Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google” şirkətinin elektron poçt xidməti olan “Gmail” ilə bağlı təhlükəsizlik açığı aşkar olunub. Pakistanlı bir xakkerin texnologiya nəhəngi “Google”dan belə bir “açıq” tutması hər kəsi təəccübləndirib. Hakker bildirib ki, bu elə bir səhvdir ki, bununla bir çox şəxsin hesabına sızmaq mümkün olar. Təhlükəsizlik açığının detalları da olduqca maraqlıdır. Belə ki, “Google” eyni istifadəçiyə aid olduğu hesab etdiyi hesabları ortaq hesablar kimi qəbul edir və hesabları bir-birinə bağlayır. Əgər hesablardan biri zaman aşımına uğradısa (3 ay) , eyni adla hesab açıb digər hesabın məlumatlarını əldə etmək mümkün olur. Qeyd edək ki, artıq hakker bunu “Google” şirkətinə bildirib və buna görə şirkətədən yüksək məbləğdə mükafat alıb.

gmail

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin noutbuklarda “Qualcomm” şirkətinin istehsalı olan prosessorlarla işləyəcək versiyasını yaratmaqla məşğuldur. Bu fakt fərdi kompüterlər üçün iri prosessorlar tədarükçüsü kimi tanınan “Intel” şirkətinin mövqelərini zəiflədə bilər. Bundan başqa, ABŞ korporasiyasının dəstəyi “Qualcomm” şirkətinə müvafiq bazarda möhkəmlənməyə imkan verəcək, eləcə də əməkdaşlıq perspektivdə İT bazarının strukturunu xeyli dəyişdirəcək. Bildirilir ki, “Qualcomm” prosessorları qurğunun batareyasının tutumu nəzərə alınmaqla yaradılıb, həmçinin prosessorlar şəbəkə ilə inteqrasiya edilmiş rabitə vasitələrinə malikdir. “Microsoft” və “Qualcomm” arasında əməkdaşlıq nəticəsində 24 saat elektrik enerjisinə qoşulmadan işləyən və eyni zamanda daim məlumat ötürmə şəbəkələrinə qoşulmuş olan nazik noutbuklar yaradılacaq. İlk belə qurğunun 2017-ci ildə təqdim ediləcəyi gözlənilir. Məlumata görə, “Windows” əməliyyat sisteminin mobil qurğulara köçürülməsi ilə bağlı problem onlara sistemi quraşdırmaqla deyil, fərdi kompüteri mobil qurğuya çevirməklə həllini tapacaq.

kompyuter

“Android.Loki.16.origin” virusu “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfon və ya planşetlərdə sistem kitabxanalarına giriş əldə etməyə cəhd göstərir. “Doktor Veb” şirkətinin araşdırmasına görə, bundan sonra sistemi yenidən quraşdırmadan troyanı silmək qeyri-mümkündür. “Android.Loki.16.origin” troyanı reklam və zərərverici proqramlar vasitəsilə yayılır. Virus qurğu haqda məlumatı cinayətkarların serverinə ötürür və telefona “root” giriş əldə etmək üçün ona eksploit yüklənilir. “Android.Loki.16.origin” virusu “/system” bölməsinə yeridilir və sistem fayllarının dəyişilməsinə giriş imkanına malik olur. Virusu sildikdən sonra sistem açılmır, çünki bəzi sistem kitabxanaları troyanla birgə silinmiş olur. Troyan aktivləşdikdən sonra qurğulara başqa zərərverici proqramlar, reklam modulları yükləyir. Cinayətkarlar reklam bannerlərinin nümayişindən və “Google Play”da proqramların yüklənmə statistikasını saxtalaşdırmaqla pul qazanırlar. Qurğunun işini bərpa etməyin yeganə üsulu sistemi yenidən quraşdırmaqdır. Yaxın günlərdə adıçəkilən servis ABŞ vətəndaşları üçün əlçatan olacaq. Bu barədə xarici mətbuatda məlumat yayılıb. Birbaşa videobağlantı rejimini istifadəçilər “Instagram Stories”dən yükləyə biləcəklər. Həmin videolara sonradan baxmaq isə mümkün olmayacaq. Səbəb videoların “Instagram”ın serverlərində saxlanmamasıdır.

