Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Finlandiyalı şirkət HMD, Nokia markalı Android ağıllı telefonunu təqdim etməyə hazırlaşır. Hər zaman bir çoxlarının sevimli markası olan Nokia yeni təqdim edəcəyi telefonlarla diqqətləri üzərinə çəkməyi bacarıb. Nokia, 2017-ci il 27 fevralda MWC tədbirində yeni ağıllı telefonlarının nümayişinə hazırlaşır. Belə olan halda hər gün yeni telefonlar haqda məlumatlar gəlməkdə davam edir. İndiyədək gələn məlumatlarda yeni modelin orta seqmentə aid olacağı deyilsə də, son gələn məlumatlar ağıllı Nokia markalarının gözləniləndən daha irəli səviyyədə olacağı diqqət çəkir. Weibo üzərindən yeni Nokia ağıllı telefonunun prototip görüntüləri yayımlandı və bəzi yeni yer alacaq xüsusiyyətlərdən də məlumat verildi. Mənbənin verdiyi məlumata görə görüntülər Nokia-nın yeni ağıllı telefonu Nokia P-yə aiddir. Məlumatda yeni modelin Snapdragon 835, 6GB RAM və Zeiss linza ilə 23 MP kameraya, həmçinin Quad HD keyfiyyətli ekrana sahib olacağı bildirilib. Böyük ehtimalla Nokia, MWC 2017 tədbirində ilk əvvəl bir qədər zəif modelləri, bir müddət sonra isə daha yüksək keyfiyyətlərə malik telefonları təqdim edəcək.

nokia p

Çinin “8848 Phones” adlı şirkəti, lüks smartfonunu anons edib. Smartfon ona görə lüks hesab olunur ki, onun arxa hissəsi dana dərisindən hazırlanıb və qızıl taxma çərçivə ilə dizayn olunub. Lakin smartfonun əsas özəlliyi ondan ibarətdir ki, onun ön kamerası 30 MP-dir. Arxa kamerasının ətrafı 18 karatlıq qızıldan hazırlanmış və üzərində əjdaha fotosu olan çərçivə ilə əhatə olunub. “Technote.az”ın “Gizmochina”ya istinadən verdiyi xəbərə əsasən qalan bütün hissə isə dana dərisindən ibarətdir. Smartfonun əsas kamerası 21 MP-dir. Onun texniki göstəricilərinə gəldikdə isə cihaz, 5 inç Full HD ekran, 8 nüvəli Qualcomm (prosessorun növü bilinmir) prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş ilət təchiz olunmuşdur. Lüks smartfonun qiyməti isə 2880$-dır.

8848

Nokia, bir müddət əvvəl yeni ağıllı telefonları ilə bazara giriş edəcəyini açıqladı. Amma belə görünür ki, Nokia bazarda çox ciddi rəqabət formalaşdırmaq niyyətindədir. Nokia illər sonra yenidən bazara çox ciddi təsir edəcək yeni ağıllı telefonlar üzərində işlər aparır. Belə ki, bir müddət əvvəl Nokia-nın C1 və P modelləri haqda məlumat paylaşmışdıq. İndi isə Nokia-nın yeni Z2 Plus modeli haqqında məlumat paylaşılıb. Yeni telefonlar haqqında məlumatlar Geekbench testində ortaya çıxdı. Yeni telefonun Android 6.0.1 Marshmallow əməliyyat sisteminə, 1.77 GHz sürətlə çalışan Snapdrago 820 prosessora və 4 GB RAM-a sahib olacağı bildirilir. Əslində test nümunəsində bu məlumatlar öz əksini tapsa da Çində yerləşən Gizmochin-dan gələn məlumatlarda cihazın 5.2 inç ya da 5.5 inç böyüklüyündə və 2K keyfiyyətdə ekrana sahib olması və həmçinin RAM-ın isə 6 GB ola biləcəyi bildirilir. Cihazın kamerası ilə bağlı heç bir məlumat verilməsə də Zeiss sertifikatlı olacağı bildirilir. Nokia-nın qısa müddətdə bu qədər yeni telefon tanıdacaq olması texnologiya bazarına da öz təsirini göstərəcək. Bu telefonlardan hansının daha çox rəğbət görməsini isə zaman göstərəcək.

