Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu il də sosial şəbəkələrdə selfi çılğınlığı davam etdi. Kimi dağın başında, kimi suyun altında, kimi də getdiyi ölkələrdə şəkil çəkib paylaşdı. Maraqlıdır, indiyə kimi ən çox selfinin çəkildiyi yerlər hansılardır? Siyahıya Parisin məşhur Eyfel qülləsi başçılıq edir. Hər il milyonlarla turisti Parisə cəlb edən Eyfel qülləsi, selfi sevərlərin də sevimli məkanıdır. Ən çox selfi çəkilən yerlərdən biri də dünyanın ən hündür göydələni Burc əl Xəlifədir. Hətta 830 metrlik bu tikilinin üstündə selfi çəkdirməklə ilkə imza atanlar da olub. Londonun Biq Ben saatı, Romanın Kolizeyi, Parisin Disneylendi də selfi sevərlərin ən çox müraciət etdiyi məkanlar sırasında yer almağı bacarıb. Onu da qeyd edək ki, bu il selfiyə qurban gedənlər də az olmayıb.

selfi

İnstagram yeni təqdim etdiyi yenilənmə ilə istifadəçilərin bəyəndiyi paylaşımları yadda saxlamağa imkan yaradır. Bu xüsusiyyət necə çalışır? Hər yeni gün Instagram yenilənməkdə davam edir. “Snapchat”-ın demək olar ki, bütün xüsusiyyətlərini özündə birləşdirən Instagram yeni bir xüsusiyyəti ilə istifadəçiləri sevindirəcək. Instagram-ın son yenilənməsi ilə gələn xüsusiyyət, istifadəçilərin daha sonra yenidən baxmaq istədikləri paylaşımları yaddaşda saxlayır. Belə olan halda həmin qeyd olunanı offline olaraq da izləmək mümkün olur. Qeyd edilən paylaşımlar, Instagram-da görünən yeni bir keçidin altında saxlanır. İstifadəçi istədiyi vaxt bu keçidə keçid edib, paylaşımları offline izləyə bilir. Bir paylaşımı qeyd etmək üçün görüntünün sağ tərəfindəki işarətə klik etmək kifayətdir. Qeyd olunan paylaşımlar arasında videolar da yer alır. Əlbəttə ki, bu paylaşımları offline izlədiyiniz üçün edilən yeni rəylər görünməyəcək. Sözü gedən yeniliklər Instagram-ın 10.2 versiyasında geçərlidir. Bu yenilik ABŞ-da yaşayan istifadəçilərdən başlayaraq növbə ilə bütün dünyada aktiv hala gətiriləcək.

instagram1

Dünyanın ən populyar mobil mesajlaşma xidməti olan “WhatsApp” istifadəçilərinə şad xəbərimiz var. Görüntülü danışıqdan sonra daha bir yenilik istifadəçiləri sevindirəcək. Belə ki, sizə səhv yazılan mesajları geri göndərə bilərsiniz. Hətta siz istəmədiyiniz və ya səhv adama atdığınız mesajları da ləğv edə bilərsiniz. Bu mesajla yanaşı videolara da şamil ediləcək.

whatsapp

Yaponiyanın “Panasonic” şirkəti ilə “Lawson” mağazalar şəbəkəsi tərəfindən birgə əməkdaşlıq çərçivəsində hazırlanmış avtomatlaşdırılmış kassa alıcıları bazarlığı səbətdən paketə yerləşdirmək ehtiyacından xilas edəcək və ödəniş prosesini sürətləndirəcək. Yeni sistem bazarlıq üçün ştrix-kod skanerləri ilə təchiz edilmiş xüsusi zənbil və təkmilləşdirilmiş kassa masalarından ibarətdir. Alıcı sensor ekranlı kassaya yaxınlaşdıqda artıq hazır olan çeki kart və ya nağd pulla ödəmək mümkündür. Bundan sonra içində bazarlıq olan səbət xüsusi yerə qoyulur və aşağıya doğru gedir. Daha sonra paketə yerləşdirilmiş bazarlıq yuxarıya doğru qalxır. Hazırda bu sistem “Panasonic” şirkətinin mənzil qərargahının qarşısında yerləşən “Lawson” mağazasında sınaqdan keçirilir. Partnyorlar gələn ilin sonunda və 2018-ci ildə “Lawson” şirkətinin başqa mağazalarında da yeni kassalar qurmaq niyyətindədirlər.

