Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Kompüterlərin gücü gələcəkdə 8000 qat arta bilər. Belə kompüterlərin istehsalının isə HP-nin dəstəyilə mümkün olacağı bildirilir. Kompüterlərin iş prinsipi və yenilənən proqramları nəzərə alsaq gün keçdikcə yeni daha güclü kompüterlərə tələb daha da artmaqdadır. Bunu nəzərə alan HP yeni daha güclü kompüterlər istehsal etmək niyyətindədir. Verilən məlumata inansaq HP standart kompüterlərdən 8000 qat daha güclü kompüter istehsal edəcək. Xatırladaq ki, bir müddət əvvəl yaponlar yeni super kompüter yaradacaqları haqda məlumat paylaşmışdılar. Amma HP-nin istehsal edəcəyi The Machine adlı super kompüter də olduqca iddialı görünür. 2014-cü ildən bu günədək HP belə kompüterlərin üzərində işlər aparmaqdadır. Olduqca yüksək keyfiyyətləri ilə diqqət çəkən kompüterin 2018 və ya 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Cihazın sahib olduğu RAM miqdarının 8 TB olacağı bildirilir. Bu miqdar gələcəkdə daha da yüksəldilə bilər. The Machine-ni ilə bağlı işlər tamamlandıqda standart kompüterlərdən 8000 qat daha güclü və sürətli olacağı bildirilir.

Google, Android əməliyyat sistemi üçün Gmail tətbiqini yenilədi. Bu yenilənmə ilə tətbiqə vacib bir xüsusiyyət də əlavə olundu! Gmail tətbiqi Android əməliyyat sistemi üçün yeniləndi. Yenilənmə ilə bərabər yeni bir xüsusiyyət də əlavə olundu. Yenilənmə ilk olaraq Android-ə gəlsə də yaxın günlərdə iOS üçün də gəlməsi gözlənilir. Bir çoxlarımızın günlük həyatımızda istifadə etdiyimiz Gmail tətbiqi yeni bir xüsusiyyətlə istifadəçilərə təqdim olunub. Belə ki, artıq siz Gmail tətbiqində copy-past əməliyyatı sırasında yazı formatını olduğu kimi saxlaya biləcəksiniz. Bu yenilənmə sayəsində, Gmail tətbiqi istifadəçiləri hər hansı bir qaynaq üzərindən kopyaladıqları yazıları, formatı və şriftləri saxlanmaq şərti ilə Gmail tətbiqində istifadə edə biləcəklər. Bundan əlavə görüntü əlavələrində də eyni vəziyyət mümkündür. İlk olaraq dekabr ayının əvvəli Android əməliyyat sistemi üçün istifadəyə verilən bu yenilik, hələ ki, iOS üçün aktiv edilməyib. Ən son 30 noyabr tarixində yenilənən iOS platformasının chagelog siyahısında olmaması bunu təstiqləyir. Bu yeniliyi telefonunuzda görmək üçün Google Play Store üzərində yenilənməni həyata keçirin.

