Marneulidə Yeni İl Tədbirlərinə Start Verildi

Marneuli Bələdiyyəsində yeni ilin yaxınlaşması ilə birgə, yeni il tədbirləri başladı. Yerli Özünüidarəetmə azyaşlılara və böyüklərə müxtəlif süprizlər söz verir. Yeni il qabağı Marneuli küçələri və parkları müxtəlif dekorativ çıl-çıraqlarla və illuminasiyalarla bəzədilir.
Yerli sakinlərdə yeni il əhval ruhiyyəsi yaratmaq üçün Bələdiyyə tərəfindən rəngarəng yeni il proqramı hazırlandı. Proqram dekabrın 20 də başladı və 2017 ci ilin yanvarın 7 də milad konserti ilə sona çatacaq.
Qeyd etmək lazımdır ki, Özünüidarəetmənin təşəbbüsü ilə, dekabrın 30 da 2 saat erzində Marneuli şəhərində karnaval yürüşü təşkil olunacaq (şaxta baba və nağıl qəhrəmanları). Şaxta baba üstü açıq maşın ilə, şəhərin küçələrində gəzən balacalara, hədiyyə paketləri və yeni il konsertinin dəvvətnamələrini təqdim edəcək.
Dekabrın 31 də, yeni il qala-konserti möhtəşəm atəşfəşanlıqla sona çatacaq.
Dekabrın 22 dən yanvarın 7 dək yeni il proqramı belədir:
22.12.2016 cı il– saat 14:00
Marneuli Bələdiyyəsinin “Mədəniyyət Mərkəzi”nin vokal-instrumental kollektivlərinin yeni il konserti.
23.12.2016 cı il– saat 13:00
Marneuli Bələdiyyəsinin “Mədəniyyət Mərkəzi”nin musiqi məktəbinin yeni il konserti.

28.12.2016 cı il– saat 16:00
Marneuli Bələdiyyəsinin “Mədəniyyət Mərkəzi”nin teatr truppasının “Necə istəyirsən elə də adlandır” tamaşası
30.12.2016 cı il – saat 11:00 və saat 14:00
Marneuli Bələdiyyəsinin “Mədəniyyət Mərkəzi” tərəfindən təşkil olunmuş “Yeni İl Şam Ağacı” (2 seans)

• Yeni İl filminin nümayişi
• Uşaqlar üçün əyləncə proqramı
• Hədiyyələrin təqdimatı
31.12.2016 cı il – saat 17:30-dan
Yeni il tədbiri və açıq səma altında qala konsert
07.01.2017 cı il– saat 12:00 dan
• Alilo
• Marneuli Bələdiyyəsinin “Mədəniyyət Mərkəzi” tərəfindən hazırlanmış Milad konserti

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register