Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Ən böyük axtarış saytı olan “Google” illik hesabatını açıqlayıb. “Google” dünyanın müxtəlif yerlərində yaşayan insanların ən çox axtardığı və maraqlandığı mövzuların siyahısını hazırlayıb. Siyahının ilk pilləsində “Powerball” lotereyasının adına rast gəlmək olar. 2016-cı ilin yanvarında “Powerball” lotereyasında cekpotun məbləği 1,5 milyarda yüksəlmiş və 3 oyunçu həmin məbləği qazanma imkanı əldə etmişdi. Məhz bundan sonra həmin lotereyaya maraq daha da artmış, onunla bağlı “Google”-də ard-arda axtarışlar verilib. Müğənni və aktyor Prins 21 aprel 2016-cı ildə dünyasını dəyişdikdən sonra “Google”-də ən çox axtarılan adlar arasında yer alıb. Ən çox axtarılanlar arasında üçüncü yerdə Metyu qasırğasının adı var. 28 sentyabr – 10 oktyabr arasında davam edən qasırğa yüzlərlə insanın ölümünə səbəb olub. “Google”-də ən çox axtarılanlar arasında ilk onluqda pokemon, slither.io oyunu, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən olimpiya oyunları, bu ilin yanvarında dünyasını dəyişən britaniyalı rok müğənni Devid Boui, Donald Tramp, ABŞ-da keçirilən prezident seçkiləri və Hillari Klintonun adı yer alıb.

google

Noutbukların yanında qoyulan dəlik onu mühafizə etmək, oğurlanmasının qarşısını almaq üçün qoyulub. Belə ki, velosipedləri qorumaq üçün nəzərdə tutulan qıfıllar kimi, bunun üçün də xüsusi qıfıllar var ki, sözügedən qıfılla noutbuku istədiyiniz yerə bağlayıb getmək mümkün olur.

notbuk

Whatsapp zarafatlara səbəb olan yeni funksiyanı, nəhayət, hazırlayıb. Yeni funksiya Whatsapp-da yazışarkən istəmədiyiniz, amma səhvən göndərdiyiniz mesajlar üçün nəzərdə tutulub. Whatsapp görüntülü danışmaq xüsusiyyətindən sonra indi də göndərdiyiniz mesajları geri qaytarmaq funksiyası ilə gündəmi zəbt edib. “Apple” sevərlərin daha tez qovuşacaqları bu yenilik sayəsində istəmədən, ya da səhvən göndərdiyiniz mesajları ləğv edib və dəyişdirib təkrarən göndərmək mümkün olacaq. Sözügedən əməliyyat prosesi bu ardıcıllıqla ediləcək: Silmək istədiyiniz mesajın üzərinə basıb “Ləğv Et” seçirsiniz. Qısa bir zaman sonra hər kəs üçün etibarlı olacaq bu xüsusiyyət videoları da ləğv etməyə kömək edəcək. Bunu da ifadə edək ki, Whatsapp hələ bu funksiyayla əlaqədar rəsmi açıqlama verməyib, amma “beta”-dan (yoxlamaq üçün nəzərdə tutulan) sonra gerçək versiya hər kəslə paylaşılacaq. İlk olaraq iOS, daha sonra Anderoid istifadəçiləri bu funksiyadan yararlana biləcəklər.

whatsap

“LG” şirkəti yeni model planşetini anons edib. Anons olunmuş LG G Pad III 10.1 adlı yeni planşet, 10.1 inç ekran ilə təchiz olunacaq. Lakin təəssüflər olsun ki, planşetin texniki göstəriciləri haqqında məlumat verilməyib. Çox güman ki, bizi 3/4 GB RAM və 7400 mAh enerji tutumlu batareya gözləyir. Qeyd etmək lazımdır ki, cihaz ilk öncə Cənubi Koreyada satışa çıxacaq. Planşetin dizaynı çox dəblidir və onun keçmiş modeli LG G Pad III 8.0-a nəzərən qiyməti baha olmamalıdır. Qərb bazarında planşeti çox gözləmək lazım gəlməyəcək.

