Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Kompüter klaviaturasındakı “F” və “J” hərflərinə diqqət etdinizmi? Düymələrin üzərində kiçik, qabarıq bir xətt var. Hətta sensorsuz mobil telefonların “5” düyməsində də eyni xətt olur. Bu kiçik xəttlər sayəsində bütün barmaqlarınızla klaviaturadan istifadə edə bilərsiniz. Belə ki, “F” və “J” hərflərindəki bu xəttlər sizə yol göstərici rolunu olur. İşarə barmaqlarınızı bu iki düyməyə qoymanız lazımdır ki, digər barmaqlarınız daha tez və rahat hərəkət etsin. Bir digər səbəbi isə, bu xəttlər gözləri görməyən insanlar üçün işarə nöqtəsi hesab edilir.

klav

Bu ilin kodlaşdırma ili olduğunu bildirən Mark Zuckerberg, paylaşdığı video ilə evinə yerləşdirdiyi Süni Zəka – Jarvis-i nümayiş etdirdi. Daha əvvəllər də sizə Jarvis haqqında məlumatlar vermişdik lakin, Zuckerbergin paylaşdığı bu videodan sonra daha detallı olaraq bu süni zəkanın nələrə qadir olduğunu görə biləcəksiniz. Bəs Markın süni zəkası nələr bacarır? O, evdəki əsas texniki cihazları, işıq və tost aparatı daxil olmaqla idarə edir. Markın həyat yoldaşının əhvalını soruşaraq həmin əhvalına uyğun gördüyü musiqi parçalarını çala bilir. Evə gələn ziyarətçilərin üzlərini skan edərək Facebook vasitəsilə ev sahibinə yəni Zuckerbergə göndərə bilir. Hətta adi bir insan kimi Jarvislə də zarafat edə və danışa bilərsiniz. O bütün bunları başa düşərək sizəı cavab verə bilir. Üstəlik bütün bunları sadəcə səs tanıma texnologiyası və messenger botu vasitəsi ilə idarə etmək mümkündür. Daha çox detalı daha sonrakı xəbərimizdə sizlər ilə paylaşacağıq.

ai-b-_640x360[1]

Mütəxəssislər, Faketoken adlı bank troyan virusunun yenilənmiş versiyasını aşkar ediblər. Bu virus, istifadəçinin bütün fayllarını şifrələyir və onların geri qaytarılması üçün istifadəçidən müəyən miqdarda vəsait tələb edir. Bundan əlavə olaraq Faketoken, bank kartlarının məlumatlarını da oğurlayır. Faketoken, internetdə müxtəlif tətbiq və oyunlar vasitəsilə yayılır. Həmin oyun və tətbiqləri smartfona yüklədikdən sonra istifadəçinin faylları şifrələnir və onları yenidən əldə etmək üçün xüsusi açar kodu tələb olunur. Açar kodunu əldə etmək üçün isə hackerlərə vəsait ödəmək lazımdır. Bu troyan virus, AES şifrələyici alqoritmdən istifadə edir. Beləliklə şifrələnmiş faylları yalnız xüsusi deşifrələyici tətbiqlər vasitəsilə əldə etmək olar. Daha sonra virus, sonsuz sayda sorğu pəncərələri açaraq istifadəçinin həmin sorğulardan biri ilə razı olmasına çalışır. Beləliklə əgər istifadəçi, sorğu ilə razı olsa onda virus, administrator hüququnu əldə edir. Nəticədə virus, Google Play və Gmail adından saxta ismarıclar yaradaraq bank kartı məlumatlarını əldə edir. Faketoken, 2000 müxtəlif maliyyə tətbiqindən məlumatları oğurlamaq üçün yaradılıb. Bunun qarşısını almaq üçün kənar mənbələrdən heç bir oyun və ya tətbiqi yükləmək məsləhət görülmür. Bundan əlavə olaraq tanımadığınız sayta daxil olmayın və tanımadığınız elektron ismarıclara və linklərə daxil olmayın.

bank

Qeyri-adi filtrlərlə qarşımıza çıxan Prisma tətbiqi də digər tətbiqlərdən geri qalmayıb, yeniləndi. iOS və Android platformalarında ən çox istifadə olunan foto tərtibat tətbiqi arasında yer alan Prismaya yeniliklər əlavə olundu. Bildiyiniz kimi Prisma ilə fotonu tənzimlədiyiniz zaman fotolar tətbiq tərəfindən 4:4 ölçüsündə yəni kvadrat formatında yayımlanırdı. Bu isə öz növbəsində fotoların keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Prismanın sonuncu yenilənməsindən sonra bu problem öz həllini tapıb. Prisma istifadəçiləri artıq fotolarını kvadrat şəklində kəsmək məcburiyyətində deyillər. Artıq fotolarınızda rahatlıqla filtr istifadə edə bilərsiniz. Bundan əlavə sizə yaxın ərazidə olan insanlarla rəsimlərinizi paylaşa biləcəksiniz. Fotonuz nə qədər çox bəyənilsə, o qədər çox insana çatacaq. Bu isə sizin daha çox insana fotonu nümayiş etdirməyinizə şərait yaradacaq. Bu yeniliklə Prisma-nın Instagram-a rəqib olacağını deyə bilərik. Prisma-nın bu yeniliyindən istifadə etmək istəyənlər tətbiqi yeniləməlidirlər.

prisma

iFixit mütəxəssisləri naqilsiz Apple AirPods qulaqlıqlarını hissələrə ayıraraq xoşagəlməz nəticə ilə qarşılaşıblar. Belə ki, əgər sözügedən qulaqlıqlar zədələnsələr onları təmir etmək qeyri-mümkün olacaq. Nəticədə istifadəçi yeni AirPods qulaqlıqları almalıdır. Apple AirPods, aralarında sinxronlaşdırılmış əlaqə yaradan iki naqilsiz qulaqlıqdır. Səs, naqilsiz kanal üzrə hər iki səsgücləndiriciyə ötürülür. Audiosiqnalın mübadiləsi isə Apple W1 prosessoru hesabına həyata keçirilir. Qulaqlıqlar ilə komplektə həmçinin kiçik şarjolunma cihazı da daxildir. iFixitmütəxəssislərinin qarşılaşdıqları ilk problem ondan ibarət olub ki, həmin şarj cihazını, korpusu zədələmədən hissələrə ayırmaq qeyri mümkündür. Şarj cihazının daxilinə nəzər yetirmək üçün mütəxəssislər, onun plastik örtüyünü iki yerə ayırıblar. Cihazın daxilində isə 398 mAh enerji tutumlu batareya və şarj kontrolleri olub. Qulaqlıqların özünü də hissələrə ayırmaq elədə asan deyil. Onlar xüsusi bərkidicilərin əvəzinə kley ilə birləşdiriliblər. Hər bir qulaqlıqda isə naqilsiz qoşulmanı təmin edən antenlər, ana plata, Apple W1 prosessoru, 93 mAh enerji tutumlu batareya və səsgücləndirici yerləşdirilmişdir. iFixit mütəxəssisləri sözügedən qulaqlıqlara təmir baxımından 0 xal veriblər. Onları təmir etmək mənasızdır.

nausnik

Bu ilin payız fəslinin əvvəlində “Apple”, iOS 10-a maraqlı funksiya əlavə etmişdi. Bu funksiya iMessage üçün olan online tətbiqlıər mağazası idi. Həmin tətbiqlər mağazasında isə ən məşhur tətbiqlərdən biri də GIF animasiyaları yaratmağa imkan verən Momento idi. 3 aydan sonra məlum oldu ki, Momento artıq nəinki iMessage üçün genişləndirilmiş bir funksiya olmaqla yanaşı, həmdə iPhone və iPad üçün təqdim olunmuş ayrıca bir tətbiq kimi də fəaliyyət göstərir. Beləliklə iMessage üçün olan funksiya versiyasından fərqli olaraq iOS-ə təqdim olunmuş tam versiya, geniş funksionallığı ilə fərqlənir. Belə ki, iOS versiyada fotoları, filtr, sticker, mətnli ismarıclar və s. effektlər sayəsində redaktə etmək olar. Maraqlısı ondadır ki, iMessage üçün Momento 1.99$ qiymətinə satıldığı halda, iOS üçün tətbiq tamamilə pulsuzdur. Tətbiqi burdan yükləyə bilərsiniz.