android

Miçiqan Universitetinin alimləri ekrana bir toxunuşla mobil telefonu enerji ilə təmin edən cihazı təqdim ediblər. Yeni cihaz, nanogenerator (ferroelectret nanogenerator və ya FENG) adlanır və görünüşcə smartfon ilə planşet ekranının üzərini örtən nazik lentə bənzəyir. Nanogenerator maye kristallik ekrana istənilən toxunuş sayəsində enerji hasil edir. “Biz artıq o zamana yaxınıq ki, üzərimizdə gəzdirdiyimiz cihazlar bizim enerjimizlə çalışacaqlar. Yaxın gələcəkdə biz cihazlarımızı xüsusi naqillər vasitəsilə enerji yığmaq dərdindən qurtulacağıq. Həmin cihazlar insan bədəninin hərəkətləri sayəsində elektroenerji ilə təmin olunacaqlar”, – deyə tədqiqatçı qrupun rəhbəri Nelson Sepulveda bildirib. Cihaz üzərində biouyğunlaşan material laylarından ibarət silisium plastin ilə təchiz olunub. Hər bir lay əlavə olaraq ion metalları ilə o qədər zənginləşir ki, sistemin hər bir layında elektrikləşdirilmiş hissəciklər olur. Bu cür sistemdə elektroenerji istənilən mexaniki hərəkətdə yaranır. Məsələn, barmaq toxunuşunda. FENG çox kompakt ölçüdədir və bir vərəq qədər nazikdir. Hal-hazırda alimlər, enerjini cihaza naqilsiz şəkildə ötürə biləcək və ayaqqabıya qoşula biləcək bu cür cihaz üzərində çalışırlar. Beləliklə, insan addım atarkən enerji hasil olunacaq və cihaz şarj olunacaq.

“Apple”, iOS 10.2 yenilənməsinin son versiyasını təqdim etdi. Bəs iOS 10.2 ilə birlikdə gələn yeniliklər nələrdir və hansı modellər bu versiya ilə işləyə biləcək? “Apple”, iOS 10.2 yenilənməsinin testlərini 6-cı beta versiyası ilə sonlandıraraq, dünən final versiyasını təqdim etdi. iOS 10.2 yenilənməsi ilə gələn yeniliklərdən, uyğun cihazlara qədər bir çox məlumatı bu xəbərimizdə sizlər ilə paylaşırıq. iOS 10.2 nə kimi yeniliklər təklif edir? Təxminən 360 MB həcmində olan iOS 10.2 yenilənməsi ilə birlikdə istifadəçilərin qarşısına çıxan yeniliklərdən ilk olaraq, MacBook Pro təqdimat mərasimində tanıdılan TV tətbiqi gəlir. Hazırda sadəcə ABŞ-da istifadə edilə bilən tətbiq,TV verlişlərinə və filmlərə rahatlıqla baxmanıza şərait yaradır. 100-dən artıq yeni emosiyadan başqa iPhone 7 və iPhone 7 Plus istifadəçilərinin işlədə biləcəyi üç yeni divar kağızı da, iOS 10.2 ilə birlikdə gələn yeniliklər arasında yer alır. iOS 10.2-ni necə yükləmək olar? iOS 10.2 yenilənməsini yükləmək üçün tək etməli olduğunuz, Tənzimləmələr> Ümumi>Əməliyyat sistemi yenilənməsi bölməsində qarşınıza çıxan yenilənmə xəbərdarlığında Endir və Yükləni seçməkdir. Əlavə olaraq, iOS 10.2 yenilənməsini iPad, iPod və ya iPhone-unuzu kompüterinizə qoşaraq iTunes üzərindən edə bilərsiniz. iOS 10.2 yenilənməsini alan modellər. iOS 10.2 yenilənməsi; iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPad Air, iPad Air 2, iPad 2, iPad 3, iPad 4, iPad mini, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro, 9.7 inç iPad Pro və iPod touch 5 modellərini əhatə edir.

ios

Facebook video mövzusunda iddiasını davam etdirməkdədir. Artıq Facebook-da 360 dərəcə Live videolar görmək mümkün olacaq. Hər keçən gün yeniliklər tətbiq edən Facebook, rəqiblərindən geri qalmır. Buna görə də qısa zaman əvvəl Live video xidməti təqdim edən Facebook, indi də 360 dərəcə videoları izləyə biləcəyiniz Live 360 xidmətini əlavə etdi. 360 dərəcə National Geographic sənədli filmi. Facebook bu xidməti daha irəli daşımaq üçün National Geographic ilə iş birliyi edir. Məşhur sənədli film kanalı, Live 360 üzərində, Mars təcrübələrinin 360 dərəcə çəkilmiş videolarını yayımlayacaq. National Geographic hal-hazırda Utahda qurulan xüsusi bir təsisatda Marsda yaşayacaq astronavtların yaşayış şəraitini test etmək üçün süni yaradılmış yerdə təcrübə prosesi həyata keçirir. Facebook-un yeni Live 360 videoları hələ ki, istifadəyə açıq deyil. Sosial media nəhəngi bu xüsusiyyəti ilk əvvəl bəzi səhifələrdə istifadəyə verəcək. Bundan sonra daha çox səhifə xüsusiyyəti istifadə olunmağa başlayacaq. 2017-ci ilin sonuna doğru bütün istifadəçilər canlı 360 dərəcə videolar yayımlamağa başlaya biləcək.

facebook_lggs5k

İlk əvvəl iOS istifadəçilərinə təqdim olunan yenilik tezliklə Android istifadəçilərin də istifadəsinə verilə bilər. Google tez bir zamanda mobil klaviatura tətbiqində vacib yeniliyə imza atmağa hazırlaşır. Google-un mobil klaviaturası üçün vacib bir yenilik təqdim olunacaq. Google, əslində Gboard adını verdiyi yeni klaviaturasını aylar əvvəl yayımlanmışdı, amma naməlum səbəblərdən bu yenilik ancaq iOS istifadəçilərinə təqdim olundu. Google Keyboard-u Gboard əvəz edəcək. İlk əvvəl iOS üçün təqdim olunan Gboard indi də Android istifadəçilərinə təqdim olunacaq. Google, inteqrasiya axtarış funksiyaları, GIF axtarış xüsusiyyətlərə sahib olan və Gboard adını verdiyi yeni klaviatura tətbiqini Android üçün də yayımlayacaq. Google Keyboard-ın 6.0 versiyası ilə bərabər yenilənəcək olan klaviaturalar artıq “Google Keyboard” deyil, Gboard olaraq adlandırılacaq. Hələ ki, rəsmi açıqlama edilməsə də Google-dan sızdırılan məlumatlara görə istifadəçilər yenilikdən çərşənbə günündən etibarən istifadə edə biləcəklər. Yenilik bir çoxlarının sevdiyi GIF axtarış və onları sağa sola yağışdırmaq kimi xüsusiyyətləri ilə diqqət çəkməkdədir. Siz də bu yenilikdən faydalanmaq istəsəniz, onda yeniliyi aktivləşdirməyi unutmayın.

1gboard

“HMD Global” şirkəti, Nokia brendi altında öz ilk məhsulunu təqdim etdi. Yeni mobil telefonlar sadə görünüşlü Nokia 150 və onun iki SIM kart versiyalı Nokia 150 Dual SIM olmuşdur. İstehsalçının sözünə əsasən bunlar sadə, dözümlü mobil telefonlardır. Hər iki modelin qiyməti isə 26$ təşkil edir. Nokia 150 modeli, 2.4 inç QVGA ekran, VGA kamera (işıqlandırma sistemli), 1020 mAh enerji tutumlu batareya və microSD kart (32 GB-a qədər) girişi ilə təchiz olunmuşdur. Bu modelin avtonom rejimdə enerji saxlama müddəti 31 gün, danışıq zaman saxladığı enerji müddəti isə 22 saatdır. Nokia 150 Dual SIM, avtonom rejimdə 25 gün enerji saxlama qabiliyyətinə sahibdir. Həmçinin hər iki modeldə Bluetooth 3.0, micro-USB girişi, 3.5 mm audio girişi də mövcuddur. Hər iki model 2017-ci ilin ilk rübündə satışa çıxacaq. Qeyd edək ki, bu ilin May ayında “Nokia”, “HMD Global” şirkəti ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən ikinci tərəf, növbəti 10 il ərzində Nokia brendi altında mobil telefon və planşet istehsal edə bilər.

nokia

Avropa Birliyi, dünyaca məşhur texnologiya şirkətlərinə 165 milyon evro pul cəzası verdi. Hər kəsə məlum olduğu kimi ağıllı telefonlar, tablet və kompüterlərin batareyaları litium ionundan təşkil olunur. Sony, Panasonic və Sanyo şirkətləri “kartel meydana gətirməsi səbəbiylə” 165 milyon evro cərimə aldı. Cərimənin səbəbkarı isə Samsung şirkətidir. Belə ki, Sony, Sanya və Panasonic şirkətləri litium batareyaları istehsalında ortaq bir qiymət təyin etmək və məlumatları paylaşmaq məqsədilə kartel təşkil ediblər. Bu isə Avropa Birliyi qanunlarına əks davranışdır. Kartelin varlığını isə Samsung şirkəti ortaya çıxarıb. Ona görə də Samsung bu mövzuda heç bir cəza almayıb. Amma Sanyo-dan 97 milyon 149 min, Panasonic-dən 38 milyon 890 min və Sony-yə 29 milyon 802 min avro ödənişi tələb olunur.

sony-sanya-ve-panasonic

“Samsung” şirkəti vacib qərar qəbul edib. Belə ki, “Apple” şirkətindən sifarişlərin olmadığı üçün “Samsung”, prosessorlar istehsalını yenidən qurmağa qərar verib. “Apple” şirkəti isə öz növbəsində “TSMC”ni seçib. “Samsung”, prosessor istehsalını tamamilə ayırmağı düşünür. Şirkət bunun üçün hətta ayrı bir struktur da yarada bilər. Hal-hazırda “Samsung”un çiplər ilə bağlı 4 şöbəsi var. Mobil prosessorların istehsalı, kamera və ekranlar üçün çiplərin istehsalı, müştərilərin texniki dəstəyi və mikrosxemlərin istehsalı. İstehsalatın yenidən qurulmasının hesabına şirkət, yeni şöbənin artımını və alt şöbələrin idarəedilməsinin yüksəldilməsini planlaşdırır. Lakin bütün bunlara baxmayaraq “Apple”ın tamamilə “Samsung”dan imtina edəcəyi hələki bilinmir. Gələcəkdə şirkətlər yenidən əməkdaşlıq edə bilərlər.

mobil

Əgər siz, YouTube-a kompüter vasitəsilə daxil olub videoya baxırsınızsa onda videonun lazımi hissəsinə qayıtmaq elədə çətin olmur. Belə ki, nəzərə alsaq ki, kompüterin böyük ekranı var, bu xüsusiyyət videoda lazımi səhnələrə qayıtmaq prosesini asanlaşdırır. Lakin planşetlərdə və ən əsasda smartfonlarda bunu etmək bir qədər çətindir. Xoşbəxtlikdən “Google” şirkəti bunun fərqindədir və YouTube üçün yeni xüsusiyyət əlavə edib. Mobil telefonlar üçün nəzərdə tutulmuş YouTube tətbiqinin yenilənmiş versiyasına daxil olub video izləyən zaman ekranın sağ və sol tərəflərindən videonu 10 saniyəlik geri-irəli çəkə biləcəyiniz xüsusi düymələr ilə qarşılaşacaqsınız. Bu funksiya sayəsində istifadəçilər uzun video izləyən zaman videonu bir neçə dəqiqə əvvələ və ya qabağa çəkmək əvəzinə bunu 10 saniyəlik zamanlama ilə edə biləcəklər. Qeyd etmək lazımdır ki, yeni funksiya YouTube-un 11.47.55 versiyasında çalışır. Tətbiqi yeniləyəndən sonra siz cihazın ayarlarına daxil olaraq YouTube tətbiqinə keçid edərək onun məlumatlarını pozmalı olacaqsınız. Yalnız bundan sonra yeni funksiya işə düşəcək.

youtube

Almaniya alimləri giroskop, kamera və akselerometr göstəricilərinə əsasən aqressiv manevrlər yerinə yetirən pilotsuz uçan aparat yaradıblar. Kvadrakopterlər konstruksiyalarına görə yüksək manevrliyə malik olsalar da, eksperimentlərdə mürəkkəb hərəkətlərin yerinə yetirilməsi üçün adətən əlavə kənar idarəetmə və yerləşmə sistemindən istifadə olunur. Belə sistemdən, məsələn, birrotorlu asimmetrik dronun sınaqları və dronlar vasitəsilə kəndirli keçidin tikintisi üçün istifadə olunub. Bununla belə, kənar sistemlər mövcud texnologiyaların tətbiqini məhdudlaşdırır. Pilotsuz uçan aparatları maksimum müstəqil etmək üçün mühəndislər yalnız akselerometr, giroskop və bort kamerası göstəricilərindən istifadəni təklif ediblər. Nümayiş zamanı mütəxəssislər birplatalı “Odroid-XU4” kompüteri bazasında sistemi sınaqdan keçiriblər. Alqoritm düzbucaqlı oyuq vasitəsilə dronun uçuşuna müəyyən düzəlişlər edib. Məlumata görə, proqram təminatının pəncərə bucağının dönməsindən asılı olmayaraq trayektoriyanı hesablamağa imkan verməsinə baxmayaraq praktikada alimlər 45 dərəcəlik bucağı ötməyiblər. Bu, aparatın maneələri dəf edərkən saniyədə üç metrədək sürət toplayan ağır çəkisi (830 qram) ilə izah edilib. Həmçinin bu halda aparatın trayektoriyadan uzaqlaşması 10 santimetrdən çox olmayıb. Alimlərin hesablamalarına görə, kvadrakopterin uğurlu uçuşu 80 faiz təşkil edib. Bundan əvvəl analoji texnologiyanı Pensilvaniya Universitetinin tədqiqatçıları nümayiş etdirib. Onların sistemi də yalnız öz ötürücü və hesablama imkanlarından istifadə edib. Lakin aparatın çəkisi 250 qram olub ki, bu da ona daha mürəkkəb vəzifələri yerinə yetirməyə imkan verib.

“Skype Translator” danışığın sinxron tərcümə funksiyası mobil və stasionar telefon nömrələrinə zəngləri dəstəkləməyə başlayıb. Adi nömrələrə zənglər üç şərt əsasında işləyir: istifadəçi “Windows Insider” yoxlama proqramının iştirakçısı olmalı (bu proqrama qoşulmaq pulsuzdur), “Skype” proqramının ən son beta versiyası quraşdırılmalı və istifadəçinin hesabında vəsait olmalıdır. “Skype Translator” funksiyası mobil və şəhər telefonlarına zəng vaxtı proqramın daxilində olduğu kimi işləyir: nömrəyığan işə salınır, “Tərcümə et” (“Translate”) aktivləşdirilir və dil seçilir. Yalnız bir istisna mövcuddur: dialoqa başladıqda həmsöhbət danışığın real vaxt rejimində tərcümə edilməsindən xəbərdar edilməsidir. Yeni funksiyanın sınaqlarına 2014-cü ildə başlanılıb, 2015-ci ilin payızında isə bütün istifadəçilər üçün əlçatan olub. Cari ilin oktyabrında bu funksiya rus dilini öyrənərək ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqal, alman və ya ərəb dillərinin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verib. “Skype Translator” funksiyasının əsasını neyron şəbəkəsi ilə işləyən kompüter təlimi texnologiyası təşkil edir. Bu o deməkdir ki, xidmət istifadə edildikcə müstəqil təkmilləşir, yəni daha çox insan bu funksiyadan yararlandıqca tərcümənin keyfiyyəti bir o qədər yüksək olur.

skaype

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register