nokia_z_2-plus

Çindən olan bir gənc özünün çərçivəsiz iPhone modelini yaradıb. “Apple” şirkətinin, gələcək iPhone modellərində ekran ətrafı çərçivələri qismən kiçildəcəyi və ya ümumiyyətlə çərçivələrdən imtina edəcəyi haqqında şaiyələr hər il çıxır. Bu illər ərzində hətta şirkət əyilə bilən çərçivəsiz ekran patentləri də əldə etmişdi. Lakin onlar hələki reallaşdırılmamış olaraq qalır. Bunu gözləməkdən yorulan Çinli bir gənc özünün çərçivəsiz iPhone modelini yaratdı. Bunun üçün o, iPhone 6s Plus modelinin iç hissəsini Xiaomi Mi Mix-in korpusuna yerləşdirdi. İnternetdə bu smartfonu iPhone 6s Mix adlandırıblar. Weibo sosial şəbəkəsində @Ye Ji-MIX ləqəbi ilə tanınan gənc, sözügedən proses zamanı bir sıra çətinliklərlə qarşılaşıb. Belə ki, bütün detalları Mi Mix-in korpusuna yerləşdirmək üçün çinli gənc, iPhone 6s Plus-ın bəzi komponentlərinin yerini dəyişməli olub. Komponentlərin sıx yerləşdirilməsi üçün o, isti kleydən və naqillərdən istifadə edib. “Home” düyməsini isə tamamilə xaric edərək onu, ekranın alt hissəli analoqu ilə əvəz edib. Bütün bunlara baxmayaraq cihaz işlək vəziyyətə gəlib.

Samsung yeni 2017 model Galaxy J3-ü istifadəçilərə təqdim edib. Samsung, yeni il öncəsi alt seqment ağıllı telefonları tanıtmağa başladı. Bu il şirkət Galaxy J3 Emerge modelini tanıtdı. Twitter fenomeni @evleaks-in verdiyi məlumata telefon 6 yanvar 2017-ci ildən etibarən satışa çıxarılacaq. Telefonun xüsusiyyətləri haqqında da məlumatlar öz əksini tapıb. Telefonun xüsusiyyətləri: 5 inç büyüklüyündə HD IPS ekran, 8 nüvəli Snapdragon 430 prosessor, Adreno 505 qrafik prosessor, 2 GB RAM və 128 GB-a qədər artırıla bilən 16 GB daxili yaddaş, Android 6.0 Marshmallow əməliyyat sistemi, Cüt sim kart dəstəyi, LED fləş dəstəkli 5 MP arxa və 2 MP ön kamera, 4G LTE bağlantı desteyi, 2600 mAh batareya, Təəssüf ki, telefonun qiyməti ilə əlaqədar heç bir məlumat verilmir.

samsungj3

Sosial media yenidən yeni bir şəkil tanıma testini müzakirə edir. Sosial mediada yer alan bir şəkil hər kəsin diqqətini çəkib. Belə ki, şəkil 4 bölümdən ibarətdir və hər birində ayrı-ayrı təsvirlər yer alıb. Bildirək ki, şəkildə təsvir olunan hər 4 təsvir bir heyvana aiddir. Şəkli görmək üçün xüsusi gözə ehtiyac yoxdur. Amma alimlərin bildirdiyinə görə 4 təsvirdə yer alan 4 heyvandan biri digərləri ilə müqayisədə daha tez nəzərə çarpır. Əslində şəkildə istifadə olunan tək effektin kölgələmə olduğunu demək mümkündür. Gördüyünüz kimi şəkillərdə yer alan heyvanlar quş, balıq, pişik və ilandır. Amma araşdırmaçılar təcrübədə iştirak edənlərin ilk əvvəl ilanı daha tez gördüyünü bildirir. Bunun isə çox maraqlı izahı var. Belə ki, araşdırmaçılar bunun bizim ulu babalarımızın təhlükəli düşmən saydıqları canlılara qarşı daha həssas olması ilə əlaqələndirirlər. Belə görünür ki, bu həssaslıq hələ də davam etməkdədir.

resim

“Microsoft” şirkətinin təsisçisi və böyük səhmdarı olan Bill Gates hər il keçirilən “Secret Santa” flashmobunda iştirak edib. Sözügedən flashmob Reddit saytında keçirilir. Flashmobun qaydalarına əsasən hər bir Reddit istifadəçisi, püşkatma nəticəsində kimin-kimə Yeni il hədiyyəsi göndərəcəyini öyrənir. Reddit istifadəçisi olan Bill Gates bu aksiyada artıq 3 dəfə iştirak edib. Öz 4-cü iştirakı zamanı püşkatma nəticəsində ona Aerrix (əsl adı Alicia) ləqəbli qız düşüb. Məlumata əsasən Alicia keçən il də flashmobda iştirak edib. Lakin keçən il onun gizli Santası ona heç bir hədiyyə göndərməmişdi. Lakin Bill Gates bu missiyaya çox diqqətli yanaşıb. Belə ki, o, Alicia-nın hesabını incələyib və onun maraqlandığı mövzular əsasında hədiyyələr hazırlayıb. Nəticədə Bill Gates, qıza, The Legend of Zelda oyunundan olan qılıncı, Xbox One konsolu, 3 fərqli rəngdə Xbox One gamepadı, bir neçə oyun diski, kulinariya kitabı, 8-bitlik Nintendo konsolu, geyinmeye isti əşyalar və özünün sevdiyi 3 filmin diskini hədiyyə edib. Həmçinin hədiyyələrin arasında Bill Gates-in öz əli ilə yazdığı məktub da var idi. “Mən inana bilmirəm ki, sizin keçən ilki gizli Santanız sizə heçnə hədiyyə etməyib. Sizin Reddit cəmiyyətinə olan inamınızı dəstəkləmək üçün sizə bəzi hədiyyələri bəxş etmək istəyirəm. Ümid edirəm onlar sizin xoşunuza gələcək. Həmçinin mən sizin adınızdan Code.org saytına müəyyən miqdarda vəsait yatırdım. Bu vəsait daha çox tələbənin sizin kimi informatika sahəsini öyrənməyə yardımçı olacaq. Sietl-dan ən yaxşı arzularla. Bill Gates” – deyə məktubda qeyd olunmuşdu. Alicia-nın sözlərinə əsasən ilk öncə o, bu qədər hədiyyənin onun qonaq otağında hardan peyda olduğunu anlamayıb. Lakin vəziyyəti başa düşəndən sonra onun sevincinin həddi-hüdudu olmayıb. “Xbox One-nın xüsusi Minecraft versiyası. Çox sağolun cənab Gates. Mən heç zaman bu bayramı unutmayacam” – deyə Alicia öz minnətdarlığını bildirib.

i-won-secret-santabill-gates-was-my-santa

Facebook yeniliklər etməyə davam edir. Çox kiçik dəyişiklik olsa da Facebook, Android üçün daha bir yenilik təqdim edib. Belə ki, artıq Facebook-da yazılar daha rəngli və maraqlı olacaq. Facebook Android istifadəçilərinə daha bir yenilik təqdim etməyə hazırlaşır. Android istifadəçiləri yazdıqları mətnlərin arxa plan rənglərini dəyişə biləcəklər. Heç bir açıqlama etmədən bu yeniliyi təqdim edən Facebook, göndərilən məzmunun daha rəngarəng olmasına şərait yaradır. Sadəcə yazı formatı üçün nəzərdə tutulan bu xüsusiyyət, siz göndərmədiyiniz mətni yazmağa başladıqda aktiv hala gəlir. Siz yazarkən ekranın aşağı hissəsində rəng seçimi gəlir və göndərdiyiniz yazı rəngli formada qarşı tərəfə çatdırılır. Bu xüsusiyyət hər hansı rəsm və link olduqda istifadə oluna bilmir. Bundan əlavə Facebook-un bu yeniliyi iOS və Facebook-un veb səhifəsi üçün aktiv deyil. Yenilik hələ ki, ancaq Android istifadəçilərinə təqdim olunub. Yaxın zamanda bu yeniliyin iOS və veb üçün də təqdim olunması nəzərdə tutulur.

fb

İnternet forum və sosial şəbəkələrdə, Wat-Grandma adlı mem sayəsində məşhurlaşan qadının ölüm xəbəri yayılıb. Məşhur memin qəhrəmanı olan qadının ölüm xəbərinin təsdiqi hələki yoxdur. Lakin buna baxmayaraq internet istifadəçiləri onu əfsanəvi qadın adlandıraraq ölümü ilə bağlı baş sağlığı verirlər. “Bugün 2016-cı ilin ən böyük itkilərindən biri baş verdi. Wat-Grandma üçün çox darıxacağıq” – deyə 18 Dekabr tarixində Twitter istifadəçilərindən biri qeyd etmişdir. Yaşlı qadının ölüm xəbəri, Reddit saytında dərc olunandan sonra sürətlə internetdə yayıldı. Qeyd edək ki, qadının maraqlı üz ifadəsinin əks olunduğu foto bir neçə il bundan öncə internetdə peyda olmuşdur. Uzun müddət ərzində istifadəçilər, fotodakı şəxsin qadın və ya kişi olmasını təyin edə bilmədilər. Lakin 2014-cü ildə internet istifadəçilərindən biri həmin yaşlı qadını tapdığını söylədi. O, qadının öz nəvəsi ilə birgə fotosunu da təqdim etmişdi. Həmin qadın barəsində internetdə bir çox əfsanələr mövcuddur. Həmin əfsanələrdən birinə əsasən qadın son illərdə xərçəng xəstəliyindən əziyyət çəkirdi. İstifadəçilərin fikrincə məhz bu xəstəliyə görə qadın vəfat etmişdir.

pic

Dünyada ən kiçik radio yaradılıb. Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mütəxəssisləri dünyanın ən kiçik ölçülü radiosunu yaradıblar. Onlar ölçüsü iki atom boyda olan çəhrayı almaz kristallarındakı qüsurlardan istifadə edərək belə miniatür radio yığmağa nail olublar. Radio beş əsas komponentdən ibarətdir: enerji mənbəyi, qəbuledici, çevirici, tüner və dinamik. Qəbuledici yaxınlıqdakı elektromaqnit siqnallarını qəbul edir, bundan sonra sonuncular çeviricidən keçərək elektrik cərəyanına çevrilir. Dünyanın ən kiçik radiosu almaz kristallarında aşkar edilmiş nasazlıqlar sayəsində yaradılıb. Almaz kristalının ətrafındakı maqnit müxtəlif stansiyaların tezliyinin sazlanması üçün istifadə olunur. Sözügedən radio sınaq zamanı 350 selsi dərəcə temperaturadək şəraitdə musiqi səsləndirib. “Bu radio kosmosda, hətta insanın bədənində işləyə bilər” – layihənin aparıcı mühəndisi Marko Lonkar deyib.

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlindən sonra Facebook, Twitter və YouTube bağlanıb. Bu barədə “The Daily Dot” yazıb. Məlumtda bildirilir ki, ölkədə bir çox istifadəçilərin yuxarıda qeyd edilən sosial şəbəkələrə daxil ola bilməmələri barədə “Turkey Blocks” təşkilatı xəbər verib. Həmçinin ABŞ-ın Türkiyədəki Qeyri Kommersiya Təşkilatının əməkdaşı portala öz açıqlamasında deyib ki, Facebook, Twitter və YouTube-yə daxil ola bilmir. Qeyd edək ki, dünən Türkiyədə Rusiya səfiri Andrey Karlov qətlə yetirilib.

55177610

Tərtibatçılar bunun texnologiya sahəsində əsl sıçrayış olacağını bildirirlər. Çinin nəhəng telekommunikasiya korporasiyası olan “China Mobile” 2020-ci ildə yeni 5G formatını dəstəkləyən cihazların istehsalını planlaşdırır. Tərtibatçılar bunun texnologiya sahəsində əsl sıçrayış olacağını bildirirlər. 5G rabitə formatı unikal sürətə – saniyədə təxminən 1 giqabayt sürətə malik olacaq. 4G şəbəkəsində analoji göstəricilər xeyli zəifdir. Beşinci nəsil rabitə standartlarına uyğun smartfonların istehsalı isə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsadüf edəcək. Tərtibatçılar 5G formatlı cihazların tətbiqi prosesini olimpiadaya qədər yekunlaşdırmaq niyyətindədir. “China Mobile” şirkəti yeni nəsil rabitənin əsas texniki xüsusiyyətlərini hələ ki açıqlamır. Yalnız məlumdur ki, bütün cihazların vahid platformada yaradılması təklif edilir.

03423861

“Facebook Messenger”də qrup videoçatları istifadəyə verilib. Artıq 50 nəfər qrup videoçatlarına qoşula bilər. Ancaq onlar 6 nəfərdən çox adamı görə bilməyəcəklər. Söhbət zamanı stikerlər, emojilər, GİG-şəkillər, Snapchat stilində selfi maskalar və məlumat göndərmək mümkün olacaq. Qrup videoçatlarının veb-versiyası bütün dünyada iOS və Android əməliyyat sistemlərində əlçatan olacaq. Ancaq Android istifadəçiləri selfi-maskaları bir qədər gözləməli olacaq.

Koreyada içərisindən idarə olunan 4 metrlik robot yaradılıb. Cihazın tərtibatı ilə “Korea Future Technology” şirkətindən olan mühəndislər məşğul olublar, dizaynını isə rusiyalı 3D rəssam Vitali Bulqarov verib. “YouTube”da robot maşının video yazısı yerləşdirilib. Təxmin edilir ki, robot yükləyici funksiyasını yerinə yetirəcək. Cihazın tərtibatçıları sənayedə praktiki istifadə üçün robotlaşdırılmış platformanın yaradılmasını qarşılarına məqsəd qoyublar. Hələlik robotun bütün texniki parametrləri məlum deyil. O, 4 metr boya malikdir, 1,5 ton çəkisi var, pilotun müəyyən hərəkətlərinə reaksiya verərək əllərini hərəkət etdirə bilir. Rusiyalı dizayner Vitali Bulqarov Moldova əsillidir. O, Moskvada 3D layihələrin yaradılması üzərində işləyib. Bulqarov “Terminator, Genezis”, “Transformerlər, Məhvetmə dövrü” filmlərinə, həmçinin “World of Warcraft, StarCraft 2” video oyunlarına modellərin tərtibatı ilə məşğul olub.

“VKontakte” sosial şəbəkəsi birbaşa videoyayım aparmağa imkan verən yeni funksiya istifadəyə verməyə hazırlaşır. “VK Live” adlanan proqram əlavəsi yaxın vaxtlarda iOS əməliyyat sistemi ilə çalışan cihazlar üçün, bir qədər sonra isə “Android” cihazları üçün əlçatan olacaq. Sosial şəbəkənin mətbuat katibi Yevgeni Krasnikov bildirib ki, xidmət hər insana öz həyatındakı ən önəmli hadisələri paylaşmağa imkan verəcək: “Əminik ki, yenilik bir çox istifadəçiləri cəsarətli sınaqlara və qeyri-standart kommunikasiya formatları yaratmağa ruhlandıracaq”. Roliklər ya istifadəçinin öz səhifəsində, ya da qrup daxilində inzibatçı tərəfindən yayımlanacaq. Xidmət istifadəçiyə qazanmaq imkanı da verəcək, tamaşaçılar üçün video müəlliflərinə pul göndərmək imkanı nəzərdə tutulub. Əldə olunacaq vəsait sosial şəbəkə ilə videoyayımın müəllifi arasında bölüşdürüləcək. Əslində “VKontakte” 2015-ci ilin yayında canlı yayım platforması istifadəyə verib, lakin şirkət bu funksiyadan əsasən tanınmış şəxslərlə birbaşa efir təşkil etmək üçün istifadə edib. 2016-cı ilin sentyabrından bəzi istifadəçilər də test məqsədilə bu funksiyadan istifadə etmək imkanı qazanıb.

vk

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register