imessage_yablyk[1]

Çində ortaya çıxan hesabatlara görə Apple, 3 yeni modeli üzərində işlər aparır. Bir çoxları Apple-ın 2017-ci ildə iPhone 8 modelini tanıdacağını düşünsə də Çinin xəbər agentliklərinin verdiyi məlumata görə bu heç də belə olmayacaq. Verilən məlumatda yeni modelin 1 deyil, 3 ədəd olacağı gözlənilir. Bunlar arasında iPhone 8-in yerinə iPhone 7S, iPhone 7S Plus və Ferrari modelləri olacaq. Əslində 3-cü modelin adı tam olaraq Ferrari deyil. Bu ad şərti xarakter daşıyır. Bu modelin daha baha və ya digər modellərlə nisbətdə daha ucuz olması haqda məlumat verilmir. Amma adından da göründüyü kimi yeni model heç də ucuz cihaz təəssüratı yaratmır. Hətta bu telefonun Premium model ola biləcəyi haqda fikirlər də mövcuddur. iPhone 7S-in OLED ekrana sahib olacağı, digər model olan iPhone 7S Plus-un ondan daha böyük ekrana sahib ola biləcəyi haqda məlumat verilir. Yer alan digər məlumatda isə şərti adı Ferrari olan digər telefon cüt sim karta sahib ola bilər. KGI analitiki Ming-Chi Kuo-nun sözlərinə görə Apple-ın Premium model sayıla biləcək iPhone-nu 5.1 və ya 5.2 inç Samsung mənbəli OLED ekrana sahib ola bilər. Bu versiyaların nə qədər doğru olduğunu isə telefonlar təqdim olunduqdan sonra demək mümkündür.

b707fbe431335dc4d0d2d38fadede2f7

Snapchat tətbiqinin sahibi Snap şirkəti öz fəaliyyətini genişləndirmək niyyətindədir. Şirkət yeni bir texnologiya şirkəti, Flite-ı aldı. Snapchat tətbiqinin sahibi Snap şirkəti, San Francisco-da yerləşən texnologiya şirkəti Flite-ı alıb. Recode-nin verdiyi məlumata görə Snap-ın bu şirkət üçün nə qədər pul ödəməsi məlum deyil. Flite şirkəti hal-hazırda bir çoxlarının diqqətini çəkən 360 dərəcə videolar, portret fotolar və s. bunun kimi işlər üzərində çalışan şirkətdir. Snap-ın belə bir addım atmasına səbəb isə Facebook-un Snapchat-a qarşı həyata keçirdiyi siyasətlə göstərilir. Əslində Snap şirkətinin gələcəkdə Facebook-la rəqabət apara bilməsi üçün belə şirkət alımı normal haldır. Çünki rəqabət şəraitində Facebook yeniliklər etdikcə Instagram daha irəli gedir. Bu isə gələcəkdə Snapchat istifadəçilərinin azalmasına səbəb ola bilər. Maliyyə ilinin yekunlarına fikir versək Snap şirkəti 2016-cı il üçün 350 milyon dollar gəlir əldə edib. Belə olduqda Snap-ın Flite firmasını alması gələcəyə hesablanmış yatırım hesab oluna bilər.

