Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Facebook sosial şəbəkəsi şərhlər bölməsini çatla əvəzləməyi planlaşdırır. Hazırda yeni sistem məhdud sayda istifadəçilər üçün test mərhələsindədir. Çatın özəlliyi çevrilmiş pəncərə formasında olması və ekranda çox yer tutmaması olacaq. Bu isə xəbər lentini izləməyə və dostlarla ünsiyyətdə olmağa mane olmayacaq. Bununla belə, Facebook şirkətində düşünürlər ki, çevrilmiş pəncərə formasında olan çat bəzi istifadəçilərin diqqətini yayındıracaq. Çat vasitəsilə şərhlərə tez cavab vermək və cavab almaq mümkün olacaq.

facebook

Sektora geri qayıtmağa hazırlaşan “Nokia”nın Android əməliyyat sistemli yeni cihazının qiyməti bilindi. Android və iOS cihazlarının sürətli yüksəlişindən sonra fasilə perioduna girən, daha sonrasında isə sektorda daha çox dayana bilməyərək “Microsoft”un tərkibinə qatılan “Nokia”, bildiyiniz kimi “Microsoft” ilə olan müqaviləsini yekunlaşdırmış və yenidən mobil cihaz sektorunda öz markası ilə qayıtmaq üçün işlərə başlamışdı. Qarşıdakı ilin ilk aylarında sektora təkrar addım atmağa hazırlaşan “Nokia”, “HMD Global” adlı firmanın dəstəyini arxasına alaraq bu işi reallaşdıracaq. Marneulifm olaraq “Nokia”nın yeni ildə çıxardacağı cihazlar haqqında artıq bir neçə dəfə sizlərə məlumat vermişdik amma heç birində dəqiq bir qiymət bildirməmişdik. Nəhayət ki o detalı da dəqiqləşdirə bildik. “HMD” CEO-su Arto Nummela, “Nokia”nın Android əməliyyat sistemli yeni telefonları haqqında verdiyi bir digər reportajda, cihazların qiymətləri haqqında da detalları paylaşdı. D1C adı ilə gələcək olan Nokia cihazı, 2GB və 3GB RAM seçimi olmaq üzrə iki fərqli formada təqdim ediləcək. Cihazın 2GB RAM-lı modelinin qiyməti 150 dollar, 3GB RAM-lı modelinin qiyməti isə 200 dollar olacaq. Təbii ki, bu qiymətlər hələ Nokianın başlanğıcda olduğunun bir işarətidir. Telefonun xarakteristikalarına da baxdığımızda bu vəziyyəti anlamaq olur: 1.4GHz Snapdragon 430 prosessor, Adreno 505 GPU, 2GB / 3GB RAM, Android Nougat 7.0 əməliyyat sistemi, 16GB daxili yaddaş, 13 / 16MP arxa kamera, 8MP ön kamera. Nokia D1C-nin Fevral ayında keçiriləcək MWC 2017 tədbirində təqdim edilməsi gözlənilir.

nokia

Facebook, Istanbulda baş verən terror hücumundan sonra həmin ərazidəki insanların təhlükəsizliyini yaxınlarına xəbər etmək üçün “(güvendeyim) təhlükəsizlikdəyəm ” düyməsini aktiv hala gətirib. Qonşu ölkə Türkiyədə son zamanlar baş verən hücumlar Facebook-u da bu mövzuda addım atmağa məcbur edib. İstanbulda baş verən terror aktından sonra istifadəçilər yaxınlarının təhlükəsizlikdə olub olmadığını “(güvendeyim) təhlükəsizlikdəyəm ”bildirişi ilə əmin ola biləcəklər. Belə ki, bu ərazidə yaşayan hər hansı şəxsin təhlükəsizlikdə olması haqda düyməni aktiv etməklə ondan xəbərdar olmaq olur. Eyni zamanda bu sistem üzərində istifadəçilərin Facebook-da ən son nə vaxt paylaşım etdikləri öz əksini tapır. Əgər sizin də İstanbulda yaşayan yaxınlarınız varsa təhlükəsizlikləri haqda bildirişlər almaq istəyirsinizsə, onda həmin şəxs haqda bu bağlantı vasitəsilə məlumat ala bilirsiniz.

