Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Queensland Texnologiya Universiteti (QUT) bir çox xəstəliklərin 3D printerlə müalicəsinə nail etmək niyyətindədir. Belə ki, yeni 3D printer sayəsində mümkün sümük və toxumaların transplantasiyasını həyata keçirmək mümkün olacaq. 2 mərtəbəli “biofabrik” Avstraliya xəstəxanalarının birində yer alacaq. Bunu etməkdə əsas məqsəd orqan transplantasiyasını daha tez həyata keçirməkdir. Alimlərin verdiyi açıqlamaya görə artıq yeni texnologiyanın köməyilə metal implantlara ehtiyac qalmayacaq. Əvvəllər bio mühəndislər xəstənin özünün toxumalarından istifadə edərək qulaq protezi və ya digər əməliyyatları həyata keçirirdilər. Amma bəzi orqanların belə üsulla əldə olunması bir qədər problemli iş idi. Belə orqanlardan biri böyrəkdir. Hansı ki, daimi olaraq qan dövranının damarlarda dövranını həyata keçirmək vacib şərtdir. Amma yeni texnologiya sayəsində belə çətinliklər tez bir zamanda aradan qalxa bilər. Belə ki, biofabrik adı verilən bu yenilik prosesləri sürətləndirə bilər. Amerikalıların fikrincə yaxın on illikdə 3D texnologiya sayəsində insan orqanları istehsal etmək mümkün olacaq. Bu arada artıq burda hər hansı material deyil, canlı orqanizmlərə xas hüceyrə və toxumalar istifadə olunacaq. Həmçinin bu printerlər insan orqanlarını lazım olan ölçüdə istehsal etməyə imkan verəcək. Wake Forest Universitetinin bio mühəndisləri artıq mümkün variantları sınaqdan keçirmək üçün heyvanlar üzərində eksprimentlər aparırlar. Bu haqda məlumatı Engadget xəbər agentliyi paylaşıb.
HandEnergy adlı portativ şarj cihazı xüsusi əl hərəkəti vasitəsilə şarj olunur. Ondan smartfonun şarj olunmasında istifadə etmək olar. HandEnergy cihazı, kürə formasındadır. Onun daxilində əl hərəkəti vasitəsilə dairəvi hərəkətə başlayan rotor vardır. Əl hərəkət etdikcə yaranan enerji, elektrik cərəyanına çevrilir. Batareyanın enerji tutumu isə 1000 mAh-dır. Cihaza, mobil telefonu şarj etmək üçün istənilən USB naqil növünü qoşmaq mümkündür. Rotor vasitəsilə enerjinin əldə olunması prosesi bir qədər ləng gedir. Belə ki, kiçik batareyanı şarj etmək üçün 1 saat kürə formalı cihazı əldə fırlatmaq lazım gələcək. Buna görədə HandEnergy, mobil cihazın yalnız bir gün enerji saxlaması üçün nəzərdə tutulub. HandEnergy cihazının istehsalı üçün Kickstarter platformasında kampaniyaya start verilib. Ön sifariş üzrə cihazın qiyməti 69 avro təşkil edir. Onun satışa çıxması isə 2017-ci ilin May ayına planlaşdırılıb.
Əgər siz gitarada ifa etməyi istəyirsinizsə onda xüsusi kurslara gedə və ya online dərslər ala bilərsiniz. Lakin əgər bu üsullar sizin üçün çətindirsə onda sizlərə Indiegogo platformasında təqdim edilmiş yeni layihəni təqdim edirik. Belə ki, FretX adlı yeni layihə, gitarada ifa etməyi öyrədən kiçik cihazdır. Cihaz, gitara qriffin üzərinə yerləşdirilən xüsusi astardan və mobil tətbiqdən ibarətdir. Gitara simlərinin alt hissəsində yerləşən kiçik rəngli işıq diodları, düzgün notların alınması üçün barmaqları harda yerləşdirmək lazım olduğunu göstərirlər. Mobil tətbiqin bazasında 93 əsas akkord vardır. Həmin akkordları öyrənəndən sonra siz istənilən musiqini ifa edə bilərsiniz. Bundan əlavə olaraq tətbiqin öz musiqiləri də var və FretX həmin musiqiləri ifa etməyinizdə siz köməklik edəcək. Həmçinin istifadəçi tətbiq sayəsindən istədiyi musiqini YouTube-da tapıb onu öyrənə bilər. FretX-ı Indiegogo-dan almaq olar.
Youtube, iOS üçün daha yeni forma və dizaynda istifadəçilərə təqdim olunub. Google-un video platforması Youtube, iOS platformasında yer alan xüsusiyyətləri daha əlverişli şəkildə istifadəçilərə təqdim edib. Bir müddət əvvəl dizaynda dəyişiklik edən Youtube, bu yenilik ilə dizayna yeni xüsusiyyətlər əlavə edərək, istifadəçilərə yüksək səviyyədə video standartı təqdim etməyi hədəfləyir. Artıq bir müddətdir ki, Youtube izlənilən videoların hansı hissədə saxlandığını və ya istifadəçi tərəfindən hansı videoların izləndiyini qeyd edir. Bu dəfə isə Youtube bəzi xüsusiyyətləri də əlavə edərək istifadəçinin işini daha da asanlaşdırıb. -Beləliklə, siz yeni dizaynlı Youtube kanalını (kitablıq) istifadə edərkən izlədiyiniz videoların siyahısını, yükləmələrinizi, musiqi siyahısını görə bilərsiniz. -İşarələrin altında yer alan başlıqlar sayəsində bölmələri daha asan anlaya bilərsiniz. -Hər hansı ekrandan bölmələr arasında keçid edə bilərsiniz. -Daha az axtarışla daha çox video görə bilərsiniz. -Ekranın sağ üst hissəsindəki avatarınıza toxunaraq hesablar arasında keçid edə bilər, bildirişləri görüntüləyə bilər və tənzimləmələri idarə edə bilərsiniz
iPhone 7-ni ən güclü turşuya saldıqda nə baş verə bilər? Bu maraqlı təcrübəni, məşhur TechRax adlı videoblogger edib. Videoblogger hidrogen heksaftoroantimonat qabarcıqlarını nümayiş etdirib. Onun sözlərinə görə bu kimyəvi maddə sulfat turşusundan belə güclüdür. Daha sonra o, iPhone 7 modelini həmin kimyəvi maddənin olduğu qaba yerləşdirib. Turşu, cihazın arxa qapağını əridib. Lakin buna baxmayaraq təcrübədən sonra videoblogger cihazı yenidən işə salmağı bacarıb. İşə düşəndən sonra cihaz normal şəkildə işləməyə başlayıb. Sözügedən video iki gün ərzində 6 milyon baxış sayı yığıb. İndi isə 7 milyondan çoxdur. Şərhlərdə isə insanlar bu cür təcrübələrin dayandırılmamasını və videobloggerin davam etməsini tələb ediblər.
Bristol Universitetinin mütəxəssisləri nüvə batareyalarının prototipini yaradıblar. Həmin batareyalar güclü enerji tələb etməyən cihazları minlərlə il boyunca enerji ilə təmin etməyə qadir olacaqlar. Bununla belə radiasiya və zərərli maddələrin yayılması ehtimalı sıfıra bərabərdir. Nüvə batareyasının daxilində süni brilliant yerləşir. O, radioaktiv sahəyə yerləşdiriləndən sonra orta güclü elektrik cərəyanı yaradır. Radioaktiv şüalanma mənbəyi kimi alimlər nikel-63-dən istifadə ediblər. Lakin onu karbon-14 ilə əvəz etdikdə izotop, cihazın iş effektivliyini qaldıracaq. Karbon-14 əsaslı batareyanın enerjisinin yarısı isə 5730 ildən sonra bitəcək. Sözügedən nüvə batareyalarında hərəkətdə olan hissələr yoxdur. Yəni onlar çalışan zaman onlara xüsusi qulluq etməyə ehtiyac qalmır. Batareyalar heç bir radioaktiv şüalanmalar ifraz etmir və atmosferə heç bir mənfi təsir göstərmir. Radioaktiv izotoplar süni brilliantın daxilində sanki kapsul daxilindəymiş kimi qalırlar. Məhz bunun hesabına uzun müddətlik təmiz enerji alınır. Nüvə batareyalarını tibb sahəsində insan bədəninə yerləşdirilən cihazlarda, pilotsuz uçuş aparatlarında və kosmik gəmilərdə istifadəsi planlaşdırılır. Ümumiyyətlə bu batareyaları yüksək enerji tələb etməyən hər bir cihazda istifadə etmək mümkün olacaq.