snapflite

Google-un Doodle-ları, bu nəhəng axtarış şəbəkəsinin bayramları və ya xüsusi günləri qeyd etmək üçün sadə lakin effektiv yoludur. İndi isə Facebook, öz eyni adlı platformasında Xəbər Lentinə bayramlar və tədbirlər haqqında mesajlar/kartlar yerləşdirəcəyini bildirib. Mesajlar sizin xəbər lentinizin ən üst hissəsində görünəcək və Google Doodle-lar kimi müəyyən bayram və ya tədbir kimi xüsusi günləri əhatə edəcək. Məsələn artıq bir çoxunuzun rast gəldiyi bir nümunə ilə yeniliyi izah edək: Yeni İl Kartları. Facebook, yeni il yaxınlaşarkən xüsusi bayram kartlarını istifadəyə verdi. Beləki, xəbər lentinizin ən üstündə yer alan Bayram Kartlarınızdan istədiyiniz birini seçib, dostlarınız və ailəniz ilə paylaşa bilərsiniz. Facebook-un bildirdiyinə görə artıq insanlar 18 müxtəlif bayrama aid kartları öz xəbər lentlərində görə biləcəklər. Facebook, bir çox insanın səhər yuxudan oyandıqdan sonra daxil olduqları ilk tətbiq və saytlardan biridir. Bu kiçik lakin şirin toxunuş ilə Facebook, insanlara daha da yaxınlaşmağa, bayramları onlar ilə birlikdə qeyd etməyə başlayır. Qeyd:Facebook “Doodle”larını istədiyiniz zaman yuxarı küncdən bağlamaq mümkündür.

ogurladi

Facebook, Snapchat-la olan mübarizəsini davam etdirməkdə iddialıdır. Elə buna görə də Instagram bütün Snapchat xüsusiyyətlərini özünə əlavə etməkdə davam edir. Hər dəfəsində öz sahib olduğu platformalara yenilik edən Facebook, bu dəfə də Instagram-a yeni bir xüsusiyyət əlavə edib. Yeni xüsusiyyət istifadəçiyə şəkillərini daha maraqlı formaya salmağa şərait yaradacaq. Instagram, Snapchat-ın yerini almaqda iddialıdır. Instagram-da Hekayələr formatındakı foto və videolara artıq stikerlər yapışdırmaq mümkün olacaq. Yeni xüsusiyyət nəticəsində şəkilləriniz daha rəngarəng olacaq. İstifadəçi çəkdiyi foto və ya videoya uyğun hesab etdiyi stikerləri seçərək onu görüntüdə yerləşdirə biləcək. Hətta istək daxilində stikerin ölçüsünü və yerini dəyişdirə biləcək. Istagram, xüsusi olaraq qeyd olunan vaxtlara aid stikerləri də istifadəyə verəcək. Buna misal olaraq Yeni ilə aid stikerləri misal göstərmək olar.

instag8

“Apple”ın naqilsiz qulaqlıqları AirPods-ları itirməkdən qorxursunuzsa və daima qulağınızdan düşür kimi olursa bu həll üsulunu yoxlaya bilərsiniz. “Apple”ın naqilsiz qulaqlıqları AirPods-ların artıq ölkəmizdə də istifadəçiləri var. Lakin fantastik qiymətə olan bu qulaqlıqların bir-birləri ilə naqillə əlaqələndirilmədikləri üçün hər an itmə riski də mövcuddur. Andrew Cornett adlı Twitter istifadəçisi tapdığı üsulla çox güman ki AirPodsları bundan sonra qulağından düşməyəcək formada istifadə edəcək.