Samsung, VR eynəklərlə bir çoxlarının ürəyincə olacaq yeniliyə imza atmağa hazırlaşır. Bu yenilik sayəsində Samsung tibb adamlarının həll etməkdə çətinlik çəkdiyi bir işi həll etməyə hazırlaşır. Fobiyalar insan həyatına mənfi təsir edən vacib məqamlardan biridir. Yüksəkdən qorxmaq, qapalı yerdə qalmaq qorxusu, dənizdən qorxmaq və s. kimi fobiyalar insanların həyatına ciddi təsir etməkdədir. Bir çox hallarda fobiyalar insanın həyatında yaşadığı hər hansı çətinliklə əlaqədar olur. Bu mövzuda həkimlər bir çox hallarda əlacsız qala bilirlər. Bir çoxların qorxunu dəf etmək üçün onunla mübarizə aparmağı məsləhət görür. Amma bir çoxları bunu reallaşdırmaqda ciddi şəkildə əziyyət çəkir. Bunu nəzərə alan Samsung şirkəti virtual eynəklərin köməyilə insanların fobiyaları ilə mübarizə aparacaqları proqrama dəstək vermək istəyirlər. VR Therapy adlı sistem sayəsində insanlar qorxuları ilə üzləşə biləcəklər. Məsələn, VR eynəkdən istifadə edən istifadəçinin yüksəklik qorxusu varsa, o, özünü yüksəkdə hiss edərək bu fobiya ilə üzləşə biləcək. Xüsusi olaraq hazırlanmış videolarla çalışacaq sistem, hər qorxunu əvvəlcə adi qorxuducu videolarla sınaqdan keçirəcək. Yüksəklik qorxusu olan biri şüşə bir liftin içində adım-adım yuxarı qalxacaq, qorxusu getdikcə bir üst qata çatacaq. Sistem ilk olaraq Avropa, Rusiya və BƏƏ-də sınaqdan keçirilib və uğurlu olub. Kanadada sınaqdan keçirildikdən sonra şirkət sistemi daha səkkiz ölkədə tətbiq edə bilər. Samsung Kanadanın VR Therapy sistemi haqqında hazırladığı tanıtım videosunu təqdim edib.

Çoxdandı gözlənilən xəbərə aydınlıq gətirildi. Samsung Galaxy Note 7-nin partlama səbəbini açıqlandı. Bildiyiniz kimi Samsung, Note 7 ilə əlaqədar kifayət qədər problem yaşadı. Belə olan halda hətta Samsung nümayəndələri ictimaiyyət qarşısında diz çökərək üzr istəmişdilər. Uzun zamandır Samsung bu sahə üzrə araşdırmalar aparmaqda idi. Artıq Galaxy Note 7-lərin partlama səbəbi bəlli oldu. Samsung Galaxy Note 7-lərin partlamasına səbəb şirkətin özü tərəfindən istehsal olunan səhv dizayn olunmuş batareyalardır. Belə ki, batareyanın dizaynında litium kobalt oksiddən düzəldilmiş müsbət təbəqə ilə qrafitdən düzəldilmiş mənfi təbəqəni ayrılmaq üçün elektrolitlərdə yığıla bilən bir cüt polimer təbəqə istifadə olunub. Bu iki təbəqə bir-birinə sürtünərsə, elektrodlar isinər və partlama ortaya çıxar bilərdi. Hesabatda Samsung-un batareya dizaynında səhvə yol verildiyi bildirilir. Bundan əlavə batareyada gerçəkləşən normal bir şişmə miqdarı vardı. Bəzi istifadəçilər telefonu çantaya və ya arxa cibə qoyub oturduqda əlavə sıxışmaya səbəb ola bilərdilər. Batareyaların incə dizayna malik olmasının səbəbi daha çox tutumla daha az yer tutmasına nail olmaq idi. Əgər Galaxy Note geri çağırılmasaydı daha çox partlama xəbərləri ilə qarşılaşa bilərdik. Uzun sözün qısası, Samsung etdiyi bu səhvə görə 5 milyard dollar zərərlə qarşılaşdı.

İstifadəçilərin yaxından tanıdığı youtuber PewDiePie, kanalını silmək qərarına gəlib. Onun belə etməsinin səbəbi isə hamının diqqətini cəlb edib.Youtube-un ən çox izləyici kütləsinə sahib Youtube kanallarından biri bağlana bilər. Əsl adı Felix Kjellberg olan youtuber, sahib olduğu 49 milyondan artıq izləyicisi olan kanalını bağlaya biləcəyi haqda video paylaşıb. Youtuber belə addım atmasının səbəbi olaraq işlərin yolunda getməməsi ilə əlaqələndirib. Maraqlıdır, 50 milyona yaxın izləyicisi olan youtuberi narazı salan məqam nədir? Youtuberin bildirdiyinə görə Youtube onun videolarını önə çıxan videolar sırasına almır. Videolar yayımlandıqda 49 milyon izləyicidən sadəcə 2 milyonuna bildiriş gedir. Bu isə videoların izlənmə səviyyəsini aşağı salır. Youtube-un dəyişən siyasəti ilə əlaqədar belə addım atdığını bildirən PewDiePie, 50 milyon yaxın abonəsi olduğu kanalını siləcəyini bildirir. Youtube-un bu mövzu ilə münasibəti hər kəsə maraqlıdır.

Indiegogo platformasında Bakblade 2.0 adlı bel təraş cihazının uğurlu vəsait toplanma kampaniyasını başa vurub. Cihaz, 437.000$ vəsait yığaraq tələb olunan vəsaitdən 633% daha çox toplayıb. Bakblade 2.0, üzən başlıqlı ülgücün böyüdülmüş versiyasına və S formalı tutacağa sahibdir. Cihaz, xüsusi dəyişilə bilən, patentləşdirilmiş, çox iti və eyni zamanda təhlükəsiz dryGlide ülgüclərindən istifadə edir. Cihaz yaradıcılarının bildirdiklərinə görə insanın bel hissəsində olan tüklər daha qalın olduöundan onların təraş olunması daha çətindir. Onların sözlərinə görə Bakblade, bel hissədən tüklərin təraş olunmasını asan və rahat edir. İki ədəd dəyişilə bilən iti ülgüclü Bakblade 2.0-ı 29$ qiymətinə (hal-hazırda 17%-lik endirim var) sifariş etmək olar. Gələn ilin Fevral ayında kütləvi satışa çıxandan sonra cihazın qiyməti 35$ təşkil edəcək.

iOS 6 və ondan sonrakı, həmçinin Android 2.2 və ondan əvvəlki, Blackberry OS və Symbian üçün dəstəyini bu il sonuna qədər sonlandıracağını açıqlayan WhatsApp geri addım atdı. WhatsApp bir müddət əvvəl adı sadalanan sistemlər üçün dəstəyini kəsəcəyini açıqlamışdı. Ancaq bir çox istifadəçi bu mövzuda etirazını dilə gətirdiyi üçün şirkət geri addım atmağa məcbur oldu. Son edilən açıqlamaya görə BlackBerry OS, BlackBerry 10, Nokia, Symbian S40 və Symbian S60 əməliyyat sistemlərində WhatsApp dəstəyi 2016-cı ilin dekabr ayında deyil, 2017-ci ilin iyun ayında baş tuta bilər. Amma iOS 6 və ondan əvvəlki, o cümlədən Android 2.2 və ondan əvvəlki əməliyyat sistemlərinə sahib cihazlar bu il sonunadək WhatsApp istifadə edə bilməyəcəklər. WhatsApp-ın köhnə əməliyyat sistemlərindən dəstəyini kəsəcəyini açıqladığı tarix ilə yeni elan etdiyi tarix arasında o qədər də böyük vaxt aralığı olmasa da istifadəçilər bir müddət daha tətbiqdən yararlana bilərlər.

