Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 14.12.2016-cı il.

Fransız astroloqu və həkimi Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində, xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub.

ABŞ- nın dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-ın ilk Prezidenti Corc Vaşinqton 1799-cu ilin 14 dekabrında dünyasını dəyişmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1825-ilin 14 dekabrında Rusiyada dekabristlər üsyanı baş verib.

Alman fizik Maks Plank 1900-cu ilin bu günü Kvant nəzəriyyəsini açıqlayıb.

14 dekabr 1911-ci ildə Norveç səyyahı Amundsen Cənub qütbünə çatan insan kimi tarixə düşüb.

Krit adası rəsmən 14 dekabr 1913-cü ildə Yunanıstan tərəfindən anneksiya edilmişdir.

Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur.

Finlandiyaya qarşı hərbi təcavüzə görə SSRİ 1939-cu ilin bu günü Millətlər Liqasından xaric edilmişdir.

1995-ci ilin 14 dekabrında Deyton sazişinin imzalanması ilə Yuqoslaviyada müharibəyə son qoyulub.

2008-ci ilin bu günü İraqlı jurnalist Muntazar əl Zeydi Bağdadda keçirilən mətbuat konfransında ABŞ prezidenti Corc Buşa ayaqqabı tullamışdır. Əl Zeyli bu addımından sonra məşhurlaşıb. Hadisədən sonra müxtəlif ölkələrdə Corc Buşun şəklinə ayaqqabı atma yarışları təşkil olunub.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register