panasonic_p88

Almaniya alimləri giroskop, kamera və akselerometr göstəricilərinə əsasən aqressiv manevrlər yerinə yetirən pilotsuz uçan aparat yaradıblar. Kvadrakopterlər konstruksiyalarına görə yüksək manevrliyə malik olsalar da, eksperimentlərdə mürəkkəb hərəkətlərin yerinə yetirilməsi üçün adətən əlavə kənar idarəetmə və yerləşmə sistemindən istifadə olunur. Belə sistemdən, məsələn, birrotorlu asimmetrik dronun sınaqları və dronlar vasitəsilə kəndirli keçidin tikintisi üçün istifadə olunub. Bununla belə, kənar sistemlər mövcud texnologiyaların tətbiqini məhdudlaşdırır. Pilotsuz uçan aparatları maksimum müstəqil etmək üçün mühəndislər yalnız akselerometr, giroskop və bort kamerası göstəricilərindən istifadəni təklif ediblər. Nümayiş zamanı mütəxəssislər birplatalı “Odroid-XU4” kompüteri bazasında sistemi sınaqdan keçiriblər. Alqoritm düzbucaqlı oyuq vasitəsilə dronun uçuşuna müəyyən düzəlişlər edib. Məlumata görə, proqram təminatının pəncərə bucağının dönməsindən asılı olmayaraq trayektoriyanı hesablamağa imkan verməsinə baxmayaraq praktikada alimlər 45 dərəcəlik bucağı ötməyiblər. Bu, aparatın maneələri dəf edərkən saniyədə üç metrədək sürət toplayan ağır çəkisi (830 qram) ilə izah edilib. Həmçinin bu halda aparatın trayektoriyadan uzaqlaşması 10 santimetrdən çox olmayıb. Alimlərin hesablamalarına görə, kvadrakopterin uğurlu uçuşu 80 faiz təşkil edib. Bundan əvvəl analoji texnologiyanı Pensilvaniya Universitetinin tədqiqatçıları nümayiş etdirib. Onların sistemi də yalnız öz ötürücü və hesablama imkanlarından istifadə edib. Lakin aparatın çəkisi 250 qram olub ki, bu da ona daha mürəkkəb vəzifələri yerinə yetirməyə imkan verib.

dron

Ötən həftə “Google” şirkəti “Chrome” brauzerini 55-ci versiyayadək yeniləyib və başlıca dəyişiklik kimi “Flash” pleyerinin avtomatik söndürülməsini edib. Bununla şirkət “HTML5” kimi daha müasir, enerjiyə qənaətcil və təhlükəsiz həldən istifadəyə tam keçib. Bu yaxınlarda “Google” bloqunda “Chrome” brauzerində “Flash” peleyerindən istifadədən imtina prosesi və buna sərf ediləcək vaxtla bağlı ətraflı məlumat verib. “Google” brauzerində artıq “Flash”dən avtomatik istifadə olunmasa da, saytlarda belə kontent olan zaman istifadəçi pleyerin işə salınması üçün sorğunu görə bilir. Problemin yaranmaması üçün “Google” dərhal “Flash”dən imtina edərək “HTML5” standartına keçməyi planlaşdırmır. İlk 5 gün ərzində “HTML5” stabil “Chrome 55” versiyası istifadəçilərinin yalnız 1 faizində avtomatik aktiv olacaq. Sonradan dəyişiklik “Chrome 56” beta versiyası istifadəçilərinin 50 faizinə şamil ediləcək. “HTML5” standartına tam keçid “Chrome 56” brauzerinin 2017-ci ilin fevralında stabil versiyasının təqdim edilməsi ilə baş verəcək.

html

“Skype Translator” danışığın sinxron tərcümə funksiyası mobil və stasionar telefon nömrələrinə zəngləri dəstəkləməyə başlayıb. Adi nömrələrə zənglər üç şərt əsasında işləyir: istifadəçi “Windows Insider” yoxlama proqramının iştirakçısı olmalı (bu proqrama qoşulmaq pulsuzdur ), “Skype” proqramının ən son beta versiyası quraşdırılmalı və istifadəçinin hesabında vəsait olmalıdır. “Skype Translator” funksiyası mobil və şəhər telefonlarına zəng vaxtı proqramın daxilində olduğu kimi işləyir: istifadəçi nömrəyığanı işə salır, “Tərcümə et” (“Translate”) çeviricisini aktivləşdirir və dili seçir. Yalnız bir istisna var: dialoqa başladıqda həmsöhbət danışığın real vaxt rejimində tərcümə edilməsindən xəbərdar edilir. “Skype Translator” funksiyasının sınaqlarına 2014-cü ildə başlanılıb, 2015-ci ilin payızında isə bütün istifadəçilər üçün əlçatan olub. Cari ilin oktyabrında sözügedən funksiya rus dilini öyrənərək ingilis, ispan, Çin (mandarin), italyan, fransız, Braziliya portuqal, alman və ya ərəb dillərinin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verib. “Skype Translator” funksiyasının əsasını neyron şəbəkəsi ilə işləyən kompüter təlimi texnologiyası təşkil edir. Bu o deməkdir ki, xidmət istifadə edildikcə müstəqil təkmilləşir, yəni daha çox insan bu funksiyadan yararlandıqca tərcümənin keyfiyyəti bir o qədər yüksək olur.

skype

Dünyanın məşhur sosial şəbəkələrindən olan “Twitter”ə yeni özəllik gəlir. “Twitter”də də canlı yayım dönəmi başlayır. Belə ki, istifadəçilər “Twitter” vasitəsi ilə də canlı yayım edə biləcəklər. Qeyd edək ki, bir neçə gün sonra aktiv ediləcək funksiyaya əsasən, izləyicilərin canlı yayım edən şəxsin görüntülərini “favorite” edib, “reply” yazması mümkün olacaq.

sosial

İnstagram istifadəçiləri bundan sonra bəyəndikləri postları özləri üçün qeyd edə biləcəklər. Bəs bu yeni funksiya necə çalışacaq? “Snapchat”a qarşı Instagram variantını sınaqdan keçirən Zukerberq indi də İnstagram-dakı paylaşımların yadda saxlanılmasını təmin edən bir xüsusiyyəti əlavə edib. Instagramı yeniləməklə gələn bu funksiya istifadəçilərə daha sonra araşdırmaq istədikləri hər hansı bir paylaşımı yadda saxlamağa kömək edir. “Save” edilən paylaşımlar, Instagram-da meydana çıxan yeni bir titrin altında saxlanır. İstifadəçi istədiyi zaman bu keçidə toxunaraq orada topladığı paylaşımları offline olaraq izləyə biləcək. Bir paylaşımı İnstagram-ın yaddaşında saxlamaq üçün paylaşımın sağ istiqamətdə altındakı mötərizə işarəsinə toxunmaq kifayət edəcək. Qeyd edək ki, bu paylaşımlara videolar da daxildir. Yeni funksiya Instagram-ın 10.2 versiyası üçün keçərlidir. Sözügedən İnstagram funksiyası ABŞ-dan başlayaraq mərhələ-mərhələ bütün dünyada yayımlanacaq.

instagram

Yaponiyanın “Panasonic” şirkəti, metal korpuslu və büdcəli smartfon P88 modelini anons etdi. P88, 5.3 inç HD ekran (Asahi Glass qoruyu şüşə ilə birlikdə), bilinməyən 4 nüvəli və 1.25 GHz tezlikli prosessor modeli, 2 GB RAM və 16 GB daxili yaddaş və 2600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon LEDişıqlandırma sistemli 13 MP-lik arxa və 5 MP-lik ön kameraya (o da LED işıqlandırma sistemli) sahib olacaq. P88, iki SIM kart özəlliyini daşıyacaq və Android 6.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Cihazın satışa çıxma tarixi hələki bilinmir. Onun təqribi satış qiyməti isə 135$ civarında olması güman edilir. Bu cür qiymət, metal korpus və texniki göstəricilər ilə P88, Meizu M5 Note, Xiaomi Redmi 3 və Mi 4C ilə rəqabət apara biləcək.

panasonic_p88

Çox güman ki, “Xiaomi” şirkəti bu ayın sonunda öz yeni planşet modeli Mi Pad 3-ü təqdim edəcək. Yeni model, Mi Pad 2-nin davamçısı olacaq. Təqdimatın ayın sonunda olacağına baxmayaraq planşetin qapalı qapılar arxasında olmuş prezentasiyasından planşetin fotoları sızdırılıb. Texniki göstəricilərinə nəzər yetirdikdə görmək olar ki, planşet diqqətəlayiq performansa sahib olacaq. Deməli Xiaomi Mi Pad 3, 9.7 inç ekran, Intel HD Graphics 615 videokart inteqrasiyalı Intel Core m3-7Y30 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş və 8290 mAh (Quick Charge 3.0) enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə isə planşet, 16 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Planşet, Windows 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Daxili yaddaş seçimindən asılı olaraq Mi Pad 3, 290$ və 330$ dollar qiymətində təqdim olunacaq. 14$-a isə ayrıca olaraq planşet üçün nəzərdə tutulmuş klaviaturanı almaq olacaq.

xiomin

Razer ilə razılaşıb Raiju adlı PS4 joystikini çıxardıqdan sonra aldığı geri dönüşlərdən böyük nisbətdə məmnun qalan Sony, xüsusilə eSpor oyunçularına aid olan yeni joystik NACON Revolution’ı gözəl bir video ilə təqdim etdi. Hələlik yalnız Avropalı oyunçuların faydalana biləcəyi NACON Revolution, Sony-nin izahatına görə texnoloji olaraq daha inkişaf etmiş bir idarəetmə cihazıdır və həmyaşıdları arasında da möhkəm bir yerə sahibdir. Dediyimiz kimi, ana mərkəzi eSpor olan bu joystikin əsl məqsədi rəqabətli oyunlarda asanlıq və daha professional bir tutuş təmin etməkdir. Sony-nin başqa firmalarla razılaşaraq bu cür idarəetmə cihazları ilə oyunçuların qarşısına çıxması həqiqətən təqdir ediləsi və radikal bir addımdır. Önümüzdəki aylarda həm idarəetmə cihazı, həm də başqa aparatlar baxımından Sony-nin bu cür işlərə davam edəcəyini düşünürük. NACON Revolution Pro üçün təqdim olunan video fraqmanı aşağıdan izləyə bilərsiniz.

“Twitter” şirkəti özünün Twitter və Periscope servisləri arasındakı sərhədi pozmağı qərara aldı. Qeyd etmək lazımdır ki, birinci servis qısa ismarıcların yayımlanması üçündürsə, ikinci servis mobil tətbiq vasitəsilə canlı yayım etmək üçündür. Əvvəllər bu iki servis bir-birindən ayrı idi və Periscope-dan olan canlı yayımları Twitter səhifəsindən izləmək olurdu. İndi isə artıq Twitter üzərindən canlı yayım etmək mümkün olacaq. Periscope-a daxil olmaq əvəzinə artıq siz, yeni tweet yazmaq bölməsinə yönlənərək foto/video hissəsindəki canlı yayım düyməsinə klikləyərək videoyayım edə bilərsiniz. Baxmayaraq ki, artıq Twitter-də həm video izləmək həmdə canlı yayım etmək olar, şirkət hələki Periscope-u bağlamaq niyyətində deyil.

sosial

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register