Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 16.12.2016-cı il.

1631-ci ilin 16 dekabrında Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olmuşdur.

Boston çay qonaqlığı Amerika müstəmləkəçiləri çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edərək 300-dən çox çay qutusunu dənizə tökmuşdür. Bu hadisə 1773-cü ilin bu günü baş vermişdir.

Milan futbol klubu 16 dekabr 1899-cu ildə yaradılmışdır.

16 dekabr 1920-ci ildə 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində 180 000 insanın ölümünə səbəb olmuşdur.

Azərbaycan jurnalistii, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhididi. O, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

1971-ci ilin bu günü Hindistan ordusu Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal etmiş, Pakistan hərbi qüvvələri təslim olduqdan sonra atəşkəs elan etmişdir.

16 dekabr 1971-ci ildə Banqladeş müstəqillik əldə etmişdir.

Qazaxıstan müstəqilliyini 1991-ci ilin bu günü elan edilmişdir.

ABŞ-da insanın genetik xəritəsi 1993-cu ilin 16 dekabrında hazırlanmışdır.

1998-ci ilin bu günü ABŞ və Böyük Britaniya İraqda “Səhra tülküsü” adlı hərbi əməliyyat keçirərək ölkənin bəzi hərbi obyektlərini havadan bombalamışlar.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register