Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 22.12.2016-cı il.

İstanbul Universiteti Türkiyənin ən qədim universitetidi. Əsası 22 dekabr 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur. Hazırda 55 000 tələbəsi var və dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş ilk Türkiyə universitetidir. Eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır.

1829-cu ilin bu günü ilk sərnişin dəmiryolu xətti Baltimor-Ohayo fəaliyyətə açılıb.

Lümyer qardaşları kinematoqrafın baniləridirlər. İlk pullu kinoseans açılışı 22 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan “Avtoxrom” aparatı kəşf etmişdilər.

Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu 1914-cu ilin 22 dekabrında Sarıqamış əməliyyatına başlayıb.

Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı partizan, kəşfiyyatçı Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.

22 dekabr 1919-cu ildə Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib.

Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti Həsən Seyidbəyli 1920-ci ilin bu günü anadan olub.

1920ci ilin bu günü Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb. Qurultayda QOELRO planı təsdiq edilib.

Hitler 22 dekabr 1941-ci ildə “Qafqaz müsəlman Legionu”nu yaratmaq barədə göstəriş verib.

Podpolkovnik, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Həzi Aslanov 1942-ci ilin bu günü birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Görkəmli Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri Nəcəf Nəcəfov 1988-ci ilin 22 dekabrında Meydan hərəkatını işıqlandırdığı üçün “Molodyoj Azerbaydjana” qəzeti redaktorluğundan kənarlaşdırılımışdır.

22 dekabr 1989-cu ildə 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist Partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb.

2001-ci ilin bu günü Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register