31 Dekabr 2016-cı il tarixində “Apple” şirkətinin Mac kompüterlərinin 4 modelinin servis dəstəyi dayandırılacaq. Sözügedən siyahıya 2011-ci ildə satışa çıxmış 15-17 inç ekranlı MacBook və Mac Mini ilə 13 inç ekranlı MacBook modelləri daxildir. Əgər siz bu modellərin istifadəçilərisinizsə və sizə texniki kömək lazımdırsa onda sizin bir ay vaxtınız var. Bir aydan sonra şirkətin rəsmi texniki dəstəyini almaq mümkün olmayacaq. Bir qayda olaraq “Apple” öz siyahısını müəyyən cihazın satışa çıxmasında 5-7 il sonra yeniləyir. Çox güman ki, 2022-ci ildə indi dəbdə olan iPhone 7 modeli də daxil olacaq. Bundan əlavə olaraq bu il texniki dəstəyi dayandırılmış cihazlar siyahısına həmçinin iPhone 4 modeli və 2010-cu ildə satışa çıxmış 13 inç ekranlı MacBook Air kompüteri də daxil olmuşdur.
“Meizu” yeni telefon modeli Meizu Pro 6 Plus-ı təqdim etdi. Bu ilin əvvəlində təqdim olunan və bundan bir əvvəlki model olan Pro 6-dan çox daha güclü xarakteristikalara sahib olan Meizu Pro 6 Plus, daha böyük və kəskin ekrana, yeni prosessora, daha uzun ömürlü batareyaya və s. malikdir. Aşağıda yeni model haqqında əsas xüsusiyyətləri görə bilərsiniz: 5.7-inç 2560×1440 OLED ekran: Samsung Exynos 8890 prosessor (Galaxy S7-də də eynisi istifadə olunmuşdu): 4GB RAM: 12-MP f/2.0 arxa kamera, 5-MP ön kamera: 3400mAh batareya: 7.3mm naziklik: USB-C: Pro 6 Plus həm də ilk dəfə olaraq Flyme 6 ilə işləyəcək olan ilk telefondur. Flyme 6, Meizunun Android telefonları üçün istifadəçi araüzüdür və 400 yeni funksiya ilə təmin olunub. Pro 6 Plus yaxın zamanda Çində satışa buraxılacaq. Dünyanın digər yerlərində satış vaxtları da hələki məlum deyil.
Apple-ın yeni təqdim edəcəyi kampus haqda görüntülər hər keçən gün yenilənməkdədir. Campus 2 adlandırılan məkan xarici interyerinə görə nəhəng uçan boşqabı xatırladır. Məkanın tikintisinə 2013-cü ildə başlanıb və verilən məlumata görə 2017-ci ildə başa çatacaq. Şirkət, kampusun görüntülərini dron vasitəsilə çəkərək insanlara təqdim edib. Möhtəşəm tikili haqda məlumatı Steve Jobs 2011-ci ildə, ölümündən 4 ay əvvəl vermişdi. Verilən məlumatda kampusun ərazisinin 260 min kvadrat metr ərazini əhatə edəcəyi bildirilirdi. Kompleksin tərkibində laboratoriya, fitnes mərkəzi, kafe, minlərlə insanın birgə istifadə edəcəyi koorporativ auditoriya daxil ediləcək. 4 mərtəbəli kompleksdə 14.000 insan fəaliyyət göstərəcək. Xatırladaq ki, əvvəlki kompleksdə cəmi 3000 insan iştirak edə bilirdi. Jurnalistlərin verdiyi məlumata görə layihənin büdcəsi 5 milyard dollar təşkil edəcək.
