Qış istirahətinə hazırlaşırsız? Yeni il ərəfəsi istirahət qiymətlərini bizim səhifədən öyərnin

bakuriani-11

Bu il Gürcüstanda qış istirahət məkanlarında mövsüm həmişəkindən tez, 10 dekabr tarixində açıldı. İqtisadiyyat Dazirliyinin dağ kurortlarının inkişafı kampaniyasına əsasən Qudauridə, Bakuriani və Borcomi mehmanxanalar şəbəkəsində və ailə tipli mehmanxanalarda artıq istirahətə gələnləri qəbul edirlər. Qarşıdakı bir neçə həftələr üçün belə mehmanxanalarda otaqlar artıq kirayələnib.

Mövsüm kurortları əsasən 3 hissəyə bölünür – ilk dövr 30 dekabra qədər davam edir. Sonra 30 dekabrdan 15 yanvara qədər və 15 yanvardan martın və ya aprelin sonuna qədər. İkinci dövr yeni ilin istirahət günlərinə təsadüf edir. İstirahət edənlərin sayından əlavə mehmanxana nömrələrinin və kirayələnəcək otaqların qiymətləri də bahalaşır.

Bakuriani

  • “Orbi Palace” mehmanxanasıda nömrənin qiyməti indiki mərhələdə 250 laridən başlayır, yeni ildə isə 450 lari olacaq.
  • “Kristal” mehmanxanası – yeni ilə qədər olan dövrdə 270 lariyə qədər qiymət təklif edir, 30 dekabrdan 15 yanvara qədər olan dövrdə 470 lari, sonra isə qiymət yenidən enir və 270 lari olur.
  • “Tsiteli Saxli (Qırmızı ev)” standart iki nəfərlik nömrə indiki mərhələdə 80 lariyə qədəri təşkil edir. Yeni il mövsümündə isə 150 lariyə qədər bahalaşacaq.
  • “Artvila Bakuriani” ailə tipli mehmanxanadır. Əsasən xarici turistlərə xidmət göstərir və bir nəfərə bütün mövsüm üçün 120 laridir.

Borcomi

Borcomidə qiymətlər demək olar ki, bütün mövsüm üzrə dəyişilmir. Məsələn, “Alma-Ata” mehmanxanasında standart otaq mövsüm boyu 120 laridir. “Borcom Palace” mehmanxanasında yanvar ayında otaqların qiymətləri 300 laridən başlayır. Ailə tipli mehmanxanaların qiymətləri isə 100-150 larini təşkil edir.

Qudauri

Qudauridə qiymətlər demək olar ki, Bakuriani ilə oxşardır. “Marco Polo Gudauri” mehmanxanasında indi qiymətlər 460 lariyə qədərdir, “Qaynar mövsümdə” isə qiymətlər 640 lariyə qədər bahalaşacaq.

Ailə tipli mehmanxana “Qaqieti”-də qiymətlər 300 laridir və yeni ildə 350 lari olacaq. Hostellərin qiymətləri mehmanxana qiymətləri ilə müqayisədə ucuzdur.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register