Tarixdə bu gün
Tarixdə bu gün 19.12.2016-cı il.
19 dekabr 1793-cü ildə Fransa hökuməti pulsuz və icbari ibtidai təhsil barədə qərar vermişdir.
Napoleon Bonapartın başçılıq etdiyi fransız ordusu 1805-ci ilin bu günü Varşavaya girmişdir.
SSRİ dövlət, siyasi, hərbi və partiya xadimiLeonid İliç Brejnev 1906-cı ilin bu günü anadan olub. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi olmuşdur. 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur və 1964-cü ildən vəfat etmişdir.
İspaniya hökuməti 19 dekabr 1934-cü ildə Kataloniyanın muxtariyyət hüququnu ləğv etmişdir.
19 dekabr 1939-cu ildə T 34 tankı sovet ordusunda silahlanmaya qəbul edilmişdir.
1941-ci ilin bu günü Hitler alman ordusuna komandanlığı ələ almışdır.
Fransa Hind-Çin yarımadasında 1946-cı ilin bu günü müharibəyə başlayıb.
1950-ci ilin bu günü Duayt Eyzenhauer Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) quvvələrinin başçısı seçilmişdir.
1984-cü ilin 19 dekabrında Çin və ABŞ Honq Konqun 1997-ci ildə Çinə qaytarılmasına dair müqavilə imzalamışlar.
19 dekabr 1986-ci ildə Sovet hökuməti akademik Andrey Saxarovun ev dustaqlığından azad edildiyini və onun həyat yoldaşı Yelena Bonnerin əhf olunduğunu bəyan etmişdir.
1992-ci ilin bu günü Somalidə “Ümid əməliyyatı”na start verilmişdir.
Kanal D (Kanal Doğan) 1993-cü ildə İstanbulda qurulan Türkiyənin özəl televiziya kanalıdır. Hal-hazırda “Doğan Yayın Holding”in tabeliyindədir. Ayhan Şahenk və Aydın Doğan tərəfindən qurulmuşdur. 16 sentyabr 1993-cü il tarixində test yayımına və 19 dekabr 1993-cü il tarixində normal yayıma başlamışdır. CNN Türk kanalı ilə qardaş kanaldır.
1997-ci ilin bu günü “Titanik” filmi Amerika kinoteatrlarında nümayiş etdirilib.
19 dekabr 2003-ci ildə Liviya lideri Müəmmər Qəddafi ölkəsinin nüvə və kimyəvi silah əldə etmək məqsədindən əl çəkdiyini bəyan etmişdir.
2006-cı ilin bu günü Liviyada 90-cı illərin sonunda 426 uşağı QİÇS-ə yoluxdurmaqda təqsirləndirilən 5 bolqar tibb bacısı və 1 fələstinli həkim edam edilib.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments