Kursları bitirmiş gənclərə sertifikatlar verildi
3 dekabr tarixində Marneuli munisipolitetində “Elit” İctimai kolecindэ tədbir baş tutdu.
Sosial Xidmət Agentliyinin təşkilatçılığı və Elit İctimai kolecinin dəstəyi ilə təhsil ocağında qısa müddətli kurslar yaradılmışdır. Kurslara sentyabr ayında start verilmişdir və ötən həftə kurslar başa çatdı. Bu gün həmin kursları bitirən məzunlara kolec tərəfindən sertifikatlar təqdim olundu. Bu haqqda kolecin direktoru Nino Berdzenişvili radiomuza danışdı.
Tədbirdə dövlət nümayəndələridə iştirak edirdilər. Bunlar Marneuli Munisipolitetinin sakrebolsu Nəbi Abdullayev, millət vəkilləri Ruslan Hacıyev və Tamaz Naveriyani idi. Onlarda məzunlara öz ürək sözlərini bildirdilər.
Onuda qeyd edək ki, kurslarda təhsilini bitirmiş məzunlar ehtiyac olan yerlərdə öz sahələri üzrə işləyə biləcəklər.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments