Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Təqdimatına aylar qala “iPhone8″lə bağlı yeni iddialar gündəmdədir. “The Korea Herald” adlı saytda “iPhone8″in OLED versiyasında şüşədən istifadə edilməyəcəyi bildirilib. Saytın məlumatına görə,onun əvəzində klaviaturalı plastik bir OLED materialdan istifadə ediləcək. Bunun üçün hətta “Apple”şirkətinin “Samsung”dan 100 milyondan çox OLED ekran sifariş etdiyi iddia olunur. Saytın yazdığına görə, “iPhone8” qatlanabilən olmayacaq. Lakin onun hər hansı bir tərəfinə toxunulanda telefon cavab verəcək. Kabelsiz enerji toplama xüsusiyyətinə və A11 prosessoru ilə istifadəyə buraxılacağı deyilən telefon növbəti ilin sentyabrında təqdim ediləcək.

iphone

“Facebook” sosial şəbəkəsi yeni “Live Audio” xidmətini sınaqdan keçirməyə başlayıb. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib. Bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya öncə radiostansiyalara və audiokontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olublar. İstifadəçilər “Android” və iOS əməliyyat sistemlərində “Facebook” əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, “iPhone” və “iPad” sahibləri üçün striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində “Android” cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər. “Facebook” sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır.

face radio

Facebook yeni funksiyası ilə yenidən adından söz etdirəcək. Sosial şəbəkə nəhəngi Messenger tətbiqinə birdən çox istifadəçiylə görüntülü danışma xüsusiyyətini əlavə edib. 50-yə qədər şəxsin iştirak edə biləcəyi söhbət qruplarında ən çox 6 adamla görüntülü danışmaq imkanı təqdim edilir. Dostlarınızla görüntülü qrup danışığı etmək üçün içində olduğunuz və ya yeni açılan söhbət qrupunun sağ tərəfində, üstdə video işarəsinə toxunmağınız kifayət edəcək. Sözügedən funksiyanı hal-hazırda iOS-larda icra etmək mümkündür. Android platformalı telefonlarda isə onun nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

mesenger

Bir neçə ildən sonra robotlar insanları fiziki işlə yanaşı intellektual sahədə də əvəzləyə biləcək.Bəzi eksperlərin fikrinə görə, bir müddətdən sonra insanlar robotlarla rahat danışa biləcək. Perem universitetinin informasiya texnologiyası kafedrasının dosenti Dinara Qaqarinin sözlərinə görə, indiki zamanda robotlar insanları fiziki və kiçik intellektual sahədə əvəzləyə bilir, lakin bir neçə ildən sonra robotlar insanları ağır intellektual işlərdə də əvəzləyəcək. Bu isə əmək bazardında robotların insan əməyinin sıxışdırıb çıxarılması ilə nəticələnəcək. “TheFutureofJobs”-un analitik hesabatında qeyd olunub ki, Davos İqtisadi forumunda əldə olunan razılaşmaya görə, 2020-ci ildə əksəriyyəti ofis işiçisi olmaq şərti ilə 7 milyon insan ixtisar olunacaq.

robot

Nokia yalnız mobil telefon istehsalından deyil, patentdən də pul qazanmaq niyyətindədir. Uzun müddətdir texnoloji yenilikləri uzaqdan izləyən Nokia şirkəti, edəcəyi yeniliklərlə çox böyük rəqabət mühiti formalaşdırmaq niyyətindədir. Belə ki, Nokia qısa müddət ərzində bir deyil, bir neçə telefonla biznesə giriş etmək istədiyini göstərdi. Bundan əlavə son gələn məlumatlara görə şirkət yalnız telefon istehsalından deyil, həmçinin sahib olduğu patentlərdən də pul qazanmaq niyyətində olduğunu bildirib. Məhz buna görə də Nokia, Apple-ı məhkəməyə verib. Xatırladaq ki, bu texnologiya aləmində ilk hadisə deyil. Belə ki, Samsung və Apple şirkətləri bu mövzuda uzun müddət bir-birilə mübarizə aparmışdı. İndi isə bu siyahıya Nokia və Apple arasında olan patent davası da əlavə olundu. Texnologiya sahəsində çoxlu sayda patentə sahib olan Nokia şirkəti Apple-ın iPhone istehsalında bu patentlərdən istifadə etdiyini və gərəkən ödəməni etmədiyini iddia edir. Apple isə bu mövzuda hər zaman diqqətli davrandığını və ödəmə etdiyini, amma Nokia-nın adil qiymət ödənişi siyasəti yerinə yetirmədiyini iddia edir. Buna görə də Apple öz növbəsində Nokia-ya haqsız qazanc əldə etmək istəyi iddiasıyla məhkəmə prosesi başladıb. Göründüyü kimi qarşıdakı illərdə texnologiya sahəsini maraqlı günlər gözləyir.

nokiaapple

“LG” şirkəti 5 yeni smartfon anons etdi. Onlar, Yanvar ayının əvvəlində keçiriləcək CES 2017 tədbirində təqdim olunacaqlar. Yeni smartfonların adları Stylo 3, K10, K8, K4 və K3-dür. LG Stylo 3, Android 7.0 əməliyyat sistemi üzərində çalışan orta qiymətli smartfondur. Həmçinin smartfon stilus ilə təchiz olunacaq. Onun texniki göstəriciləri isə aşağıdakı kimidir: 5.7 inç ekran, 3 GB RAM və 16 GB daxili yaddaş, 3200 mAh enerji tutumlu batareya, 13 MP arxa və 8 MP ön kamera. K seriyalı smartfonlara gəldikdə isə onlardan K10 və K8, Android 7.0 Nougat, K4 və K3 isə Android 6.0.1 əməliyyat sistemləri vasitəsilə çalışacaqlar. Həmin smartfonların texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz. LG K10: 5.3 inç ekran, 8 nüvəli MediaTek MT6750 prosessoru, 2 GB RAM və 16 GB daxili yaddaş, 2800 mAh enerji tutumlu batareya, 13 MP arxa və 5 MP ön kamera. LG K8: 5 inç ekran, 4 nüvəli Snapdragon 425 MSM8917 prosessoru, 1.5 GB RAM və 16 GB daxili yaddaş, 2500 mAh enerji tutumlu batareya, 13 MP arxa və 5 MP ön kamera. LG K4: 5 inç ekran, 4 nüvəli Snapdragon 10 MSM8909 prosessoru, 1 GB RAM və 8 GB daxili yaddaş, 2500 mAh enerji tutumlu batareya, 5 MP arxa və 5 MP ön kamera. LG K3: 4.5 inç ekran, 4 nüvəli Snapdragon 10 MSM8909 prosessoru, 1 GB RAM və 8 GB daxili yaddaş, 2100 mAh enerji tutumlu batareya, 5 MP arxa və 2 MP ön kamera.