Google yeni tətbqini istifadəçilərlə paylaşıb. “Güvənilən insanlar” tətbiqi istədiyiniz insanlarla birbaşa paylaşım etməyinizə şərait yaradacaq. Google yeni istifadəyə verdiyi tətbiqlə bir çoxlarının işini asanlaşdıra biləcək. Belə ki, Google-un yeni “Google Trusted Contact” adlı tətbiqi sizin haqda məlumatları yaxın insanlara çatdırmaqda yardımçı olacaq. Bu tətbiqin köməyilə istədiyiniz insanların sizin olduğunuz yeri daha asanlıqla görməsinə şərait yaradacaqsınız. Bu tətbiqin ən yaxşı tərəfi qarşı tərəfin istənilən zaman sizdən xəbər ala bilməsidir. Yəni siz həmin şəxsi öz istədiyiniz insanlar siyahısına əlavə etdikdə və həmin şəxs sizdən olduğunuz yer haqda məlumat almaq üçün tələb göndərdikdə siz cavab verə bilməsəniz belə tətbiq sizin yerinizi göstərəcək. Yaxud siz tələbi rədd etdikdə həmin şəxs sizin təhlükəsizliyinizdən əmin ola biləcək. Hətta sizin cihazınız sönsə belə tətbiq öz işini yerinə yetirə bilir. Bundan əlavə seçdiyiniz şəxsə “ping” göndərə bilərsiniz. Bu zaman həmin şəxs sizin nə zaman aktiv olduğunuz haqda məlumat ala bilir. Tətiq Android 4.1 və ondan sonrakı versiyaları dəstəkləyir.

“Meizu” şirkəti Pekində keçirtdiyi tədbir çərçivəsində Meizu M5 Note-u təqdim etdi. Beləliklə yeni fablet bazardaMeizu M3-ü əvəz edəcək. Yeni smartfonun korpusu metaldan hazırlanıb. Korpusun kənarlarında bu dəfə plastik çərçivələr yoxdur. Korpusun metalı daha qalın olduğundan Meizu M5 Note daha güvənlir bir təsir bağışlayır. Prosessor daha dərin optimizasiyadan keçərək smartfonun performansını yüksəltmiş, enerji sərfiyyatını isə azaltmışdır. Digər yenilənmələr siyahısında hibrid avtofokuslu yeni arxa kameradır. Beləliklə çəkilmiş fotolar Meizu M3 Note-dakı kamera performansından daha yüksəkdir. Yeni smartfonun əsas texniki göstəriciləri isə aşağıdakı kimidir. 5.5 inç IPS Full HD ekran, 8 nüvəli MediaTek Helio P10 prosessoru, 3/4 GB RAM və 16/32/64 GB daxili yaddaş, 13 MP arxa və 5 MP ön kamera, Sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutulu batareya, Android 6.0 əməliyyat sistemi və barmaq izi skanı. 3 GB RAM-a və 16 GB daxili yaddaşa sahib model 140$-a, 3 GB RAM-a və 32 GB daxili yaddaşa sahib model 157$-a, 4 GB RAM-a və 64 GB daxili yaddaşa sahib model isə 189$-a satılacaq.

Apple şirkəti bir çox istifadəçilərin sevimli markalarından biridir. Amma buna baxmayaraq Apple-ın təqdim etdiyi ağıllı saatların satışı zəifləyib. Apple hələ də ağıllı telefon bazarında liderliyini davam etdirsə də, ağıllı saat satışında bir qədər geriləyib. Analitik şirkət olan IDC-in verdiyi məlumata görə keçən ilki ağıllı saatların satış həcmi 5.6 milyon təşkil edib. Bu ilin üçüncü rübünün satış həcmi keçən ilinki ilə müqayisədə 51.6% azdır. Amma buna baxmayaraq ağıllı saat bazarında ilk beşliyi Apple, Garmin, Samsung, Lenovo və Pebble kimi şirkətlər tutur. Siayhıda Germin-in Samsung-dan öndə yerləşməsi də başqa bir maraqlı məqamdır. Amma dekabrda satışların bayram münsibətilə artımı gözlənilir. Xatırladaq ki, Apple bu il iki yeni ağıllı saat təqdim etmişdi. Bunlardan biri klassik, digəri isə idman stili sevənlər üçün nəzərdə tutulmuşdu.

