Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google” şirkəti YouTube-da 4K formatında canlı yayımları aktiv etdiyini bildirdi. Bununla belə 4K rejimində canlı yayım həm adi videolar üçün, həmdə 360 dərəcə panoram videolar üçün aktiv olacaq. 4K rejimli ilk canlı yayım isə bugün gecə The Game Awards 2016 tədbirinin YouTube-dakı video yayımı olacaq. 1 Dekabr tarixindən yəni, bugündən 4K formatlı canlı yayımları hər kəs edə biləcək. Qeyd etmək lazımdır ki, 4K formatlı videoların dəstəklənməsi funksiyası hələ YouTube-da 2010-cu ildə əlavə edilmişdi.

“Facebook”, narahat edici, aqressiv canlı yayımlara mane ola bilmək üçün süni zəkadan istifadə edəcək. İntihar videosu çəkmək istəyənlər bunu Facebook-da edə bilməyəcəklər. Facebook Live platforması, xidmətə başladığından bəri, gözlənilməyən video yayımlarına ev sahibliyi etmək məcburiyyətində qaldı. Bir nümunədə, polis tərəfindən atəş edilən bir cütlüyün videosu qorxunc təsir yaratdı, digər nümunədə özünü öldürən bir gəncin intihar videosu yayımlandı. Dünyanın fərqli yerlərində, fərqli insanların şiddət, aqressiya əks etdirən videoları izləyənləri narahat etdi. “Facebook” indi bu videolara mane olmaq üçün, bir süni zəka yaratdı. Sosial media nəhəngi hər videonu tək-tək izləyib təsdiq edəcək video redaktorlar işə almaq əvəzinə, paylaşılan videonun şiddət əks etdirib etdirmədiyini yoxlayacaq bir süni zəkaya işi təhvil verəcək.

Bu həftə 7-ci yaşını qeyd edən WhatsApp, bəzi köhnə telefon və əməliyyat sistemləri üçün dəstəyini saxlamağa hazırlaşır. Yenilənən WhatsApp Blog açıqlaması ilə birlikdə BlackBerry və Nokia modellərinin dəstəyinin nə vaxt dayanacağı da məlum oldu. Ağıllı telefon bazarının illər içərisində dəyişikliyindən dəm vuran WhatsApp, ad günlərinin dəyişiklik üçün yaxşı bir fürsət olduğunu düşünür. Seçilən Android, iPhone və Windows Phone modelləri üçün 2016-ci ilin sonuna qədər dəstək verəcəyini keçdiyimiz aylarda açıqlayan şirkət, Blackberry və Nokia üçün fərqli bir siyasət yeridəcək. Qurulduqları 2009-cu ildə istifadəçilərinin 70%-inin BlackBerry və Nokia markalı ağıllı telefonlardan gəldiyini qeyd edən WhatsApp, 2017-ci ilin İyun ayından etibarən BlackBerry OS, Blackberry 10, Nokia S40 və Nokia Symbian S60 modellərindən dəstəyini kəsəcək. Android 2.1 Eclair və 2.2 Froyo əməliyyat sistemlərini istifadə edən cihazların dəstəyini də saxlayacaq olan WhatsApp, Windows tərəfində Windows Phone 7 əməliyyat sistemini istifadə edən cihazlara dəstək verməyəcək. iPhone 3GS və iOS 6 üçün də dəstəyini saxlayacaq olan WhatsApp, açıqlamasında çətin amma düzgün bir qərar verdiklərini də vurğulayıb.

Waterjet Channel adlı YouTube kanalın müəllifləri su ülgücü vasitəsilə müxtəlif əşyaları kəsib videoya çəkirlər. Onların bu vasitə ilə kəsdikləri əşyalar arasında kamera, bowling şarı və hətta iPhone 7 belə var. Materialın bu kəsilmə prosesi hidroabraziv kəsim adlanır. Bu zaman materialların üzərinə abraziv tərkibli təmiz su yüksək sürət və təzyiqlə axıdılır. Təqdim olunmuş videonun müəllifləri hər bir kvadrat santimetrə 4000 kq ağırlıq verən su axınını əşyaların üzərinə yönəldirlər. Su ülgücü istehsalatda müxtəlif metalların emalında istifadə olunur. Bununla belə proses zamanı kəsim obyekti 90 dərəcədən yuxarı temperaturda qızmır.

Çində dünya üzrə ilk dəfə robot tərəfindən insana zərər yetirilmə hadisəsi qeydə alınıb. Hadisə Quandun əyalətinin Şenjen şəhərindəki IT sərgisində baş verib. İnternet istifadəçiləri baş vermiş hadisəni artıq “robotların üsyanı” kimi adlandırıblar. Xarici görünüşcə “Star Wars” film seriyasından olan R2-D2-a bənzəyən robot tərəfindən törədilmiş hadisə bir çox şirkətlərin IT sahə üzrə təqdim etdikləri məhsul və servislərin nümayişinin keçirildiyi sərgidə baş verib. “Technote.az”ın “Izvestia.ru”a istinadən verdiyi xəbərə əsasən sözügedən robot 4-12 yaş arası uşaqları təlimatlandırmalı və sərgi iştirakçılarını əyləndirməli idi. Bunun yerinə robot ətrafında olan stendlərə zərər yetirib. Əməkdaşlardan biri isə onu dayandırmaq istəyən zaman robot onun ayağının üzərindən keçib. Ciddi zərər çəkmiş şəxs bu hadisədən sonra özü gəzə bilmədiyindən onu xəstəxanaya aparıblar. Robotun yaradıcıları isə onun hansı səbəbdən bu cür hərəkət etdiyini anlamadıqlarını qeyd ediblər.

“Tesla Motors” özünün avtopilot sisteminin yeni videosunu təqdim edib. Videoda şirkətin yeni tamamilə avtonom avtopilot sistemi təqdim edilib. Həmin sistem, şirkətin bütün avtomobillərində mövcuddur. Videonun başlığında qeyd olunub ki, sürücü yerində oturmuş şəxs yalnız ABŞ qanunvericiliyinə görə avtomobildə iştirak edir. Belə ki, avtomobilin idarəolunmasında o, iştirak etmir. Bu halda avtomobil rahatlıqla şəhər yollarında hərəkət edib və özü avtomatik olaraq avtomobili park edib. “Technote.az”ın “Gagadget.ru”a istinadən verdiyi xəbərə əsasən şirkətin yeni avtonom sürmə sistemi 12 kameradan ibarətdir. Həmin 12 kamera birlikdə 360 dərəcəlik görüntü təmin edir. Həmçinin sistemi tamamlayan 12 ədəd ultrasəs ötürücüsü və avtomobilin ön hissəsində olan radardır. Həmin radar güclü yağış, qar, toz və qatı duman zamanı avtopilot sisteminə öz köməkliyini göstərir. İlk öncə ikinci nəsil avtopilot sistemi yalnız fon rejimində çalışaraq avtomobilin idarəolunmasına qarışmayacaq və ona lazım olan məlumatları yığacaq.

Bir çoxları Nokia markalı smartfonların nə zaman satışa çıxarılacağını səbirsizliklə gözləyir. Bir müddət əvvəl yeni telefonun 2017-ci ildə satışa çıxarılacağı haqda məlumat öz əksini tapırdı. Artıq “Nokia”nın yeni smartfonunun çıxış tarixi haqda dəqiq məlumat öz əksini tapıb. Finlandiya şirkəti, Mobile World Congress 2017 (MWC 2017) tədbirində ilk ağıllı telefonunun nümayiş etdirəcəyini açıqlayıb. Yeni model Nokia telefonlarını növbəti 10 il ərzində HMD Global adlı şirkət tərəfindən istehsal olunacaq. Yeni Nokia-lar 28 fevralda MWC 2017 tədbirində tanıdılacaq. HDM Global MWC 2017-də yer almasının tək səbəbi ağıllı telefon tanıtımı etməsiylə əlaqəlidir. Xatırladaq ki, artıq bir müddətdir Nokia DC1-in görüntüləri sızdırılmaqdadır. Beləliklə, verilən məlumatlara əsasən Nokia DC1-in texniki xüsusiyyətləri belədir. AnTuTu-ya görə cihaz Adreno 505 GPU, 3 GB RAM, 8 nüvəli Qualcomm Snapdragon 430 MSM8937 prosessor, Full HD 1080p ekran xüsusiyyətləri, 32 GB daxili yaddaş, 13 MP arxa, 8 MP ön kameraya sahibdir.

Selfi çəkməyi sevənlər üçün yeni cihaz təqdim olunub. Selfi çəkməyi sevən, lakin eyni rakurslardan çəkilmiş fotolardan bezən istifadəçilər üçün italiyalı developerlər selfi üçün AirSelfie adlı cib dronunu yaradıb. 5 MP-lik kameraya sahib kiçik cib dronu 3 dəqiqəlik uçuşu təmin edən 260 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Dron 20 metrlik hündürlüyə qədər qalxa bilir. Uçuşun və drondakı kameranın idarəolunması xüsusi mobil tətbiq vasitəsilə reallaşdırılır. Həmçinin mobil tətbiqdə dronun iş rejimini də seçmək olar. Məsələn selfi rejimində dron öz sahibini izləyir. Sözügedən selfi dronunu Kickstarterplatformasından 179 avro qiymətinə əldə etmək olar.

Bir çoxlarımız dünyanın ən yaxşı universitetlərində təhsil almağı arzu edirik. Amma təəssüf ki, bir çox hallarda ya vaxt çatışmamazlığı ya da maddi problemlər buna mane olur. Amma artıq dünyanın ən yaxşı universitetləri siyahısına liderlik edən Oxford universiteti online kurslara start vermək niyyətindədir. Oxford universitetinin təhsil sistemi hamıya məlumdur. Oxfordun online kursları 2017-ci ilin fevral ayında start götürəcək. Kursun müddəti 6 həftədir. Mühazirələrdə dinləyici qismində iştirak etmək istəyənlər həftədə 2-3 saat vaxt sərf etməlidirlər. Təhsil pulsuzdur, amma sonda kursu bitirmək haqda sertifikat almaq istəyənlər 49$ ödəniş etməlidirlər. Dərslər əsasən iqtisadi məsələləri əhatə edəcək. ilkin dərsdə professor iqtisadiyyat, siyasət, sosialogiya, onlara təsir edən faktorlar, ideyalar haqda məlumat paylaşacaq. Bundan əlavə iqtisadi məsələlərə təsir edən amillər, ticarət, miqrasiya, hərbi məsələlərin təsiri haqda məlumata yer veriləcək. “Bizim vəzifəmiz-dünyanın bütün yerlərində tədqiq və təhsillə idarəçiliyi möhkəmləndirməkdir.” Bunun üçün işlərində mütəxəssis olan müəllim, jurnalist və s. peşə nümayəndələrinə ehtiyacımız var. Bizim online kurs açmaqda məqsədimiz biliyin daha da böyük miqyasda yayımlanmasına nail olmaqdır.” deyə təhsil müəssisəsinin dekanlarından biri bildirib.

“Google” tərəfindən yaradılmış DeepMind adlı süni zəkaya arzulamağı öyrədiblər. Bununla yanaşı sözügedən xüsusiyyətlə birlikdə süni zəkanın işi də sürətlənib. Yeni sistem Unsupervised Reinforcement and Auxiliary Learning Agent (qısası Unreal) adını alıb. O, DeepMind əsasında qurulub və ona arzu etmək xüsusiyyətini imitasiya edən alqoritm əlavə olunub. “Technote.az”ın “Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən sistemə Labirynth oyununu oynamaq təklif olunub. Qeyd etmək lazımdır ki, bu cür sistemlərdə sözügedən oyun standart test kimi tətbiq olunur. Unreal oyunu digər sistemlərdən fərqli olaraq 10 dəfə daha tez keçib. Daha sonra sistem “Atari” şirkətinin 57 keçmiş oyununu da oynayıb və eynilə yüksək nəticələr sərgiləyib. Beləliklə Unreal-ın arzulamaq sistemi oyunları insanlardan 880% daha yaxşı oynayıb. Belə ki, oyun zamanı Unreal arzu edirdi. Yəni sistem daha əvvəlki cəhdləri analiz edərək oyunda xal toplayan anlara daha çox diqqət ayırırdı. Bu üsul ilə insanlar da arzu edirlər. Belə ki, onlar pozitiv və neqativ halları analiz edirlər.

“Vision Systems” şirkəti, sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib. Acti-Vision Window adlı illüminatorlar elektrokimyəvi şüşə və sensorlu ekran (maye kristallik) laylarından ibarətdir. Xüsusi interfeys vasitəsilə sərnişin həmin ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın parlaqlıq səviyyəsini də dəyişmək olar. Bu zaman ekrandakı görüntü pəncərədən baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı izləmək daha rahat olacaq. Tam aydın deyil ki, texnoloji illüminatorlarla təyyarənin mərkəzində oturmuş sərnişinlər necə qarşılıqlı əlaqədə olacaqlar. Həmin illüminatorları bir toxunuşla söndürmək olacaq və gün işığının sərnişini narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə qaraltmaq olacaq.