apple

Dünya nəhəngi Google, keçdiyimiz günlərdə hackerlərin qurbanı oldu. Bəs təhlükəsizlik mövzusunda investisiya etməkdən çəkinməyən Google, kim tərəfindən və necə hack edildi? Alphabetşirkətinin alt şirkəti olan Google, dünyanın ən dəyərli şirkətləri siyahısında zirvədə yerləşməyi bacarır. Google Pakistanlı hackerlər tərəfindən hack edildi. Təhlükəsizlik mövzusunda dünyada ağıla gələn ilk şirkətlərdən biri olan Google, istər istifadəçilərin istərsə də öz təhlükəsizliyi üçün daima yeni investisiyalar etməkdən çəkinmir. Lakin bu tədbirlərə baxmayaraq, keçdiyimiz günlərdə hackerlərin qurbanı olmaqdan qurtula bilmədi. Google-un rəsmi Banqladeş saytı, Pakistanlı hackerlər tərəfindən hack edildi! DNS Hijacking adı verilən bir hücum üsulundan istifadə edən hackerlər, Google-a gələn istifadəçiləri əvvəlcədən yaradılmış səhifəyə yönləndirməyi bacardılar. DNStəsdiq firması olan BTCL-dan aslı olduğu öyrənilən boşluq səbəbindən hack edilən Google, mövzu ilə bağlı bir açıqlama verməsə də BTCL tərəfindən problemin özlərindən qaynaqlandığı və boşluğun bağlandığı ilə bağlı açıqlama gəldi. Bütün gecə boyunca aktiv qalan yönləndirmə problemi gec olsa da həll edildi lakin bu müddət, istifadəçilərin ağlında Google-un təhlükəsizliyi mövzusunda sual işarətləri yaratmaq üçün kifayət etdi.

google-hacklendi

Avropa Komissiyası, Facebook-un, WhatsApp-ı alarkən bəzi məlumatları gizlətdiyi iddia edir. Hal-hazırda ən çox istifadə olunan və həmçinin sərfəli hesab olunan WhatsApp tətbiqi 2014-cü ildə Facebook tərəfindən 22 milyard dollara alınmışdı. Lakin şirkət tətbiqi alarkən WhatsApp istifadəçilərinin məlumatlarının iki şirkət arasında paylaşılacağını Avropa Komissiyasından gizləyiblər. Xatırladaq ki, AB, Avropada fəaliyyət göstərən böyük şirkətlərin birləşməsi və alınması ilə bağlı məsələlərə nəzarət edən qurumdur. Bu ilin avqust ayında WhatsApp istifadəçilərinin şəxsi məlumatlarının Facebook-la paylaşılacağı bildirildi. Bu isə Avropa Komissiyasının bildirdiyinə görə AB-dən gizlədilib. Yəni iddialar arasında yer almayıb. Facebook nümayəndələri isə mövzu ilə bağlı hələ ki, heç bir açıqlama verməyib. Facebook-un bu iddialara 2017-ci il 31 yanvar tarixinədək cavab verməsi gözlənilir. Əgər Facebook lazimi açıqlama verməsə onda təqribən 170 milyon dollar cəza məbləği ödəməli olacaq. AB-nin siyasət işləri üzrə nümayəndəsi Margrethe Vestagerin sözlərinə görə Facebook, WhatsApp-ı alarkən komissiyaya səhv və ya yanıldıcı məlumat verib. Buna görə də Facebook bu iddialara cavab verməlidir deyə bildirib.

556555

Tırtıllı tikinti “3D” printeri inşaatçıların işini sürətləndirəcək. Niderlandın “CyBe” şirkəti tırtıllı platforma əsasında işləyən “3D” formatlı tikinti printeri təqdim edib. Bu barədə istehsalçının saytında dərc edilən məlumatda deyilir. Əksər mövcud inşaat “3D” printerləri stasionardır və müəyyənləşdirilmiş ərazidən kənar çap edə bilmirlər. Adətən belə qurğular gələcək binanın kiçik fraqmentləri ilə işləyir və ya bütün tikinti ərazisini əhatə edən rama üzərində yığılır. “CyBe” şirkəti alternativ kimi mobil inşaat printerindən istifadəni təklif edib. Məlumata görə, “CyBe RC 3Dp” adlanan qurğu “CyBe R 3Dp” tikinti printerinin modifikasiya edilmiş variantıdır. Sonuncunun konstruksiyasında stasionar əsas əvəzinə, hidravlik dayaqlarla təchiz edilən tırtıllı şassidən istifadə olunur. Onlar işdən əvvəl irəliləməyə başlayaraq manipulyatorun iş radiusunun 2,75 – 4,5 metr təşkil etməsini təmin edir. Mobil printer tez quruyan qarışıqların 200-600 millimetr saniyə sürətində çapı üçün nəzərdə tutulub. Bu halda qatın qalınlığı 30 millimetrə çatır. Qurğu eyni anda iki operator tərəfindən idarə olunur və elektrik enerjisi ilə işləyir. Şirkət nümayəndələrinin sözlərinə görə, “CyBe RC 3Dp” işi stasionar analoqlarından daha tez görməyə imkan verir.