lg

San Fransiskodan olan startapçılar, sakitləşdirməyə kömək edən cihaz hazırlayıblar. Belə ki, Lief adlı cihaz, insanda stressin olduğu barəsində siqnal qəbul edəndən sonra sakitləşdirici vibrasiyalarla təsir edir. Lief, ingilis dilindən tərcümədə “yaxın dost” deməkdir. Cihaz, bədənə taxıldığında paltarın altından biliinmir. Cihaz anatomik formaya sahibdir və ürək nahiyyəsinə bərkidilir. Onun korpusunun qalınlığı 6 mm-dir və o əyilə biləndir. Bir söznən o, qalın plastıra bənzəyir. Cihaz orqanizmin 7 göstəricisini qiymətləndirir. Bura daxildir ürək ritminin vəziyyəti, ürək döyüntüsünün göstəricisi, nəfəsalma tezliyi, düşünmə səviyyəsi, hərəkət etmə aktivliyi və parasimpatik aktivlik. Cihaz, ürək ritminin vəziyyətini yaxşılaşdıraraq stressi araşdırır və onun səviyyəsini optimallaşdırır. Lief, orqanizmə, stress ilə təbii mübarizə üsulunu öyrədir. Əgər ürək ritmi vəziyyətinin göstəricisi aşağı olarsa onda cihaz vibrasiya etməyə başlayır. Nəfəsalmanı və ürək ritmini normaya salmaq üçün cihaz, onları sinxronlaşdırıb lazımi ritm vibrasiyaları yaradır. 3 dəqiqə ərzində insanın ürək döyüntüsü göstəriciləri və nəfəsalma tezliyi normaya düşür. Beləliklə istifadəçi heç bir dərman qəbul etmədən stressdən qurtulur. Lief-dən istifadə nəticəsində ürək ritmi vəziyyəti 140% yaxşılaşır. Layihə Kickstarter vasitəsilə vəsait toplayır və layihəyə köməklik etmiş ilk insanlar üçün cihaz 179$ qiymətinə satılacaq. Bəli o qədərdə ucuz deyil. Lakin nəzərə alsaq ki, stress səbəbi ilə insanların müraciət etdikləri xüsusi konsultasiyalar və psixoloqlar daha baha başa gəlir, onda bu qiyməti münasib hesab etmək olar. Cihazlar ilk sahiblərinə 2017-ci ilin İyul ayında çatacaq. Onun sonrakı qiyməti isə 299$ təşkil edəcək. Kickstarterdə starapçılara 50.000$ vəsait lazım idi. Lakin nəticədə onlar 181.000$ əldə etdilər.

lief

Google Search yeni və daha faydalı yenilənmələr ilə istifadəçilərini sevindirəcək. Bir çoxlarımızın başına gələn xoşagəlməz hallardan biri internetlə əlaqə kəsildikdə yaddaşda saxlaya bilməməyimiz və ya izləyə bilməməyimizdir. Bunun üçün Google gələcək versiyalarda “Recent” adlı qovluq əlavə edəcək. Hansı ki, burda sizin sorğu və nəticələriniz öz əksini tapacaq. Xidmətin maraqlı tərəfi isə bir vaxtda bir neçə nəticənin birgə saxlanmasıdır. Bundan əlavə sonuncu sorğular səhifə formasında təsvir olunacaq. Əgər internet əlaqəsi pozularsa, onda axtarışınız “Offline Search” qovluğuna istiqamətlənəcək. Nəticələr alındıqda istifadəçiyə bildiriş gələcək. Bundan sonra isə istənilən vaxt Google Search-də nəticələrə baxmaq olar. Və son olaraq əgər veb sayt informasiyanın çoxluğuna görə yüklənərsə, onda tətbiq Lite rejimə keçməyə imkan verəcək. Bu rejimdə lazımsız materiallar silinərək səhifənin daha asan açılmasına şərait yaradacaq. Bu rejimi avtomatik olaraq seçdikdə sistem özü hər şeyi tənzimləyəcək. Bundan əlavə Lite rejimi tamamilə söndürmək və ya çox aşağı əlaqədə aktivləşdirmək mümkün olacaq.

Google-New-Search-Shortcuts-For-Android-640x360[1]

PewDiePie kanalının sahibi 50 milyon abonəsinə aid kanalını niyə silmədiyini açıqlayıb. Xatırladaq ki, YuTuber bir müddət əvvəl video yayımlamış və 50 milyon abonəçiyə çatdıqda kanalını siləcəyini bildirmişdi. Amma hər kəs maraqlı PewDiePie kanalının silinməsini gözlərkən YouTuber sözünü tutmayaraq digər özünə məxsus olan kanalı silmişdi. YouTuberin bunun səbəbini açıqlamaq üçün yeni 50 MILLION adlı növbəti videosunu yayımlayıb. Xatırladaq ki, ilk videosunda YouTuber onun abunə saylarına nisbətdə izlənmə sayının azaldığını, buna səbəb isə yeni videoalar haqda bildirişlərin abunələrə çatdırılması və eyni zamanda hesabların silinməsinə etiraz olaraq göstərmişdi. Kanalın böyüdükcə əksinə izlənmələrin ciddi rəqəm fərqi ilə azalması YouTuberi belə addım atmağa məcbur etmişdi. Bu videosunda isə YouTuber açıqlama edərək müsbət işlər gördüyü təqdirdə medianın bunu işıqlandırmadığını, əksinə mənasız boş sensasiya sayılacaq mövzulara üstünlük verdiyini bildirdi. Buna görə də belə bir işə imza atdığını bildirdi. Əslində bu mövzuda haqsız da sayılmaz. Çünki, insanların çoxluğunun belə qeyri-ciddi şeylərə üstünlük verməsi bütün mediaya məlumdur. Bunu öz kanalı üçün sınaqdan keçirən YouTuber uğurlu nəticə əldə edərək abunə sayını 50 milyona çatdırmağa bacardı.

Thirnstar adlı hacker, iPhone və iPad-dəki yeni iOS versiyasını köhnə versiyalara qaytarmağı mümkün edən tətbiqi anons edib. Cihazı köhnə versiya iOS-ə qaytaracaq tətbiqin adı Prometheus-dur. Tətbiq, artıq “Apple”ın istifadədən çıxartdığı iOS versiyalarına keçidi (downgrade və ya upgrade) mümkün edəcək. Uğurlu keçidin baş tutması üçün isə əsas şərt, SHSH blob faylının smartfonun yaddaşında olmasıdır. SHSH blob, “Apple”ın, cihazdakı hansı iOS versiyasının olduğunu yoxlamağa imkan verən rəqəmsal yazı faylıdır. iPhone və iPad-də köhnə iOS versiyasını yükləmək olmaz. Belə ki, bu, “Apple”ın qaydalarına ziddir. Bunun üçün fiktiv serverə sorğu göndərmək lazımdır. Həmin sorğu iTunes-a lazımı rəqəmsal yazı faylını (əvvəl yaddaşda olan) göndərəcək. Beləliklə köhnə iOS versiyasına keçid etmək olacaq. Əsas qeyd də odur ki, Prometheus-dan istifadə etmək üçün shsh2 yeni formatlı sertifikatlar lazım olacaq. Tətbiqin yaradıcısı, “Apple”ın rəsmi serverinə bənzəyən xüsusi server yaradıb. Həmin server vasitəsilə cihaz üçün SHSH blob faylını yükləmək olacaq. Bu proses isə Windows, macOS və Linux üçün aktiv olan pulsuz Tsschecker adlı tətbiq vasitəsilə həyata keçirilir. Əgər yaddaşda olan bütün sertifitaklarda problem olmasa onda istifadəçi daha köhnə iOS versiyasına downgrade edə biləcək.

Gamerlərdən biri çox maraqlı hadisəni sosial şəbəkədə paylaşıb. Verilən məlumata görə gamerin hesabı başqa biri tərəfindən ələ keçirilib və onun əvəzinə oyun aparılıb. RankFTW adlı gamer çox maraqlı bir məlumat paylaşıb. Onun sözlərinə görə oyun üçün qeydiyyatdan keçdiyi hesab başqaları tərəfindən ələ keçirilib və onun əvəzinə oyun davam etdirilib. İşin maraqlı tərəfi isə gamerin şəxsi məlumatlarının, e-mail, şifrəsinin olduğu kimi saxlanmasıdır. Bundan əlavə gamer ələ keçirilən oyunun sadəcə bir turunun oynanıldığını vurğulayıb. Bu oyun isə Watch Dogs 2 oyunudur. Gamer bildirib ki, Watch Dogs 2 oyunu o, işdə olarkən oynanılıb. Oyunu oynayanlar gamerin nəticəsini irəli aparmağa nail olublar. Gamer, Uplay-ı aktiv edərkən 17 saat oynanıldığını göstərdiyini görüb. Bu isə onun sözlərinə görə mümkün deyil. Həmçinin o bildirib ki, oyunu açdıqda bacarıqları göstərən bir çox hərəkət aktiv olub. Gamer parolunu dəyişdiyini və çox pilləli qoruma rejimi qoyduğunu bildirib. Amma kredit kartı üçün narahat olmayıb. Səbəb isə hər sayt üçün ayrı-ayrı kredit kartı istifadə etməsidir. Paylaşılan məlumata münasibət bildirən istifadəçilər hesabı qıranların sadəcə oyun oynamaq istədiyini, digər qrup insan isə sadəcə oyun üçün bulud saxlama yerinin sistemə başqa birinin nəticələrini yükləyə biləcəyini vurğulayıb.

vatch

Weibo sosial şəbəkəsində Nokia C1 smartfonun ilk foto və texniki göstəriciləri sızdırılıb. Məlumata əsasən Nokia C1, Snapdragon 830 prosessoru, 4 GB RAM, 32/64/128 GB daxili yaddaş, 3210 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. “Technote.az”ın “Weibo”a istinadən verdiyi xəbərə əsasən cihaz ikili arxa kameraya sahib olacaq. Onlardan biri 16 MP, digəri isə 12 MP olacaq. Nokia C1, USB-C girişi ilə təmin olunacaq və Android 7.1 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun hansı növ ekrana sahib olacağı isə hələki bilinmir. Təqdim olunmuş məlumatda qeyd olunub ki, cihaz 2017-ci ilin birinci rübündə anons ediləcək və o, “HMD Global” şirkəti tərəfindən istehsal olunacaq. Smartfonun qiyməti hələki məlum deyil. Əgər bu məlumatlar doğru olsa onda bizi yaxşı performanslı və qiyməti 500$-a kimi olacaq bir smartfon gözləyir.

nokia_c1

İnternet dünyasının ən böyük problemi olan kiber hücumlar dayanmır. Keçdiyimiz günlərdə 2013-cü ildə reallaşdrılan bir hücumun nəticəsi olaraq Yahoo-dan 1 milyardistifadəçinin hesablarının oğurlandığını xəbər vermişdik. Bugün isə iş dünyasının sosial şəbəkəsi sayılan LinkedIn-in onlayn təhsil saytı Lynda.com saytına yeni bir hücum reallaşdırıldı. Təbii ki, bu LinkedIn-in başına gələn ilk kiber hücum deyil. 2012-ci ildə 117 milyon istifadəçisinin məlumatlarını oğurlatdıran şirkət, bu dəfə isə nisbətən daha kiçik hücuma məruz qaldı. LinkedIn-in keçən il 1.5 milyard dollara satın aldığı və ümumi 9.5 milyon istifadəçiyə sahib olan Lynda.com-un təhlükəsizlik boşluğu səbəbi ilə 55 min istifadəçisinin məlumatları oğurlandı. Hücumdan sonra istifadəçiləri xəbərdar edən LinkedIn, təxminən 55 min istifadəçinin məlumatlarının oğurlandığını bildirdi. Oğurlanan bütün məlumatların şifrələnmiş olduğunu və bu məlumatları oxuya bilmənin mümkünsüz olduğunu bildirən LinkedIn, tədbir olaraq yenə də Lynda.com istifadəçilərinin şifrələrini dəyişdirmələrini istədi. LinkedIn, istifadəçi məlumatlarının internetə sızdırıldığına dair hər hansı bir sübutun olmadığını da bildirdi. Spesifik olaraq hansı hesabların oğurlandığına dair hərhansı bir məlumata da sahib olmayan LinkedIn, hücumda ələ keçirilən hesabların təhlükəsizliklərini qorumaq üçün işlədiklərini bildirdi.

xaker3

“Facebook” kompüterdə səsli qrup zənglərini sınaqdan keçirir. “Facebook” şirkətinin mütəxəssisləri sosial şəbəkənin masaüstü versiyasında səsli qrup zənglərini sınaqdan keçirir. Bu barədə “TechCrunch” portalı öz mənbələrinə istinadən xəbər verir. Xarici KİV-in məlumatına görə, kiçik istifadəçilər qrupu artıq saytın yeni imkanlarından istifadə etmək imkanı əldə edib. Onların qrup çatlarında telefon işarəsi yaradılıb ki, bunun üstünə sıxmaqla dostlar siyahısından bu və ya digər insana zəng etmək mümkündür. Analoji funksiya “Facebook”un mobil əlavəsində daha əvvəl yaradılıb. Ancaq masaüstü kompüter istifadəçiləri üçün bu funksiya əlçatan deyil. Görünən budur ki, artıq tərtibatçılar digər platformalarda da qrup zənglərinin tətbiqi ilə məşğul olmağa başlayıblar.

face

“WhatsApp”da məlumatların redaktəsi mümkün olacaq. “WhatsApp” istifadəçilərin çoxu məlumatları tələsik göndərərkən sonradan avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşüb. Bəzi messencerlərdə göndərilmiş məlumatları silmək mümkün olsa da, bu, məlumatlar böyük olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur. Tezliklə “WhatsApp” messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq. Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Qeyd edək ki, əvvəllər “WhatsApp”da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi. Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər. Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.

whatsapp

“Skype Mingo” əlavəsində bütün kontaktları və SMS-ləri birbaşa olaraq əlavənin içindən idarə etmək mümkündür. “Microsoft” şirkəti “Android” platforması üçün yeni “Skype Mingo” əlavəsini test rejimində istifadəyə verib. Mahiyyətcə bu əlavə “Skype” standart versiyasının genişləndirilmiş əlavəsidir. Yeni əlavədə dəyişdirilmədən qalan əsas funksiyalardan başqa, bir sıra yeni imkanlar da yaradılıb. Bundan başqa, “Skype Mingo” əlavəsində bütün kontaktları və SMS-ləri birbaşa olaraq əlavənin içindən idarə etmək mümkündür. Əlavənin loqotipi də dəyişikliksiz qalmayıb. Böyük “S” hərfinin əvəzinə mavi fonda “M” hərfi yazılmağa başlayıb.

skype

Sosial şəbəkədə bu tip informasiyaları işarələmək üçün xüsusi funksiya olacaq. “Facebook” rəhbərliyi yalan və saxta informasiyalarla mübarizə tədbirləri çərçivəsində real addımlar atmağa başlayıb. Sosial şəbəkədə bu tip informasiyaları işarələmək üçün xüsusi funksiya olacaq. Bu barədə “Facebook”un vitse-prezidenti Adam Mosseri şirkətin bloqunda məlumat verib. Artıq yeni funksiya test məqsədilə məhdud sayda istifadəçi üçün əlçatandır. İstifadəçilər yanlış olduğuna inandıqları və ya yalan olduğundan şübhələndikləri xəbərləri “yalan xəbər” kimi işarələyəcək. Yetərli sayda istifadəçinin işarələdiyi xəbərlər “Facebook” tərəfindən müstəqil tərəfdaş quruma göndəriləcək. A. Mosseri xəbərlərin doğru olub-olmadığını müəyyənləşdirmək üçün etibarlı beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcəklərini bildirib. Bu qurumların təsdiqindən keçməyən xəbərlər sosial şəbəkədən silinməyəcək, sadəcə, “Facebook” onları şübhəli xəbər kimi işarələyəcək və bunlar istifadəçilərin xəbər lentində alt sıralarda görünməyə davam edəcək. Qeyd edək ki, “Facebook“ ABŞ-dakı son seçki kampaniyasının gedişində çoxsaylı uydurma xəbərlərin yayılması ilə əlaqədar sərt tənqidlərə məruz qalıb.

facebook

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register