face tehluke

Yeni növ virusun yayılmasını MalwareHunterTeam komandası aşkar edib. Popcorn Time adlı şifrələyici virus, istifadəçinin kompüterinə daxil olandan sonra şifrələnmiş faylların geri qaytarılması üçün istifadəçidən həmin virusu digər insanlara göndərməyi tələb edir. Mütəxəssislər yeni növ virusun təkmilləşdirilməmiş cavan versiyası ilə qarşılaşıblar. Lakin onların sözlərinə əsasən bu virus gələcəkdə çox təhlükəli ola bilər. Cihaz sözügedən virus ilə yoluxandan sonra cihazdakı bütün fayllar şifrələnir və onlara ənənəvi üsul ilə daxil olmaq mümkün olmur. Faylların bərpası üçün xüsusi açar şifrəsi lazımdır. Virusun yaradıcıları istifadəçilərə, faylların geri qaytarılması üçün iki üsul təklif edir. Ya istifadəçi virus yaradıcılarına 1 bitcoin ödəməlidir (hal-hazırki məzənnə ilə 1 bitcoin 768$ edir), yada virusu digər insanlara göndərməlidir. Təqdim edilmiş iki yoldan hər hansını seçib yerinə yetirəndən sonra hackerlər şifrələnmiş faylları geri qaytarırlar. Cihazın virusla yoluxması, virusun olduğu linkə daxil olandan sonra baş verir. Belə ki, link, Tor brauzerinin şəbəkəsində olan şifrələyicinin serverinə keçid edir. Mütəxəssislər qeyd ediblər ki, təhlükəni aşkar etdikləri zaman server çalışmırdı. Virusda xüsusi təhlükəsizlik sistemi var. Əgər şifrə 4 dəfə yanliış yazılarsa onda fayllar avtomatik olaraq silinəcək. Hələki Popcorn Time təhlükəli deyil. Belə ki, o, faylları, AES-256 alqoritmi vasitəsilə Efiles adlı test qovluğunda şifrələyir. Lakin şifrələyicinin tam versiyası daha böyük təhlükəyə səbəb ola bilər. Bu cür viruslardan qorunmaq üçün ən əsası şübhəli linklərə daxil olmamaqdır.

hacker primary

Google Translate-də böyük ölçülü mətnləri tərcümə edənlər üçün pis xəbər. Artıq servisdə tərcümə üçün hərf limiti qoyulub. Belə ki, tərcümə olunan mətndə hərflərin sayı 5000-i keçməməlidir. Limiti keçən zaman, tərcümə pəncərəsinin sağ aşağı hissəsində limitin keçilməsi haqqında qırmızı rəngdə xəbərdarlıq əks olunur. “Google”ın bu cür qərarının səbəbi aydın deyil. Şirkət bu barədə hətta heç bir açıqlama belə verməyib. Bu servisdən mütəmadi olaraq istifadə edən istifadəçilər artıq mətnləri bir neçə hissəyə bölməli olacaqlar. Təbii ki, əgər bu çox vaxt aparacaqsa onda istifadəçilər digər online tərcümə servislərinə müraciət etməlidirlər.

translate

Sosial media xidməti Facebook, mesajlaşma tətbiqi olan Messenger üzərindən ediləcək ödəmələr üçün Avropada lisenziya aldı. Bununla da Facebook Messenger tətbiqi, Avropada da istifadəçilərin eyni zamanda təhlükəsiz ödəmə edə biləcəyi platforma rolunu oynamağa başlayır. Facebook-un İrlandiyadakı Mərkəzi Bankdan aldığı lisenziya, sosial media xidmətinin mesajlaşma tətbiqi içində yardım kampaniyaları üçün ianə edilməsi və istifadəçilərin bir-birinə pul göndərib almasına imkan tanıyır. Lisenziya sadəcə İrlandiyada deyil, bütün Avropada da keçərli olacaq. Avropalılar da artıq Messenger-dən pul göndərə biləcəklər. Facebook oxşar pul köçürmələrini ABŞ-da Messenger üzərindən edə bilirdi, amma Avropada bunun üçün lisenziya yox idi. Sosial media nəhənginin bu ödəmə sistemlərini həyata keçirmək və inkişaf etdirmək üçün qurduğu bir şirkət də mövcuddur.Facebook Payments International Ltd (FBPIL) adlı şirkət, Facebook üzərindən bütün ödəmə xidmətlərini həyata keçirirdi. Facebook Messenger, 2015-ci ilin mart ayında ABŞ-da ödəmə xidmətləri üçün lazımlı lisenziyaları almışdı. Bunun sayəsində fərqli firmalar, Messenger üzərindəki Chatbot tətbiqləri üzərindən sifariş alıb ödəmələrini yenə Messenger üzərindən qəbul edə bilirlər.