“Blackberry” cari ilin sentyabr ayında smartfon istehsalından imtina edib. Çinin “TCL Corporation” Kanadaya məxsus olan və dünyanın ən məşhur brendlərdən biri sayılan “Blackberry” şirkətini alıb. Bu bardə “The Verge” agentliyi yazıb. Məlumatda bidlirilir ki, “Blackberry” cari ilin sentyabr ayında smartfon istehsalından imtina edib. Həmçinin məlumatda qeyd edilir ki, şirkətə məxsus olan smartfonların dünya bazarındakı payı cəmi 0,1%-ni təşkil edib. “Blackberry” ilin ikinci rübündə təxminən 372 milyon dollar ziyana düşüb. Qeyd edək ki, “TCL Corporation” şirkəti bu marka altında smartfonların istehsalına hazırlaşır.

36917705

“Facebook” qrup videozəngləri və rəngli postlar funksiyalarını təqdim edib. Ötən il “Facebook Messenger”in istifadəçiləri üçün videozəng funksiyası əlçatan olub, bir il sonra isə qrup zəngləri funksiyası istifadəyə verilib. İndi isə “Messenger”in istifadəçiləri qrup videozənglərinin köməyi ilə ünsiyyət saxlaya bilərlər. “Facebook” şirkətinin bloqunda dərc edilmiş məlumata əsasən, qrup videozəngləri artıq “Messenger”in masaüstü versiyasında, həmçinin mobil tətbiqin “iOS” və “Android” üçün son versiyasında əlçatandır. Zəng etmək üçün qrup çatına daxil olmaq və yuxarı sağ küncdəki videoçat ikonkasına sıxmaq lazımdır. Bundan sonra qrupun bütün iştirakçıları bildiriş alaraq videozəngə qoşula biləcəklər. Ümumilikdə videoçatda 50-dək həmsöhbət iştirak edə bilər, amma ekranda eyni anda ən çoxu 6 iştirakçı görünür, digərləri isə yalnız söhbətin təşəbbüskarını görürlər. Bundan başqa, “Facebook” şirkəti istifadəçilərə daha bir yenilik hazırlayıb. İndi rəngli postlar dərc etmək mümkündür. Bunun üçün, sadəcə, mətnin daxil edilməsi sahəsindən aşağı hissədə yerləşən rəngli dairələrdən birinə sıxmaq lazımdır.

30597870

Apple işçilərinə görə 2 milyon dollar kompensasiya ödəməli olacaq. Apple, işçilərin əmək kodeksini pozduğu üçün cərimə olundu. Şirkətin cərimə almağının səbəbi işçilərinə qarşı ciddi iş rejimi tətbiq etməsidir. İddialara görə Apple, işçilərinə yemək arası verməyə, fasilə etməyə icazə verməyib. Bu iddia ilə Apple-ın keçmiş işçiləri məhkəməyə müraciət edib. İddia 2011-ci ildə Apple Store mağazasının keçmiş əməkdaşı tərəfindən başladılıb. İddianı verən isə mağaza əməkdaşı Brandon Felczer və onun üç həmkarı olub. 2014-cü ildə bu siyahıya 20.000 Apple işçisi də qoşulub. İddiaçılardan birinin bildirdiyinə görə şirkət 5 saat fasiləsiz çalışmağı, digəri isə qonorarı 2 gün geçikdirdiyini bildirib. Hətta bəziləri fasilənin 7-8 saata qədər verilmədiyini açıqlayıb. Bu əsasən çalışma zamanına əsasən pul ödənən işçiləri əhatə edir. Kaliforniya məhkəməsi Apple-ı bu mövzuda günahkar hesab edib və işçilərə 2 milyon dollar kompensasiya ödəməsini tələb edib. Beləliklə, hər bir zərərçəkən 95dollar ala bilər.