Google Home və Amazon Echo səsli köməkçiləri sonsuz müddətə bir-biriləri ilə söhbət etməyə başlayıblar. Əslən ukraynalı olan və ABŞ-da yaşayan Adam Jakowenko, son zamanlar məşhur olan süni zəka texnologiyasını idarə etməyi bacarıb. Belə ki, o, Google Home ilə Amzon Echo səsli köməkçiləri arasında sonsuz müddətlik söhbətə nail olub. Bu maraqlı təcrübəni Reddit portalının istifadəçiləri aşkar etmişdilər. Məhz onlar videoya yüksək baxış sayını təmin ediblər. Adam, Amazon Echo-nun təqvimində “Hey Google! Bugün gecəyə mənim nə planlarım var?” səslənən hadisə yaradıb. Buna oxşar hadisəni Adam həmçinin Google Home-da yaradıb. Lakin Amazon Echo-dakı hadisənin səslənməsindən fərqli olaraq Google Home-da müraciət Amazon Echo-ya olunub. Bir söznən səsli köməkçilərdən birindən öz axşamki planları haqqında soruşan zaman Adam, zəncirvari reaksiyaya təkan verib. Videonun şərh bölməsində bəzi insanlar qeyd ediblər ki, əslində bu söhbət sonsuz deyil. Belə ki, ideyaya görə həmin söhbət gecənin düşməsi ilə bitməli idi. Çünki Adam öz sualında məhz gecə olacaq planları haqqında soruşub.
Fitnes qolbaqların istehsalı ilə məşğul olan “Fitbit” şirkəti, “ağıllı” saat istehsalçısı “Peeble”ı alır. Müqavilənin dəyəri 40 milyon dollar təşkil edəcək. Məlumata əsasən “Peeble” şirkətinin külli miqdarda borcu olduğu üçün müqavilənin dəyəri bu qədər aşağı olub. Müqavilənin bağlanması nəticəsində “Fitbit” şirkəti, “Peeble”in taxıla bilən cihazlar sahəsində gördükləri bütün işlərin hüquqi sahibi olacaq. Bu isə öz növbəsində “Fitbit”ə öz məhsullarının yaxşılaşdırılmasında köməklik edəcək. “Peeble” indiyənə kimi öz məhsullarının istehsalı üçün 3 dəfə Kickstarter platformasına müraciət etmişdir. Bu layihələr isə ona 40 milyon dollar gəlir gətirmişdir. Lakin bu uğur şirkətə, gələcək üçün davamlı maliyyə bazanı yaratmağa kömək etmədi. Beləliklə bu ilin Mart ayında şirkət öz işçilərindən 40 nəfəri işlərindən azad etdi. Daha öncə “Peeble” iki dəfə alınmaq barədə təklifi rədd etmişdir. Belə ki, 2015-cı ilin yay fəslində Yaponiyanın “Citizen” şirkəti “Peeble”ı 740 milyon dollara, 2016-cı ilin əvvəlində isə “Intel” şirkəti 70 milyon dollara almaq istəyirdi. Lakin “Peeble” bu təkliflərdən imtina etmişdir. “Fitbit” ilə müqavilənin bağlanacağı müqabilində əldə olunmuş vəsaitin 25 milyon dolları Silicon Valley Bank-a borc olaraq qaytarılacaq. “Fitbit”in təmsilçisi və “Peeble” bu xəbər barədə bir fikir bildirməkdən imtina ediblər.
Ağıllı telefonlar nə qədər həyatımızı asanlaşdırsa da bir çox tanınmış telefon modellərinin tez-tez partlaması istifadəçiləri narahat edən mövzulardan biridir. Amma artıq bu problem də öz həllini tapa bilər. Problemin Huawei şirkətinin istehsalı olan batareyalar sayəsində ortadan qalxması gözlənilir. Belə ki, Samsung Galaxy Note 7 və bəzi digər tanınmış ağıllı telefonlarla bağlı yaranan problemlər gələcəkdə bir dəfəlik ortadan qalxa bilər. Huawei şirkəti yeni istiyə davamlı batareyalar istehsal etmək niyyətindədir. Bildiyiniz kimi bir çox telefonların partlama səbəbi məhz onların batareyasının həddən artıq qızması ilə əlaqələndirir. Bu vəziyyəti aradan qaldırmaq üçün Çinin nəhəng telefon istehsalçılarından olan Huawei şirkəti batareyaları istiyə davamlı hala gətirəcək texnologiya üzərində işlər aparır. Şirkət yeni texnologiyasında mövcud litium batareyalarını istifadə edəcək, amma bu batareyaları qrafenlə dəstəkləyərək onları daha davamlı hala gətirəcək. Belə olduqda isə batareyalar daha davamlı olacaqlar. Bu batareyaların həyatımıza nə zaman daxil olacağı məlum deyil. Amma şirkət dekabr ayında yeni batareyaları haqda daha detallı məlumat paylaşacaq. Batareyaların istifadəçilərə gələn il təqdim olunması gözlənilir.