lg

Bu il “Xiaomi”şirkəti öz ilk noutbook modeli Mi Notebook Air-i təqdim etdi. Noutbook, MacBook Air-ə çox bənzəyirdi. Sabah, şirkət, Xiaomi Mi Notebook Pro adlı portativ noutbookunu təqdim edəcəyi prezentasiya keçirəcək. Artıq əldə olunan məlumata əsasən yeni modelin üstün cəhətlərindən biri LTE dəstəyinin olacağıdır. Noutbook barədə rəsmi məlumatlar olmasa da bəzi mənbələrdən çox maraqlı təfərrüatlar əldə olunub. Beləliklə məlumata əsasən Xiaomi Mi Notebook Pro daha vacib xüsusiyyətlərinə görə Mi Notebook Air-dən fərqlənəcək. Deməli cihazın ekranı 4K dəstəkli olacaq və iki versiyada (12.5 və 16.5 inç) satışa çıxacaq. Texniki göstəricilərinə gəldikdə isə noutbook, 4 nüvəli Intel i7-6700HQ prosessoru, GTX 960M videokartı, LPDDR standartlı 16 GB RAM və 512 GB SSD daxili yaddaş ilə təchiz olunacaq. Qeyd olunmuş prosessor növü ən sürətlilər siyahısına daxildir və hətta oyunlar üçün nəzərdə tutulmuş noutbooklarda belə rast gəlinir. Həmçinin Xiaomi Mi Notebook Pro yüksək sinif məhsul kimi qələmə verilir. Yəni onun ucuz başa gələcəyini gözləmək mənasızdır. Bununla belə bir çox mənbələr onun 860$ civarında satılacağını qeyd edirlər. Müqayisə üçün 2016-cı il 13 inç-lik MacBook Pro modelinin qiyməti 1500$ təşkil edir.

xiomin_pro-1

Sony istehsalı telefonları hər zaman diqqəti cəlb etməyi bacarıb. Bu dəfə Sony Xperia XZ, Galaxy Note 7-ni arxada qoymağı bacardı. Galaxy Note 7 satışa çıxarıldıqdan sonra qiymətləndirmə siyahısında 2016-cı ilin ən yaxşı telefonu olacağı haqda rəylər yer alırdı. Amma təəssüf ki, Samsung Galaxy Note 7 ilə bağlı baş vermiş partlayışlar cihazın istifadəçilər tərəfindən istifadəsinin azalmasına səbəb oldu. Hətta buna görə cihazın geri alımı barəsində şirkət rəsmi açıqlama etməyə məcbur qaldı. Vəziyyət belə olduqda Galaxy Note 7-ni Xperia XZ əvəz etdi. Apteligent şirkətinin 2016-cı ildə apardığı araşdırmaya görə Sony-nin yeni modeli Xperia XZ ortaya çıxan barmaq izi sensoru probleminə baxmayaraq ilin ikinci yarısında satışa çıxarılan, ən çox tələb görən ağıllı telefon olub. Apteligent şirkəti bu nəticələrə izləmə API-ləri ilə apardığı araşdırmalar nəticəsində nail olub. Dünya səviyyəsində Note 7 istifadəsi oktyabr ayında 35% artdığı halda, ortaya çıxan problemdən sonra onun yerini Xperia XZ telefonu əvəz etdi. Samsung Galaxy Note 7 yaşadığı problemdən sonra siyahıda geriləsə də LG V20, HTC Bolt və OnePlus 3T-dən öndə yer alır.

sonyxz

“Google” şirkətinin əməkdaşı şirkəti məhkəməyə verib. Belə ki, o, şirkətin öz işçilərini izləməsini düzgün hesab etmir. İttiham qaldıran şəxsin fikrincə şirkətin konfidensiallıq siyasəti, Kaliforniyanın əmək qanunvericiliyinə uymur. Ərizədə qeyd olunub ki, şirkət, casus tətbiqinə sahibdir. Məlumata əsasən həmin tətbiq, vacib məlumatların mətbuata və dövlət orqanlarına ötürülməsinin qarşısını alır. Əməkdaşın sözlərinə əsasən işçilərə, qeyri-leqal fəaliyyəti müzakirə etmək və onları şirkət vəkillərinə söyləmək qadağandır. Həmçinin daxili qaydalara əsasən şirkətə, şübhəli şəxslər barədə məlumat verən əməkdaşlar mükafatlandırılır. Bundan əlavə olaraq əgər əməkdaşlardan kimsə Silikon Vadisindəki həyat tərzi haqqında kitab yazmaq istəsə onda bütün yazıları ilk öncə şirkətdə fəaliyyət göstərən xüsusi şöbə işçilərinə təqdim etməlidir. Əgər sözügedən məhkəmə prosesində “Google” uduzsa onda onu 3.8 milyard dollar cərimə gözləyir. Qeyd edək ki, bu ilin Sentyabr ayında ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edward Snowden, şirkətin yeni messenceri olan Google Allo-dan istifadəni məsləhət görməmişdi. Onun sözlərinə görə bu messencer istifadəçinin bütün ismarıclarını yazır və onun haqqında məlumatları xüsusi dövlət orqanlarna ötürür.

izole

Samsung Galaxy S8-də yeni rejim yer alacaq. Bu rejim nədir və nə işə yarayır? Samsung, Galaxy Note 7 ilə bağlı yaşadığı bədbəxt hadisədən sonra Galaxy S8 üzərində ciddi işlər aparır. Buna görə də hər keçən gün yeni Galaxy S8 haqqında məlumatlar yenilənməkdə davam edir. Galaxy S8-də Snapdragon 835 və 8 GB RAM yer alacağı bildirilir. Verilən məlumata görə yeni Galaxy S8 telefonunda Beast Mode adlı yeni rejimin olması da gözlənilir. Yeni rejim nə işə yarayacaq? Galaxy S8-də yer alacaq Beast Mode-nun əsas funksiyası telefondakı oyun və tətbiqləri sürətləndirməkdir. Belə güman olunur ki, yeni rejim Game Launcher tətbiqindən daha fərqli çalışacaq. Qeyd edək ki, Game Launcher-i çalışdırdığınız zaman RAM təmizlənir və gərəksiz tətbiqlər dondurulur. Bu yeni rejimin telefonun aktivliyini daha irəli səviyyəyə daşıması gözlənilir. Overclock, yəni sürət artırma olaraq bilinən xüsusiyyət Beast rejimi ilə Galaxy S8-də ola bilər. Digər tərəfdən overclock əməliyyatının güc istehlakına mənfi təsir edəcəyi diqqətdən yayınmır.

galaxy

Çinin “TCL Corporation” şirkəti BlackBerry smartfon brendini aldı. Bundan sonra məhz sözügedən şirkət, BlackBerry brendi adı altında mobil telefonları istehsal edəcək. “BlackBerry” şirkəti isə öz növbəsində təhlükəsizlik üzrə proqram təminatının yaradılmasında diqqətini cəmləyəcək. “BlackBerry” hələ bu ilin Sentyabr ayında smartfon istehsalından imtina etmək qərarını verdi. Həmin vaxtda şirkət bildirdi ki, BlackBerry brendi altında smartfonlar isə tərəfdaş şirkətlər tərəfindən istehsal ediləcək. Şirkət özü isə prqram təminatının hazırlanması ilə məşğul olacaq. Mütəxəssislərin qiymətləndirmələri nəticəsində məlum olub ki, bu ilin payız fəslində BlackBerry brendli smartfonlar bazarın 0.1% hissəsinə sahib olublar. Şirkətin özü isə ikinci rübdə 372 milyon dollar zərər edib. Qeyd etmək lazımdır ki, bir müddət öncə “TCL Corporation” şirkəti həmçinin Alcatel brendini də almışdır.