02863498

2022-ci ilədək 550 milyon qurğu “5G” şəbəkələrinə qoşulacaq. İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı tərəfindən tərtib edilmiş “Mobility Report”un hesabatına əsasən, 2022-ci ilədək dünyada beşinci nəsil (“5G”) şəbəkələrinə qoşulmuş təxminən 550 milyon qurğu qeydə alınacaq. Şirkətin analitiklərinin proqnozuna görə, Şimali Amerika “5G” şəbəkələrinin yayılma tempinə görə lider olacaq: 2022-ci ilə bu regionda mobil rabitə abunəçilərinin 20 faizi yeni yüksəksürətli texnologiyadan istifadə edəcək. Müqayisə üçün, Asiya-Sakit okean regionunda bu göstərici 10 faiz təşkil edəcək. “Ericsson-LG” mobil genişzolaqlı giriş bölməsinin baş meneceri Li Ci-xen bildirib ki, dünya üzrə bir çox operatorlar yaxın illərdə “5G” standartının kommersiya tətbiqinə hazırlaşırlar. Ekspertlərin proqnozuna görə, belə şəbəkələr 2020-ci ilə işə salınacaq, bundan sonra müxtəlif ölkələrdə həmin texnologiyadan kütləvi istifadə edilməyə başlanılacaq. “4G” ilə müqayisədə “5G” texnologiyası məlumatları 20 dəfə sürətli ötürməyə imkan verir.

15893812

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları üçün güllə keçirməyən titandan xüsusi “iPhone 7” yaradılıb. “Caviar” şirkəti tərəfindən istehsal olunmuş cihaz xüsusi olaraq FTX gününün şərəfinə yaradılıb. Eksklüziv “iPhone”lar BT23 markalı möhkəm gülləkeçirməz materialdan istehsal edilib. Bu material həmçinin zirehli jiletlərin yaradılmasında istehsal olunur. Xalq arasında “Çekistlər günü” kimi adlandırılan bayram dekabrın 20-də qeyd edilir. Bu tarix üçün “Caviar” şirkəti xüsusi olaraq limit seriyalı “Forza FSB” istehsalına başlayıb. “Forza FSB Gold LE” yeni modelinin xüsusiyyəti ondan ibarətdir ki, onun dizaynının əsas elementləri qızılla örtülüb. Qeyd edək ki, “Caviar Forza” telefonları “Makarov” tapançasından güllə atəşinə dözür və hətta 4 metr məsafədən açılan atəşi də müdafiə edir.

Avropa Komissiyası “Facebook” sosial şəbəkəsini “WhatsApp” messencerinin alınması zamanı yalan informasiya verməkdə ittiham edib. Bu qərar sövdələşmənin təsdiqinə mane olmasa da, “Facebook”u dövriyyənin 1%-i həcmində cərimə gözləyir. Avropa Komissiyasından bildirilib ki, “Facebook” və “WhatsApp”ın istifadəçi məlumatlarının birləşdirilməsi 2014-cü ildən mümkün olub. Bu isə sosial şəbəkənin bəyanatları ilə ziddiyyət təşkil edir. “Facebook” 31 yanvar 2017-ci ilə qədər Avropa Komissiyasına cavab verməlidir. Şirkətdən bildirilib ki, texniki imkanları və planları barədə Avropa Komissiyasına təqdim etdikləri məlumatları dəyişdirməyiblər.