Google, Android istifadəsi barədə ən son statistikaları təqdim etdi. Bəs ən çox yayılmış Android versiyası nədir və son Android versiyası Nougat nə qədər məşhurdur? Google, Androidin 7-ci versiyası Nougatı qısa müddət əvvəl bazara çıxardı. Beləcə istifadədə olan Android versiyaları artarkən, yeni və köhnə Android versiyaları arasında hansının nə qədər seçildiyi də hərkəsi maraqlandıran mövzulardan oldu. “Google”un 5 Dekabrda bitən son araşdırmasının nəticələri isə hələki ictimaiyyət ilə paylaşılmayıb. Nougat isə hələ kifayət qədər məşhurlaşmayıb. Buna görə Nougat-ın istifadə faizi, sadəcə 0.4% olaraq qiymətləndirilir. Androidin ilk versiyası isə mobil telefonlarda 0.1% nisbətində istifadə edilir. Yəni hələ də ilk Android versiyasını istifadə edən müəyyən miqdarda insan mövcuddur. Digər tərəfdən hazırda ən çox seçim edilən, ən çox istifadə edilən Android versiyası, Android 5 Lollipopdur. Ümumi olaraq 34% paya sahib olan Lollipopu isə 26,3% ilə Android 6 Marshmallow izləyir. Android KitKat isə hazırda bazardakı Android əsaslı telefon və planşetlərin 24%-də yer alır.

Samsung, Galaxy Note 7 ilə bağlı yaşadığı problemlərdən sonra yeni ildə daha iddialı telefon modeli ilə istifadəçilərin rəğbətini qazanmaq istəyir. Samsung Galaxy S8 modeli yeni xüsusiyyətlərlə istifadəçiləri sevindirə bilər. Samsung-un gələn il tanıtmağı planlaşdırdığı Galaxy S8 modeli Dünya Mobil Konqresində istifadəçilərə təqdim olunacaq. Samsung yeni telefon haqda məlumatları sirr kimi saxlamağa çalışsa da cihaz haqda daimi məlumatlar gəlməkdə davam edir. Yeni Galaxy S8-in Galaxy Note 7 ilə müqayisədə yeni xüsusiyyətlər qazanması haqda məlumatlar öz əksini tapır. Verilən məlumata görə yeni Galaxy S8-i əlavə komponentlərlə təmin etmək və batareyaya daha böyük yer açmaq üçün 3.5mm qulaqlıq girişi daxil edilməyəcək. Bundan əlavə giriş düyməsinin də olmayacağı bildirilir. Bunun əvəzinə barmaq izini tanıması üçün ekranın içində yer alan tanıma sistemi istifadə olunması haqda məlumat mövcuddur. Həmçinin yeni telefonda RGB rəng tənzimlənməsi yerinə PenTile Diamond istifadə olunacaq. Yeni Galaxy S8-in ekranının 1440 x 2560 piksel olması ehtimal olunur. Bundan başqa Galaxy S8-də cihazın şarj edilməsi və sinxronizəsi üçün USB-C bağlantı girişi olacaq.

“Nintendo” şirkətindən hackerlərə xoş xəbər. Belə ki, şirkət, 3DS portativ konsolunda sistem boşluğu tapan insanlara 20.000$ vəsait ödəyəcəyini bildirib. Söhbət o sistem boşluqlarından gedir hansıların vasitəsilə ki, konsolda pirat oyun və sistem tətbiqlərini işə salmaq olur. Bundan əlavə olaraq şirkət, oyunçular vasitəsilə daha çox sistem boşluqlarını tapmağı özünə məqsəd bilib. Ən sadə sistem boşluqlarını tapanlara yalnız 100$ veriləcək. Lakin əgər siz ciddi və kritik sistem boşluğu aşkar etsəniz onda 20.000$-ın hamısını əldə edə bilərsiniz. Tapılmış sistem boşluğunun doğruluğunu sübut etmək üçün isə həmin sistem boşluğunun təsviri və onun tapıldığı proqram kodu sətrini göstərmək lazım gələcək.

