Vizasız gediş üçün bir neçə addım yenə də qalmaqdadır

Viza rejiminin dayandırlması mexanizmi haqqında Avroparlament, Avropa Şurası və Avropa Komissiyası arasında şifahi əldə edilmiş razılıq, Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gedişinin təyin olunması demək deyil.

7 dekabr tarixində mexanizm haqqında Avroparlamentdə baş tutan danışıqların başa çatmasından sonra, mexanizm versiyasını Mülki azadlıq Komitəsi (LİBE) də dəstəkləyib. Nəticə olaraq, məsələni səs vermək üçün Avroparlamentin plenar iclasına çıxaracaqlar, ancaq dəqiq vaxtı hələ məlum deyil.

Bugün günorta saatlarında Avroparlamentdə qərar verilib ki, məsələni səsvermə üçün gələn həftənin  plenar iclasına çıxarsınlarmı.

Avrostrukturlarda bildirirlər ki, dayandırma mexanizminin rəsmi olaraq tam təsdiqlənməsindən sonra Gürcüstan üçün viza rejiminin liberalizasiya məsələsi də səs vermədə həll olunacaq və Avropa Şurasına icra üçün veriləcək.

Avroparlament Gürcüstan üçün viza liberalizasiyaya mane olan faktor olaraq indiyə kimi dayandırma mexanizmini qeyd edirdi. Bu haqda üzv ölkələrin fərqli mövqeyləri var idi. Dayandırma mexanizmi Avropa İttifaqının üzv ölkələrinə imkan yaradacaq ki, müxtəlif mühitlərdən dolayı öz ərazilərinə vizasız rejimi olan ölkələri qəbul etməsinlər.

Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze bildirir ki, dayandırma mexanizmi haqqında razılıq təsdiq edir ki, Avropa İnstitutları Gürcüstanı dəstəkləsinlər.

“Biz istənilən nəticəyə çox yaxınıq. Gürcüstan dayanmadan avrointeqrasiya yoluna davam edir və bu yolda bizim vətəndaşları, işğal olunmuş ərazilərdə yaşayan soydaşlarımızı yenə bir çox uğur və nəticə gözləyir,”- deyə nazir qeyd edib.

Mənbə: Netgazeti.ge

 

 

 

 

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register