fvv

“Apple” yeni personal kompüterlərin istehsalına hazırlaşır. Bu barədə şirkətin rəhbəri Tim Kuk əməkdaşlara yazdığı məktubda bildirib. T. Kuk yeni kompüterlərin buraxılacağına dair anons verib: “Bir sıra kütləvi informasiya vasitələri bizim şəxsi kompüterlər seriyasını inkişaf etdirəcəyimizə şübhə edir. Əgər kimsə hələ də şübhə edirsə, mən rəsmən bəyan edirəm ki, bizim planlarımızda bir neçə möhtəşəm desktop var”.

d68dbf7e30bd051a5f7daa5ed9a53577

Dekabrın 15-də “Super Mario Run” əlavəsi “Apple” mağazasında yerləşdirildiyi ilk gün yükləməyə görə rekord əldə edib. Oyun ilk gündə 3,5 milyon dəfə yüklənərək, bundan öncə populyarlıq qazanmış “Pokemon GO” oyununu da üstələyib. “App Annie” analitik agentliyinin hesablamalarına görə, 5 gün ərzində iOS istifadəçiləri bu oyunu 37 milyon dəfədən çox yüklənib. Məlumdur ki, bu oyun eyni zamanda dünyanın 150 ölkəsinin sakinlərinə təqdim edilib. “Pokemon GO” oyununa gəldikdə isə, ilk günlər bu oyun ancaq 3 ölkədə əlçatan olub. O zaman ilk təqdimatda bu oyunu 900 min dəfə yükləyiblər. Yeniliyə daha çox tələbat ABŞ və Böyük Britaniya sakinləri arasında müşahidə olunur. Qeyd edilir ki, “Super Mario Run”un yüklənməsinə görə ilkin olaraq pul tələb olunmur. Ancaq oyunsevərlər öz güclərini oyunun daha çətin səviyyələrində sınamaq üçün təxminən 10 dollara yaxın pul ödəməli olacaqlar.

f816ec218b2322a5e43fa780f3a3fb04

“Apple” korporasiyası 2017-ci ildə bazar üçün üç yeni smartfon modelini istehsal etməyi planlaşdırır. Eyni zamanda şirkət istifadəçilərə yeni “Ferrari” flaqman cihazını nümayiş etdirməyi nəzərdə tutur. Modellər artıq D20, D21 və D22 kod adlarını alıblar. Bununla belə, bu cihazların kütləvi bazara çıxmazdan əvvəl necə adlandırılacağı ilə bağlı məlumat verilmir. Bundan əvvəl isə bildirilib ki, “Apple” nümayəndələri çevik displeylə təchiz edilmiş qatlanan smartfon təqdim ediblər. Qeyd olunur ki, bu cihaz bir dəfə deyil, bir neçə dəfə qatlana biləcək.

control-his-main-appliances-including-his-lights-and-toaster

“Twitter” şirkətinin texniki direktoru Adam Messincer tutduğu postu tərk edib. Bu barədə “Twitter”in texniki direktoru özünün mikrobloqdakı səhifəsində məlumat verib. Messincerin sözlərinə görə, şirkətdə işlədiyi 5 il müddətdən sonra fasilə vermək niyyətindədir. Mütəxəssis əməkdaşlığa görə resursun komandasına minnətdarlığını bildirib, həmçinin Cek Dorsiyə işləmək imkanı verdiyi üçün təşəkkür edib. Xatırladaq ki, Adam Messincer əvvəl qərarların inkişafı üzrə vitse-prezident vəzifəsində çalışıb, sonradan isə “Twitter”in texniki direktoru vəzifəsinə keçib. Messincer bildirib ki, hazırda dincəlməyə ehtiyacı var və bu zaman yeni qərarların qəbulu və axtarışı ilə məşğul olacaq.

4578fcd44019680e9fc52f433caccecc

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register