Hər kəsin maraqla gözlədiyi Nokia haqqında hər keçən gün məlumatlar yenilənməkdədir. Şirkət HDM Global ilə Nokia adını daha irəli səviyyəyə daşımaq niyyətindədir. Mərkəzi Finlandiyada yerləşən HDM Global-ın CEO-su Arto Nummela, Economic Times-a verdiyi müsahibədə Nokia-nın yeni telefonu haqda maraqlı açıqlamalar edib. O, Nokia-nı layiqincə təmsil edəcəklərini açıqlayıb. Nummela, Nokia üçün geniş bir məhsul portfoliyası tətbiq edəcəklərini və qlobal bazarlara yayılaraq, rəqiblərinə nəzərən daha ciddi strategiya ilə çıxış edəcəklərini bildirib. Bunun üçün geniş qiymət planlaması etdiklərini və hər sosial statusa xitab edəcək qiymət təyin edəcəklərini vurğulayıb. CEO həmçinin rəqiblərini izlədiklərini və yenidən bazara giriş edərkən daha uğurlu olmaq üçün keyfiyyət və təhlükəsizliyi əsas prinsip olaraq göz önünə alacaqlarını açıqlayıb. Nummelanın sözlərinə görə istifadəçilərə təqdim edəcəkləri yeni telefon onların gözlədiyindən daha yaxşı olacaq. Güclü rəqibləri olduğunu yaxşı anlayan şirkət qiymət və performans baxımından önə çıxmağı hədəfləyir. Bundan əlavə onu da qeyd edək ki, şirkətə Google tərəfindən dəstəklənir.

“Google”, Twitter üzərindən emosiya ilə axtarış etmə funksiyasını aktivləşdirdi. Bəs bu yeni və praktiki axtarış metodu necə işləyəcək? Hansı emosiyalar ilə axtarış edə bilərsiniz? Google, Twitter hesabı üzərindən maraqlı bir xidmət verməyə başlayır. İstifadəçilər artıq bir emosiyanı seçib, “Google”u mention edərək tweet paylaşdığında, Google sözügedən emosiya ilə bağlı axtarış nəticələrinin linkini göndərəcək. Hamburger yemək istəyirsiniz? Məsələn, bir istifadəçi hamburger emosiyasını @google mentionı ilə tweet atsa, Google həmin istifadəçiyə, yaxındaki hamburger restoranlarının yer aldığı bir xəritə göndərə biləcək. Bu formada fərqli emosiyalarda fərqli nəticələr verəcək olan Google, misal üçün günorta yeməyində kafe/restoran axtaran istifadəçilərə, ya da avtomobil idarə edərkən restoran axtaran sürücülərə praktiki olaraq axtarış etmək imkanı təqdim edir. Axtarış şəbəkəsi, hələki 200 emosiya ilə bu xüsusiyyəti bugündən etibarən aktiv edib.

Chrome-un Android versiyasına gələn yenilənmə ilə birlikdə istifadəçilər, web saytları yüklədikdən sonra internetləri olmadan da görə biləcəklər. Offline mobil tərcübəsi getdikcə yayılmağa başlayır. Artıq bir çox tətbiq, oxumaq istədiyiniz hər hansı bir məqaləni daha sonra oxuya bilmə xüsusiyyətini gətirməyə başladı. Chrome-un Android versiyası da oxşar bir yeniliklə qarşımıza çıxır. “Google”, qarşıdakı bir neçə gün içərisində Play Store-da Chrome üçün ən çox tələb olunan bu xüsusiyyəti aktiv edəcəyini açıqladı. Hər zamankından daha çox səhvlik düzəldilməsinin ediləcəyi yenilənmə ilə istifadəçilər istəsələr offline olaraq baxmaq üçün saytları tamamilə yadda saxlaya bilərlər. Bu xüsusiyyət sadəcə məqalə oxumaq üçün deyil, həmçinin musiqi dinlənmək ya da video izləmək üçün də keçərlidir. Bunlardan əlavə Chrome, mətn sahələrindəki səhv yazılmış sözlərin görülməsinə də şərait yaradacaq. Əlavə olaraq istifadəçilər, məqalədə eynilə komputer versiyalarındakı ctrl+f klaviş kombinasiyasının istifadə edlməsi kimi söz əsaslı axtarış edə biləcəklər. Əgər Android cihazınızda Chrome yüklüdürsə yenilənmənin gəlib-gəlmədiyini öyrənmək üçün Play Store-u açıb “Google Chrome”u axtarın. Yenilənmə gəlibsə, onsuzda “yenilə” bildirişini görəcəksiniz. Əgər yoxdursa da bir neçə gün sonra gəlib-gəlmədiyini təkrar yoxlayın.

