Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Wi-Fi-dan istifadə edənlər – Bunu mütləq izləyin!

Yenilikləri ilə daim istifadəçilərini sevindirən dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” bu dəfə başqa bir özəlliklə qarşınızdadır. “Facebook”da tədbiq olunan yenilik sayəsində artıq statuslarınız rəngli fon və rəngli şriftlərlə yazmaq mümkün olacaq. Artıq “Facebook” rəngli dövrə keçib. Daha ətraflı məlumat aşağıdakı videoda:

İnstaqram foto paylaşım şəbəkəsi istifadəçiləri üçün daha bir yeniliyə imza atıb. Artıq istifadəçilər İnstaqramda bəyəndikləri fotoları saxlaya biləcəklər. Saxlanılan paylaşımlar xüsusi bir qovluqda toplanacaq. İstifadəçi istədiyi zaman bu qovluğu açaraq paylaşımları “offline” rejimdə də izləyə biləcək. Hər hansı fotonu saxlamaq üçün isə sağ tərəfdə yerləşdiriləcək işarəni basmaq kifayət edəcək. Bu xidmət videolarda da keçərli olacaq. Yeni xidmət ilk olaraq ABŞ istifadəçilərinin ixtiyarına veriləcək. Daha sonra isə bütün dünyada yayılacaq. Xatırladaq ki, “Facebook” 2012-ci ildə İnstaqramı 1 milyard dollara satın alıb. Bundan sonra şəbəkədə bəzi yeniliklər aparılıb. Məsələn, bu il paylaşılan videoların müddəti 30 saniyədən 1 dəqiqəyə kimi yüksəlib. Yaxın günlərdə canlı video xidməti də işə düşəcək.

instagram

Dekabrın 13-dən başlayaraq Hindistan sakinləri “Pokemon GO” mobil oyununu rəsmən oynamaq imkanı qazanıblar. “Pokemon Go” oyununu Hindistanda ölkəni 4G internetlə təmin edən “Reliance Jio” və mobil oyunun tərtibatçısı olan “Niantic” şirkətlərinin birgə səyləri nəticəsində yükləmək mümkün olacaq. Xatırladaq ki, “Pokemon Go” oyunu 2016-cı ilin iyul ayında işıq üzü görüb və dərhal bütün dünya üzrə 500 milyon yükləmə ilə sensasiya yaradıb. Bundan öncə bildirilib ki, Hindistanda “Pokemon GO” oyunu dindarların hisslərinin təhqir olunması ilə bağlı məhkəməyə verilib.

go

“WhatsApp” səhvən göndərilən mesajların silərək, dəyişdirdikdən sonra təkrar göndərilməsinə şərait yaradacaq. Bir müddət əvvəl videozəng tətbiqini aktivləşdirən “WhatsApp” çoxlarının gözlədiyi daha bir xüsusiyyəti əlavə edəcək. Belə ki, istifadəçilər bu yeniliyin tətbiqi ilə istənmədən səhv şəxsə atılan mesajlar ləğv edə, hətta dəyişdirib yenidən göndərə biləcək. Bunun üçün göndərilən mesajın üstünə basılı tutun və “Ləğv Et”i (Revoke) seçin. Yenilikdən hələki iOS istifadəçiləri yararlana biləcəklər. Bu xüsusiyyət sadəcə yazıları deyil, göndərilən videoları da əhatə edir. Əvvəlcə iOS istifadəçilərinə xidmət göstərəcək bu yenilik yaxın zaman sonra Android platformasına da daxil olacaq.

whatsapp

“Facebook” sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır. Bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb. O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək. M. Zukerberq yayılan yalan xəbərlərin faizinin yüksək olmadığını söyləyib. Lakin o bildirib ki, “Facebook” xəbər distribyutoru yox, kommunikativ meydançadır və bu meydançada yayılan məlumatlara görə məsuliyyət daşıyır. M. Zukerberq saxta informasiyaların qarşısının alınmasında jurnalistlərlə də əməkdaşlıq edəcəklərini və bu tip yalanları yayaraq reklam gəliri əldə etmək istəyən peşəkar saxtakarlara sanksiyalar tətbiq olunacağını açıqlayıb.

face

Facebook mesajlaşma tətbiqi Messenger-in kamera xüsusiyyətini yenilədi. Beləliklə, Messenger-in kamera xüsusiyyətinə gələn yeniliklərlə tanış olaq. Facebook Messenger digər tətbiqlər kimi yeniliklər etməkdə davam edir. Belə yeniliklərdən biri də qarşıdan gələn yeni 2017-ci il ilə bağlıdır. Yeni ilin insanlar üçün nə qədər vacib rol oynadığını yaxşı anlayan Facebook, Messenger kamerası üçün xüsusi effektlər tətbiq edəcəyini bildirdi. Yenilənmiş Messenger kamera xüsusiyyəti nəticəsində insanlar ailə və dostları ilə Messenger-də danışarkən xüsusi effektlər, 3D markalar və xüsusi rəsmlər istifadə edə biləcəklər. Facebook Messenger ən çox istifadə olunan mesajlaşma xüsusiyyətləri arasında yer alır. Messenger üzərindən hər gün 2.5 milyon emoji, foto, video və s. göndərilir. Dünyanın getdikcə daha görüntülü olduğunu və kameranın klaviaturasının yerini aldığını açıqlayan Facebook, Messenger-i hər dəfə daha da inkişaf etdirildiyini açıqlayıb. Facebook Messenger eyni zamanda bəzi ölkələrdə görüntünün yenilənməsini test etdiyini açıqladı.

messenger

Apple, işçilərin əmək kodeksini pozduğu üçün cərimə olundu. Şirkətin cərimə almağının səbəbi işçilərinə qarşı ciddi iş rejimi tətbiq etməsidir. İddialara görə Apple, işçilərinə yemək arası verməyə, fasilə etməyə icazə verməyib. Bu iddia ilə Apple-ın keçmiş işçiləri məhkəməyə müraciət edib.Iddia 2011-ci ildə Apple Store mağazasının keçmiş əməkdaşı tərəfindən başladılıb. İddianı verən isə mağaza əməkdaşı Brandon Felczer və onun üç həmkarı olub. 2014-cü ildə bu siyahıya 20.000 Apple işçisi də qoşulub. İddiaçılardan birinin bildirdiyinə görə şirkət 5 saat fasiləsiz çalışmağı, digəri isə qonorarı 2 gün geçikdirdiyini bildirib. Hətta bəziləri fasilənin 7-8 saata qədər verilmədiyini açıqlayıb. Bu əsasən çalışma zamanına əsasən pul ödənən işçiləri əhatə edir. Kaliforniya məhkəməsi Apple-ı bu mövzuda günahkar hesab edib və işçilərə 2 milyon dollar kompensasiya ödəməsini tələb edib. Beləliklə, hər bir zərərçəkən 95dollar ala bilər. Apple-a qarşı bir digər tələb isə işçilərin iş çıxışında yoxlanmasına vaxt sərf etməsinə görə pul ödənməməsi ilə bağlıdır.

apple

Los-Ancelesin Kaliforniya universitetinin Romela laboratoriyasının tədqiqatçıları, hava şarı formasinda iki ayağı olan robot istehsal ediblər. Robot ilk dəfə Meksikada keçirilən, Humanoids 2016 konfransında nümayiş olunub. Antropomorf addımlayan robotlar adətən böyük çəkiyə malik olurlar, elə bu səbəbdən də yerə düşən zaman çox tez sıradan çıxırlar. Bu cür robotlar tarazlığı saxlamaqda əziyyət çəkirlər. BALLU adlı bu robotun yaradıcıları isə bu problemə çox orijinal şəkildə yanaşıblar. Robotun şaquli vəziyyətdə rahat qalması üçün tədqiqatçılar çətin sistemlər əvəzinə, sadəcə hava şarından istifadə ediblər. Bu hava şarı, robotu daimi olaraq yuxarı çəkir. Şarın aşağı hissəsində kabel vasitəsi ilə dizdən qatlanan iki ayaq bərkidilib. Kabeli çəkən gücləndirici batareya və rabitə modulu isə robotun pəncəsində quraşdırılıb. Bu üsulla robotun çəkisinin çox hissəsi pəncədə cəmlənir və havadan bir az ağır olan konstruksiyanın yıxılmaq şansı qalmır. Ballu müxtəlif istiqamətdə hərəkət edə bilir, düz səth üzərində gəzir, tullana və piləkənləri qalxa bilir.Bundan əlavə yüngül çəkisinin hesabına robot su üzərində də hərəkət edə və yüksək hündürlükdən düşə bilir. Onu da qeyd edək ki, Ballu küləyə qarşı çox hissiyatlıdır və robotun hərəkətini külək əsən zaman nəzarət altında saxlamaq mümkün deyil. Çünki robot həmin zaman avtomatik olaraq külək əsən istiqamətə hərəkət edir.

robot

iOS üçün Super Mario Run oyunu təqdim olundu. iPhone 7 tədbirində Nintendo-nun bildirdiyi Super Mario Run oyunu artıq rəsmi şəkildə App Store-da istifadəçilərə təqdim olundu.195 MB həcmində Super Mario Run oyunu hələ ki, yalnız iPhone, iPad və iPod touch modelləri üçün aktivdir. Pulsuz olaraq təqdim olunan Super Mario Run, tətbiq içi alış-veriş etmə seçimləri də təqdim edir. Sonsuz qaçış rejimində təşkil olunmuş oyunda tətbiq içi alış-veriş həyata keçirərək bir digər hissəyə keçidi asanlaşdıra bilərsiniz. Oyunun qrafikası inkişaf etdirilib. İstəyənlər oyunu yükləyib oynaya bilərlər. Amma yükləmək mümkün deyilsə, onda saat fərqinin nəzərə alaraq bir müddət gözləməyiniz tələb oluna bilər. Oyunda 6 fərqli dünya və 24 fərqli bölüm mövcuddur. Avtomatik irəlləyən Mario-nu ekrana toxunaraq maneələrdən tullanmaqla və qızılları toplaya bilərsiniz. Super Mario Run oyununu burdan yükləyə bilərsiniz.

suppa

Texnologiyanın inkişafı gündəlik həyatımızda yeniliklərə olan təlabatı daha da artırmaqdadır. Artıq sahib olduğunuz bir selfi şəkli ilə 3D avatarınızı yarada biləcəksiniz. Avatarlar bir çox insanın diqqətini cəlb etməkdədir. Belə olan halda şirkətlər də buna uyğun yeni proqramlar təklif edirlər. Avatarların diqqət çəkən tərəfi isə onun istifadəçi ilə nə qədər çox oxşarlıq təşkil etməsidir. Amma təqdim olunan yeni sistem, bu proseduru fərqli formada təşkil edir. San Fransiskoda yerləşən süni zəka şirkətiLoom.ai, yeni sistemi nəticəsində sadəcə bir fotonuzu istifadə edərək 3D avatarınızı ortaya çıxarır. Həmçinin əldə olunan nəticələr olduqca keyfiyyətlidir. İnsan üzünün xətlərini öyrənən və bu çizgiləri anlayan proqram, ortaya çıxardığı 3D avatarda uyğun görüntünü ortaya çıxarır. Sözü gedən texnologiya hələ tam hazır deyil. Amma Loom.ai texnologiyanı üçüncü hissə platformaların istifadəsi üçün lisans almağa çalışır. Sistem, xüsusilə virtual reallıq mövzusunda vacib işlər görməyə şərait yaradır. 3D avatarlar haqda videonu aşağıdan izləyə bilərsiniz.