“Google”un yeni xüsusiyyəti vasitəsilə getmək istədiyiniz yerin o an nə qədər dolu olduğunu görə bilərsiniz. Keçən il “Google”, “Popular Times” adlı bir xüsusiyyətini istifadəyə verdiyini elan etmişdi. Bu xüsusiyyət, bəzi məkanların və dükanların ümumi olaraq hansı günlərdə, hansı saatlarda dolu olduğunu göstərirdi. Popular Times-ın istifadəsindən məmnun qalan “Google”, bu xüsusiyyəti biraz inkişaf etdirdiyini və artıq canlı olaraq məkanların doluluq dərəcəsini ölçə bildiyini açıqladı. Google Search-ün və Google Maps-in birlikdə işləməsi ilə ortaya çıxan xüsusiyyət, getmək istədiyiniz kafenin, barın, alışveriş mərkəzinin və digər məkanların içərisində olan şəxslərin sayını avtomatik olaraq hesablayır, ancaq Popular Times-dan fərqli olaraq topladığı məlumatları canlı olaraq sizə çatdırır. Xüsusiyyətin tam olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir ancaq bir neçə gün içərisində istifadə edə biləcəyimiz təxmin edilir.

Gionee M20017 ağıllı telfonu Çində təsdiqlənmiş TENAA sertifikatı aldı. “Samsung”un SM-W2017 qapaqlı telefonu ilə bənzər xüsusiyyətlər daşıyan ağıllı telefon bəzi xüsusiyyətlərinə görə xüsusi diqqət çəkib. Belə ki, yeni model bu telefon 7000 mAh batareya ilə təchiz olunub. Bundan əlavə Gionee M2017 telefonunda ekran ölçüsü 1440 x 2560 keyfiyyətli 5.7 inç-lik AMOLED ekrana sahibdir. 8 nüvəli olan bu cihazda cüt nüvəli Mali-T860 GPu ilə MediaTec Helio P10 prosessor yer almaqdadır. Telefonun 6 GB RAM, 128 GB daxili yaddaşı mövcuddur. Qeyd edək ki, cihazda hər hansı microSD kart yerinə yer verilməyib. Bundan əlavə Gionee M20017, 13 MP arxa kamera, 8 MP ön kameraya, barmaq izi sensoruna və Android 6.0.1 Marshmallow əməliyyat sisteminə sahibdir. 10.65 mm qalınlığa və 230 qram çəkiyə sahib olmasına baxmayaraq telefon incə quruluşu ilə diqqət çəkir.

Yeni il yaxınlaşdıqca şirkətlər xüsusi kampaniyalara start verirlər. Apple isə daha fərqli formada yeni ilə həsr etdiyi reklam çarxını yayımlayıb. Reklam çarxı “Open Your Heart To Everyone” adlanır. Burda Frankenşteyni aktyor Brad Garrett ifa edir. Reklamda bədheybət gizli bir məktub alır və şəhərə getməyə qərar verir. Şəhər meydanına düşən Frankenşteyn çoxlu sayda insanın diqqətini üzərinə toplayır. Belə olan halda o, öz iPhone-nu açaraq oxumağa başlayır. “Biz ilin bu vaxtında məhsullarımızdan daha çox müştərilərimizə çatdırdığımız mesajlara üstünlük veririk” – deyə şirkətin marketinq şöbəsinin başçısı Thor Mirren bildirib. Həmçinin o bildirib ki, “Biz istəyirik ki, siz həyatda ən vacib şeylər haqda düşünəsiniz. Ona görə də reklam çarxı “Open Your Heart To Everyone” adlanır.”

“Samsung” şirkəti telefonlarını tanıdarkən hər zaman cihazın aksessuarlarına da xüsusi üstünlük verir. Bu dəfə Samsung yeni model Galaxy S8 telefonunun tanıtımına hazırlaşır. Şirkət Galaxy S8 modelini yeni aksessuarları ilə birlikdə istifadəçilərə təqdim edəcək. Cihazla birlikdə bir neçə yeni aksessuar da yer alacaq. SamMobile saytının verdiyi məlumata görə Samsung-un Galaxy S7 modelində yer alan bir çox aksesuarlar Galaxy S8 telefonu üçün də təqdim olunacaq. Bu aksesuarlara Clear Wiewkeysi, LED View keysi, S View keysi, Klaviaturalı keys və batareya ömrünü uzadan keyslər daxildir. Bundan əlavə elə aksessuarlar var ki, onlar Galaxy S8 modeli üçün xüsusi olaraq dizayn olunub. Buna misal olaraq Alcantara materialından hazırlanan keysi göstərmək olar. Bu material dəri kimi görüntüyə malik olsa da su və ləkələrə qarşı davamlıdır. Hətta bu materialdan avtomobilin oturacaqlarının örtüyü kimi istifadə olunur. Galaxy S8 üçün təqdim olunacaq digər yeni aksesuar isə Multimedia Dock adlanır. Bu aksessuarın üzərində USB və HDMI portları yer alır, hansı ki, bunun yardımı ilə asanlıqla telefon digər cihazlarla əlaqələndirilə bilir. “Samsung”un Galaxy S8 telefonu fevralda keçiriləcək MWC 2017 mərasimində tanıdılacaq.

Miaopaidə yer alan video iPhone 4-dən ən son Apple telefonu olan iPhone 7-dək bütün telefonları kilidə sala bilir. Miaopoi adlı tətbiqdəki videolar normal şəkildə izlənə bilsə də, sonuncu təqdim olunan qısa video nümunəsi iPhone istifadəçilərini bir qədər narahat edir. Beləki, video qurtaranda iPhone telefonu bir neçə saniyə ya da 1 dəqiqə içində kilidə düşür. Və istifadəçi cihazı yenidən açmaq məcburiyyətində qalır. Bu video iPhone 4 və ondan sonrakı modellərdə yuxarıda qeyd olunduğu kimi video bitdikdən 1 dəqiqə içində sönsə də daha əvvəlki modellərdə daha tez kilidə düşür. Amma istifadəçilərin narahatçılığına ehtiyac yoxdur. Çünki güman olunur ki, bu video virus və ya mənfi məqsədlə yaradılmayıb. Həmçinin belə fikir də mövcuddur ki, video daha çox əyləncə xarakteri daşıyır. Cihazınızın sönməyini və ya kilidə düşməyini istəmirsinizsə onda kilidi açmaq üçün qısa yollardan istifadə edə bilərsiniz. Amma yenə də videonu sınaqdan keçirməməyiniz daha məntiqlidir. Bu videonun iPhone-ları kilidə salmaqla xüsusi nə məqsəd daşıdığı bilinmir amma problemin iOS-un mediasındakı boşluqla əlaqəli olduğu güman olunur. Mövzu ilə əlaqədar “Apple” tərəfi hələki heç bir rəsmi açıqlama verməyib. Videonu sizlərə təqdim edirik.

“HTC” şirkəti öz yeni smartfonu Desire 650-ni təqdim edib. Qiyməti 170$ olacaq yeni smartfon artıq şirkətin kataloqunda var. Smartfonun texniki göstəricilərini müasir smartfonlarla bir tutmaq olmaz. Lakin orta təbəqə üçün həmin göstəricilər heçdə pis deyil. Beləliklə Desire 650, 5 inç ekran, 4 nüvəli Snapdragon prosessoru (prosessorun dəqiq modeli haqqında hələki məlumat yoxdur), 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəklənir), 2200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahibdir. Arxa kamera 28 mm-lik fokus məsafəsinə sahibdir və onunla Full HD formatında videolar çəkmək olar. Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışacaq və bu ilin Dekabr ayında satışa çıxacaq.

“Google” yaxın zamanda köhnə Android versiyalarının dəstəyini dayandıracağını bildirdi. Bu siyahıya Android 2.3 Gingerbread və Android 3.0 Honeycomb versiyaları daxildir. Qeyd etmək lazımdır ki, Android Gingerbread, 2010, Android Honeycomb isə 2011-ci ildə işıq üzü görmüşdülər. Google Play Services 10.0x yenilənməsindən sonra sözügedən Android versiyalarının dəstəklənməsi dayandırılacaq. Beləliklə tətbiq developerləri öz tətbiqlərinin əlavə funksiyalarsız versiyalarını yaratmalıdırlar ki, köhnə Android versiya istifadəçiləri həmin tətbiqlərdən istifadə edə bilsinlər. “Google Play Services 10.0x, Android 2.3x (Gingerbread)-i dəstəkləyəcək son yenilənmə olacaq. Gələcək SDK-lar ilə hazırlanmış tətbiqlər Google Play Services 10.0x-dən sonra sözügedən Android versiyalarında Google Play vasitəsilə dəstəklənməyəcək” – deyə şirkət bildirib. Qeyd etmək lazımdır ki, Android cihazlarının aktiv istofadəçilərinin 13%-i Android Gingerbread əməliyyat sistemi ilə çalışırlar. Həmçinin şirkət xüsusilə planşetlər üçün hazırlanmış Android 3.0 Honeycomb əməliyyat sisteminin də dəstəyini dayandıracaq. Bu əməliyyat sistemi yalnız planşetlər üçün çıxsa da o qədərdə məşhurluq qazana bilmədi. Sözügedən Android versiyalarının dəstəyi dayandırılandan sonra ən köhnə əməliyyat sistemi Android Ice Cream Sandwich olacaq. Onun da istifadəçi kütləsi 13% təşkil edir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register