messenger-payments

Apple spam mövzusunda ilk addımı atdı! iOS və macOS cihazlarını hədəf alan iCloud spam təqvim istəkləri, keçdiyimiz həftələrdə gündəmə bomba kimi düşmüşdü. Çində spam hücumları ilə istifadəçilərin təqvimlərinə reklan formatında tədbirlər əlavə olunurdu. Qısa zaman içərisində minlərcə insana təsir edən bu hadisə Apple-ın iCloud təqvim paylaşımlarını aradan qaldıracağını da gündəmə gətirmişdi. Apple, bugün iCloud.com-un təqvim hissəsində”Vacib olmayanı bildir” seçimini əlavə edərək bu mövzuda ilk addımı atdı. Bu metod ilə bir növ istifadəçilərin köməyilə spam mövzu yaradan iCloud hesablarını ortaya çıxarmaq istəyən Apple, hələ ki, vəziyyəti tam ələ almış deyil. iCloud.com üzərindən təqvim istəklərini bildirmə xüsusiyyətinin önümüzdəki günlərdə ilk əvvəl iOS daha sonra macOS platformalarına da gəlməsi gözlənilir.

icloud-takvim

Hokinq və NASA mütəxəssisləri miniatür ölçülərdə kosmik aparat düzəltməyə çalışırlar. Məşhur fizik Stiven Hokinq NASA-nın mütəxəssisləri ilə birlikdə Alfa Tsentavra uçmaq üçün StarChip kosmik gəmisi üzərində işləyir. Qeyd edək ki, bu gün mövcud olan kosmik gəmilər texniki səbəblərdən super sürəti əldə edə bilməyiblər. Lakin Hokinq və NASA mütəxəssisləri miniatür ölçülərdə kosmik aparat düzəltməyə çalışırlar. Onlar 35 ildən sonra planetimizi tərk edəcəklər. Bu aparatın sürətlərini saatda 150 mln kilometrə (1/5 işıq ili) çatdırmağı düşünürlər. Həmin sürətlə bu aparat sözügedən ekzoplanetə 20 ilə çatacaq. Hələlik bu, yalnız plandır, onu həyata keçirmək üçünsə, onlar ciddi işləməli, çoxlu vaxt və güc sərf etməlidirlər. Əvvəlcə, yaradıcılar Günəş sistemindən kənarda uçmağa dözümlü olan texnologi üzərində işləməlidirlər. Daha sonra Hokinq və onun NASA alimlərindən ibarət komandası əvvəlcə bu ulduza uçacaq qurğunun marşrutunu hazırlamalıdır ki, yüksək şüalanma zonasından keçərkən hansısa deformasiyaya uğramasın. Bundan başqa, mütəxəssislər bütün gəmilərdə mövcud olan mühafizə ekranı ilə təchiz edilməlidir. Bununla yanaşı, Alfa Tsentavra çatmaq üçün həmin cihaza özü-özünü avtonom rejimdə təmir edən silikon çip tələb olunur. Planetimizin aqibətini əks etdirən tükürpədici video yayıldı Bir müddət əvvəl Sputnik xəbər vermişdi ki, alimlər Günəşin yaxınlığında Yer tipli planet aşkarlayıblar. Proksima B ekzoplaneti Tsentavr ulduz bürcündə, “qırmızı cırtdan” Proksimanın (Alfa Tsentavr) ətrafında fırlanır. Bizim planetin prototipi Günəşin ətrafında 11,2 günə tam dövr edir və Yerdən 4,3 işıq ili (40 trln km) məsafədə yerləşir. Proksima Yerə yaxınlaşarkən Tsentavr ulduzunun hərəkət sürəti artır. Amma Proksima B-nin hərəkəti zəifləyəndə, ulduz da öz fəallığını azaldır. Proksima B bizim planetdən 1,3 dəfəyə qədər böyükdür və onun peyki Yerə nisbətən Günəşə 20 dəfə yaxınlıqda yerləşir. Qranada Pedro Amado Astrofizika İnstitutunun tədqiqatçılarının sözlərinə görə, Proksima B indiyə qədər məlum olan 3,5 min ekzoplanet içərisində Yerə ən yaxın olanıdır. Ona görə də, bu planetdə həyat şərtlərinin yüksək olma şansı çoxdur.
Müasir dövrümüzdə telefonlarda ən çox istifadə edilən əməliyyat sistemləri Android və İOS-dur. İOS yalnız iPhone smartfonlarında istifadə edilsə də, əksər modellər Android əməliyyat sistemindən istifadə edir. EverythingApplePro adlı Youtube kanalı ilk iPhone və ilk android telefonlarını yarışdırdı. Yarışmanın gedişatını və nəticəsini aşağıdakı videodan öyrənə bilərsiniz.

İngilis alimlərinin işləri nəticəsində əldə edilən məlumatlara görə, dünyadakı bütün bəşəri (insan istehsalı) ünsürlərin ağırlığı 30 trilyon ton edir və bu obyektlər kvadrat metr başına 50 kilo tullantı buraxır. Jurnalda nəşr olunan məlumatlara görə, binaların, tarlaların qısacası insanların gündəlik həyatında gözüylə gördüyü hər şeyin olduğu Teknosfer layında insan istehsalı obyektlər cəmdə 30 triliyon ton ağırlığa sahibdir. Bu araşdırmanın ən acılı nəticəsi isə hər kvadratmetrə neçə kiloqram tullantının düşməsidir. Araşdırmaya görə, əgər dünya üzərindəki bütün ota hər sahəyə bərabər bir şəkildə paylanmış kimi hesablandığında kvadrat metr başına 50 kilo zibil düşür. Binaların istehsal prosesində qalıqlardan elektron cihazların tullantılarına qədər bütün zibillərin toplandığı bu ağırlıq hesablamasında ortaya çıxan nəticə isə həqiqətən narahat edicidir.

Texnologiya-Xeberleri

HTC şirkətinin yeni smartfon modeli HTC 11-in texniki xüsusiyyətləri internetdə yayıldı. Məlumatlara əsasən, olduqca güclü bir smartfon olduğunu deyə bilərik. Çərçivəsiz ekran: Paylaşılan məlumatlara görə HTC 11 modeli Sharp şirkəti ilə birgə istehsal olunan 5.5 düymlük QHD ekrana sahib olacaq. Lakin, cihazın çərçivəsiz ekranı Xiaomi-dəki kimi köklü dəyişikliklərdən ibarət olmayacaq. Yəni smartfon ön kameraya sahib olacaq. Cüt arxa kamera: Bildiyiniz kimi, HTC smartfon sektorunda cüt kamera texnologiyasından istifadə edən ilk markalardandır, lakin HTC 10 modelində bu kameralardan istifadə edilməmişdi. HTC 11 modeli ilə birlikdə biri 8 MP digəri isə 12 MP olan cüt arxa kameradan istifadə ediləcək. Güclü texniki xüsusiyyətlər: Yayılan məlumatlara görə HTC 11 modeli 6 GB və ya 8 GB RAM-a ( əməli yaddaş ) sahib olacaq və cihazın daxili yaddaşı 256 GB həcmində olacaq. Cihazın prosessoru isə gözləniydiyi kimi Snapdragon 835 olacaqdır. Əlavə olaraq, cihaz Android 7.1 əməliyyat sisteminə və 3700 mAH batareyasına sahib olacaq. Cihazın texniki xüsusiyyətləri barədə ən dəqiq məlumat 2017-ci ildə Barselonada keçiriləcək Dünya Mobil Konqresində paylaşılacaq.

HTC-Desire-S2-640x360[1]

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register