iPhone 6s-də bir nasazlıq aşkar edilib. Belə ki, smartfonun batareyasında olan nasazlıqdan cihaz öz-özünə sönür. “Apple” sözügedən nasazlığın olduğunu təsdiq edib və istifadəçilərin bu model smartfonlarını yoxlamaları üçün xüsusi sayt istifadəyə verilib. Şirkət bildirib ki, problem yalnız 2015-ci ilin Snetyabr-Oktyabr aylarında istehsal olunmuş smartfonların batareyalarında aşkar edilib. Lakin buna baxmayaraq “Apple” rəsmi saytında smartfonun nə zaman istehsal olunduğunu öyrənmək qeyri-mümkündür. Qeyd etmək lazımdır ki, batareyada olan bu nasazlıq istifadəçilər üçün heç bir təhlükə daşımır. Həmin nasazlıqdan smartfonun batareyası nə yamanyacaq nədə ki, smartfondakı məlumatlar itməyəcək. Sözügedən saytda yalnız cihazın seriya nömrəsini yazmaq lazımdır. Cihazın seriya nömrəsini öyrənmək üçün isə Settings -> General -> About Phone bölməsinə daxil olmaq lazımdır. Saytda cihazın seriya nömrəsini yazdıqdan sonra Submit düyməsinə klikləyərək smartfonunuzun batareyasının pulsuz dəyişdirilməsi proqramına daxil olub-olmadığını öyrənəcəksiniz. Əgər smartfonunuz bu proqrama daxil deyilsə deməli smartfonunuzun heç bir problemi yoxdur. Batareyaları isə istənilən rəsmi “Apple” mərkəzində dəyişmək mümkündür. Sözügedən sayta bu linkdən daxil ola bilərsiniz.
Öz rahat mobil klaviaturaları ilə məşhur olan SwiftKey, istifadəçilərinə Yeni il qabağı hədiyyələr göndərməyi qərara alıb. Belə ki, iOS və Android versiyalarda işləyən SwiftKey klaviaturalarının bütün fon görüntüləri pulsuz olub. Androiddə yeni fon görüntüləri əldə etmək üçün SwiftKey klaviaturasında hamburger-menyuya klik edib SwiftKey Hub-a daxil olaraq Themes bölməsinə keçid edərək SwiftKey Store-u seçmək lazımdır. Klaviaturanın iOS versiyasında isə Design bölməsinə keçid etmək kifayətdir. Vivid adlı yeni fon görüntülərindən əlavə olaraq yüzlərlə rəngarəng fon görüntüləri də aktiv şəkildə sizlərə təqdim olunur. SwiftKey Keyboard-ı iOS üçün bu linkdən, Android üçün isə bu linkdən pulsuz yükləyə bilərsiniz.
Dünən yəni, 1 Dekabr tarixində EX.UA adlı fayl mübadiləsi saytı öz işini dayandırdı. Saytın əsas səhifəsində isə sayt domeninin satılması barəsində məlumat yerləşdirildi. Domenin qiyməti 1 milyon dollar təşkil edir. Saytın rəhbərliyi söz verir ki, satışdan əldə olunacaq bütün vəsait uşaqların əməliyyatları üçün nəzərdə tutulacaq. Saytda olan məlumata görə sayt sahibləri öz sözlərini tutduqları üçün domeni satışa çıxardıblar. Yəni onlar serverləri xaricə köçürtməyəcəklər və öz layihələrini bir dəfəlik bağlayacaqlar. Qeyd olunmuş domen qiyməti təbii ki, yüksəkdir. Çox güman ki, bu cür qərar, rəqiblərin, adı ala bilməmələri üçün qəbul edilib. Saytın əsl qiyməti 80.000-100.000$ civarındadır. Əgər bu domeni kimsə alsa onda sözün əsl mənasında uşaqlara yardım etmiş olacaq. Həmçinin qeyd olunub ki, domenin alınmasından əldə olunacaq vəsaitin idarəsi ilə məşhur beynəlxalq auditor şirkəti məşğul olacaq. EX.UA nümayəndələri bildiriblər ki, yaxın zamanda özlərinin yeni bağlı platformalarını təqdim edəcəklər. Yeni layihələri barəsində məlumatların bu ay təqdim olunacağı gözlənilir.
