Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 12.12.2016-cı il.

627-ci ilin 12 dekabrında Nineviya döyüşündə Bizans imperatoru II İrakli Sasani hökmdarı II Xosrova qalib gəlmişdir.
Mərmərə dənizi sahilində I Səlib yürüşünün əsas döyüşü 1096-cı ilin bu günü baş vermişdir.
Osmanlı sultanı II Süleyman 1574-cu ilin 12 dekabrında hakimiyyətə gəlmişdir.
12 dekabr tarixində Niderland dənizçisi Abel Tasman Yeni Zelandiyanı kəşf etmişdir.
İspaniya və Böyük Britaniya arasında müharibə başlamışdır. Bu hadisə 1804-cü ilin 12 dekabrında baş vermişdir.
12 dekabr 1911-ci il tarixində Hindistanın paytaxtı Kəlküttədən Dehliyə köçürülmüşdür.
Qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısı Çingiz Aytmatov 12 dekabr 1928-ci ildə Qırğıstanın Şəkər kəndində anadan olmuşdur.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist höküməti olmu.dur. Azərbaycan Milli Hökumətinin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, Azərbaycan Milli Hökuməti tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan C’nubi Az’rbaycanda 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Höküməti elan olunmu.dur. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır. Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının bir uğru olmuşdur.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register