36917705

Böyük şirkətlər arasında rəqabət hər zaman davam etməkdədir. Rəqabət isə bazara yeniliklərin gətirilməsində böyük rol oynayır. Məhz buna görə də Snapchat, Facebook-dan geri qalmaq niyyətində deyil. Facebook, Snapchat-ın sahib olduğu bir sıra xüsusiyyətləri öz tərkibinə qatmaqda davam edir. Bunu nəzərə alan Snapchat isə yeniliklər etməyi, öz platformasını daha irəli səviyyəyə daşımağı öz qarşısına məqsəd qoyub. Snapchat mesajlaşma tətbiqi olsa da ancaq bu sahədə qalmaq niyyətində deyil. Yeni verilən məlumata görə Snapchat artıq Disney ilə əməkdaşlığa başlayıb. Disney ilə razılığa gələn Snapchat yeni bir xüsusiyyətini tanıda bilər. Artıq bir müddət sonra istifadəçilər Snapchat-da mini formatlı filmlər görə biləcəklər. Şirkət Disney tərəfindən hazırlanan filmi yayımlayacaq. Mini formatlı bu filmin adı “Watch Party: The Bachelor” olacaq. Filmin 3 yanvar 2017-ci ildə göstərilməsi nəzərdə tutulur. Filmin minimal, izləyicisinin isə maksimal olması gözlənilir. Amma verilən məlumatda bu nümayiş olunan filmlərin 24 saat sonra silinəcəyi bildirilir. Hər iki şirkət bu yenilikdən çoxlu gəlir əldə etməyi planlaşdırır. Layihənin isə nə qədər uğurlu olacağını gələcək göstərəcək.

dis snachat

Hazırda bütün mövcud elektron texnikalar hakerlərin silahı kimi dəyərləndirmək lazımdır. Rusiyanın ən məşhur haker qrupun işlədiyi “Kaspersky” şirkətinin mətbuat konfransı keçirilib. Bu barədə “Vesti” portalı yazıb. Məlumatda bildirilir ki, konfransda smartfonlar əvəzinə təhlükəsizlik tədbiri kimi ötən əsrdən qalmış xüsusi aftomat telefonları quraşdırılıb. Konfransda iştirak edən məşhur proqramçılar bildirilər ki, hazırda bütün mövcud elektron texnikalar hakerlərin silahı kimi dəyərləndirmək lazımdır. Onların sözlərinə görə adi toster yiyəsinin xəbəri olmadan hakerlərə qulluq edə bilər və getdikcə də bu vəziyyət daha da pisləşəcək. Hakerlər onu da bildrib ki, müasir cəmiyyət istər-istəməz izlənilməyə məhkumdur. O bilməlidir ki, onun danışıqlarını eşıdən bir neçə qulaq, hərəkətlərini izləyən bir neçə göz var. Qeyd edək ki. hakerlərin konfransında ötən əsrin avtomat telefonların quraşdırılması bizə məhz bu qurğuların hələlik onların əlində silah olmadığını düşünməyə əsas verir.

kasperski

“Apple” korporasiyası 2017-ci ildə bazar üçün üç yeni smartfon modelini istehsal etməyi planlaşdırır. Eyni zamanda şirkət istifadəçilərə yeni “Ferrari” flaqman cihazını nümayiş etdirməyi nəzərdə tutur. Modellər artıq D20, D21 və D22 kod adlarını alıblar. Bununla belə, bu cihazların kütləvi bazara çıxmazdan əvvəl necə adlandırılacağı ilə bağlı məlumat verilmir. Bundan əvvəl isə bildirilib ki, “Apple” nümayəndələri çevik displeylə təchiz edilmiş qatlanan smartfon təqdim ediblər. Qeyd olunur ki, bu cihaz bir dəfə deyil, bir neçə dəfə qatlana biləcək.

apple

Avropa Birliyi “Whatsapp”-ın satın alınmasından sonra etdiyi açıqlama ilə hər kəsi çaş-baş salıb. Avropa Birliyi satınalma əsnasında “Facebook”-un verdiyi sözü tutmadığını iddia edir. “Facebook”-un 2014-cü ildə 22 milyard dollar qarşılığında sahib olduğu Whatsapp hələ də Avropa Birliyi komissiyası tərəfindən yoxlanır. Belə ki, 2014-cü ildə Facebook AB tənzimləyici təşkilatına iki şirkət arasında müştəri məlumatlarının paylaşılmayacağı və istifadəçi hesablarının birləşməyəcəyi haqda söz veribmiş. “Whatsapp” avqust ayından etibarən bu sözün əksinə telefon nömrələri və profil adlarını Facebook-la paylaşmağa başladı. Avropa Birliyi Komissiyası da avqust ayından etibarən Facebook-un verdiyi sözü tutmamasını əsas gətirərək sosial şəbəkə “nəhəngini” günahlandırır. Facebook-dan Avropa Birliyi Komissiyasına 2017-ci ilin 31 yanvarı tarixinə qədər cavab və özünümüdafiə açıqlaması verilməlidir. Əgər “Facebook” bu tarixə qədər heç bir şey etməzsə, Avropa Birliyi Komissiyası cəza olaraq “Facebook”-a illik gəlirinin 1%-i, yəni təxminən 170 milyon dollar həcmində cəza kəsəcək.

whatsapp

“eMarketer” şirkətinin tədqiqatçıları bu il ABŞ-da daşınan cihazlarla (smart-saatlar, braslet, trekerlər və s.) bağlı proqnozlarını demək olar ki, iki dəfəyə yaxın azaldıblar. Bundan öncə mütəxəssislər gözləyirdilər ki, ilin yekunlarına əsasən daşınan cihazlardan ABŞ-da ayda bir dəfə 63,7 milyon insan istifadə edəcək. İndi isə proqnoz 39,5 milyon nəfərə qədər azaldılıb. Bununla da ötən illə müqayisədə daşınan cihazların populyarlığı 60 faiz deyil, 24,7 faiz təşkil edəcək. “eMarketer” şirkətinin analitiki Keti Boyl bildirib ki, “Apple” korporasiyasının “iWatch”u işə salınana qədər bazarda fitnes trekerlər üstünlük təşkil edirdi. Bazar araşdırmaları isə göstərib ki, bu növ daşınan cihazın populyarlığına səbəb məşqlər zamanı öz sağlamlığının durumuna nəzarət edənlərin sayının artmasıdır. Ancaq smart-saatlara olan marağın artması daşınan cihazlara olan tələbatın artması gözləntilərini doğrultmayıb. Çünki smart-saatlar trekerlərdən bahadır və daha geniş funksiyalara malikdir. Buna baxmayaraq, onlar funksionallığına görə smartfonlardan geri qalır.

alibaba

Hər beşinci rusiyalı internet istifadəçisi noutbukunun veb-kamerasını izolentlə bağlayır. ESET şirkətinin keçirdiyi sorğuda 2 200 nəfər respondent iştirak edib. Sorğu iştirakçılarına “Hakerlər sizin noutbukun veb-kamerasını sındıra bilərlərmi?” sualı verilib. “Əlbəttə, bunun üçün də onlar hakerdirlər” cavabını rəyi soruşulanların 30 faizi verib. Daha 20 faiz dolayı yollarla ciddi təhlükənin olduğunu təsdiqləyiblər. Onlar haker hücumlarının qarşısını almaq üçün kameralarını izolentlə bağlayırlar. Sorğu iştirakçılarının daha 18 faizi gizlətmir ki, hakerlər uzaqdan veb-kameraya çıxış əldə etməyə malikdirlər. Bununla belə, onlar özlərinin antivirus proqram təminatının effektivliyinə inanırlar. Rəyi soruşulanların 13 faizinin sözlərinə görə, veb-kameranın sındırılması ancaq tanınmış insanlar üçün təhlükə yaradır. “Qara camaat”ın qorxası heç nəyi yoxdur. Nəhayət, sorğuda iştirak edən 10 faiz iddia edir ki, veb-kameraların sındırılması ilə bağlı məlumatlara inanmırlar. Mütəxəssislər qeyd edirlər ki, ötən ilki sorğunun nəticələri ilə müqayisədə hakerlərin bacarıqlarına olan inam azalıb.