“Apple”in hələ bazara çıxrmadığı moddeləri ilə bağlı hər zaman uğurlu təxminlər edən Yaponiyanın “Macotakara” saytı bu dəfə “iPad”lə bağlı bəzi iddialar irəli sürüb. Iddialarda bildirilir ki, “iPad Pro” modelləri indikilərdən daha qalın olacaq. Yeni “iPad” modellərinin qalın və çərçivəsiz olacağını bildirən sayt, “iPad Pro 2”-nin 0.3 mm-dən daha qalın olacağını iddia edir. Son illərdə incəlmə trendine girən “iPad”in bu vərdişdən uzaqlaşacağı, “Home” düyməsinin də olmayacağı bildirilir. Sayt yeni modelin 10.5 düym və ya 10.9 düym ölçüsündə tamamilə sensor ekran olacağını yazıb.

Google” “Android” əməliyyat sistemi üçün təqdim etdiyi tətbiq mağazasını yeniləyib. Belə ki, şirkət mağazaya əksər istifadəçiləri sevindirəcək yeni funksiya əlavə edib. “Google Play Store”-un 6.7 versiyası ilə tətbiqlərin beta versiyalarını da yükləmək mümkün olacaq. Beləki, istədiyiniz tətbiqin beta proqramına qoşularaq, yeni funksiyaları hər kəsdən öncə istifadə edə biləcəksiniz. Təbii ki, bunun üçün həmin tətbiq beta proqramı başlatmış olmalıdır. Beta proqramına qoşulmaq olduqca sadə olacaq. Belə ki, tətbiq səhifəsindən “Beta proqramına qoşul”a daxil olmaqla beta versiyaya sahib ola biləcəksiniz.

Yüksək səviyyəli telefonlar yavaş-yavaş “Google”-nin ən aktual mobil əməliyyat sistemi “Android 7.0 Nougatı” almağa başlayıb. “Samsung”un “Galaxy A” (2016) seriyasının Android 7.0 əməliyyat sistemini almağa qərar verib. “Samsung”a yaxınlığı ilə bilinən “SamMobile” saytının xəbərinə görə, “Galaxy A3”, “Galaxy A5”, “Galaxy A7”, “Galaxy A8”, “Galaxy A9” və “Galaxy A9 Proda” ibarət böyük “Galaxy A” (2016) ailəsi Android 7.0 Nougat yeniləməsini alacaq. Hələlik bu cihazların yeniləməni nə zaman alacağı dəqiq bilinmir.

“Samsung Galaxy S8” haqqında daha bir maraqlı xəbər yayılıb. Yeni modelin Qualcomm Snapdragon 830 və 835 prosessoruna sahib olacağı, 6 GB RAM, 64 GB, 128 GB və 256 GB kimi daxili yaddaşla təmin ediləcəyi ehtimal edilir. Telefonun daha bir özəlliyi isə cüt arxa kameraya sahib olmasıdır. “Samsung Galaxy S8”-in arxa kamerasında radikal dəyişik edildiyi, cüt lensli sistemə keçildiyi deyilir. İddialara görə, “Galaxy S8”-in ön kamerası da avto fokus xüsusiyyətinə sahib olacaq. Qeyd edək ki, sözügedən modelin 2017-ci ilin yanvar ayında təqdimatı gözlənilir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register