Google Play-də Skype Mingo adlı tətbiqin alfa versiyası təqdim olunub. Skype Mingo, standart Skype tətbiqinin geniş funksiyalı versiyasıdır. Adi funksiya və ünsiyyət (mətn, audio, video) vasitəsilərindən başqa yeni tətbiq, istənilən Android smartfonda standart zəng və ismarıc göndərmə tətbiqini əvəz edir. Çətin ki, “Microsoft” öz tətbiqinin ikinci versiyasını bazara boş yerə təqdim edib. Çox güman ki, şirkət yeni tətbiq üçün irimiqyaslı test keçirdəcək. Əgər həmin testlərin nəticələri uğurlu olarsa şirkət adi tətbiqi, Skype Mingo ilə əvəz edəcək. Məsələn “Facebook” və “Google” kimi şirkətlərin öz messencerləri var. Həmin messencerlər isə istənilən vaxtda adi sosial şəbəkə tətbiqlərini əvəz edir. Görünür “Microsoft” da bunu etmək niyyətindədir.

skype_mingo

“Google” şirkəti, artıq sona çatan bu ilin yadda qalan hadisələrini bir videoda əks etdirib. Video, insanların bu il Google axtarış sistemində ən çox hansı hadisələri axtardıqlarının əsasında hazırlanıb. Videonun yaradıcıları, müxtəlif ölkələrin həyatlarında baş vermiş xoş və kədərli hadisələri xatırladılar və bu il həyatlarını itirmiş məşhurları və müxtəlif hadisələrin qurbanı olmuş adi insanları yad etdilər. Video bu cümlələr ilə sona çatır. “Sevgi qarşınızdadır. Axtarmağa davam edin”.

“Huawei” şirkəti rəsmi olaraq öz yeni flaqman smartfonu Honor Magic-i təqdim etdi. Yeni təqdim olunmuş smartfon çox maraqlı dizayna sahibdir. Belə ki, onun korpusu, metal çərçivələrdən və əyilmiş kənarlardan ibarətdir. Cihazın daha bir özəlliyi isə WiseScreen Magic funksiyasıdır. Korpusun çərçivəsində olan sensor, infraqırmızı kamera vasitəsilə istifadəçinin barmaq izini və gözünü tanıya bilir. Beləliklə istifadəçi smartfonu, üzünə tərəf yaxınlaşdıranda cihaz aktiv vəziyyətə gəlir. İsitifadəçi smartfonu cibinə qoyduqda və ya üzündən kənara çəkdikdə isə cihaz deaktiv olur. Texniki göstəricilərinə gəldikdə isə Honor Magic, 5.09 inç Quad HD AMOLED ekran, 8 nüvəli Kirin 950 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş və 2900 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon, 12 MP-lik arxa, 8 MP-lik ön kameraya və barmaq izi skanına sahibdir. Həmçinin cihaz, Huawei Magic Power adlı sürətli enerji yığma xüsusiyyətini də özündə daşıyır. Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei Honor Magic-in qiyməti 532$ təşkil edəcək və bugündən onu Çindən sifariş etmək mümkün olacaq.

huawei

Yahoo-dan oğurlanan 1 milyard hesab satışa çıxarılıb. Artıq ikinci dəfə Yahoo-nun istifadəçilərinə aid hesablar hackerlər tərəfindən ələ keçirilir. Amma bu dəfə hack olunan hesabların həcmi digərlərindən çoxdur. Bu vəziyyətin nə qədər müddətdir belə davam etməsi heç kəsə məlum deyil. Yahoo belə bir vəziyyəti inkar edə bilmədiyi üçün onu açıqlamaq məcburiyyətində qalıb. Hack olunan hesablar Dark Web-də satışa çıxarılıb. Həm də bu qədər hesab üçün tələb olunan qiymət də çox maraqlıdır. 1 milyard hesab üçün hackerlər 300.000 dollar pul tələb edirlər. Maraqlı olan bir digər məqam isə bu hesabaları alan şəxsin məlumat bazası idarəsini də ələ ala bilməsidir. Yəni başqa sözlə desək, məbləği ödəyən şəxs Yahoo-nun illeqal (qeyri-qanuni) sahibi olmağa hak qazanır. Qeyri-rəsmi məlumata görə, bu məbləği ödəməyə hazır olduğunu bildirən 3 şəxs mövcuddur. ABŞ-ı narahat edən əsas məqam isə Amerikaya aid 150.000 əsgərə aid hesabın da oğurlanan hesablar arasında yer almasıdır. Yahoo hücumun Şərqi Avropa tərəfdən həyata keçirildiyini bildirsə də məlumat tam təstiq olunmayıb.

yahoo-hacked

Mobil bazardakı ən uğurlu fotoredaktor tətbiqlərindən Snapseed yeniləndi. Bu yenilənmə ilə gələn yeniliklər və detalları ilə xəbərimizdən tanış ola bilərsiniz. Mobil əməliyyat sistemləri üçün hazırlanan ən uğurlu fotoredaktor tətbiqlərinin ən irəlidə gedəni Snapseed üçün yenilənmə yayınlandı. Google Play Store-da yer alan Snapseed tətbiqi üçün paylaşılan 2.14 yenilənməsi bəzi performans hazırlamaları və xəta düzəltmələrindən ibarətdir. Buna əlavə olaraq həm Android həm də iOS versiyası, mətn plaqinləri horizontal və vertikal olaraq mərkəzə köçürülə bilir. İnkişaflar tərəfində isə üz filtrləri tətbiqə daxil edilib. Perspektiv versiyasında x və y istiqamətlərini idarə tərəfindən əksikliklər düzəldildi. Bu plaqin, tətbiqi sıx istifadə edən çox sayda şəxs tərəfindən developer komandasından təkidlə istənilən plaqinlərdən biri olaraq ifadə edilir. Snapseed Android tətbiqini bu linkdən yükləyə bilərsiniz.

snapseed4

Təhlükəsizlik üzrə mütəxəssis Ulf Frisk, istənilən Apple kompüterini hack edən cihazı təqdim edib. PCILeech adlı cihaz, Mac modellərində olan FileVault 2 şifrələmə sistemini keçərək istifadəçinin məlumatlarını əldə edir. Apple kompüterini hack etmək üçün PCILeech cihazı və xüsusi proqram təminatı lazım olacaq. Sözügedən cihazı, ev şəraitində lazımi komponentlər vasitəsilə hazırlamaq olar. Cihazın hazırlanma təlimatı və proqram təminatı haqqında məlumatlar mütəxəssis tərəfindən GitHub saytına yerləşdirilmişdir. Frisk-in sözlərinə görə bu üsul, FileVault 2 sisteminin iki boşluğu sayəsində mümkün olur. PCILeech faktiki olaraq lazımi şifrələri adi mətn formatında oğurlayır. Sözügedən üsul bütün Mac modellərində keçərlidir. Kompüter deaktiv və ya yuxu rejimində olsa belə onu hack etmək mümkündür. İlk öncə PCILeech, kompüterə qoşulur və kompüter restart prosesinə keçid alır. Bu vaxt isə PCILeech, şifrəni 30 saniyə ərzində oğurlayır. Frisk qeyd edib ki, Mac modelləri, Direct Memory Access (DMA) tipli hücumlardan qorunmayıblar.

Yaxın zamanda Tikker adlı çox maraqlı və qeyri-adi qol saatları satışa çıxacaq. Belə ki, bu qol saatı öz sahibinin güman olunan ölüm vaxtını əks etdirəcək. Saat yaradıcılarının sözlərinə əsasən cihazın iş prinsipi, sahibinə hər zaman həyatın çox qısa olduğunu və qəzəbə, zərərli vərdişlərə, qəmginliyə və s. kimi xüsusiyyətlərə fikir verməməyi yadına salacaq. İstifadəçinin güman olunan ölüm vaxtı isə dəqiq anketləşdirmə vasitəsilə təyin olunacaq. Anketləşdirmədən sonra isə saatın ekranında ölüm vaxtının əks etdirəcək illər, aylar, günlər və saatlar göstəriləcək. Tikker-in korpusu, sudan qorunma funksiyasına sahib olsa da onunla tamamilə suya daxil olmaq məsləhət görülmür. Cihazın batareyasındakı enerji tutumu 2-3 ilə kimi yetərli olacaq. Qeyd etmək lazımdır ki, saatın batareyasını dəyişən zaman vaxt göstəriciləri dayanmayacaq. Tikker-in hazırlanıb satışa çıxması üçün vəsait, Kickstarter platforması vasitəsilə yığılıb. Yaradıcılar lazım olan 25.000$ əvəzinə artıq 60.000$ əldə ediblər. Saatın qiyməti isə 40$ təşkil edəcək.

Nintendo-nun ilk mobil oyunu Super Mario Run-nun sonuncu versiyası yayımlandığı gündən bu günədək çoxlu sayda insan tərəfindən yüklənib. Nintendo, Pokemon Go oyunundan sonra yenidənSuper Mario Run oyunu ilə yenidən rekorda imza atdı. Oyun yayımlandığı ilk gündən çoxlu sayda insan tərəfindən yüklənib. Super Mario Run oyunu təqdim olunduğu ilk gündə Pokemon Go-nun rekordunu yenilədi. Super Mario Run sadəcə iOS platformasında yayımlanmasına baxmayaraq bir gün içində2.85 milyon dəfə endirildi. Bundan əlavə çıxış tarixi üçün 2 milyona yaxın insan öncədən qeydiyyatdan keçib. Bir çox insan Pokemon Go-nun Nintendo-ya aid bir oyun olduğunu düşünsə də əslində Nintendo sadəcə Pokemon Go-nun haqlarını Niantic şirkətinin istifadəsi üçün təqdim etmişdi. Ancaq Super Mario Run oyununun çıxışı və sürətli bir şəkildə yüksək satış payına sahib olması oyunun Pokemon Go-dan daha çox təsirli çıxış etməsinə şərait yaratdı.

super-mario-run

Nintendo, iOS üçün yayımladığı Super Mario Run oyunu sayəsində 24 saatda 5 milyon dollar qazandı. Qısa müddət əvvəl Super Mario Run oyununu yayımlayan Nintendo rekordunu yenilədi. iOS platforması üçün yayımlanan oyun 24 saat içində 2.85 milyon insan tərəfindən yüklənib. Bu haqda hesabat hazırlayan Sensor Tower şirkəti oyunun gəlir baxımından da rekord qırdığını bildirib. Qurumun paylaşdığı məlumata görə Nintendo, yenilənmiş Super Mario Run oyunu sayəsində 5 milyon dollar qazanıb. Bu isə Pokemon Go-dan sonra ikinci belə nəticədir. Oyunun qısa müddətdə bu qədər çox yüklənməsinin səbəbi onun nə qədər çox sevəninin olduğunu sübuta yetirir. Maraqlı tərəf isə bu oyunun gələcəyinin Pokemon Go kimi olub-olmayacağıdır.

super-mario-run-1

“LG Display” şirkəti, “Apple” üçün əyilə bilən ekranlar istehsal edəcək. Bundan əlavə məlum olub ki, siyahıda “Apple”dan başqa həmdə “Google” və “Microsoft” da var. Sözügedən şirkətlər üçün əyilə bilən ekran istehsalındakı rəqabət “LG Display” ilə “Samsung” şirkətləri arasında aparılıb. Lakin nəticə etibarilə müqavilənin məhz “LG Display” ilə bağlanacağı məlum olub. Məlumata əsasən “LG” artıq əyilə bilən ekranın işlək prototipinə sahibdir. Mütəxəssislər həmin prototipin keyfiyyətini çox yüksək qiymətləndiriblər. Həmçinin məlumat var ki, “LG” ilə “Samsung”, yeni nəsil əyilə bilən ekranların istehsalına ümumilikdə 11.6 milyard dollar vəsait yatırıblar. Güman olunur ki, artıq 2018-ci ildə ilk OLED ekranlı iPhone-lar təqdim olunacaq. Onların, əyilə bilən ekranlara sahib olacaqları ehtimalı da yüksəkdir.

ekran

Hollandiyadan olan tələbə, iki həftə ərzində oğrunun zənglərini dinləyərək və videosunu çəkərək onu izləyib. Alınmış materiallardan o, sənədli film hazırlayıb. Bu qeyri-adi əhvalat, Amsterdamda nahar yeməyi zamanı Anthony van der Meer-in iPhone cihazının oğurlanmasından sonra baş verib. O, oğurluq hadisəsi ilə bağlı polisə müraciət etsə də, oğru artıq çoxdan smartfondan SIM kartı çıxartmış və cihazın internetini deaktiv etmişdir. Statistikaya əsasən holland polisi hər həftə 300 mobil telefon oğurluğu hadisəsini qeydə alır. Nəticədə isə həmin smartfonlar öz sahiblərinə qaytarılmır. Van der Meer isə öz şəxsi istintaqını aparmağı qərarlaşdırıb. Bunun üçün o, yeni telefon alaraq ona Cerberus tətbiqini yükləyib. Bu tətbiq vasitəsilə istifadəçi öz smartfonundan geolokasiya məlumatlarını əldə edə, onda olan faylları idarə edə, və gizli şəkildə kamera ilə mikrofonu aktiv edə bilər. Bütün bu əməliyyatları istifadəçi öz smartfonunda uzaq məsafədən edə bilər. Nəticədə 4 gündən sonra Cerberus tətbiqinin olduğu smartfon da oğurlandı. Lakin bu dəfə Van der Meer, oğrunun hər bir addımını izləyə bilirdi. Öz qeyri-adi istintaq videosunu isə Van der Meer YouTube-dakı kanalına yerləşdirib.

Facebook, mesajlaşma tətbiqi Messenger-in kamera xüsusiyyətini yenilədi. Beləliklə, Messenger-in kamera xüsusiyyətinə gələn yeniliklərlə tanış olaq. Facebook Messenger digər tətbiqlər kimi yeniliklər etməkdə davam edir. Belə yeniliklərdən biri də qarşıda gələn yeni 2017-ci il ilə bağlıdır. Yeni ilin insanlar üçün nə qədər vacib rol oynadığını yaxşı anlayan Facebook, Messenger kamerası üçün xüsusi effektlər tətbiq edəcəyini bildirdi. Yenilənmiş Messenger kamera xüsusiyyəti nəticəsində insanlar ailə və dostları ilə Messenger-də danışarkən xüsusi effektlər, 3D markalar və xüsusi rəsmlər istifadə edə biləcəklər. Facebook Messenger, ən çox istifadə olunan mesajlaşma xüsusiyyətləri arasında yer alır. Messenger üzərindən hər gün 2.5 milyon emoji, foto, video və s. göndərilir. Dünyanın getdikcə daha görüntülü olduğunu və kameranın klaviaturasının yerini aldığını açıqlayan Facebook, Messenger-i hər dəfə daha da inkişaf etdirildiyini açıqlayıb. Facebook Messenger, eyni zamanda bəzi ölkələrdə görüntünün yenilənməsini test etdiyini açıqladı.

messenger

Məşhur canlı yayım platforması olan Twitch-i yaxın zamanda böyük dəyişikliklər gözləyir. Yarandığı ilk gündən bəri sözügedən platforma əsasən videooyun barəsində canlı yayımlara öz diqqətini ayırmışdı. Lakin bu həftə Twitch-ə IRL adlı yeni bölmə əlavə olundu. Bu bölmə sayəsində istifadəçilər artıq istədikləri mövzularda canlı yayım edə bilərlər. Beləliklə servis, YouTube və Facebook Live ilə rəqabətə girməyi düşünür. Bununla belə videolar həm canlı yayım rejimində həmdəki əvvəlcədən hazırlanmış vəziyyətdə sözügedən bölməyə əlavə edilə bilər. İstifadəçilərin, maraqlı tədbirləri və ya sadəcə öz həyat tərzlərini canlı yayım rejimində servisdə təqdim etmək üçün Twitch gələn il, mobil tətbiqi vasitəsilə canlı yayım funksiyasını aktiv edəcək. Bununla yanaşı smartfon və ya planşetlə edilmiş istənilən mövzulu canlı yayımlar IRL bölməsinə əlavə olunacaq. Hətta onlar videooyunlarla bağlı olsalar belə. Canlı yayımı birbaşa smartfonun və ya planşetin kamerasından etmək mümkün olacaq.

Twitch-logo-640x360[1]

Unikal panoram görünüşlü kamera təqdim edilib. Rusiyanın “Rostex” dövlət korporasiyasının tərkibinə daxil olan “Şvab” şirkəti “Vuzpromekspo-2016” sərgisində unikal panoram görünüşlü kamerasını təqdim edib. Qurğu “4K” formatında sferik video çəkə və real vaxt rejimində redaktə edə bilər. 3840×2160 piksel təsvir ölçülü videonun çəkilişi üçün hazırlanmış video saniyədə 30 kadr sürətini dəstəkləyir. Kürənin korpusunda 12 kamera qurulub. Bu, obyektiv və işığa həssas sensorlarla təchiz edilmiş optik modullardır. Kamera, həmçinin 10 qat optik böyütmə sistemi və idarənin (idarəetmənin) uyğunlaşdırılmasının interfeyslərini daxil edir (qoşur). Kamera çəkiliş prosesində şəklin parametrlərini avtomatik dəyişdirə bilər. Məsələn, daxili alqoritmlər parlaqlıq xüsusiyyətlərini dəyişdirməyə və panoramın həndəsəsini düzəltməyə imkan verir. Kameranın korpusu 300 mm diametrində kürə formasındadır və çəkisi təxminən 5 kq-dır. Unikal kamera 2018-ci ildə istehsal ediləcək. Əsas təyinatı peşəkar foto sistemləri və videoqeydiyyat, videomüşahidə, yerüstü texnika, idarə edilən uçuş aparatları və pilotsuz təyyarələrdir.

vewqferg

Rusiyalı tələbələr yeni texnologiya tərtib ediblər. Rusiyalı tələbələr smartfonun sahibini tanımasına kömək edəcək texnologiya tərtib ediblər. Yenilik sahibini dəstəyi qulağına gətirərkən əlinin bir hərəkəti ilə tanıya biləcək. Yeni proqram təminatını tələbələr texniki elmlər namizədi Konstantin Koqosun rəhbərliyi altında tərtib ediblər. Əlavə sahibinin əlinin hərəkətinin sürətini və fəzada qalma müddətini bilə biləcək. Proqram ora əlavə edilmiş giroskopun, akselerometr və işığı hiss edən ötürücünün köməyi ilə işləyəcək. Proqram öz sahibini tanıya bilməsə, telefon şifrə istəyəcək. Koqos əmindir ki, hər bir insan əlinin hərəkətində individualdır və telefonun dəstəyini özünəməxsus şəkildə qaldırır. Proqram artıq gələn ilin fevral ayında ümumi istifadəyə veriləcək. Proqramı ancaq “Android” cihazlarında istifadə etmək mümkün olacaq. Çünki digər əməliyyat sistemləri sahibə gələn zənglərə çıxış əldə etməyə vermirlər.

smartfon

Əvvəlcə “Google”, indi isə “Microsoft” şirkəti həmin texnologiyadan imtina edib. İnternetdə video və reklamın göstərilməsində istifadə edilən “Adobe Flash” texnologiyası tədricən ləğv edilir. Əvvəlcə “Google”, indi isə “Microsoft” şirkəti həmin texnologiyadan imtina edib. “Microsoft”un bloqunda deyilir ki, 2017-ci ildə çıxarılacaq “Windows 10 Creator’s Update” yenilənməsi zamanı “Edge” brauzerinin versiyası başlanğıc ayar kimi “Flash” texnologiyası əsasında yaradılmış məzmunu bloklayacaq. Veb-səhifə “HTML5” texnologiyasını dəstəklədiyi halda “Microsoft Edge” brauzeri “Flash” texnologiyasını yükləməyəcək. Əks təqdirdə brauzer “Flash” texnologiyasından istifadə barədə soruşacaq və “Flash”in daimi və ya birdəfəlik işə salınmasını seçmək mümkün olacaq. 2016-cı ilin mayında “Google” şirkəti “Chrome” brauzerində “Flash” məzmunun avtomatik göstərilməsini dayandırıb. Yalnız “YouTube”, “Facebook”, “Twitch” və “Amazon” kimi bir neçə xidmət üçün istisna edilib.

mic

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register