanımından 9 yaş kiçikdir. Tsulukiani 41, Kakulia isə 32 yaşındadır.

Tea Tsulukiani 21 yanvar 1975-ci ildə anadan olub. O, 1992-ci ildə Amper adına (Fransa) Lioni litseyini bitirib, 1997-ci ildə isə – İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakultəsini bitirib.

2012-ci ilin oktyabr ayından Gürcüstanın Ədliyyə Naziri vəzfəsini tutur və yeni nazirlər kabinetində öz vəzifəsini qoruyub saxladı.

2000-ci ildə o, İnsan Hüquqları üzrə Avropa məhkəməsinin hüquqşünası vəzifəsini tutub. O, 2005-ci ildə baş hüquqşünas dərəcəsi qazanıb. 2006-cı ildə AİHM reqlamenti komitəsinin üzvü olub. 2010-cu ilin fevral ayında Tsulukiani Gürcüstana qayıdıb.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register