shazam

Qarşıdan gələn bayramlar ərəfəsində “İnstagram” sosial şəbəkəsinin “Stories” bölməsində yeni funksiyalar fəaliyyətə başlayacaq. Xüsusilə yeni stikerlər, şəkil çəkmək üçün bayram fırçaları, mətnin yeni növləri, baxılma tarixinin yaddaşa verilməsi və yeni formatda videoçəkiliş olacaq. Yeni stikerlər onun üçün ediləcək ki, istifadəçilər daha çox bayram əhval-ruhiyyəli olsunlar. “İnstagram” istifadəçiləri onların həcmini, yerləşməsini və stilini dəyişdirə biləcəklər. Həmçinin bir tarixçəyə olan stikerlərin sayına qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Yeni fırçaların köməyi ilə istifadəçilər şəkillərin üzərində Yeni il rəmzləri, məsələn, qardan adam çəkə biləcəklər. “İnstagram”ın yenilənmiş versiyasında bir şəklə bir neçə mətnin əlavə edilməsi, onları sağ və sol tərəfə çəkmək mümkün olacaq. Yeni “Azad əllər” bölməsi kameranın düyməsini daimi olaraq sıxmadan video çəkməyə imkan verəcək. Hazırkı versiyada bu, yalnız iOS əməliyyat sistemli cihazlarda mümkündür. Ancaq yaxın zamanda “Android” istifadəçiləri da həmçinin bu funksiyalardan istifadə etmək imkanı əldə edəcəklər.

instagram

Rusiyanın hərbi-kəşfiyyat qurumları ilə əlaqəli olduğu bildirilən məşhur “Fancy Bear” haker qruplaşmasının Ukrayna ordusunun istifadə etdiyi mobil proqram əlavəsinə müdaxilə etməsi ilə bağlı ciddi şübhələr var. Bu barədə “CrowdStrike” analitik qrupunun hesabatında bildirilir. “Fancy Bear” qruplaşmasının Ukrayna Silahlı Qüvvələrinin “Ukrop” mobil sistemini “sındırdığı” bildirilir. Ukrayna hərbçiləri bu sistemdən artilleriya zərbələrinin dəqiqliyini artırmaq üçün istifadə edir. Proqram əlavəsini Yaroslav Şerstyuk adlı zabit hazırlayıb. Qeyd edək ki, “Fancy Bear” ABŞ Demokrat Partiyasının serverlərinə hücumda da ittiham olunur.

doyus

Çinin iri internet riteyleri “Alibaba” lisenziyasız məhsulların kütləvi satışı ilə əlaqədar yenidən ABŞ-ın “pirat bazarlar” siyahısına salınıb. Şirkət 4 il əvvəl bu siyahıdan çıxarılmışdı, lakin indi ABŞ dövlət orqanları bildirirlər ki, “Alibaba Group”a daxil olan “Taobao” online platforması vasitəsilə böyük miqdarda kontrafakt (müəllif hüquqları pozulmaqla hazırlanmış saxta məhsul) alveri gedir. “Alibaba Group”un prezidenti Maykl Evans bu qərardan məyus olduğunu bildirib. O qeyd edib ki, qərarın faktlar əsasında, yoxsa siyasi vəziyyətin təsiri ilə qəbul olunub-olunmadığı aydın deyil. “Taobao” nümayəndələri deyiblər ki, məhsullar üzərində nəzarət qaydalarını gücləndiriblər və təchizatçılardan məhsulun orijinal olmasına dair sübutlar tələb edilir. Xatırladaq ki, bu ilin mayında Kontrafakt Məhsullarla Mübarizə üzrə Beynəlxalq Koalisiya (İACC) müəllif hüquqlarının pozulması ilə əlaqədar “Alibaba”nın təşkilatda üzvlüyünü dayandırıb. Onu da qeyd edək ki, məşhur iş adamı və sərmayədar Corc Soros “Alibaba”da sahib olduğu səhmlərin hamısını satıb. O, ümumilikdə 4,88 milyon dollar dəyərində 60 min ədəd səhm satışı həyata keçirib.

ali

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register