ABŞ-ın ali məhkəməsi federal cinayət-proses hüququnun 41-ci maddəsində dəyişiklik edib. Belə ki, bu maddə əsasında bundan sonra FBI bütün kompüter və smartfonları hack edə biləcək. Artıq xüsusi xidmət orqanlarının əməkdaşları təkcə ABŞ daxilində olan cihazları deyil həmdə onun hüdudlarından kənarda olan cihazları hack etmək üçün istənilən dövlət məhkəməsindən icazə ala biləcəklər. Əvvəllər xüsusi xidmət orqanlarının əməkdaşları smartfonun hack olunması üçün icazəni yalnız cinayətkarın territorial əsasla daxil olduğu məhkəmədən ala bilərdi. Yarım il ərzində, demokrat senator Ron Wyden sözügedən qanuni maddədə dəyişikliyin qəbul olunmasna 3 dəfə etirazını bildirmişdir. Lakin onun fikirləri hər dəfə Respublika partiyasının üzvü senator John Cornyn tərəfindən təkzib edilirdi. Wyden-in sözlərinə görə bu qərar, ABŞ hakimiyyətinin son illərdə etdiyi ən böyük səhvdir. “Hökumət istifadəçilərin kompüterlərini, mobil cihazlarını hack etməyə haqq qazanacaqlar” – Wyden bildirib. Senator həmçinin bildirib ki, Donald Trump kimi bir prezidentin əlində olan bu cür hüquq ona qorxunc görünür.
Bugünə qədər Galaxy Note 5 üçün Android Nougat yenilənməsi ilə bağlı bildiklərimiz sadəcə təxminlərdən ibarət idi. Artıq güncəlləmə ilə bağlı ilk sızıntı ortaya çıxıb! Android 7.0 Nougat versiyası, bildiyiniz kimi keçdiyimiz aylarda Nexus telefonlar ilə birlikdə digər Android One platformasına daxil olan ağıllı telefonlar üçün də aktiv edilmişdi. Digər smartfon istehsalçılarının telefonlarında da yavaş-yavaş bu versiya aktiv edilməyə başladı. “Samsung”un Android Nougat yenilənməsini ilk olaraq Galaxy S7 və Galaxy S7 Edge modellərinə verməsi, daha sonra isə digər modellər üçün aktiv etməsi gözlənilir. Həm dünyada həm də ölkəmizdə ciddi bir istifadəçisi olan Galaxy Note 5 də bu modellərdən biridir. Bugünə qədər sadəcə təxmin və fikirlər üzərində dayanılan Note 5 üçün Nougat yenilənməsi, ilk dəfə bir sızıntı ilə qarşınızdadır. Ortaya çıxan GFX Bench screenshotunda , info bölməsində Galaxy Note 5 üçün dəstəklənən əməliyyat sistemi versiyalarında Android 7.0 Nougat da yer alır. Beləcə əslində onsuzda yenilənmənin təqdim ediləcəyini bilsək də, ilk dəfə bu screenshot ilə bunun sübut edildiyini deyə bilərik. Hələki yenilənmənin veriləcəyi tarix bilinməsə də, daha əvvəl dediyimiz kimi S7 ailəsindən sonra Galaxy Note 5 ilk yenilənəcək modellərdən birisi olacaq.
Huawei-nin büdcə telefonu olacağı bildirilən Honor 6S haqda məlumatlar sızdırılıb. Huawei-nin bir qədər zəif markalı modeli Honor, keçən ay Honor 6X adında yeni ağıllı telefonunu təqdim etmişdi. ŞirkətHonor 6X-ın daha uyğun bir variantla seçimləri daha da genişləndirmək istəyir.Telefona böyük ehtimalla Honor 6S adı veriləcək və qiymət olaraq 120-130 dollar arasında istifadəçilərə təqdim olunacaq. Honor 6S-in xüsusiyyıtləri. Huawei Honor 6S-in xüsusiyyətləri haqqında çox məlumat verilməsə də telefona aid görüntülər mediaya sızdırılıb. Telefonda çüt kamera olacağı görüntüdən bəlli olur. Ehtimallara görə telefon 5.5 inç Full HD ekrana, 4G və Volte dəstəyə, 3340mAh batareyaya sahib ola bilər. Huawei Honor 6S-in gələn il satışa çıxması gözlənilir.
“Lenovo” şirkətinin bir şöbəsi olmuş “Motorola” yaxın gələcəkdə yeni “ağıllı” saat istehsalı planından vaz keçib. Bu barədə “Motorola” məhsullarının hazırlanması üzrə direktoru Shakil Barkat, Çikaqodakı tədbir çərçivəsində qeyd edib. “Technote.az”ın “TechCrunch”a istinadən verdiyi xəbərə əsasən Barkat bildirib ki, bazar hal-hazırda yeni “ağıllı” saatlara ehtiyac duymur. Bununla yanaşı o qeyd edib ki, sözügedən saatlara müəyyən müddətdən sonra tələbat ola bilər. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Qeyd etmək lazımdır ki, “Motorola”nın siyahısında, Android Wear əsasında hazırlanmış iki model Moto 360 “ağıllı” saatları vardır. “Google” şirkəti hal-hazırda Android Wear 2.0 üzərində çalışır. Onun təqdimatı 2017-ci ilin əvvəlində gözlənilir.
Blackberry-nin Android ilə çalışan son QWERTY klaviaturalı ağıllı telefonu sızdırılıb. Blackberry-nin son QWERTY klaviaturalı ağıllı telefonuna aid görüntülər mediaya sızdırılıb. Verilən məlumata görə kanadalı istehsalçı, Android əməliyyat sisteminə sahib QWERTY klaviaturalı ağıllı telefon üzərində çalışır. Sızdırılan görüntülər çinli blog Weibo üzərindən bir istifadəçi tərəfindən yayımlanıb və yeni BlackBerry telefonuna aid başqa məlumat verilmir. BlackBerry CEO-su Jhon Chen, Bloomberg-ə verdiyi məlumatda kanadalı şirkətin Android əməliyyat sisteminə sahib klaviaturalı bir telefon hazırladığını açıqlayıb.
Huawei-nin büdcə telefonu olacağı bildirilən Honor 6S haqda məlumatlar sızdırılıb. Huawei-nin bir qədər zəif markalı modeli Honor, keçən ay Honor 6X adında yeni ağıllı telefonunu təqdim etmişdi. ŞirkətHonor 6X-ın daha uyğun bir variantla seçimləri daha da genişləndirmək istəyir.Telefona böyük ehtimalla Honor 6S adı veriləcək və qiymət olaraq 120-130 dollar arasında istifadəçilərə təqdim olunacaq. Honor 6S-in xüsusiyyıtləri. Huawei Honor 6S-in xüsusiyyətləri haqqında çox məlumat verilməsə də telefona aid görüntülər mediaya sızdırılıb. Telefonda çüt kamera olacağı görüntüdən bəlli olur. Ehtimallara görə telefon 5.5 inç Full HD ekrana, 4G və Volte dəstəyə, 3340mAh batareyaya sahib ola bilər. Huawei Honor 6S-in gələn il satışa çıxması gözlənilir.
“Lenovo” şirkətinin bir şöbəsi olmuş “Motorola” yaxın gələcəkdə yeni “ağıllı” saat istehsalı planından vaz keçib. Bu barədə “Motorola” məhsullarının hazırlanması üzrə direktoru Shakil Barkat, Çikaqodakı tədbir çərçivəsində qeyd edib. Barkat bildirib ki, bazar hal-hazırda yeni “ağıllı” saatlara ehtiyac duymur. Bununla yanaşı o qeyd edib ki, sözügedən saatlara müəyyən müddətdən sonra tələbat ola bilər. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Qeyd etmək lazımdır ki, “Motorola”nın siyahısında, Android Wear əsasında hazırlanmış iki model Moto 360 “ağıllı” saatları vardır. “Google” şirkəti hal-hazırda Android Wear 2.0 üzərində çalışır. Onun təqdimatı 2017-ci ilin əvvəlində gözlənilir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments