Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 21.12.2016-cı il.

Milliyətcə gürcü olan SSRİ lideri İosif Stalin 21 dekabr 1879-cu ildə Gürcüstannın Qori şəhərində anadan olmuşdur. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Basketbol topu ilə komanda idman oyunudu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əllə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaqdı. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 21 dekabr 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır.

Sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Marşalı, Polşa admiralı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Konstantin Konstantinoviç Rokossovski 21 dekabr 1896-cı ildə Rusiya imperiyasının, Polşa çarlığının, Varşava şəhərində anadan olmuşdur. 1945-ci ildə Qələbə paradına komandanlıq etmişdir. İkinci dünya müharibəsinin dahi sərkərdələrindən biridir.

Azərbaycanlı şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

1925-ci ilin bu günü Sovet kino rejissoru Sergey Ayzenşteynın “Potemkin Zirehli gəmisi” adlı filminin nümayişinə başlandı.

21 dekabr 1930-cu ildə SSRİ mərkəzi rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Əldərə, Lehvaz, Astazur, Nüvədi və digər yaşayış məntəqələri Ermənistan SSR-in tərkibinə qatılmışdır və bu torpaqları özündə cəmləyən Mehri rayonu yaradılmışdır.

İlk uzun, səsli və rəngli cizgi filmi, Walt Disneyin prodüserliyindəki “Pambıq Şahzadə və Yeddi Cücə”nin 1937-ci ilin bu günü qalası keçirildi.

Londondan Təl-Əvivə gedən İngilis Hava yolları “British Airways”ə aid sərnişin təyyarəsi 21 dekabr 1961-ci ildə Ankaranın Esenboğa Aerodromundan ayrılandan bir dəqiqə sonra düşərək parçalandı: 26 ölü, 8 yaralı.

Gürcüstan prezidenti olmuş Mixeil Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə anadan olmuşdur.

1968-ci ilin 21 dekabrında “Apollon 8” ay orbitindəki missiyası üçün kosmosa göndərildi.

21 dekabr 1979-cu ildə Sovet İttifaqı Əfqanıstanı işğal etdi.

1988-ci ilin bu günü “Pan-Am” Hava yollarına aid “Boeing 747” tipli sərnişin təyyarəsi London-New York səfərində, Şotlandiyanın Lockerbie qəsəbəsi üzərində partladı: 21 ölkədən(yerdə olan 11 adam daxil olmaqla) adam həlak oldu.

ABŞ Panamanı 1989-cu ilin 21 dekabrındaişğal etdi.

1991-ci ilin bu günü Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan rəhbərləri, bir araya gələrək Sovet İttifaqına son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin yaradıldığını açıqladılar.

Beytlehem şəhərinin idarəsi 21 dekabrında 1995-ci ildə İsraildən Fələstinə keçdi.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register